Məhəbbət Kazımovun dayısı qızı GÖRÜN HANSI MƏŞHUR İMİŞ - FOTO

Məhəbbət Kazımovun dayısı qızı GÖRÜN HANSI MƏŞHUR İMİŞ - FOTO"Şuşadan son çıxan ailə olduğunu və yaşadığı müddətdə Şuşada baş verən döyüşlərdə böyük travma aldığını qeyd edən ifaçı Xuraman Şuşalı o illəri bizimlə yenidən xatırladı.

BiG.AZ xəbər verir ki, ifaçı moderator.az-a bu günə qədər danışmadığı və gizlin saxladığı bir çox məqamlara da aydınlıq gətirib.
- Xuraman Şuşalı nə zamandan Şuşalı ləqəbini daşıyır?

- Bunun xüsusi bir hekayəsi var. Belə ki, 18 yaşım olanda bu ləqəbi mənə mərhum bəstəkarımız Süleyman Ələsgərov qoyub. Ali məktəblə bağlı seçim etməli idim, anam dedi ki, Süleyman müəllim Şuşanın ağsaqqalıdır, o nə məsləhət görsə onu da seçərsən. O zamanlar ağsaqqalla məsləhətləşmək kimi bir adət vardı.

- Bəs o zamana qədər çıxışlarınız olurdumu, sizi necə təqdim edirdilər?

– O zamana qədər də Ulu öndərimiz Heydər Əliyevin iştirak etdiyi tədbirlərdə çıxışlarım olub. UNİCEF-in tədbirlərində ulu öndərimizi qarşılayırdım. O zaman uşaq idim. Ulu öndər ifamdan sonra məni qucaqlayıb, ifamı bəyəndiyini deyirdi. Həmin illər eyni zamanda AzTV-nin solisti idim. O zamana qədər Xuraman Hüseynova kimi təqdim edilirdim. Süleyman müəllim məndən soruşdu ki, "Səni necə təqdim edirlər?". Dedim ki, Xuraman Hüseynova kimi. O da bildirdi ki, bundan sonra hara getdinsə onlara tapşır ki, səni "oxuyur Xuraman Şuşalı" kimi təqdim etsinlər. O zamandan, elə də qaldı.

- Bir müddət dedilər ki, Xuraman Şuşalı əslində Laçınlıdır. Bu söhbətlər hardan qayanqlanmışdı?

– Bibimin həyat yoldaşı Laçınlı idi. Bibimin oğlu isə məşhur və böyük sənətkarımız idi. Məhz ona görə elə zənn edirdilər ki, mən də Laçındanam.

- Bibiniz oğlu kim idi?

- Allah ona rəhmət etsin, mərhum sənətkarımız

- Məhəbbət Kazımovun "Laçınım" mahnısı onun ölümündən sonra böyük müzakirələrə səbəb oldu. Mövzu ilşə bağlı sizin fikirləriniz necədir?

- O mübahisəni mən də eşitdim... Məhəbbət Kazımov indi haqq dünyasındadır, biz nahaq dünyada. İnanıram ki, Könül Kərimova bunu qalmaqal niyyəti ilə deməyib. Könül xanım Məhəbbət Kazımovla bir yerdə çalışıb, eyni səhnəni bölüşüb. İnanmıram ki, onu pis niyyətlə desin. Məhəbbət müəllimin oğlunun da çıxışını izlədim. Düşünürəm ki, bu mövzunu bu qədər açıb ağartmamalı idilər. Məhəbbət Kazımov o mahnının möhürünü vurub. Dünyasını dəyişən insanın arxasınca danışmaq lazım deyil. - Doğulub, böyüdünüz torpağa- Şuşaya getməyi planlaşdırırsınızmı?

- Əslində Şuşaya getmək üçün dəvət gözləyirəm. İstərdim ki, Şuşada ilk klip şəkdirənlərdən biri də mən olum. O torpaqlara dövlət xətti ilə getmək istəyirəm. Şuşa işğaldan azad olunana qədər bütün televiziyalar və media nümayəndələri Şuşanın işğal günlərində birinci məni verilişlərə çağırıb danışdırırdılar.Bu gün isə məndən başqa hamını Şuşaya apardılar.

Şuşadan çıxanda 8 yaşım vardı...

- O illəri xatırlayırsınızmı?

- Əlbəttə. Mən o illərdə travma aldım. Atam Şuşada gedən döyüşlərdə yaralanmışdı. Belə ki, Şuşa döyüşlərində atam I, anam II qrup Qarabağ əlili oldu. Şuşadan çıxan sonuncu uşaq mən oldum. O hadisələrdən sonra düşünürdüm ki, Şuşa alınanda ora birinci mən gedərəm.

