Təsadüfən müğənni oldu, anasının sözü ilə sevdiyi qızı atdı – Tanımadığımız Səyyad Əlizadə

Təsadüfən müğənni oldu, anasının sözü ilə sevdiyi qızı atdı – Tanımadığımız Səyyad ƏlizadəKulis.az ötən gün vəfat edən müğənni Səyyad Əlizadə haqqında maraqlı məlumatları təqdim edir.

Səyyad Əşrəf oğlu Əlizadə 6 avqust 1958-ci ildə Füzuli rayonunun Babı kəndində anadan olub. İlk təhsilini Babı kəndindəki orta məktəbdə alıb. Gənc ikən atası Əşrəf kişi dünyasını dəyişir. Uşaq yaşlarından məktəbdə keçirilən şənliklərdə və rayon ansamblında oxumağa başlayır. 8-ci sinifdə oxuyarkən Füzuli rayonunda münsiflər heyətinə Ağabala Abdullayevin rəhbərlik etdiyi müsabiqədə qalib olur. Ağabala müəllim sonradan onu bir kənara çəkib deyir: "Çalış, bu sənətdə öz yolun olsun, səsin gözəldir, məlahətlidir, çalış, yarımçıq qalmasın".

1976-cı ildə orta məktəb şagirdi olan Səyyada atası təzə gitara alır. Səyyad bu gitara ilə toylara getməyə başlayır. Günlərin birində öz tarix müəllimi Allahverənlə bir qadın toyuna gedir. Toyu onun müəllimi aparacaqdı. Qadınlar müğənnidən Məmmədbağır Bağırzadənin həmin dövrdə böyük məşhurluq qazanan "İstəmir məni" mahnısını istəyirlər. Müğənni mahnını bilmədiyini deyir. Bu zaman Səyyad ayağa qalxıb mahnını oxumağa başlayır. Bundan sonra qadınlar deyirlər ki, toyu müğənni yox, o oxusun. O gündən Səyyad toylara getməyə başlayır.

***

1977-ci ildə İnşaat Mühəndisləri İnstitutuna daxil olur.

İkinci kursda oxuyanda - 19 yaşında Azərbaycan Dövlət Televiziyasından instituta gəlib verilişdə oxuması üçün tələbə axtarırlar. İnstitutun nəzdindəki ansamblın solisti olan Səyyad iyirmi nəfərin içindən seçilərək "Xoş gördük, tələbə" verilişinə dəvət olunur. Və müğənni kimi efirdə ilk çıxışını edir.

İnstitutu qurtaranda, 1981-ci ildə Kiyev şəhərinə Metro-Tikinti idarəsinə növbə rəisi göndərilir. Orada Bakı metropoliteninin keçmiş rəisi Tağı Əhmədovla tanış olub dostlaşır.

***

Səyyad Əlizadə 1981-ci ildə "Oxu tar" müsabiqəsinin qalibi olandan sonra bəstəkar Süleyman Ələsgərov onu konservatoriyaya dəvət edir, imzalı kitablarını bağışlayır və deyir ki, sən mütləq təhsil almalısan.

Kiyevdə yaşayarkən bir rus qızıyla tanış olur. Qıza vurulur. Onunla evlənmək istəyir. Lakin bu barədə evlərinə zəng vurub deyəndə, anası qəti şəkildə etiraz edir. Deyir, olmaz, çıx Bakıya gəl! Atasını erkən itirən, anasının əziyyəti ilə böyüyən Səyyad onun sözündən çıxa bilmir, sevdiyi qızı atıb, Bakıya qayıdır.

