"Yaxınlaşıb qulağına dedim ki, sənə xəyanət etmişəm" – Aktyor cütlüklə MÜSAHİBƏ+FOTO

"Yaxınlaşıb qulağına dedim ki, sənə xəyanət etmişəm" – Aktyor cütlüklə MÜSAHİBƏ+FOTOHər bir ailə ayrıca dünyadır. Bu dünyanı quranlar sevgilərini əbədiləşdirmək istəyən qadın və kişidir. Hərdən deyirlər ki, sevgi evlilikdən bir neçə il sonra azalır, bölünür, bəzən də yoxa çıxır.

Bu gün artıq 16 il evli olduqlarına baxmayaraq, hələ də bir-birini sevən, anlayan, bəzən elə lap gənclik illərindəki kimi dalaşan, amma küsülülüyə dözməyib tez də barışan bir cütlük – Toğrul Rza və Ülviyyə Rza cütlüyü "Kaspi" qəzetinin müsahibi olublar.

Maraqlısı budur ki, onların ikisi də aktyordur, ikisi də Bakı Bələdiyyə Teatrında çalışır.

Toğrul Rza 2001-ci ildə Mədəniyyət və İncəsənət Universitetində aktyorluq fakültəsində təhsil alan vaxt Cənnət Səlimova tədbirlərdən birində ona aparıcılıq etməyi və bu işdə özündən başqa bir oğlan və iki qız tapmağı da həvalə edib.

– Qardaşımı, aktyor Elxan Rzayevi seçdim. Qız tapmaq üçünsə universitetdə otaqları gəzib baxırdım. Birini seçdim, qaldı biri. Heç kimi bəyənmirdim. Rejissorluq fakültəsinə getdim, qızlara dedim ki, ayağa qalxın, baxım, tədbir üçün aparıcı qız seçirəm. Düzü, heç birini bəyənmədim. Bir də baxdım qızlardan biri oturub, heç ayağa da qalxmayıb. Diqqətimi çəkdi. Həm boyu, həm də gözlərindəki ifadəni çox bəyəndim. O qız – Ülviyyə həmin an təkcə tədbir üçün yox, elə ümumiyyətlə də xoşuma gəldi. Hiss etdim ki, o başqaları kimi deyil. Hər gün otaqlarının qabağından keçib ona baxırdım. İkinci dəfə keçməyə isə ürək eləmirdim, utanırdım. Artıq ona qarşı biganə olmadığımı hiss edirdim, amma deməyə də cəsarətim çatmırdı. Onu oynadığım tamaşaya dəvət etdim. Düşündüm ki, gəlsə, deməli, o da mənə qarşı laqeyd deyil.

Sən demə, Toğrul yanılıbmış. O Ülviyyəni yox, Ülviyyə onu birinci bəyənib.

– Həmin gün Toğrulu dərs cədvəlinin qarşısında görmüşdüm. Öz-özümə dedim ki, nə qəşəng oğlandır. Amma nədənsə, sevdiyi qızın dərs cədvəlinə baxdığını düşünmüşdüm. Dərsdə ağlımda qalmışdı. Birdən otağa girdiyini görəndə və aparıcılıq üçün məhz məni seçəndə çox təəccüblənmişdim. Sonradan dəvət etdiyi tamaşaya getdim, amma gözünə görünmədən çıxırdım ki, Cənnət Səlimova məni qaytardı. Dedi, gedək Toğrulla görüş. Və beləcə, Toğrulun "Ülviyyə gəlsə, deməli mənə qarşı laqeyd deyil" fikri öz təsdiqini tapmışdı.

2003-cü ildə "Yanmış körpülər" serialına birlikdə çəkilirdik. Ülviyyənin əli-qolu bağlı idi. Mən də onu xilas etməli idim. O səhnədə Ülviyyə ağlamalı idi və nə qədər çalışsa da, ağlaya bilmirdi. Yaxınlaşdım, qulağına yavaşca pıçıldadım ki, sənə xəyanət etmişəm. Bir də baxdıq ki, Ülviyyə səssizcə ağlayır. O səhnə bir dubla çəkildi. Çox uğurlu da alındı.

Ülviyyə deyir ki, bir sahədə çalışdığımızdan, bir-birimizi yaxşı başa düşürük. Çətinliklərimizi, üzərimizə düşən məsuliyyəti bilirik. Çalışırıq bir-birimizə problem çıxartmayaq. Toğrulsa bunun çətin tərəfindən danışdı: "Bəzən olur ki, Ülviyyənin tərəf müqabili xoşuma gəlmir. Qısqanclığım tutur. Ona görə də, bəzən aramızda anlaşılmazlıq olur. Amma axırda bir ortaq nəticəyə gəlirik. Çünki başa düşürəm, aktrisadır. Amma deyim ki, üstün tərəfləri daha çoxdur. Ülviyyə oynayacağım əsərin ssenarisini məndən əvvəl oxuyur, fikrini bildirir. İmkan olanda mən də oxuyuram. Yəni biz daim həm ailə, həm sənət baxımından ünsiyyətdəyik.

