"O müğənnilər televiziyaya çıxmamalıdırlar" - Nailə İslamzadə

"O müğənnilər televiziyaya çıxmamalıdırlar" - Nailə İslamzadə"Mənəvi dəyərlər üzərindən necə xətt çəkmək olar? Hamı eyni ailədə böyümür, eyni dərəcədə savadlı olmur. İnsanlar müxtəlifdir. Hamını olduğu kimi qəbul edirəm. Sosial şəbəkədə doğru olmayaraq yazılan tənqidlər çoxdur. Bəzən deyirəm, niyə belə yazırlar? Amma böyük mənada xalqın gözü tərəzidir. Haqsızlıqlar da var. İndiyənə qədər öz ünvanıma mənfi rəy görməmişəm. Heç bir şərhi də silmirəm".

Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Nailə İslamzadə "Ən doğrusu" verilişində deyib. Aparıcı televiziyalardan narazı olduğunun bildirib. O qedye dib ki, televiziya rəhbərləri verilişlərə və aparıcılara ciddi nəzarət etməlidir:

"Əgər tənqid çox yazılırsa, diqqət etməlidirlər ki, axı niyə yazırlar? Səhvim var ki deyrilər, niyə məni bəyənmirlər? Mən olsam bundan nətciə çıxardaram. Götür-qoy edərəm... İxtiyarımız yoxdur efirdə özümüzü istədiyimiz kimi aparaq. Düşünün ki, onun arxasından mənə kimlər baxır: akademikindən tutmuş, fəhləsinə kimi... Mənim nə ixtiyarım var ki, onların qabağında istədiyim sözü deyim?

Bəzən deyirlər şoudur, nə istəsəm edə bilərəm. Amma onun da öz yeri var. İnsanları güldürmək çətindir. Ağlatmaq asandır. Şou-proqramlarda ehtiyatlı olmaq lazımdır. Sərbəstlik olmaz. Sənin azadlığın başqasının azadlığı başlayan yerdə bitir. Onun sahəsinə girib azadlığını pozaraq davam edə bilmərəm.

Televiziyada gedən səhvlərin 90 faizi rəhbərlərin üzərindədir. Mən də bir yerdə rəhbərəm. Biz icazə verməsək nə veriliş hazırlaya, nə söz deyə, nə də video material çıxara bilərlər. Bəzən özəl kanallar pul qazanmaq, reytinq üçün edir. Televiziyanı kazinoya çevirmək olmaz. Bura Böyük təbliğat vasitəsidir".

N.İslamzadə bayağı mahnı ifaçılarının efirə buraxılmasını pisləyib:

"Özünə hörmət edən adam başqa formada mahnı oxumaz. "Youtube"da çox sayda baxış yığa bilərlər. Amma bu düzgün musiqi, düzgün danışıq deyil. Onlar televiziyaya çıxmamalıdırlar. İstər danışıq, istər musiqi olsun televiziya tamaşaçı zövqünü formalaşdırır. Əvvəl diktorların danışığı etalon idi. Bizim nə ixtiyarımız var idi, bir hərfi səhv deyək? Bizə uşaqlar baxır, nəşə öyrənir".


BiG.Az
Telegramda izləyin
Şou biznes   Baxılıb: 2773   Tarix: 06 oktyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Beyonsun 500 milyonluq özəl günü - Fotolar

Amerikalı məşhur müğənni Beyons yeni yaşını lüks yaxtasında həyat yoldaşı Cey-Z və övladları ilə birlikdə qeyd edib. Axşam.az xarici mediaya istinadən xəbər verir ki, ifaçının 40 yaşı tamam olub. O, 500 milyon dollarlıq yaxta ilə səyahətə yollanaraq özəl gününü qeyd edib. Kirayəsi həftəlik 4 milyon dollar

16.09.2021 2230
.