***

Anası ona azərbaycanlı bir qızla evlənməyi məsləhət görür. Müsahibələrinin birində Səyyad Əlizadə bu haqda deyir:

"Fikirləşdim ki, sevməsəm, necə evlənə bilərəm? Dedi, yox, sən filankəsin qızını alacaqsan. Qız da Naxçıvanda oxuyurdu. Mən də ərköyün olmuşam. Qızlar həmişə arxamca qaçıblar. Anam qayıtdı ki, qızla telefonla danış. Mən də zəng elədim, qız soruşdu, kimdir? Adımı dedim, məni tanıyırdı, çünki o vaxt efirdə olurdum. Bu da bilirdi ki, Əşrəf kişinin oğlu filankəsəm. Dedi, siz kimsiniz, mənə zəng edirsiniz? Mən də onun bu sözünə çox əsəbləşdim. Naxçıvanda dostum vardı, əsəbimdən ora getdim, onu orada tapdım. Qızı çağırtdırdım, gəlib məni gördü, gələcəyimi gözləmirdi axı. Mən də coşmuşam, başlamışam ki, sən kimsən, mənə belə cavab verirsən, mən heç səni tanımıram. Dedim, mənə gəlirsən gəl, gəlmirsən, heç səni tanımıram, anamın xahişi ilə sənə zəng etmişdim. Bu qız başını qaldırıb bir kəlmə demədi. Bu, mənim xoşuma gəldi. Dostum da qayıtdı ki, sən camaatın qızının üstünə niyə qışqırırsan. Özlüyümdə fikirləşdim ki, bu, yaxşı qızdır. Gözəl, uzun saçlı qız idi. Xəyalımdakı qadın idi. Sonra bir-birimizi sevdik. Atasıgil onu başqasına vermək istəyirdi. Getmədi. Biz 1987-ci ildə ailə qurduq".

Elə həmin ildə müğənni "Təbrizim" adlı albomu buraxır. Ardınca "Bəyaz gecələr" mahnısını ifa edir. Bu mahnı dövrün ən populyar mahnısına çevrilir. Səyyad Əlizadənin müğənni kimi uğurlu vəsiqəsi olur. Mahnı bütün Azərbaycanda sevilməklə yanaşı dünyanın otuzdan çox ölkəsində də oxunmağa başlayır.

***

O, həm də qadın müğənnilərlə duet ortağı kimi məşhurluq qazanmışdı. Könül Kərimova, Rahidə Baxışova, Mətanət İsgəndərli, Mənzurə Musayeva və Türkanə Həsənova ilə duetlər ifa edib, musiqi albomu buraxıb.

***

Müğənni heç vaxt spirtli içki içməyib, siqaret çəkməyib. İdmanla məşğul olub, futboldan və güləşdən dərəcələr qazanıb.

"Gözlərimin yaşı", "Xallı qız", "Saçlarım bəyaz oldu", "Bizim uşaq dünyamız", "Harda qaldın", "Gül ki", "Qaranquşlar gələndə" mahnıları ilə məşhurluq qazanıb.

***

Bir müddət əvvəl müğənni haqqında ölüm xəbəri yayılmışdı, o, efirə çıxaraq bu xəbərin yalan olduğunu, sətəlcəm keçirib müalicə aldığını bildirmişdi.

***

Səyyad Əlizadə sentyabrın 13-də Covid-19 xəstəsi kimi Zığda yerləşən modul tipli xəstəxanaya yerləşdirilir. 17 sentyabrda Mərkəzi Gömrük Hospitalına köçürülür, ECMO aparatına qoşulur. Lakin onun həyatını xilas etmək mümkün olmur. Müğənni 30 sentyabr 2021-ci ildə 63 yaşında vəfat edir. Onun vəsiyyəti Füzuli rayonunda valideynlərinin yanında dəfn olunmaq idi.


BiG.Az
Telegramda izləyin
Şou biznes   Baxılıb: 4170   Tarix: 02 oktyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Səmavi yenidən gündəmdə: "İlahi" adlı yeni mahnısını təqdim etdi

Bir müddət öncə ifası və yaradıcılığı ilə ölkə mediasında geniş müzakirələrə səbəb olan müğənni Səmavi yeni mahnısını dinləyicilərinə təqdim edib. İfaçının yeni layihəsi "İlahi" adlanır. Mahnı artıq "YouTube" platformasında yayımlanıb və Səmavinin yaradıcılığını izləyənlər tərəfində

02.11.2026 698
.

