Mahir Cürət: "Hər gün dua edirəm ki, kaş öləydim"

Mahir Cürət: "Hər gün dua edirəm ki, kaş öləydim""Hazırda müalicəm davam edir. Ölüm mənim üçün qorxulu deyildir. Ölüm imansız adam üçün qorxulu ola bilər. Əlli yaşım var, bundan sonra mənim üçün nə olacaq? Ömrümün 20 ili getdi. Ömür getdi. Xəstəliyim, dərdim mənə bir kitab yazdırıb. Bu arsızlıq deyil, xəstəlikdi. İndi müalicə məni saxlayır, təyin olunmuş dərmanım var, onu qəbul edirəm. Nə qədər ömrüm var, o dərmanı içib yaşayacam."

Bu sözləri jurnalist Ulvira Qarayevaya müsahibə verən tanınmış meyxanaçı Mahir Cürət söyləyib. O, daha sonra əlavə edib:

"Ömrü yazan allahdır, amma bizim özümüzdən asılı olmayan şeylər də var. Mühitdən, əhatədən çox şey asılıdır. Mənə də məşhurluq, mühit təsir elədi. "Kruqa" düşdük. Gərək olmayaydı, amma oldu də."

"Həbsxanaya özüm öz ayağımla polisin maşınına minib getdim. Getdim ki, bir az sağalım. Türmədə hamı yığıldı başıma ki, şairi bura niyə gətiriblər? Polis dedi, özü gəlmək istədi. Orda narkotikdən istifadə etmirdim. Səkkiz aydan sonra tərtəmiz bayıra çıxdım. Sonra uşaqlarla toya düşdük, bir, iki dəfə "metadon" atdıq. Ondan sonra bir də ayıldım ki, yenə həmin əhatəyə düşmüşəm. Bu xəstəlik sirli, bəlalı bir şeydir. Narkomaniya iki cür xəstəlikdir. Həm biolojidir, həm də psixoloji. Bu xəstəlik mənə anatomiyanı, insan elmini öyrətdi. Nə qədər xəstəxanalarda yatmaq olar? Ukraynada ən böyük narkoloji xəstəxanada yatmışam. Orda imkanlı adamların uşaqları, cavan qızlar, oğlanlar yatırdılar. Orda on beş günə qədər yatdım".

O, ailəsindən də danışıb:

"Uşaqlarımı bu bəladan qorumuşam, tərtəmzdirlər. Onların qanında, canında elə şey yoxdur. Onlar heç vaxt nəşəli olduğumu görməyiblər. Mən nə eləmişəmsə, öz otağımda eləmişəm. Özü də mən heç kimi axtarmamışam. Mənə nə isə lazım olanda evimə gətirirdilər. Düşüb narkomanlara qoşulub gündə ora-bura getmirəm. Elə xasiyyətim yoxdur".

Meyxanaçı səmimi etiraflarını davam etdirib:

"Bu xəstəlik məndən hər şey aldı. Nə vardı getdi, ən çox da pulum getdi. Bu xəstəliyə düşənlərin ən aşağısı, gündə əlli manata ehtiyacı olur.

Narkomaniya mənim etibarımı əlimdən aldı. İtirdim etibarımı. Özümdən əskik insanlar mənə yuxarıdan aşağı baxdılar. Halbuki, onlar mənim heç kəsilən dırnağım da deyildi. Yanıb tökülürəm ki, mənim üçün Xalq artisti ayağa durur, məni yanına çağırır, mən də haradasa bir alçağı gözləyib alimin yanına getmirəm.

...Mən bir dəfə də Yazıçılar İttifaqına ayağımı qoymamışam. Orda bir dənə də şair yoxdur. Azərbaycanda qeydiyyatda min üç yüz, min dörd yüz şair var. Ölkədə min dörd yüz şair olar? Gedib min dörd yüz birinci olmaq mənə lazım deyil.

...Yaşadığım bu evdə elə günlər keçirmişəm ki, yadıma düşəndə ağlayıram. Hər gün ağlayıram, hər gün. Elə bir günüm yoxdur ki, ağlamayım. Uzaqdan baxanda rahat görsənir, elə bilirlər ki, arsızsan. Aydın Xırdalanlı öldü-getdi. İndi öz-özümə xəcalət çəkirəm ki, o, öldü, mən qaldım. Ölmək bu xəstəlikdən yaxşıdır. Hər gün dua edirəm ki, ay allah kaş öləydim.

...Allahdan bir istəyim var ki, məni yorğan-döşəyə salmasın. Bir gün gecə yatım, səhər ayılmayım. İstəyim ancaq budur. Onsuz da bundan o tərəfə mən neyləyəcəm? Peşmanam ona görə ki, mən bildiyimin hamısını yaza bilmədim. Ürəyim dolu qaldı."