Çox istəyirəm ki, öz torpağıma uşaqlarımla birlikdə gedim. Şuşadan sonuncu dəfə valideynlərimlə çıxmışam, istəmirəm ora tək qayıdım. İndi bizim Şuşadakı evimizin yerində Mədəniyyət evi var. Hazırda isə evimizdə Şuşanı qoruyan əsgərlərimiz yaşayır. Şuşadakı həyətimiz cənnət idi. Amma indi o cənnətdən heç bir əsər-əlamət qalmayıb. Bar verən ağacı niyə məhv ediblər? Ağacdan nə istəyiblər axı...

- Şuşadan çıxmağınızı necə xatırlayırsınız?

- Şuşadan çıxanda çox travma almışam. Əslində psixoloji olaraq güclü insanam, bu zamana qədər ayaqda durmağım Allahın möcüzəsi və öz üzərimdə çalışmağımdır. Xatirələrim çox qarışıqdır. Bircə onu deyə bilərəm ki, anam Şuşadan çıxanda qapını bağlamadı, dedi ki, qoy qapını qırmasınlar. O açarı anam son gününə kimi saxladı. Hazırda həmin açar qardaşımdadır.

- 27 sentyabr Anım Günüdür. Düşünürdünüzmü ki, bir ildən sonra bizim Şuşaya getmək imkanımız olar?

- Həmin gün gözümün qabağında bir hadisə canlanmışdı. Şuşanın işğal günü atam telefonla paytaxta zəng edib deyirdi, Şuşaya yardım, dəstək göndərin. Atam çox gərgin idi. Deyirdi ki, Şuşa alınmaz qaladır. O heç vaxt inanmırdı ki, Şuşa işğal oluna bilər. Deyirdi ki, Şuşanı heç kim ala bilməz. Anam deyirdi ki, "evi boşaldaq, əşyalarımızı göndərək", atam buna icazə vermədi, onun bu sözünə çox əsəbiləşdi. Atam dedi ki "Şuşa alına bilməz, tarix boyu bunu heç kim edə bilməyib. Erməni kimi dılğır gəlib Şuşanı ala bilər?". Şəhərdə həyəcan siqnalları çalınanda biz evimizin zirzəmisinə qaçırdıq. Evimizin zirzəmisində çox yaxşı şərait qurulmuşdu. Atama evdən heç nə götürməyə icazə vermədi, qapını da bağlamadı ki, hələlik çıxırıq, qayıdacağıq. Valideynlərim Şuşadan çıxandan sonra qazi olublar deyə mənə hər zaman çətin olub. Hər zaman işləmişəm, çalışmışam. Evlilik təklifləri alanda deyirdim yox, işləyib anama ev alım, ona hər cür şərait yaradım, daha sonra ailə həyatı quraram. Həmişə ailəmi düşünmüşəm.

Anam həmişə deyir ki, "sən kiçik bir uşaq idin, deyirdin ki, "mən sürünərəm, amma qoymaram sən əziyyət çəkəsən". Mənim üçün hər şeydən öncə valideynlərim olub.

- İndi Şuşaya qayıdıb, yenidən orada yaşayarsınızmı?

- Bu gün də Şuşada yaşamaq niyyətindəyəm. Həyat yoldaşıma demişəm ki, Şuşaya köç başlayanda oraya köçək. Həyat yoldaşım indi televiziyada çalışır. Şuşada iş taparsa, gedib orada yaşamağa da razıdır.

Çox istərdim ki, övladlarım Şuşada böyüsün. Məni tanıyanlar bilir ki, təbiət aşiqiyəm. İlk gedənlərdən biri mən olacam. Ruhum təbiətdə yaşamaq üçündür".

Məhəbbət Kazımovun dayısı qızı GÖRÜN HANSI MƏŞHUR İMİŞ - FOTO


BiG.Az
Telegramda izləyin
Şou biznes   Baxılıb: 11862   Tarix: 28 sentyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Miss Mister Of Azerbaijan 2026 - Final Gecəsi

Ollin Professional`ın baş sponsorluğu ilə keçirilən Miss Mister Of Azerbaijan 2026 Milli Gözəllik Müsabiqəsinin final gecəsi 28 oktyabr Elektra Events Hall`da baş tutdu. Müsabiqədə münsiflər heyəti, zalda əyləşən tamaşaçılar və idarə heyətinin verdiyi səslərlə qaliblər müəyyən olundur. Layihənin Münsi

03.11.2026 631
.