Murad Adıgözəlzadə və Ayselin qızı - VİDEO

"Avroviziya" təmsilçilərimizdən olan Aysel Teymurzadə qızı Leyla ilə bağlı paylaşım edib. Bizim.Media xəbər verir ki, müğənni övladının rəqs festivalındakı çıxışını sosial şəbəkə hesabında yayımlayıb. İfaçı qızının görüntüsünə "Mənim sevgim, Leyla" şərhini yazıb. Qeyd edək ki, Ayse

07.11.2026 513
.

Ukrayna Baskov, Kirkorov və Priqojini qara siyahıya saldı

Rusiyanın Xalq artistləri - Nikolay Baskov və Filipp Kirkorov, eləcə də musiqi prodüseri İosif Priqojin Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin məlumat bazasına salınıblar. xəbər verir ki, bu barədə "War&Sanctions" məlumat bazasının portalında dərc olunub. Baza tərtibatçılar

08.11.2026 145
.

Xoşqədəm TANINMAZ HALDA - FOTO

Aparıcı Xoşqədəm Baxşəliyeva sosial mediada paylaşımı ilə diqqət çəkib. xəbər verir ki, o, şəxsi "Instagram" hesabında yeni görüntülərini paylaşıb. Fotoda aparıcının çəki alması və dəyişimi diqqətdən qaçmayıb. Onun paylaşımı marağa səbəb olub. Həmin fotoları təqdim edirik:

08.11.2026 475
.

Polad Bülbüloğlu bu səbəbdən Tünzalə Ağayevaya təşəkkür etdi

Xalq artisti Tünzalə Ağayeva Azərbaycan musiqisinin əvəzolunmaz sənətkarı, Xalq artisti Polad Bülbüloğlunun "Gəl ey səhər" əsərini ifa edərək ona yeni nəfəs verib. xəbər verir ki, MTV maqazin sözügedən ifa haqqında Polad Bülbüloğlundan özəl açıqlama alıb. Xalq artisti pop ulduza təşəkkürün

06.11.2026 460
.

Gözəllik müsabiqəsinin qalibləri bəlli oldu

Elektra Events Hall"da keçirilən "Miss & Mister Of Azerbaijan 2026" gözəllik müsabiqəsinin qalibləri bəlli oldu. Showmedia xəbər verir ki, münsif heyətininin verdiyi səsə, tamaşaçıların verdiyi səsə və idarə heyətinin verdiyi qərara əsasən "Miss Of Azerbaijan 2026" qalib

31.10.2026 785
.

Gülay Zeynallı görünüşü ilə DİQQƏT ÇƏKDİ - FOTO

Müğənni Gülay Zeynallı sosial mediada görünüşü ilə diqqət çəkib. xəbər verir ki, müğənninin "instagram" hesabında yeni görüntüləri yayımlanıb. Paylaşımda Gülay gözəlliyi və fit görünüşü ilə hər kəsi heyran edib. Sözügedən fotoları təqdim edirik:

08.11.2026 369
.

39 yaşlı aktyor faciəli şəkildə öldü

Rusiyalı aktyor İvan Skitsan vəfat edib. Axşam.az xəbər verir ki, aktyor 39 yaşında dünyasını dəyişib. Onun ölümünün səbəbi ilə bağlı "Mash" teleqram kanalı məlumat yayıb. Nəşrin iddiasına görə, anadangəlmə qida borusu daralmasından əziyyət çəkən İvan elə bu səbəbdən 10-dan çox əməliyyat keçirib

08.11.2026 190
.

Mənzurə Musayevanı 500 manata toya çağırmaq istədilər

Müğənni Mənzurə Musayeva yarım saatlıq toy çıxışının qiyməti ilə bağlı müzakirələrə səbəb olub. Qaynarinfo xəbər verir ki, müğənni bu günlərdə qatıldığı televiziya proqramlarından birində müzakirə mövzusuna çevrilib. Veriliş zamanı orta məktəbdə müəllim işləyən tamaşaçı canlı yayıma qoşularaq övladlarını

29.10.2026 760
.