"Millətim millət olmaz bu binamusluğu sənə keçsə" - Flora Kərimova 11 yaşlı qızı hamilə qoyan ATALIQDAN DANIŞDI
Bir neçə gündür mediada İmişli rayonunda 11 yaşlı qızın atalığı tərəfindən zorlanaraq hamilə qalması xəbəri müzakirə olunur.
BiG.AZ xəbər verir ki, u müzakirələrə hər kəs kimi məşhurlar da qoşulub. Xalq artisti Flora Kərimova sosial media hesabında 11 yaşlı qızdan, onu hamilə qoyan atalıqdan yazıb:
"Bu nə faciədir millət yaşayır, axı?! Bəli, millətimin faciəsidir! Axı, nə qədər qadın bıçaqlanacaq, nə qədər uşaq zorlanacaq?! Savadsız, valideyn tərbiyyəsi görməyən, adını "kişi" qoyub insanlığı belə olmayan biqeyrət kütləni kim maarifləndirəcək? İldən-ilə xərçəng xəstəliyi kimi yayılır. Biri səkkiz aylıq hamilə qadınını uşağını yatızdırdığı yerdə bıçaqlayır. Buna insan demək olar? Buna vətəndaş demək olar? Bunun kimilərini iki ömürlük həbsə məhkum etmək azdır! Cəsədi bu torpağa haramdır! İndi də bu körpə….! Ay binamus, bəs olmadımı ki, evində bir kəbinli qadının, digəri isə dini kəbinli arvadın. Nə qədər azğınlaşıb, harınlamısan ki, uşağa tamah salırsan?! Bədbəxt, sənin görəcəyin günlər hələ qabaqdadır! Millətim millət olmaz bu binamusluğu sənə keçsə! Sənin müdafiəni vicdanı olan vəkil götürməz!!!
Uşaq ömürlük mənəvi və fiziki şikəstdir! Hələ ki fərqində deyil, hələ anlamır nə baş verdiyini. Bəs ana?! Sən nə vaxtsa ana olmusan. Sən qız anası olmusan! İllərlə bu adı daşımaq üçün göz yaşı tökənlər var! Sən bilmədin qızın necə hamilə oldu?! Sən bilmədin qadın kimi ümumən hamiləlik necə olur?! Sən ana-bala fərqində olmayan azğın it kimi yaşadın. Halbuki, ana it belə balasını bir vaxta kimi ağzında daşıyır. Söz tapmıram…! Bu, faciənin görsənən tərəfidir! Görsənməyən tərəfi odur ki, nakişinin ailəsi, kəbinli arvadı ərinə haqq verir! Başıqapazlı yaşamaq təbiətləridir, demək ki. Rayonda, adam arasına necə çıxacaqsan? Sənin xidmət etdiyin "mənsəb" din deyil, əskiklikdir! Ümumiyyətlə, uşağa tamah salan rəzil ərini evinə qaytarmaqdan ötrü -"evimi satıb ərimi xilas edəcəm! Onsuzda hər şeyi pulla almaq olur" deyən "qadın-ana" yetişdirdiyi övlad nə olacaq?! Nə vətəndaş olacaq sənin südünü əmən?! Artıq sənə cəhənnəm olan bu dünyada axirətindəki Cəhənnəmini qazanmısan! Bu hələ bizlərin bildiyidir! İctimailəşən faciələrdədəndir. Nə qədər faciələr fitvalara qurban edilib, halalıdır deyib ört-basdır edilib.
Allah bağışlayandır deyib bu zülmü, bu iztirabı yaşadanı, o qız övladı bağışlayacaqmı?!"
