"Sevdiyimdən ayrılıb, başqasıyla ailə qurdum" - Məleykə Əsədova ağladı

"Sevdiyimdən ayrılıb, başqasıyla ailə qurdum" - Məleykə Əsədova ağladı"Bu günlərdə çox həssasam. Həmişə deyirdim ki, hər şeyim sənətimə qurban. Nələri qurban verdim".

Axşam.az xəbər verir ki, bu sözləri Xalq artisti Məleykə Əsədova "Söz baz" verilişində deyib. Aktrisa son günlər yaşadığı qalmaqallardan bəhs edib ağlayıb.

O bildirib ki, səsləndirdiyi şeirin montaj edilməsi ona pis təsir edib:

"Bu gün hüzur axtarıram ki, rahat oturum, məndən danışmasınlar. Tamamilə məni unutsunlar. Mənim sənətim haqda ikinci bir insan söz deyə bilməz. Səhnəmə, sənətimə, şeirlərimə toxunanda heyifslənirəm. Ailəmi səhnəyə qurban verdim. Səhnəni atsaydım, çox imkanlı, bir evin xanımı olaraq yaşayardım. Qızımı da çətinliklə yox, rahat böyüdərdim. Rahat yaşayan, əsəbləri yerində xanım olardım. Həyatımı sənətə qurban verdim. Mənim səviyyəm deyil səviyyəsizlərə cavab vermək. Özümə aşağıda olanlardan danışmağı sığışdırmıram. Mənim birinə söz atmağımı, müzakirə etməyimi görürsüz?".

M.Əsədova yarımçıq qalan sevgisindən danışıb:

"Qarşımda elə gözəl şanslar var idi ki... Ailə qura bilərdim. Neçə illər səhnədən uzaqlaşmalı idim. Sevdiyim insanı da, səhnəyə qurban verdim. Xanım olacaqdım. Bilsəydim bu şeylər var, səhnəni qoyub gedərdim. Həmin insan istəmirdi sənətimi... Hətta dedilər "Xalq artisti" adı da aldın. Dedim yox, səhnəsiz susuz balıq olaram. Bu gün qızım üçün tək qadınam. Gözəl qalmışam. Həm evin kişisiyəm, gül kimi uşaq böyüdürəm. Onun tərbiyəsini, savadını məktəbdən soruşun. Tək analara Allah güc versin. Bir dəstəyim yoxdur, Allah bilir ki, tək böyüdürəm. Atası tərəfdən də heç bir dəstək olmayıb. Son illər insanlardan qorxuram. Evimdə heyvanlar saxlayıram.

Sevgim illərlə çəkdi. Nə qədər sevdim. Azərbaycanlı idi və imkanlıydı. Başqa ölkədə yaşamalı idim. Sevə-sevə ondan ayrıldım və başqasıyla ailə qurdum. Şükür, Allah mənə Güləri bəxş etdi. Buğa bürcüyəm, sevəndə dəli kimi sevirəm".


BiG.Az
Telegramda izləyin
Şou biznes   Baxılıb: 7701   Tarix: 16 noyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

79 yaşlı müğənni gənc qalma sirrini açıqladı

Türkiyəli müğənni Erol Evgin gənc və enerjili qalmasının sirrindən danışıb. Axşam.az xəbər verir ki, 79 yaşlı sənətçi qatıldığı televiziya proqramında sağlam həyat tərzi və gündəlik vərdişləri ilə bağlı açıqlamalar verib. Evgin bildirib ki, hər gün 8-9 saat yatır, qlütensiz və laktozasız qidalanır. Müğənn

01.11.2026 510
.

Nailə İslamzadədən danışan Çingiz Abdullayev: "40 il əvvəl atam sevirdi, indi mən..."

