Xalq artisti "od püskürdü": "Qanmırlar, intellektual səviyyələri aşağıdır"
İnternet hazırda ən sürətli yayım vasitəsidir. İnternet üzərindən əlaqə qurulması, xüsusilə sosial şəbəkələr vasitəsilə məlumatlandırma və interaktivlik imkanı olduqca güclü və sürətlidir.
Günümüzdə ən çox müzakirə edilən mövzulardan biri də sosial media üzərindən şərəf və ləyaqətin alçaldılması, təhqir və böhtanlarla bağlıdır.
Bu halla məşhurlar daha çox rastlaşırlar. Onlara qarşı təhqir və böhtan adətən saxta hesab və profillər üzərindən edilir.
Bəs görəsən, müğənnillər bu kimi hallarla rastlaşdıqda nə edirlər?
Xalq artisti Gülyaz Məmmədova təhqir dolu şərh yazanların öz tərbiyəsini nümayiş etdirdiklərini bildirib:
"Bəzən olur ki, heç demədiyim sözü yanlış başlıqlarla yazıb, sosial şəbəkələrdə paylaşırlar. Sosial şəbəkələrdəki bəzi səhifələr bunu reytinq üçün edib, məşhurları təhqirlərlə üz-üzə qoyurlar. Əgər həmin reytinqdən gəlir əldə edirlərsə, o pulu balalarına necə yedirirlər? Bu, göz qabağında olan həqiqətdir, bəziləri başlığı qəsdən elə qoyub, şərhlərdə müğənniləri istifadəçilərə söydürürlər. Bununla həm günah qazanırlar, həm də qarşı tərəfə stress yaşadırlar, qarğış yiyəsi olurlar.
Mən belə şeylərə görə bir çox mətbuat orqanına açıqlama verməkdən imtina edirəm. Efirlərə çıxırıq, ağzımızdan çıxan bir kəlməni şişirdib sosial şəbəkələrdə paylaşırlar. Bunlar nəyə lazımdır axı? Paylaşımların altına təhqir yazanlar qanmırlar, intellektual səviyyələri aşağıdır. Özünüz düşünün, ağlı olan insan kimisə təhqir edərmi? Mən sizə nə etmişəm, nə səhv işimi görmüsünüz ki, bu qədər pis şərhlər yazırsınız? Bu çox pis bir şeydir, adam dəhşətə gəlir ki, Azərbaycan adı ilə bu cür sözlər yazmaq olarmı? O ada layiq yaşamaq lazımdır. Erməninin demədiyini özümüzünkülər deyir. Mənfur düşmənin etmədiyini öz xalqının sənətçisinə qarşı edirlər, ayıb deyilmi?
Hər müğənni özünə görə çıxış edir, hərənin öz səsi, öz sevəni var, kimin həddinədir təhqir etmək? Siz kimsiniz?! Allahdan üstünsünüz ki, ağzınıza gələni yazırsınız? Axı həmin məşhurların öz ailəsi, anası, bacısı, qohum-əqrəbası var, bunu onlar da görür. Özünüzü onların yerinə qoyursunuzmu? Belələrinə nə deyəsən? Sizin nə ixtiyarınız var ki, başqalarını durmadan təhqir edəsiniz? Hamısını Allaha tapşırmışam"./ Yenisabah.az
BiG.Az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşSelin Dion 2 ildən sonra ilk dəfə ictimaiyyət qarşısına çıxdı
Dünya şöhrətli müğənni Selin Dion iki ildən sonra ilk dəfə ictimaiyyət qarşısına çıxıb. Axşam.az xəbər verir ki, 58 yaşlı sənətçi Parisdəki "Le Royal Monceau" otelinin qarşısında pərəstişkarları tərəfindən böyük coşqu ilə qarşılanıb. Həyəcanlı olduğu diqqətdən yayınmayan ifaçı bej rəngli tren
29.08.2026 238 Elşad Xose evə buraxıldı
