"Görsənməyən tərəfi odur ki, kəbinli arvadı ərinə haqq verir..." - FOTO
Xalq artisti Flora Kərimova İmişlidə 11 yaşlı qızın atalığı tərəfindən təcavüzə məruz qalması ilə bağlı paylaşım edib.
Müğənni məsələ ilə bağlı bunları yazıb:
"Bu nə faciədir millət yaşayır? Bəli, millətimin faciəsidir. Axı, nə qədər qadın bıçaqlanacaq, nə qədər uşaq zorlanacaq... Savadsız, valideyn tərbiyyəsi görməyən, adını "kişi" qoyub insanlığı belə olmayan kütləni kim maarifləndirəcək? İldən-ilə xərçəng xəstəliyi kimi yayılır. Biri səkkiz aylıq hamilə qadınını uşağını yatızdırdığı yerdə bıçaqlayır. Buna insan demək olar? Buna vətəndaş demək olar? Bunun kimilərini ömürlük həpsə məhkum etmək azdır! Cəsədi bu torpağa haramdır!
İndi də bu körpə… Bəs olmadımı evində bir kəbinli qadının, digəri isə dini kəbinli arvadın? Nə qədər azğınlaşıb, harınlamısan ki, uşağa tamah salırsan? Bədbəxt, sənin görəcəyin günlər hələ qabaqdadır. Millətim millət olmaz bu binamusluğu sənə keçsə... Sənin müdafiəni vicdanı olan vəkil götürməz... Uşaq ömürlük mənəvi və fiziki şikəstdir. Hələ ki, fərqində deyil, anlamır nə baş verdiyini. Bəs ana?! Sən nə vaxtsa ana olmusan. Sən qız anası olmusan! İllərlə bu adı daşımaq üçün göz yaşı tökənlər var! Sən bilmədin qızın necə hamilə oldu? Sən bilmədin qadın kimi ümumən hamiləlik necə olur? Sən ana-bala fərqində olmayan azğın it kimi yaşadın. Halbuki, ana it bele balasını bir vaxta kimi ağzında daşıyır. Söz tapmıram… Bu, faciənin görsənən tərəfidir.
Görsənməyən tərəfi odur ki, nakişinin ailəsi, kəbinli arvadı ərinə haqq verir. Başıqapazlı yaşamaq təbiətləridir, demək ki... Rayonda, adam arasına necə çıxacaqsan? Sənin xidmət etdiyin "mənsəb" din deyil, əskiklikdir!
Ümumiyyətlə, uşağa tamah salan rəzil ərini evinə qaytarmaqdan ötrü - "evimi satıb ərimi xilas edəcəm! Onsuzda hər şeyi pulla almaq olur" deyən "qadın-ana" yetişdirdiyi övlad nə olacaq? Nə vətəndaş olacaq sənin südünü əmən? Artıq sənə cəhənnəm olan bu dünyada axirətindəki cəhənnəmini qazanmısan.