Gözəllik müsabiqəsinin qalibləri bəlli oldu

Elektra Events Hall"da keçirilən "Miss & Mister Of Azerbaijan 2026" gözəllik müsabiqəsinin qalibləri bəlli oldu. Showmedia xəbər verir ki, münsif heyətininin verdiyi səsə, tamaşaçıların verdiyi səsə və idarə heyətinin verdiyi qərara əsasən "Miss Of Azerbaijan 2026" qalib

31.10.2026 785
.

Sovet və Rusiya aktrisası Lidiya Fedoseyeva-Şukşina vəfat edib

Sovet və Rusiya aktrisası Lidiya Fedoseyeva-Şukşina ömrünün 89-cu ilində vəfat edib. "Report" "İnterfaks"a istinadən xəbər verir ki, bu barədə onun qızı Mariya Şukşina məlumat verib. Oktyabrda mediada aktrisanın ürək problemləri səbəbindən xəstəxanaya yerləşdirilməsi barədə məluma

07.11.2026 217
.

Polad Bülbüloğlu bu səbəbdən Tünzalə Ağayevaya təşəkkür etdi

Xalq artisti Tünzalə Ağayeva Azərbaycan musiqisinin əvəzolunmaz sənətkarı, Xalq artisti Polad Bülbüloğlunun "Gəl ey səhər" əsərini ifa edərək ona yeni nəfəs verib. xəbər verir ki, MTV maqazin sözügedən ifa haqqında Polad Bülbüloğlundan özəl açıqlama alıb. Xalq artisti pop ulduza təşəkkürün

06.11.2026 460
.

Atası ilə fotosunu paylaşıb bunları yazdı

Xalq artisti Mələkxanım Eyubovanın bloger qızı Nəzrin Nəcəfova atası ilə bağlı paylaşım edib. Axşam.az xəbər verir ki, o, atası Xosrov Nəcəfovla çəkdirdiyi fotosunu izləyiciləri ilə bölüşüb. Nəzrin paylaşımına "Ürəyimdir, canım atam" şərhini yazıb. Qeyd edək ki, M.Eyubova və X.Nəcəfovun 4 övlad

01.11.2026 840
.

Britni Spirs maddi dəstəyi dayandırdı, keçmiş əri borca düşdü

Müğənni Britni Spirsin keçmiş həyat yoldaşı, rəqqas Kevin Federlayn eks-arvadının maddi dəstəyi dayandırıldıqdan sonra ciddi borc problemi ilə üzləşib. "Page Six" nəşrinə istinadən xəbər verir ki, kredit kartı borcuna görə Federlayn barəsində məhkəmə iddiası qaldırılıb. Nəşrin əldə etdiyi məhkəm

01.11.2026 507
.

"Avroviziya 2027" ilə bağlı ilk detallar açıqlandı

"Avroviziya" mahnı müsabiqəsinin 2027-ci ildə keçiriləcək yarışmasında iştirak edəcək ölkələrin siyahısı açıqlanıb. Axşam.az xəbər verir ki, Avropa Yayım Birliyi (EBU) müsabiqədə 36 ölkənin ictimai yayımçısının iştirakını təsdiqləyib. Təmsilçilər gələn ilin mayında Bolqarıstanın Burqas şəhərind

28.10.2026 686
.

Çimnaz Sultanovanın əsl ölüm səbəbi ilə bağlı yeni iddia

Mərhum aktrisa Çimnaz Sultanovanın vəfatı ilə bağlı səsləndirilən fikirlər yenidən müzakirələrə səbəb olub. BİG.AZ -a istinadla xəbər verir ki, psixoloq Samirə Bağırova aktrisanın estetik müdaxilələrə tez-tez müraciət etdiyini iddia edərək onun səhhəti ilə bağlı diqqətçəkən açıqlama verib. Samirə Bağırov

02.11.2026 851
.

Röyanın evindəki bu otaq DİQQƏT ÇƏKDİ - VİDEO

Xalq artisti Röya Ayxanın evindən yayılan görüntülər sosial şəbəkələrdə maraqla qarşılanıb. xəbər verir ki, pop ulduzun dəbdəbəli villasından paylaşdığı kadrlarda makiyaj üçün xüsusi olaraq ayrılmış otaq izləyicilərin diqqətini çəkib. Müğənninin şəxsi istifadəsi üçün nəzərdə tutulan bu məkanın görünüş

08.11.2026 240
.