"Əxlaqımda qüsur olmayıb" – Nigar Şabanova

"Əxlaqımda qüsur olmayıb" – Nigar Şabanova"Təəssüf edirəm ki, bəziləri bu xəbərləri sifarişlə yazdırdığımı düşünürlər. Əsla, belə etmərəm. Hansı ki, müxbirlər yaxınlaşırlar, xəbər almaq istəyirlər. Onlara nə deyə bilərik ki? Tanınmış insanlarıq təbii ki, bizdən paylaşım edəcəklər. Bunu da insanlar səhv başa düşürlər. Heç bir sənət adamı özünü pis PR etməz. Kimsə həyatından sığortalanmayıb. Nəsə olsa belə, onun üzə çıxmağını istəməzlər. Əksinə ört-basdır edərlər ki, adları pis hallanmasın, hansısa çətinliklə gündəm qazanmasınlar".

Bu sözləri Əməkdar artist Nigar Şabanova OLAY-a açıqlamasında deyib. Sənətçi mətbuatda həyat yoldaşı barədə yayılan xəbərlərə münasibət bildirib.

Nigar bir müddət öncə yaşadığı çətin günlərdə psixoloqa müraciət etdiyini qeyd edib:

"Bizdə psixoloqu dırnaq arası qarşılayırlar. Psixoterapevtlə psixoloq tamam ayrı anlayışlardır. Bəzən tanımadığın biri ilə dərdini bölüşməyə ehtiyac yaranır. Psixoloq mənim üçün həmsöhbətim, ürəyimi açıb danışa biləcəyim bağlı bir qutudur. O qutunun da açarı yalnız məndə ola bilər. Bir psixoloqum var. Anamın xəstəliyinden sonra stressim artdı. O mənə çox kömək oldu. Hansı övlad anasının ölümdən dönməyini rahat qarşılaya bilər? Hamımız üçün çətindir, o cümlədən də mənə".

Sənətçi "Siz muğam ifaçısısız. Bəzən düşünmürsüz ki, çox gündəmə gətirirlər sizi, sanki şouya çevirirlər" sualına gəlincə bunları deyib:

"Bunun təməlini kim qoydu bilmirəm. Amma məndən qaynaqlanmadı. Mən susmağı sevmirəm. Bunun da səbəbləri var. Bu yerə gəlib çatana qədər çox insanların qarışısında susmuşam. Hey əzilmişəm, sənətimin qabağı kəsilib. Siz də fikir verirsiniz son zamanlar çox muğam oxumuram. Çünki məni xanəndəlikdən küsdürdülər, incitdilər. Mən də muğamdan bir az uzaqlaşdım. Bu o demək deyil ki, muğamı atmışam. Mənim bu sahədə Ali təhsilim var. Təməlim muğamda qurulub. Sadəcə bir az küsdüm. Mən də böyüklü-kiçikli heç kimin qarışısında susmadım. Böyüyün qarışısında da bir yerə qədər susa bilərəm. Böyük də elə etməlidir ki, kiçik onun üzünə ağ olmasın. Bu söhbətlər səbəb oldu".

Xanəndə həmçinin sənət fəaliyyətinə bir müddətdir ara verdiyini söyləyib:

"Müharibə oldu, biz qələbə qazandıq. Şəhidlərimiz oldu, klip yadıma düşmədi. Kimlərsə klip çəkdirib, konsert verdilər. Allah canlarını sağ eləsin, sənət yolları açıq olsun. Ardınca həyat yoldaşımla tanış oldum. Daha çox özəl həyatıma vaxt ayırdım. Yalnız dövlət tədbirlərində iştirak edirəm. Çünki Azərbaycan Respublikasının Əməkdar artisti adını doğrultmaq borcumdur. Dövlət tədbirlərində sevə-sevə iştirak etməliyəm. Yenidən qayıdaq bir əvvəl danışdığım məsələyə... Axı yaxşı bir söz yazmırlar. Necə özümə bu pis xəbərlərlə gündəm qazanmaq istəyərəm? Bəzi insanların da şərhləri xoşagəlməzdir. Hər kəs özünə, ailəsinə, əxlaqına yaraşanı yazır. Heç bir jurnalistden xahiş etməmişəm ki, məndən yazın. İnanın, zəngləri özüm cavablandırıram. Özüm də şirin dillə, xoş danışıram. Özümdən soruşun, rica edirəm ailəmə söz salmayın. Yanlış xəbərlər yaymayın. Mən də bir Azərbaycan qadınıyam. Əxlaqımda, tərbiyəmdə bir qüsur olmayıb. Kimsənin nəyinəsə göz dikməmişəm. Alnıaçıq, əxlaqımla, tərbiyəmlə bu günə çıxmışam. Bunu hər qadın deyə bilməz. Əsl Azərbaycan xanımlarının qarışısında baş əyirəm. Gözəl şərhlər də yazırlar. Allah pis yazanları çox xoşbəxt etsin, başları özlərinə qarışsın, yadlarına düşməyim".

