"İndi qadın da, kişi də sevgi dilənir"

"İndi qadın da, kişi də sevgi dilənir""Mən də hər kəs kimi müəyyən hisslər yaşamışam, sevmişəm, sevilmişəm. Çox şükür, bunu ən gözəl şəkildə yaşamışam. Təbii, geriyə qayıtmaq şansım olsaydı, hər şeyi başqa cür edərdim, amma bu mənim üçün dərs idi. Münasibətlərdə cütlüklərin 90 faizində problem olub. Bu özünü sevməmək və sevgi dilənməklə bağlıdır".

Axşam.az xəbər verir ki, bu sözləri müğənni Çingiz Mustafayev deyib. O, münasibətdə olmaq üçün tanış olduğu xanımlarla danışdıqdan sonra onların məruz qaldığı şiddətə kədərləndiyini bildirib:

"Qadın da, kişi də sevgi dilənir: niyə gec yazdın, gec gəldin, məni sevmirsən, vaxt ayırmırsan və sair. Daim bir gözlənti var. Bu da o deməkdir ki, sən daima dilənirsən, sevgiyə ehtiyacın var. Çünki daxilində sevgi yoxdur. Sevgi olsaydı, sən o sevgini hər yerdə görərdin. Əsl sevgi var, bu isə iki özünü sevən insanlar bir araya gələndə olur. Məsələn, istəmirəm ki, məni incitsinlər, aldatsınlar. Ona görə də başqasını aldatmıram, incitmirəm.

Açıq danışacağam, subayam. Xanımlarla münasibət quranda görüşürük, onlar öz keçmiş münasibətlərindən danışırlar. Şoka düşürəm, onlar nələr yaşayırlar. Əl qaldırmaq məsələsi elə bir yerə gəlib çatıb ki, buna heç kim təəccüblənmir. Bu artıq sıradan bir hala çevrilib. Bu, ən yaxşı halda belədir. Bəzən elə şeylər danışırlar ki, həqiqətən təəccüblənirəm və çox məyus oluram.

Bir neçə il əvvəl 8 Martda qadınları təbrik edərkən belə bir cümlə işlətmişdim: "Özünüzü sevin və kişilərə aldanmayın". Təbii ki, bu, bütün kişilərə aid deyil. Qadınlara qarşı dürüst, gözəl yanaşanlar da var. Amma açıq danışırıqsa, bunlar azlıq təşkil edir. Qadınları həddindən artıq çox incidirlər. Son zamanlar mənimlə xanımlar arasında maraqlı bir bağ yaranıb. Və əvvəlkindən qat-qat çox onlara dəyər verməyə başlamışam. Bəlkə anam məni tək böyütdüyünə görə belədir. Əlimdən gəldiyi qədər onların yanında olmağa çalışacağam".


BiG.Az
Telegramda izləyin
Şou biznes   Baxılıb: 1833   Tarix: 26 oktyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Qafqaz əsiri"nin ulduzu da "qara siyahı"ya salındı

"Qafqaz əsiri və ya Şurikin yeni macəraları" filmində "Nina" obrazını canlandıran Xalq artisti Natalya Varley Ukrayna kəşfiyyatının məlumat bazasına daxil edilib. Axşam.az xəbər verir ki, buna səbəb kimi onun Rusiyanın hərbi əməliyyatlarına və rusiyalı hərbçilərə dəstək verməsi, Rusiyanı

08.11.2026 229
.

Sobçak və həyat yoldaşının Latviyaya girişi qadağan edildi

Rusiyalı jurnalist Kseniya Sobçak və həyat yoldaşı, rejissor Konstantin Boqomolovun Latviyaya girişinə qadağa qoyulub. Axşam.az xəbər verir ki, bu barədə Latviyanın xarici işlər naziri Bayba Braje açıqlayıb. Nazirin sosial şəbəkə hesabında paylaşdığı məlumata görə, 44 yaşlı Sobçak və 51 yaşlı Boqomolo

01.11.2026 455
.

"Mən əməliyyatda olanda bacımın ürəyi gedib"

"Oğlum da, qızım da, bacım da etiraz etdi. Hara gedirdimsə, deyirdilər ki, əməliyyat etdirmə. Amma mən qərar vermişdim, özümü buna hazırlamışdım". Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Mətanət İsgəndərli TMB-də qonaq olarkən deyib. Abdominoplastika əməliyyatı keçirən müğənni həmi

31.10.2026 526
.

Corcinanın qısqanclığı Ronaldoya 100 milyon dollara başa gəldi

Ulduz futbolçu Kriştiano Ronaldonun özəl təyyarəsində çalışan qadın pilotu işdən çıxardığı iddia olunur. Bu qərarın arxasında isə həyat yoldaşı Corcina Rodrigesin dayandığı bildirilir. xəbər verir ki, Ronaldonun təyyarəsində pilot kimi çalışan Sofiya Vens adlı qadınla futbolçu arasındakı yaxın münasibə

03.11.2026 813
.

Dekabrda evlənəcəklər

Şəxsi həyatı və səmimi açıqlamaları ilə hər zaman gündəmdə olan məşhur türkiyəli müğənni İrem Derici sevgilisi Melih Kunukçu ilə toy planları haqqında yeni təfərrüatı bölüşüb. "Qafqazinfo" xəbər verir ki, daha əvvəl evliliklə bağlı zarafatcıl tələbləri ilə diqqət çəkən sənətçi nikah tarix

05.11.2026 441
.

"Yeraltı"nın cütlüyündən ilk birgə - Foto

Türkiyəli aktrisa Devrim Özkan ilk dəfə sevgilisi, aktyor Deniz Can Aktaşla birgə çəkilmiş fotosunu instaqram hesabında paylaşıb. Axşam.az xəbər verir ki, o, çimərlikdə birlikdə lentə alınan fotosunu izləyiciləri ilə bölüşüb. Qeyd edək ki, cütlük "Yeraltı" serialından sonra sevgili olub. Onla

31.10.2026 556
.

Səmavi yenidən gündəmdə: "İlahi" adlı yeni mahnısını təqdim etdi

Bir müddət öncə ifası və yaradıcılığı ilə ölkə mediasında geniş müzakirələrə səbəb olan müğənni Səmavi yeni mahnısını dinləyicilərinə təqdim edib. İfaçının yeni layihəsi "İlahi" adlanır. Mahnı artıq "YouTube" platformasında yayımlanıb və Səmavinin yaradıcılığını izləyənlər tərəfində

02.11.2026 698
.

Atası ilə fotosunu paylaşıb bunları yazdı

Xalq artisti Mələkxanım Eyubovanın bloger qızı Nəzrin Nəcəfova atası ilə bağlı paylaşım edib. Axşam.az xəbər verir ki, o, atası Xosrov Nəcəfovla çəkdirdiyi fotosunu izləyiciləri ilə bölüşüb. Nəzrin paylaşımına "Ürəyimdir, canım atam" şərhini yazıb. Qeyd edək ki, M.Eyubova və X.Nəcəfovun 4 övlad

01.11.2026 840
.

Zaur və Günaydan Zəfər Günü ilə bağlı təbrik - VİDEO

Tanınmış teleaparıcılar Zaur və Günay Baxşəliyevlər 8 Noyabr - Zəfər Günü münasibətilə paylaşım ediblər. BİG.AZ xəbər verir ki, cütlük sosial şəbəkə hesablarında video paylaşaraq Azərbaycanın şanlı Zəfər Gününü təbrik edib. Azərbaycanın tarixi Qələbəsinə həsr olunan görüntülərdə aparıcılar Zəfər Gününü

07.11.2026 235
.