"Əzizləriniz ölsə, hansı hissləri keçirəcəkdiniz?" - Anasını itirən Zenfira
"Nankor, qəddar insanlar var... Ürəkbulandıran məxluqlar, sizədir sözüm! Heç vaxt heç kimə qarğış etməmişəm, amma ana mövzüsunda gözüm balamı da görməz, bilin! Allaha tapşırıram sizi, dırnaqarası insancıqlar. Əzizləriniz ölsə, görüm siz hansı hissləri keçirəcəkdiniz? Görüm sizə heç kəfən qismət olacaq?".
BiG.AZ Axşam.az-a istinadən xəbər verir ki, bu sözləri bir neçə gün əvvəl koronavirusdan anasını itirən müğənni Zenfira İbrahimova sosial şəbəkədə yazıb. Sənətçi onun sözlərini məzxərəyə qoyanlara qarğış edib:
"Ay arsızlar, durub dünyadan köçən insanın arxasınca danışırsız, mənim sözümü məzxərəyə qoyursunuz ki, "Nə bilirsən anan cənnətdədir?" Deyim sizə niyə bilirəm. Kaş mənim anam kimi sizin ananız öz zəhmətiylə bir otağda, müharibənin qızğın vaxtında, dünyanın alt-üst olduğu bir zamanda 3 övladı tək böyüdə. Nə zülmlə boya-başa çatdırıb, balalarına xidmət edib, geyinməyib, sizin ananız kimi bəzənməyib, xoş gün görməyib və kiməsə əyilməyib. Alın təriylə, zəhmətlə böyüdüb bizi. Məgər belə insanın yeri cənnət olmaz? Niyə mühakimə etmədən öncə özünüzə, nəslinizə çönüb baxmırsınız? Bəlkə, içim rahatlanır anam cənnətdədir deyəndə, hə?
Anamla nəfəs almışam, onu bu soyuq silahla itirmişəm. Görüm sizin əzizlərinizin başına gəlsin. Məni qınayanlar, əzizləriniz mənim çəkdiyimi çəksin!
And olsun Allaha, kimliyindən asılı olmayaraq hansısa bir səhifədə artıq söz görsəm, o insanı tapmasam, mən adımı dəyişərəm. Sizi Allaha tapşırıram! Özü mühakimə edəcək onsuz. Dünyasını dəyişən insanın arxasınca danışırsızsa, geniniz xarabdır, siz insan ola bilmərsiniz.
Yaram təzədir, mənimlə işiniz olmasın. Bu dünyada və axirətdə kül olasınız, inşallah. Səviyyəsizlər, nəslindən xəbəri olmuyan binamuslar".
BiG.Az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşPandemiyada ikinci restoranını açdı
Aşıq Zülfiyyə pandemiya ərəfəsində biznesini gücləndirib. Axşam.az-a istinadən xəbər verir ki, sənətçi bundan əvvəl yaşadığı binada restoran açmışdı. Bir neçə gün əvvəl isə aşıq yenidən restoran açıb. Onun açılış mərasiminə sənət dostları da qatılıblar. Qeyd edək ki, Zülfiyyə bundan əvvəl daha bir restoranını
17.09.2021 3697 Validə Abbasova Yunanıstanda belə dincəlir - FOTOLAR
"Miss milenium" gözəli Validə Abbasova yay tətilini Yunanıstanda keçirib. Axşam.az-a istinadən xəbər verir ki, keçmiş model gəzinti fotolarını İnstaqramda izləyiciləri ilə bölüşüb. Abbasovanın formada qalması isə izləyicilərinin diqqətini çəkib. Onlar modelə bunla bağlı suallar ünvanlayıblar
17.09.2021 2305 "Polislər bizi mühasirəyə alıb, şöbəyə apardı"
"Yaxşı maşınım, gəlirim, evim, yaşayışım var. Çox yaxşı yaşayıram. Pulunu yaxşı şeylərə xərcləməsən, heç vaxt yerinə gəlməyəcək. Mən də yaxşı şeylərə, xeyriyyəyə xərcləyirəm. Eləsi olur ki, pulu var, amma xeyriyyəçilik etmir. Kimsə yaxşılığa xərcləmirsə, canına xərcləyəcək". Axşam.az xəbə
16.09.2021 3763 "20 il yataq xəstəsi olsan da..." - Hüseyn AĞIR İTKİSİNDƏN yazdı - FOTO
Məşhur klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu sosial media hesabındakı paylaşımı ilə diqqət çəkib. xəbər verir ki, Hüseyn "İnstagram" hesabında bir müddət öncə dünyasını dəyişən anası ilə fotosunu paylaşıb. O, paylaşımına:. 'Sən bizə həm ana həm də ata oldun. Allah səni cənnətlə müjdələsin
16.09.2021 5054 İlin ən gözəl qadını seçildi
"Glamour Magazine" jurnalında dərc olunan məqalədə ilin ən gözəl qadınının adı açıqlanıb. Axşam.az-a istinadən xəbər verir ki, bu ada türkiyəli aktrisa Hande Erçel layiq görülüb. Qeyd edək ki, aktrisa sonuncu dəfə "Sen çal kapımı" serialında baş rolu canlandırıb
17.09.2021 8355 Gülay Zeynallı koronavirusa yoluxdu: "7 gün sistem qoşdular"
Müğənni Gülay Zeynallı koronavirusa yoluxub. BİG.AZ xəbər verir ki, bu haqda ifaçı özü bildirib. Sənətçi xəstəliyi çox da ağır keçirmədiyini və tez zamanda əvvəlki sağlığına qovuşduğunu deyib:. "Bəziləri deyir ki, çoxlu dərmanlar əbul etdim amma xeyri olmadı. Açığı məndə belə olmadı. 7 gün davaml
18.09.2021 4164 Mina Hüseynin arxiv fotosu ORTAYA ÇIXDI
Müğənni Mina Hüseyndən xəbər var. xəbər verir ki, Mina sosial media hesabında arxiv fotosunu paylaşıb. Uşaqlıq fotosu ilə izləyicilərin marağına səbəb olan müğənni paylaşımı ilə xoş rəylər alıb. Həmin fotonu təqdim edirik:
17.09.2021 6686 "Bu missiyam da tamamlandı" - Afaq Gəncəli
"16 il. Əlvida, Azad Azərbaycan. Hər kəsin yolu açıq olsun. Mənim də rolum bu kanalda bura qədər idi". Axşam.az-a istinadən xəbər verir ki, bu sözləri aparıcı Afaq Gəncəli bildirib. Artıq "Xəzər TV"də yeni işə bağlayan Afaq xatirələrini bölüşüb:. "Kitab kimi yaşayıram, hər səhifəmd
16.09.2021 1999 Damla plastik əməliyyatdan sonra - FOTOLAR
Müğənni Damladan xəbər var. xəbər verir ki, Damla buxaq əməliyyatından sonra yeni fotolarını sosial media hesabında paylaşıb. izləyiciləri onun yeni görünüşünü bəyənərək xoş rəylər yazıblar. Həmin fotoları təqdim edirik:
16.09.2021 9193