Tünzalə Ağayevanın formada qalma sirri - Fotolar

Xalq artisti Tünzalə Ağayeva son günlər görünüşündəki dəyişikliklərlə gündəmə gəlir. Axşam.az xəbər verir ki, müğənni əvvəlcə sarı saçlarını tünd rəngə boyadı. Daha sonra isə onların düz görünüşünü buruqlu düzümlə əvəzləyib. T.Ağayeva eyni zamanda cəsarətli geyimləri ilə də gündəmdən düşmür. İfaçı İnstaqramı

17.09.2021 2993
.

Koronavirus bəlası sənət adamları arasında - Kimlər peyvənd olunub?

Son günlər bir neçə yerli sənət adamının koronavirusa yoluxma xəbəri medianın gündəminə çevrildi. Bütün dünyanı cənginə alan bu xəstəliyə yoluxub sağalanları görsək də, çox təəssüf ki, gözlənilməz şəkildə həyatını itirən sənətkarlar da oldu. Belə bir məqamda həmin sənətçilərin xəstəlikdən öncə peyvən

16.09.2021 1870
.

İkinci əl geyimlər aldığını etiraf etdi

Türkiyəli aktrisa Şəbnəm Bozoklu həyat yoldaşı Kanat Atkaya ilə İstanbulun Bebek ərazisində görüntülənib. Axşam.az-a istinadən xəbər verir ki, aktrisa müxbirlərlə söhbət edərkən ikinci əl geyimlər aldığını etiraf edib:. "Təzə paltarlar da alıram. Amma bu təbiətə zərər verir. Ona görə az istifad

18.09.2021 6939
.

Validə Abbasova Yunanıstanda belə dincəlir - FOTOLAR

"Miss milenium" gözəli Validə Abbasova yay tətilini Yunanıstanda keçirib. Axşam.az-a istinadən xəbər verir ki, keçmiş model gəzinti fotolarını İnstaqramda izləyiciləri ilə bölüşüb. Abbasovanın formada qalması isə izləyicilərinin diqqətini çəkib. Onlar modelə bunla bağlı suallar ünvanlayıblar

17.09.2021 2305
.

Aqil M.Quliyev cinayətdən danışacaq

Rejissor Aqil M.Quliyev də bu mövsüm aparıcılıq edəcək. Axşam.az-a istinadən xəbər verir ki, rejissor "Xəzər TV" ilə işbirliyinə başlayıb. Onun proqramı "Cinayət və cəza" adlanır. Aqil.M.Quliyev cinyyət hadisələrindən bəhs edəcək. Qeyd edək ki, Aqillə yanaşı bu mövsüm Əməkdar artis

18.09.2021 2371
.

Toydan 3 ay sonra ayrıldılar

Aparıcı Ece Erken 3 ay əvvəl ailə qurduğu Şafak Mahmutyazıcıoğlu ilə ayrılıb. Axşam.az-a istinadən xəbər verir ki, o, birlikdə olan fotolarını sosial şəbəkədən silib. Ece eyni zamanda soyadını da dəyişdirib. İyunda vəkil sevgilisi ilə uzun müddət davam edən münasibətini rəsmiləşdirən Erkenin bu addım

18.09.2021 5366
.

"Kalp yarası"nda yeni aktyor - Foto

Reytinqlərdə ilk sırada yer alan "Kalp yarası" serialına yeni aktyor daxil olub. Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ekran işində Görkem Mertsöz rol alacaq. Aktyor serialda psixoloq obrazına həyat verəcək

17.09.2021 3104
.

Orxan Gəncəbayın oğlu evləndi - VİDEO

Bu gün türkiyəli müğənni Orxan Gəncəbayın oğlu Gökhan Gəncəbay ailə həyatı qurub. Axşam.az-a istinadən xəbər verir ki, Gökhan uzun müddətdir eşq yaşadığı Seda Hanla Çırağan Sarayında nikah masasına əyləşib. Cütlüyün xoş günündən görüntülər sosial şəbəkədə yayılıb

16.09.2021 3352
.