Baş nazirdən çörəyin qiymətinin qaldırılması ilə bağlı QƏRARDA DƏYİŞİKLİK

Baş nazirdən çörəyin qiymətinin qaldırılması ilə bağlı QƏRARDA DƏYİŞİKLİKBaş nazir Əli Əsədov "Ərzaqlıq buğdanın idxal qiymətinin artmasının ölkə daxilində satılan un və un məmulatlarının qiymətinə mənfi təsirlərinin azaldılması ilə bağlı əlavə tədbirlər barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 16 fevral tarixli qərarında dəyişiklik edib.

BiG.AZ xəbər verir ki, dəyişiklik dünya birjalarında buğdanın qiymətinin artmasının daxili bazarda un və un məmulatlarının qiymətlərinə təsirinin azaldılması və qiymət artımının qarşısının alınması məqsədilə edilib.

.

Dayanıqlı mexanizm formalaşdırılanadək un istehsalçılarına satılan unun hər tonuna görə ödənilməli subsidiyanın məbləği aşağıdakı qaydada hesablanacaq və müəyyən edilmiş qaydaya uyğun subsidiya veriləcək:

- Un istehsalçıları tərəfindən satılan unun hər tonuna görə un istehsalçılarına verilən subsidiyanın hesablanması üçün bir ton unun topdansatış qiymətinin yuxarı həddi 520 (beş yüz iyirmi) manat, un istehsalçısının ölkədaxili xərclər daxil olmaqla marjası bir ton unun topdansatış qiymətinin yuxarı həddinin 25 faizi həcmində müəyyən edilib.

- Un istehsalçıları tərəfindən satılan unun hər tonuna görə un istehsalçılarına ödənilməli subsidiyanın məbləği bu Qərarın 2.1-1-ci yarımbəndinə əsasən müəyyən olunan orta aylıq idxal dəyərinə bu Qərarın 1-1.1-ci yarımbəndi ilə müəyyən edilən həcmdə un istehsalçısının marjası əlavə edilməklə hesablanmış məbləğlə bu Qərarın 1-1.1-ci yarımbəndi ilə müəyyən edilən bir ton unun topdansatış qiymətinin yuxarı həddi arasındakı fərq məbləğində müəyyən edilsin;

1-1.3. un istehsalı ilə məşğul olan şəxslər tərəfindən un bu Qərarın 1-1.1-ci yarımbəndi ilə müəyyən edilən topdansatış qiymətinin yuxarı həddindən artıq qiymətə satıldıqda, subsidiyanın məbləği həmin fərq qədər azaldılır.".

3. Aşağıdakı məzmunda 2.1-1-ci və 2.1-2-ci bəndlər əlavə edilsin:

"2.1-1. idxal olunan ərzaqlıq buğdanın həcmində ən yüksək paya malik olan ölkə üzrə məlumatlar əsasında 3-cü sinif ərzaqlıq buğdanın orta aylıq qiymətinin üzərinə həmin ölkənin tətbiq etdiyi ixrac rüsumunun orta aylıq məbləğini əlavə edərək, Azərbaycan Respublikası Mərkəzi Bankının həmin dövrün sonuna müəyyən etdiyi rəsmi məzənnə əsasında ərzaqlıq buğdanın orta aylıq idxal dəyərini hesablasın;

2.1-2. subsidiya verildiyi müddətdə dünya birjalarında ərzaqlıq buğdanın qiymətlərinin monitorinqini aparsın və əldə edilmiş məlumatların ayda bir dəfə taxıl idxalçılarına çatdırılmasını təmin etsin;".

4. 2.3-cü bənddə "2021-ci il 1 iyun tarixinədək" sözləri "3 (üç) ayda bir dəfə" sözləri ilə əvəz edilsin.

Maliyyə Nazirliyi subsidiya məbləğinə dair İqtisadiyyat Nazirliyinin məlumatları əsasında subsidiyanın ödənilməsi məqsədilə maliyyələşmə mənbələri barədə
təkliflərini Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim edəcək.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 6324   Tarix: 16 sentyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Zelenski Ali Radada deputatla mübahisə etdi

Ukrayna Prezidenti Volodimir Zelenski ilə Ali Radada Petro Poroşenkonun müxalif "Avropa həmrəyliyi" fraksiyasının deputatı Aleksey Qonçarenko arasında mübahisə olub. -ın xəbərinə görə, bu barədə saytı məlumat yayıb. Millət vəkili prezidentə hərbi qulluqçuların demobilizasiyasının olub-olmayacağ

17.07.2025 197
.