Bir müddət öncə səhhətində problem yaranan Elşad Xose evə buraxılıb. OLAY-ın əldə etdiyi məlumata görə, hazırda sənətçinin vəziyyəti yaxşıdır. Xatırladaq ki, əsəb və sinir sistemində kəskin problemlər yaranan reperin müalicəsi Maştağada yerləşən Respublika Psixiatriya Xəstəxanasında aparılıb
26.08.2026 486 Xalq artistinin 1 yaşlı nəvəsi - Foto
Xalq artisti Simarə İmanova nəvəsi Hüseynəli ilə bağlı paylaşım edib. Axşam.az xəbər verir ki, müğənni nəvəsi ilə fotosunu yayımlayaraq Gədəbəydə istirahət etdiyini bildirib. Qeyd edək ki, Hüseynəli ifaçının oğlu Məhəmmədin övladıdır
02.09.2026 445 "Belə valideynləri qınayıram"
Xalq artisti Miri Yusif valideynlərə müraciət edib. Axşam.az xəbər verir ki, sənətçi avtomobildə azyaşlı uşaqların təhlükəsizliyi ilə bağlı fikirlərini bölüşüb. O bildirib ki, valideynlər uşaqlaeı sükan arxasında oturanda qorumurlar:. "Sükan arxasında olarkən azyaşlı uşaqlarını qucağında və ya dizini
07.09.2026 216 "Heç bir süni intellekt onun ifa ruhunu əvəz edə bilməz"
Əməkdar artist Sevda Ələkbərzadə hər kəsin süni intellektlə hazırlanmış mahnıları dinlədiyini bildirərək gileylənib. "Qafqazinfo" xəbər verir ki, o bu barədə sosial şəbəkə hesabında paylaşım edib. "Hara gedirsən hər yerdə robot (süni intellekt ) oxuyur, bezdim vallah, - müğənni paylaşımınd
04.09.2026 268 Şou-biznesdə ilin ən böyük sürprizi - Aygün və Namiq 16 ildən sonra "Gəlirəm"
Şou-biznesin əfsanəvi duet ortaqları - Xalq artisti Aygün Kazımova və meyxanaçı Namiq Qaraçuxurlu 16 illik fasilədən sonra yeni duetlə sevənlərinə sürpriz ediblər. Axşam.az xəbər verir ki, ən arzulanan duet ortaqları "Gəlirəm" adlı mahnı və klipi sevənlərinin ixtiyarına veriblər. Sevgidən bəh
04.09.2026 866 Bu da 3-cü dəfə evlənən Azərin AİLƏSİ - FOTO
Aparıcı Azər İsmayılov sosial mediada paylaşım edib. xəbər verir ki, aparıcı ailəsi ilə olan görüntülərini paylaşıb. Görüntülərdə onun qızları yer alıb. Azərin paylaşımı izləyicilərin marağına səbəb olub. Sözügedən görüntüləri təqdim edirik:
05.09.2026 559 Britni Spirs atasının qəyyumluğunun ona vurduğu ziyandan danışdı
Məşhur ABŞ-li müğənni Britni Spirs illərlə məruz qaldığı qəyyumluq rejiminin ona vurduğu zərərlər barədə danışıb. xəbər verir ki, sənətçi "Instagram" hesabında etdiyi yeni paylaşımında bu səbəbdən insanlara hörmət etməyi dayandırdığını etiraf edib. "İnsanlara böyük hörmətlə yanaşdığı
30.08.2026 239 Bütün paylaşımlarını silib 5 il öncəki bu fotosunu saxladı
Tanınmış repçi Elşad Xose sosial şəbəkədəki addımı ilə diqqət çəkib. "Qafqazinfo" xəbər verir ki, o, "Instagram" hesabındakı bütün paylaşımlarını silərək, yalnız 2021-ci ildə paylaşdığı "Bir azdan sükut pozulacaq" şərhli fotosunu saxlayıb. Qeyd edək ki, bir müddət əvvə
25.08.2026 515