Mənbə: Kulis.az


BiG.Az
Telegramda izləyin
Şou biznes   Baxılıb: 4697   Tarix: 06 oktyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Beyonsun 500 milyonluq özəl günü - Fotolar

Amerikalı məşhur müğənni Beyons yeni yaşını lüks yaxtasında həyat yoldaşı Cey-Z və övladları ilə birlikdə qeyd edib. Axşam.az xarici mediaya istinadən xəbər verir ki, ifaçının 40 yaşı tamam olub. O, 500 milyon dollarlıq yaxta ilə səyahətə yollanaraq özəl gününü qeyd edib. Kirayəsi həftəlik 4 milyon dollar

16.09.2021 2230
.

Tünzalə Ağayevanın formada qalma sirri - Fotolar

Xalq artisti Tünzalə Ağayeva son günlər görünüşündəki dəyişikliklərlə gündəmə gəlir. Axşam.az xəbər verir ki, müğənni əvvəlcə sarı saçlarını tünd rəngə boyadı. Daha sonra isə onların düz görünüşünü buruqlu düzümlə əvəzləyib. T.Ağayeva eyni zamanda cəsarətli geyimləri ilə də gündəmdən düşmür. İfaçı İnstaqramı

17.09.2021 2993
.

Koronavirus bəlası sənət adamları arasında - Kimlər peyvənd olunub?

Son günlər bir neçə yerli sənət adamının koronavirusa yoluxma xəbəri medianın gündəminə çevrildi. Bütün dünyanı cənginə alan bu xəstəliyə yoluxub sağalanları görsək də, çox təəssüf ki, gözlənilməz şəkildə həyatını itirən sənətkarlar da oldu. Belə bir məqamda həmin sənətçilərin xəstəlikdən öncə peyvən

16.09.2021 1870
.

İkinci əl geyimlər aldığını etiraf etdi

Türkiyəli aktrisa Şəbnəm Bozoklu həyat yoldaşı Kanat Atkaya ilə İstanbulun Bebek ərazisində görüntülənib. Axşam.az-a istinadən xəbər verir ki, aktrisa müxbirlərlə söhbət edərkən ikinci əl geyimlər aldığını etiraf edib:. "Təzə paltarlar da alıram. Amma bu təbiətə zərər verir. Ona görə az istifad

18.09.2021 6939
.

Validə Abbasova Yunanıstanda belə dincəlir - FOTOLAR

"Miss milenium" gözəli Validə Abbasova yay tətilini Yunanıstanda keçirib. Axşam.az-a istinadən xəbər verir ki, keçmiş model gəzinti fotolarını İnstaqramda izləyiciləri ilə bölüşüb. Abbasovanın formada qalması isə izləyicilərinin diqqətini çəkib. Onlar modelə bunla bağlı suallar ünvanlayıblar

17.09.2021 2305
.

Aqil M.Quliyev cinayətdən danışacaq

Rejissor Aqil M.Quliyev də bu mövsüm aparıcılıq edəcək. Axşam.az-a istinadən xəbər verir ki, rejissor "Xəzər TV" ilə işbirliyinə başlayıb. Onun proqramı "Cinayət və cəza" adlanır. Aqil.M.Quliyev cinyyət hadisələrindən bəhs edəcək. Qeyd edək ki, Aqillə yanaşı bu mövsüm Əməkdar artis

18.09.2021 2371
.

Toydan 3 ay sonra ayrıldılar

Aparıcı Ece Erken 3 ay əvvəl ailə qurduğu Şafak Mahmutyazıcıoğlu ilə ayrılıb. Axşam.az-a istinadən xəbər verir ki, o, birlikdə olan fotolarını sosial şəbəkədən silib. Ece eyni zamanda soyadını da dəyişdirib. İyunda vəkil sevgilisi ilə uzun müddət davam edən münasibətini rəsmiləşdirən Erkenin bu addım

18.09.2021 5366
.

"Kalp yarası"nda yeni aktyor - Foto

Reytinqlərdə ilk sırada yer alan "Kalp yarası" serialına yeni aktyor daxil olub. Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ekran işində Görkem Mertsöz rol alacaq. Aktyor serialda psixoloq obrazına həyat verəcək

17.09.2021 3104
.

Orxan Gəncəbayın oğlu evləndi - VİDEO

Bu gün türkiyəli müğənni Orxan Gəncəbayın oğlu Gökhan Gəncəbay ailə həyatı qurub. Axşam.az-a istinadən xəbər verir ki, Gökhan uzun müddətdir eşq yaşadığı Seda Hanla Çırağan Sarayında nikah masasına əyləşib. Cütlüyün xoş günündən görüntülər sosial şəbəkədə yayılıb

16.09.2021 3352
.