Xalq yazıçısı Çingiz Abdullayev etirafı ilə diqqət çəkib. xəbər verir ki, "Qonaqcanlı" verilişinə dəvət olunan yazıçı Əməkdar artist Nailə İslamzadəyə olan rəğbətindən danışıb. "40 il əvvəl Nailə xanımı atam sevirdi, indi də mən sevirəm. Onu görəndə inanmadım ki, necə belə yaxşı qalıb

03.11.2026 662
.

Səmavi yenidən gündəmdə: "İlahi" adlı yeni mahnısını təqdim etdi

Bir müddət öncə ifası və yaradıcılığı ilə ölkə mediasında geniş müzakirələrə səbəb olan müğənni Səmavi yeni mahnısını dinləyicilərinə təqdim edib. İfaçının yeni layihəsi "İlahi" adlanır. Mahnı artıq "YouTube" platformasında yayımlanıb və Səmavinin yaradıcılığını izləyənlər tərəfində

02.11.2026 698
.

"Bir səhər əllərini sonuncu dəfə tutdum"

Aparıcı Jalə Həsənli dünyasını dəyişən anası ilə bağlı duyğusal paylaşım edib. Axşam.az xəbər verir ki, aparıcı sosial şəbəkədə anası ilə çəkdirdiyi son fotolardan birini yayımlayaraq onun yoxluğundan yazıb:. "Və bir səhər, 6 il bundan öncə əllərini sonuncu dəfə tutdum, saçlarının qoxusunu sonunc

01.11.2026 542
.

Sovet və Rusiya aktrisası Lidiya Fedoseyeva-Şukşina vəfat edib

Sovet və Rusiya aktrisası Lidiya Fedoseyeva-Şukşina ömrünün 89-cu ilində vəfat edib. "Report" "İnterfaks"a istinadən xəbər verir ki, bu barədə onun qızı Mariya Şukşina məlumat verib. Oktyabrda mediada aktrisanın ürək problemləri səbəbindən xəstəxanaya yerləşdirilməsi barədə məluma

07.11.2026 217
.

"Başkalarının hayatı" da yayımlanmayacaq

"Başkalarının hayatı" serialının da yeni bölümü sabah yayımlanmayacaq. Axşam.az xəbər verir ki, bu qərar reklam gəlirlərinin aşağı olması ilə əlaqədar qəbul edilib. Qeyd edək ki, eyni səbəbdən cümə axşamı "Halef", "Sevdiğim Sensin" və "Muhtemel Aşk" seriallarını

31.10.2026 539
.

"Mən əməliyyatda olanda bacımın ürəyi gedib"

"Oğlum da, qızım da, bacım da etiraz etdi. Hara gedirdimsə, deyirdilər ki, əməliyyat etdirmə. Amma mən qərar vermişdim, özümü buna hazırlamışdım". Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Mətanət İsgəndərli TMB-də qonaq olarkən deyib. Abdominoplastika əməliyyatı keçirən müğənni həmi

31.10.2026 526
.

Çimnaz Sultanovanın əsl ölüm səbəbi ilə bağlı yeni iddia

Mərhum aktrisa Çimnaz Sultanovanın vəfatı ilə bağlı səsləndirilən fikirlər yenidən müzakirələrə səbəb olub. BİG.AZ -a istinadla xəbər verir ki, psixoloq Samirə Bağırova aktrisanın estetik müdaxilələrə tez-tez müraciət etdiyini iddia edərək onun səhhəti ilə bağlı diqqətçəkən açıqlama verib. Samirə Bağırov

02.11.2026 851
.

Röyanın tanınmaz halda GÖRÜNTÜLƏRİ YAYILDI - VİDEO

Xalq artisti Röya Ayxan bu dəfə fərqli və sirli obrazı ilə diqqət çəkib. Mavi üz boyası, al-qırmızı saçları və qeyri-adi görünüşü ilə kamera qarşısına keçən sənətçi Halloween bayramına özəl maraqlı çəkiliş etdirib. Beauty, Beast & Bugs" adlandırılan layihə həm konsepti, həm də vizual həlli il

01.11.2026 803
.