BiG.Az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşSənubər İsgəndərlidən XOŞ XƏBƏR
Əməkdar artist Sənubər İsgəndərli bu mövsüm tamaşaçıların qarşısına aparıcı kimi çıxacaq. Axşam.az-a istinadən xəbər verir ki, aktrisa "Xəzər TV" ilə anlaşıb. Onun proqramının adı "Sənətdən kənar" adlanır. Bu haqda S.isgəndərli özü məlumat yayıb. Verilişin çəkilişləri bir neçə gündü
17.09.2021 4207 "Çocuklar duymasın"ın 47 yaşlı aktrisası gözəlliyi ilə heyran etdi - FOTO
Türkiyənin tanınmış aktrisası, daha çox "Çocuklar duymasın" teleserialından tanıdığımız aktrisa Pınar Altuğ jurnalın mükafatlandırma mərasimində aparıcı qismində iştirak edib. -a istinadən xəbər verir ki, tədbirdən sonra jurnalistlərlə söhbət edən Altuğa bir junalist "qırmızı geyinmisiniz
16.09.2021 4761 Ayrıldıqdan 1 ay sonra yeni sevgili tapdı
Türkiyəli sosyal medya fenomeni Danla Bilic dünyanın öndə gələn kosmetik vasitələrini və ətirlərini ölkəyə gətirən şirkətin idarə heyətinin üzvü Yusuf Enginlə eşq yaşayır. Axşam.az türk mediasına istinadən xəbər verir ki, cütlük ötən gecə müğənni Ece Seçkinin toyundan sonra "Gizli qalsın" adl
16.09.2021 2059 Afət Fərmanqızı qısa "şortik"də DİQQƏT ÇƏKDİ - FOTOLAR
Müğənni Afət Fərmanqızı istirahətə yollanıb. xəbər verir ki, müğənni istirahətindən sosial media hesabında paylaşımlar edib. Paylaşdığı fotolarda Afətin qısa şortikdə olması diqqətdən yayınmayıb. Həmin fotoları təqdim edirik:
16.09.2021 7310 Toyunda ürəkdən "hə" deməsi minlərlə baxış sayı topladı - VİDEO
4 ilə yaxındır sevgili olan tanınmış müğənni Ece Seçkin və pilot Çağrı Terlemez cütlüyü özünə toy edib. xəbər verir ki, bu barədə ifaçı instaqram hesabında bildirib. Seçkinin toyda geyindiyi iki fərqli gəlinlik böyük marağa səbəb olub. Bundan başqa, müğənninin nikah mərasimində "Çağrı Terlemezl
16.09.2021 1693 Tünzalə Ağayevanın formada qalma sirri - Fotolar
Xalq artisti Tünzalə Ağayeva son günlər görünüşündəki dəyişikliklərlə gündəmə gəlir. Axşam.az xəbər verir ki, müğənni əvvəlcə sarı saçlarını tünd rəngə boyadı. Daha sonra isə onların düz görünüşünü buruqlu düzümlə əvəzləyib. T.Ağayeva eyni zamanda cəsarətli geyimləri ilə də gündəmdən düşmür. İfaçı İnstaqramı
17.09.2021 2993 Emre Kaya pərəstişkarını məhkəməyə verdi
Türkiyəli müğənni Emre Kaya pərəstişkarından şikayətçi olub. Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, buna səbəb isə Cihangir adlı şəxsin intihara təşəbbüs etdiyi anın videosunu sənətçiyə göndərərək, "gözünün qabağında özümü öldürəcəyəm" ismarışını yazması olub. Həmin şəxsdən izaha
17.09.2021 637 Günel yenə İMİCİNİ DƏYİŞDİ - VİDEO/FOTOLAR
Müğənni Günel Zeynalovadan xəbər var. xəbər verir ki, Günel sosial media hesabında yeni fotolar paylaşıb. Fotolarda müğənninin yeni imici izləyicilərin diqqətin çəkib. O, saçlarının rəngində və formasında dəyişiklik edib. İzləyiciləri onun yeni görünüşünü bəyəniblər. Həmin görüntüləri təqdim edirik:
17.09.2021 3949 "20 il yataq xəstəsi olsan da..." - Hüseyn AĞIR İTKİSİNDƏN yazdı - FOTO
Məşhur klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu sosial media hesabındakı paylaşımı ilə diqqət çəkib. xəbər verir ki, Hüseyn "İnstagram" hesabında bir müddət öncə dünyasını dəyişən anası ilə fotosunu paylaşıb. O, paylaşımına:. 'Sən bizə həm ana həm də ata oldun. Allah səni cənnətlə müjdələsin
16.09.2021 5054