Selahattin Paşalı və Hafsanur Sancaktutan eyni serialda

Selahattin Paşalı və Hafsanur Sancaktutan tərəf müqabili olacaqlar. xəbər verir ki, bu barədə türk mətbuatı bildirib. Onlar "Kıskanmak" serialında birlikdə rol alacaqlar. Serial mümkünsüz sevgi hekayəsindən bəhs edəcək. [hh4-unikal]

17.07.2025 154
.

İlham Əliyev və Qurbanqulu Berdiməhəmmədov Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıblar

İyulun 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıblar. AZƏRTAC-a istinadən xəbər verir ki, qonaq şəhərin Baş planı ilə tanış olub. Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbayca

17.07.2025 286
.

İlham Əliyev və Qurbanqulu Berdiməhəmmədov Şuşada Yuxarı Gövhər Ağa məscidini ziyarət ediblər

İyulun 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov Şuşada Yuxarı Gövhər Ağa məscidini ziyarət ediblər. AZƏRTAC-a istinadən xəbər verir ki, Qurbanqulu Berdiməhəmmədovun diqqətinə çatdırılıb ki, vaxtilə işğal edilmiş bütü

17.07.2025 190
.

İlham Əliyev Qurbanqulu Berdiməhəmmədova Qarabağ atı hədiyyə etdi

İyulun 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov Cıdır düzündə olublar. AZƏRTAC-a istinadən xəbər verir ki, burada Qarabağ atlarının təqdimatı keçirilib. Prezident İlham Əliyev Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqul

17.07.2025 228
.

Xocalıda qətlə yetirilən beş yaşlı qızın məzarı açılıb - Kimliyi bilənəcək

Şəhidlər xiyabanında illərdir kimliyi bilinməyən 63 uşaqdan birinin məzarı açılıb. xəbər verir ki, aidiyyəti qurumlar Xocalıdan olan beş yaşlı qızın məzarını açıblar. Bu məzarın kimə aid olmasını müəyyənləşdirmək üçün araşdırmalar aparırlar. Xatırladaq ki, işğaldan azad olunan ərazilərdə aparılan araşdırmala

17.07.2025 262
.

Qazaxda nəvələri ilə gəzintiyə çıxan kişi faciəli şəkildə öldü

Qazaxda 68 yaşlı kişi göldə boğulub. -ın məlumatına görə, hadisə rayonun Kəmərli kəndində baş verib. Kənd sakini, 1957-ci il təvəllüdlü Əli Həmid oğlu Rəhimov beş və yeddi yaşlı nəvələrini kənd ərazisindəki gölün kənarında gəzintiyə çıxararkən bədbəxt hadisə ilə üzləşib. Göl kənarında gəzən kişinin qəfi

17.07.2025 309
.

Elneni xatırlayırsınız? Ərəb klubuna keçəndən sonra arvadını aldadıb- yeni sevgilisi hamilədir

"Arsenal"ın keçmiş futbolçusu Məhəmməd Elneni Mərakeşin Tanjer şəhərinin küçələrində hamilə sevgilisinin yanında görüntülənib. -ın xarici mediaya istinadla xəbərinə görə, problem ondadır ki, Elnenin artıq arvadı və üç övladı var. Məhəmməd Birləşmiş Ərəb Əmirliklərinin "Əl-Cəzirə"

17.07.2025 335
.

İlham Əliyev Qurbanqulu Berdiməhəmmədovu Füzulidə qarşıladı

Azərbaycanda səfərdə olan Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov iyulun 17-də Füzuli rayonuna gedib. AZƏRTAC-a istinadən xəbər verir ki, Füzuli Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Qurbanqulu Berdiməhəmmədovu Azərbaycan Prezidenti İlha

17.07.2025 217
.

TOP MP3