Xanəndə son olaraq müğənni Rəqsanə İsmayılova ilə qalmaqalı barədə bu fikirləri səsləndirib:

"Heç kimlə qalmaqalım olmayıb. Sözümü birbaşa adı ilə hər kəsə demişəm. Ümumi fikir bildirdim. Kim özünü ortaya saldısa, öz işidir. Kiminləsə qalmaqal yaşamaq, söz atmaq fikrim yoxdur. Ümumi fikir söyləmişdim. Heç aidiyyəti olmayan insan özünü ortaya saldı. O da bir xanımdır, anadır, həyat yoldaşıdır. Kimsə ilə işim yoxdur, mədəniyyətim, sənətim buna icazə verməz, savadlı xanəndəyəm".


BiG.Az
Telegramda izləyin
Şou biznes   Baxılıb: 4716   Tarix: 16 noyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Miss Mister Of Azerbaijan 2026 - Final Gecəsi

Ollin Professional`ın baş sponsorluğu ilə keçirilən Miss Mister Of Azerbaijan 2026 Milli Gözəllik Müsabiqəsinin final gecəsi 28 oktyabr Elektra Events Hall`da baş tutdu. Müsabiqədə münsiflər heyəti, zalda əyləşən tamaşaçılar və idarə heyətinin verdiyi səslərlə qaliblər müəyyən olundur. Layihənin Münsi

03.11.2026 631
.

Konsertindən 1,3 milyard qazanaraq rekorda imza atdı

Kanadalı müğənni The Weeknd solo ifaçılar arasında konsert turundan əldə olunan gəlirə görə dünya rekordunu qırıb. Onun "After Hours Til Dawn" adlı qastrol səfəri bütün zamanların ən çox gəlir gətirən solo turu olub. Axşam.az xəbər verir ki, bu barədə "Variety" nəşri konsertləri

07.11.2026 225
.

Bu foto Flora Kərimovanı təsirləndirdi

Xalq artisti Flora Kərimova ailəsi ilə bağlı maraqlı paylaşım edib. Axşam.az xəbər verir ki, sənətçi qızı Zümrüd və oğlu Oktay ilə süni intellekt vasitəsilə hazırlanan fotosunu izləyiciləri ilə bölüşərk bunları yazıb:. "Oğlum, qızım və mən. Süni zəka ilə hazırlanan heç bir şeyi sevməsəm də, bu rəsmd

31.10.2026 498
.

Britni Spirs maddi dəstəyi dayandırdı, keçmiş əri borca düşdü

Müğənni Britni Spirsin keçmiş həyat yoldaşı, rəqqas Kevin Federlayn eks-arvadının maddi dəstəyi dayandırıldıqdan sonra ciddi borc problemi ilə üzləşib. "Page Six" nəşrinə istinadən xəbər verir ki, kredit kartı borcuna görə Federlayn barəsində məhkəmə iddiası qaldırılıb. Nəşrin əldə etdiyi məhkəm

01.11.2026 507
.

Bir araya gəlmələrinin SƏBƏBİNİ AÇIQLADI

Gürcü müğənni Dato Xalq artisti Aygün Kazımova ilə bir araya gəlmələrinin səbəbini açıqlayıb. Axşam.az xəbər verir ki, müğənni "MTV Maqazin"ə açıqlamasında Aygün Kazımova ilə duet oxuyacaqlarını bildirib. O qeyd edib ki, hazırda bu barədə Pop Diva ilə görüşüb, danışıblar və mahnı axtarışındadırlar

08.11.2026 259
.

"Kızılcık şerbeti"ndən ayrılır - Foto

"Kızılcık şerbeti" serialında gözlənilməz ayrılıq yaşanacaq. Axşam.az xəbər verir ki, ekran işinə "Lider" obrazını canlandıran Murat Aygen vida edəcək. O, iki bölüm sonra layihədən ayrılacaq. Qeyd edək ki, serialın baş rollarını Seray Kaya və Emre Dinler paylaşır

31.10.2026 489
.

Röya Ayxan: "Gəlinimlə yaşamaq istəmirəm!"

Xalq artisti Röya Ayxan yeganə övladı Hüseyn Cəlilovdan danışıb. xəbər verir ki, sənətçi övladının hazırda Londonda Ali təhsil aldığını və orada yaşadığını bildirib. "Oktyabrın 25-də 17 yaşı tamam olacaq. Həftədə bir dəfə bu barədə mənə yazır ki, "Ana, sən mənə nə vaxt ayrı ev tutacaqsan? Mə

29.10.2026 833
.

Almaxanım yeni GÖRÜNÜŞÜ İLƏ DİQQƏT ÇƏKDİ - FOTOLAR

Heydər Əliyev Fondu, Azərbaycan Dövlət Televiziyası, Mədəniyyət və Turizm Nazirliyi və Mədəniyyət Fondunun birgə təşkil etdiyi VI Muğam Müsabiqəsinin qalibi - Qran Pri mükafatının sahibi Almaxanım Əhmədlidən xəbər var. xəbər verir ki, Almaxanım instaqramda yeni görüntülərini paylaşıb. Onun xeyli çək

01.11.2026 627
.

Böyük qızı Xalq artisti ilə fotosunu paylaşıb bunları yazdı

Qızı Hökumə Xalq artisti Mələkxanım Eyubova ilə bağlı paylaşım edib. Axşam.az xəbər verir ki, o, anası ilə fotosunu yayımlayaraq bunları yazıb:. "Ana, ad günün mübarək! Sənə möhkəm cansağlığı, uzun ömür, xoşbəxtlik və əmin-amanlıq arzulayıram. Hər gün sənə sevinc, təbəssüm və istilik bəxş etsin

08.11.2026 188
.