Toğrul Ülviyyəni bəzən səhnədə qısqansa da, Ülviyyə onu gerçəkdə qısqanıb. Analıq məzuniyyətində olanda Toğrul gözəl, baxımlı xanımlarla çəkiləndə o da çox qısqanırmış. Böyük anlamda dava etməsə də, arada iynəli sözlər eşitdirirmiş.

Toğrul çəkilişlərin birindən danışır: "Tərəf müqabilim gənc qız çəkilişdən sonra pis olmuşdu. Dedi ki, heyf, bundan sonra görüşməyəcəyik, son gündür, ağladı. Gəldim evə. Özümdən asılı olmadan başladım onu düşünməyə. Baxdım ki, bu hiss artıq dərinləşir. Bütün günü ağlımda oldu. Səhəri gün teatra məşqdə gördüm ki, yenə də fikrim qalıb onda. Məşq etdiyi yerə gedib xeyli də gözlədim. Ora-bura var-gəl edib düşündüm. Səhv etdiyimi anladım. Qızın çıxmağına beş dəqiqə qalmış başımı götürüb qaçdım. Evə çatan kimi Ülviyyəyə danışdım".

Toğrul və Ülviyyə həyatlarını bölüşdükləri kimi məişət qayğılarını, ev işlərini də bölüşürlər. Toğrul deyir ki, əgər biz bir yerdə işləyirik, bir yerdə yaşayırıq – yəni bir ailəyiksə, birimiz birimizdən üstün deyilik. Axı biz bir-birimizin yarısıyıq, bir-birimizin yarıyıq.

Ülviyyə deyir ki, kənardan sakit bir ailə kimi görünsək də, tez-tez dava edirik: "Düşünürəm ki, nələrisə ürəkdə saxlamaq lazım deyil. Nə şübhə, narahatlıq varsa, vaxtında danışıb aydınlaşdırmaq lazımdır. Bəzən nəyisə düz başa düşməyib içimizə ata bilərik, bunun fəsadı daha böyük olar." Toğrulsa inciklik olanda buna dözə bilmədiyini, tez barışmaq istədiyini deyir. Ümumiyyətlə, ikisindən biri tezliklə ağ bayraq qaldırır.

Bu gözəl ailənin iki oğlu var. Böyük oğlan daha çox siyasətlə maraqlanır, baş verənlərə münasibət bildirir. Kiçik oğulun isə yaxşı musiqi duyumu var, bəstəkar olmaq istəyir. Və uşaqların tərbiyəsi ilə, əsasən, Ülviyyə məşğul olsa da, Toğrul da bu işdə ona yardımçı olur.

Ülviyyə və Toğrul Rza cütlüyü bütün günü – evdə, yolda, işdə bir yerdədir. Bu onları bezdirmir, yormur. Ülviyyə deyir ki, bəlkə də bütün günü bir yerdə olmağımız bizi daha çox bir-birimizə bağlayıb, ayrı qala bilmirik. Toğrul olmayanda elə bilirəm nə isə çatmır.

Toğrul etiraf edir ki, Ülviyyəsiz qala bilmirəm, darıxıram. Harasa gedəndə tez evə qayıdıram: "Ülviyyə həmişə mənim yanımda olub. Nəinki fiziki anlamda, həm də bütün çətin vəziyyətlərdə, problemlərdə mənə dayaq olub. Onu ilk gündəki kimi sevirəm".

"Yaxınlaşıb qulağına dedim ki, sənə xəyanət etmişəm" – Aktyor cütlüklə MÜSAHİBƏ+FOTO"Yaxınlaşıb qulağına dedim ki, sənə xəyanət etmişəm" – Aktyor cütlüklə MÜSAHİBƏ+FOTO"Yaxınlaşıb qulağına dedim ki, sənə xəyanət etmişəm" – Aktyor cütlüklə MÜSAHİBƏ+FOTO


BiG.Az
Telegramda izləyin
Şou biznes   Baxılıb: 8183   Tarix: 26 sentyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Corcinanın qısqanclığı Ronaldoya 100 milyon dollara başa gəldi

Ulduz futbolçu Kriştiano Ronaldonun özəl təyyarəsində çalışan qadın pilotu işdən çıxardığı iddia olunur. Bu qərarın arxasında isə həyat yoldaşı Corcina Rodrigesin dayandığı bildirilir. xəbər verir ki, Ronaldonun təyyarəsində pilot kimi çalışan Sofiya Vens adlı qadınla futbolçu arasındakı yaxın münasibə

03.11.2026 813
.

