"Pulun var deyə, mənə zərbələr vurursan" - Gəlinindən Mətanətə
Əməkdar artist Mətanət İsgəndərlinin gəlini Canana sənətçinin onun haqda səsləndirdiyi ittihamlara cavab verib.
Axşam.az xəbər verir ki, sosial şəbəkədə paylaşım edən Canana M.İskəndərlinin yalan danışdığı bildirib:
"Bu gün o qədər məyus oldum ki... İnsan necə yalanlar danışar? Utanmadan mənə şər, böhtanlar atar. Balalarımı götümüsən, uşaqlarıma psixoloji travma yaşatdırırsan. Evdə köməkçinin ümidinə qoyub gedirsən. Pulun var deyə, mənə zərbələr vurursan. Nə istəyirsən et! İndiyə kimi elədiklərini etmisən. Bil ki, Allah böyükdür.
"Allahdan qorx. Orada məni təhqir edirsən, yalanlar danışırısan. On il mən sizdə qalmışam deyirsən. Bunların arxasında dura biləcəksən? Qorxmursan Allahdan? Mən İnstaqramda səhifəm böyükdür deyə, nə olurdusa paylaşırdım. Dedim ki, bələ kimsə kömək olar".
Qeyd edək ki, Əməkdar artist "Günün sədası" proqramında gəlini ilə oğlunun ayrılması haqda bunları demişdi:
"Bu qız barışmağa yer qoymadı. Onu kim yoldan çıxardısa, Allah onun evini yıxsın. Oğlumdan 5 yaş böyükdür, 42 yaşı var, 15-20 yaşı yoxdur ki, qabağıma qoyum danışım. 23 ildir mənim evimdə yaşayır. 10 il nişanlı qalıb, valideynləri Rusiyada qalırdı, onu 10 il evimdə saxladım. Sonra toyları oldu, 23 ildir evimdə yaşayıb, həmin adamlarıq, indi pis olduq? Kərimi özü istəyib. Kərimin ilk sevgisi olub. Mənim oğlum ondan başqa qadın görməyib. Kərim elə uşaqdır ki, ona başqasın almaq istəsəm, edərdi. Etmədim... Onun işləməyini istəmirdik, deyirdim, sənin nəyin çatmır? Yoldaşın işləyir, altında maşın, köməkçisi, salon açdım. Lazer aparatı almaq istədi, qızıllarını satdı, gəldi üstünü düzəltdim, aldı. Boynunu bükürdü, deyirdim get et. Mən sənə nə pislik etdim? İndi son sözü o oldu ki, mən azad olmaq, özüm üçün yaşamaq istəyirəm. 42 yaşın var, üç uşaq dünyaya gətirmisən. Nə azad? Kərimə uşaq ana deyir, ürəyimin başı ağrıyır. Türmədə idin? Altında maşın, bütün günü gəzirdin, cibinə pul qoyurdum. Deyirdim, uşaqları apar parka, qayıdırdı ki, ürəyim sıxılır. Deyirəm, ağlayırsan, gəl uşaqlarını götür. Ona dedim ki, ailəni dağıtma, ev, maşın verirəm. Hər şeyini verirəm. Otur evdə namusunla, uşaqlara bax, istəmədi. İndi niyə ağlayırsan? Onu hər yay Türkiyəyə bahalı otellərə istirahətə göndərirdim, ordan gəlirdi Nabrana gedirdi. Nəyin əskik idi?".
Xatırladaq ki, Canana və Kərimin 3 övladı var. Canana həyat yoldaşı və qayınanasını onun ailəsini dağıtmaqda ittiham edirdi.