Bu hələ bizlərin bildiyidir! İctimailəşən faciələrdədəndir. Nə qədər faciələr fitvalara qurban edilib, "halaldır" deyib ört-basdır edilib".(axşam.az)

BiG.Az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş"Kızılcık şerbeti"ndən ayrılır - Foto
"Kızılcık şerbeti" serialında gözlənilməz ayrılıq yaşanacaq. Axşam.az xəbər verir ki, ekran işinə "Lider" obrazını canlandıran Murat Aygen vida edəcək. O, iki bölüm sonra layihədən ayrılacaq. Qeyd edək ki, serialın baş rollarını Seray Kaya və Emre Dinler paylaşır
31.10.2026 489 Bir araya gəlmələrinin SƏBƏBİNİ AÇIQLADI
Gürcü müğənni Dato Xalq artisti Aygün Kazımova ilə bir araya gəlmələrinin səbəbini açıqlayıb. Axşam.az xəbər verir ki, müğənni "MTV Maqazin"ə açıqlamasında Aygün Kazımova ilə duet oxuyacaqlarını bildirib. O qeyd edib ki, hazırda bu barədə Pop Diva ilə görüşüb, danışıblar və mahnı axtarışındadırlar
08.11.2026 259 "Bir səhər əllərini sonuncu dəfə tutdum"
Aparıcı Jalə Həsənli dünyasını dəyişən anası ilə bağlı duyğusal paylaşım edib. Axşam.az xəbər verir ki, aparıcı sosial şəbəkədə anası ilə çəkdirdiyi son fotolardan birini yayımlayaraq onun yoxluğundan yazıb:. "Və bir səhər, 6 il bundan öncə əllərini sonuncu dəfə tutdum, saçlarının qoxusunu sonunc
01.11.2026 542 "Başkalarının hayatı" da yayımlanmayacaq
"Başkalarının hayatı" serialının da yeni bölümü sabah yayımlanmayacaq. Axşam.az xəbər verir ki, bu qərar reklam gəlirlərinin aşağı olması ilə əlaqədar qəbul edilib. Qeyd edək ki, eyni səbəbdən cümə axşamı "Halef", "Sevdiğim Sensin" və "Muhtemel Aşk" seriallarını
31.10.2026 539 Bacısı qızının ölümündən danışdı - "Övladları bilmir"
Xalq artisti Məleykə Əsədova bir müddət əvvəl İranda dünyasını dəyişən bacısı qızı Minanın faciəli həyat hekayəsindən danışıb. Axşam.az xəbər verir ki, aktrisa bu barədə "Qonaqcanlı" verilişində söz açıb. M.Əsədova bildirib ki, bacısı 1992-ci ildə ailə qurub və həyat yoldaşı ilə Təbrizdə yaşayıb:
07.11.2026 275 Mənzurə Musayevanı 500 manata toya çağırmaq istədilər
Müğənni Mənzurə Musayeva yarım saatlıq toy çıxışının qiyməti ilə bağlı müzakirələrə səbəb olub. Qaynarinfo xəbər verir ki, müğənni bu günlərdə qatıldığı televiziya proqramlarından birində müzakirə mövzusuna çevrilib. Veriliş zamanı orta məktəbdə müəllim işləyən tamaşaçı canlı yayıma qoşularaq övladlarını
29.10.2026 760 Böyük qızı Xalq artisti ilə fotosunu paylaşıb bunları yazdı
Qızı Hökumə Xalq artisti Mələkxanım Eyubova ilə bağlı paylaşım edib. Axşam.az xəbər verir ki, o, anası ilə fotosunu yayımlayaraq bunları yazıb:. "Ana, ad günün mübarək! Sənə möhkəm cansağlığı, uzun ömür, xoşbəxtlik və əmin-amanlıq arzulayıram. Hər gün sənə sevinc, təbəssüm və istilik bəxş etsin
08.11.2026 188 Konsertindən 1,3 milyard qazanaraq rekorda imza atdı
Kanadalı müğənni The Weeknd solo ifaçılar arasında konsert turundan əldə olunan gəlirə görə dünya rekordunu qırıb. Onun "After Hours Til Dawn" adlı qastrol səfəri bütün zamanların ən çox gəlir gətirən solo turu olub. Axşam.az xəbər verir ki, bu barədə "Variety" nəşri konsertləri
07.11.2026 225 "Qafqaz əsiri"nin ulduzu da "qara siyahı"ya salındı
"Qafqaz əsiri və ya Şurikin yeni macəraları" filmində "Nina" obrazını canlandıran Xalq artisti Natalya Varley Ukrayna kəşfiyyatının məlumat bazasına daxil edilib. Axşam.az xəbər verir ki, buna səbəb kimi onun Rusiyanın hərbi əməliyyatlarına və rusiyalı hərbçilərə dəstək verməsi, Rusiyanı
08.11.2026 229