Zaur və Günaydan Zəfər Günü ilə bağlı təbrik - VİDEO

Tanınmış teleaparıcılar Zaur və Günay Baxşəliyevlər 8 Noyabr - Zəfər Günü münasibətilə paylaşım ediblər. BİG.AZ xəbər verir ki, cütlük sosial şəbəkə hesablarında video paylaşaraq Azərbaycanın şanlı Zəfər Gününü təbrik edib. Azərbaycanın tarixi Qələbəsinə həsr olunan görüntülərdə aparıcılar Zəfər Gününü

07.11.2026 235
.

Böyük qızı Xalq artisti ilə fotosunu paylaşıb bunları yazdı

Qızı Hökumə Xalq artisti Mələkxanım Eyubova ilə bağlı paylaşım edib. Axşam.az xəbər verir ki, o, anası ilə fotosunu yayımlayaraq bunları yazıb:. "Ana, ad günün mübarək! Sənə möhkəm cansağlığı, uzun ömür, xoşbəxtlik və əmin-amanlıq arzulayıram. Hər gün sənə sevinc, təbəssüm və istilik bəxş etsin

08.11.2026 188
.

Sobçak və həyat yoldaşının Latviyaya girişi qadağan edildi

Rusiyalı jurnalist Kseniya Sobçak və həyat yoldaşı, rejissor Konstantin Boqomolovun Latviyaya girişinə qadağa qoyulub. Axşam.az xəbər verir ki, bu barədə Latviyanın xarici işlər naziri Bayba Braje açıqlayıb. Nazirin sosial şəbəkə hesabında paylaşdığı məlumata görə, 44 yaşlı Sobçak və 51 yaşlı Boqomolo

01.11.2026 455
.

Maykl Cekson ölümündən 17 il sonra 140 milyon dollar qazandırıb

2009-cu ildə vəfat edən əfsanəvi müğənni Maykl Cekson ölümündən 17 il sonra da dünyanın ən çox gəlir gətirən məşhurları sırasında yer alıb. Axşam.az xəbər verir ki, "Forbes" jurnalının 2026-cı il reytinqinə əsasən, sənətçinin mirası 140 milyon dollar gəlir əldə edib. Bu göstərici ilə Mayk

04.11.2026 505
.

"Bir səhər əllərini sonuncu dəfə tutdum"

Aparıcı Jalə Həsənli dünyasını dəyişən anası ilə bağlı duyğusal paylaşım edib. Axşam.az xəbər verir ki, aparıcı sosial şəbəkədə anası ilə çəkdirdiyi son fotolardan birini yayımlayaraq onun yoxluğundan yazıb:. "Və bir səhər, 6 il bundan öncə əllərini sonuncu dəfə tutdum, saçlarının qoxusunu sonunc

01.11.2026 542
.

Röya Ayxan: "Gəlinimlə yaşamaq istəmirəm!"

Xalq artisti Röya Ayxan yeganə övladı Hüseyn Cəlilovdan danışıb. xəbər verir ki, sənətçi övladının hazırda Londonda Ali təhsil aldığını və orada yaşadığını bildirib. "Oktyabrın 25-də 17 yaşı tamam olacaq. Həftədə bir dəfə bu barədə mənə yazır ki, "Ana, sən mənə nə vaxt ayrı ev tutacaqsan? Mə

29.10.2026 833
.

"Mən əməliyyatda olanda bacımın ürəyi gedib"

"Oğlum da, qızım da, bacım da etiraz etdi. Hara gedirdimsə, deyirdilər ki, əməliyyat etdirmə. Amma mən qərar vermişdim, özümü buna hazırlamışdım". Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Mətanət İsgəndərli TMB-də qonaq olarkən deyib. Abdominoplastika əməliyyatı keçirən müğənni həmi

31.10.2026 526
.

"Qızımın əcnəbi ilə ailə quracağını eşidəndə şoka düşdüm"

Əməkdar artist Bəsti Sevdiyeva qızının xaricdə təhsil alması və ailə həyatı qurması ilə bağlı maraqlı açıqlama verib. Axşam.az xəbər verir ki, müğənni bu barədə "Qonaqcanlı" verilişində danışıb. O bildirib ki, qızı xaricdə təhsil alıb və ailə qurduğu şəxs də onun tələbə yoldaşı olub:. "Qızı

08.11.2026 222
.