BiG.Az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş"Başkalarının hayatı" da yayımlanmayacaq
"Başkalarının hayatı" serialının da yeni bölümü sabah yayımlanmayacaq. Axşam.az xəbər verir ki, bu qərar reklam gəlirlərinin aşağı olması ilə əlaqədar qəbul edilib. Qeyd edək ki, eyni səbəbdən cümə axşamı "Halef", "Sevdiğim Sensin" və "Muhtemel Aşk" seriallarını
31.10.2026 539 "Mən əməliyyatda olanda bacımın ürəyi gedib"
"Oğlum da, qızım da, bacım da etiraz etdi. Hara gedirdimsə, deyirdilər ki, əməliyyat etdirmə. Amma mən qərar vermişdim, özümü buna hazırlamışdım". Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Mətanət İsgəndərli TMB-də qonaq olarkən deyib. Abdominoplastika əməliyyatı keçirən müğənni həmi
31.10.2026 526 "Taksi sürücüləri ilə dostlaşmışam, evlərinə qonaq da gedirəm"
"Elə taksi sürücüləri var ki, onlarla evli kimiyəm. Hətta birinin evinə qonaq da getmişəm. Xaçmazda olanda zəng vurdum ki, gəlirəm. Getdim, gördüm ki, bizə gözəl süfrə açıblar". Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Elza Seyidcahan "Kəşfet" proqramında danışıb. Avtomobilini
07.11.2026 250 Gülay Zeynallı görünüşü ilə DİQQƏT ÇƏKDİ - FOTO
Müğənni Gülay Zeynallı sosial mediada görünüşü ilə diqqət çəkib. xəbər verir ki, müğənninin "instagram" hesabında yeni görüntüləri yayımlanıb. Paylaşımda Gülay gözəlliyi və fit görünüşü ilə hər kəsi heyran edib. Sözügedən fotoları təqdim edirik:
08.11.2026 369 Nailə İslamzadədən danışan Çingiz Abdullayev: "40 il əvvəl atam sevirdi, indi mən..."
Xalq yazıçısı Çingiz Abdullayev etirafı ilə diqqət çəkib. xəbər verir ki, "Qonaqcanlı" verilişinə dəvət olunan yazıçı Əməkdar artist Nailə İslamzadəyə olan rəğbətindən danışıb. "40 il əvvəl Nailə xanımı atam sevirdi, indi də mən sevirəm. Onu görəndə inanmadım ki, necə belə yaxşı qalıb
03.11.2026 662 "Qafqaz əsiri"nin ulduzu da "qara siyahı"ya salındı
"Qafqaz əsiri və ya Şurikin yeni macəraları" filmində "Nina" obrazını canlandıran Xalq artisti Natalya Varley Ukrayna kəşfiyyatının məlumat bazasına daxil edilib. Axşam.az xəbər verir ki, buna səbəb kimi onun Rusiyanın hərbi əməliyyatlarına və rusiyalı hərbçilərə dəstək verməsi, Rusiyanı
08.11.2026 229 Britni Spirs maddi dəstəyi dayandırdı, keçmiş əri borca düşdü
Müğənni Britni Spirsin keçmiş həyat yoldaşı, rəqqas Kevin Federlayn eks-arvadının maddi dəstəyi dayandırıldıqdan sonra ciddi borc problemi ilə üzləşib. "Page Six" nəşrinə istinadən xəbər verir ki, kredit kartı borcuna görə Federlayn barəsində məhkəmə iddiası qaldırılıb. Nəşrin əldə etdiyi məhkəm
01.11.2026 507 Gülay Zeynallı paylaşımı ilə HAMINI MAT QOYDU - FOTOLAR
Müğənni Gülay Zeynallı sosial mediada paylaşımı ilə diqqət çəkib. xəbər verir ki, müğənni instaqram hesabında yeni görüntülərini izləyiciləri ilə bölüşüb. Gülay görünüşü və yeni tərzi ilə diqqət çəkib. Fotolarda onun anası və qızı da yer alıb. Paylaşıma xoş sözlər yazıblar. Həmin fotoları təqdim edirik
01.11.2026 842 Almaxanım yeni GÖRÜNÜŞÜ İLƏ DİQQƏT ÇƏKDİ - FOTOLAR
Heydər Əliyev Fondu, Azərbaycan Dövlət Televiziyası, Mədəniyyət və Turizm Nazirliyi və Mədəniyyət Fondunun birgə təşkil etdiyi VI Muğam Müsabiqəsinin qalibi - Qran Pri mükafatının sahibi Almaxanım Əhmədlidən xəbər var. xəbər verir ki, Almaxanım instaqramda yeni görüntülərini paylaşıb. Onun xeyli çək
01.11.2026 627