"Şəkli özü yayıbsa, hamı paylaşa bilər" - Vəkil danışdı

"Şəkli özü yayıbsa, hamı paylaşa bilər" - Vəkil danışdıDünəndən etibarən Əməkdar artist Nigar Şabanovanın (Qaragözova) sosial şəbəkə istifadəçiləri və mətbuata hərbçi əri ilə bağlı qoyduğu qadağa müzakirə olunur.

OLAY yazır ki, xanəndə 8 noyabr- Zəfər Günündə 338 min izləyicisi olan instaqram hesabında Xüsusi Təyinatlı Qüvvələrin giziri, həyat yoldaşı Xəyyam Qaragözovun fotosunu paylaşmasına baxmayaraq, özü hər kəsdən qaydaya əməl etməsini tələb edir. Belə ki, Nigar foto paylaşıldığı təqdirdə kimliyindən asılı olmayaraq hər kəsi polisə verəcəyini bildirib.

Maraqlıdır, Əməkdar artistin bu tələbi hüquq çərçivəsində doğrudurmu?

OLAY məsələ ilə bağlı vəkil Babək Həmidovla əlaqə saxlayıb. O bildirib ki, N. Şabanova fotonu hamıya açıq profildə paylaşıbsa, bu artıq şəxsin özü tərəfindən ictimailəşdirilmiş şəxsi məlumatlar sayılır:

"Şəkli özü yayıbsa, hamı paylaşa bilər" - Vəkil danışdı"İnsanın qoruduğu şəxsi məlumatlar var. Məsələn, yalnız telefonumda olan, paylaşmadığım, qoruduğum foto və ya video informasiyalardır. Amma sosial şəbəkələrdə, açıq profildə paylaşıramsa, bunlar ictimailəşdirdiyim şəxsi informasiya sayılır. Əgər minlərlə izləyicin varsa, sən ictimai fiqursansa, məlumatının yayılmasını istəmirsənsə, deməli, öncə bu məlumatı özün qorumalısan. Bunu etməmisənsə, başqasının qorumasını tələb etməyin düzgün deyil. Bir məsələ də var. Profil bağlıdırsa və fotolar yalnız beş nəfər üçün paylaşılırsa, yenə foto götürülürsə, bu artıq düzgün deyil. O zaman şikayətçi şəxs hüquqi yollara baş vura bilər. Amma paylaşımı minlərlə adam bəyənibsə, məsələ fərqlidir. O, şəkili özü yayıb. Profil açıqdırsa, ordan istənilən insan götürə və etik qaydalar çərçivəsində istər mediada, istərsə də sosial şəbəkələrdə yayımlaya bilər".

Qeyd edək ki, N.Şabanovanın əri XTQ-də kiçik gizir olan Xəyyam Qaragözovun instaqram səhifəsi də hər kəsə açıqdır. Onun 49 mindən çox izləyicisi olan səhifəsində öz şəkilləri də yer alıb.

"Şəkli özü yayıbsa, hamı paylaşa bilər" - Vəkil danışdı


BiG.Az
Telegramda izləyin
Şou biznes   Baxılıb: 7266   Tarix: 24 noyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Corcinanın qısqanclığı Ronaldoya 100 milyon dollara başa gəldi

Ulduz futbolçu Kriştiano Ronaldonun özəl təyyarəsində çalışan qadın pilotu işdən çıxardığı iddia olunur. Bu qərarın arxasında isə həyat yoldaşı Corcina Rodrigesin dayandığı bildirilir. xəbər verir ki, Ronaldonun təyyarəsində pilot kimi çalışan Sofiya Vens adlı qadınla futbolçu arasındakı yaxın münasibə

03.11.2026 813
.

79 yaşlı müğənni gənc qalma sirrini açıqladı

Türkiyəli müğənni Erol Evgin gənc və enerjili qalmasının sirrindən danışıb. Axşam.az xəbər verir ki, 79 yaşlı sənətçi qatıldığı televiziya proqramında sağlam həyat tərzi və gündəlik vərdişləri ilə bağlı açıqlamalar verib. Evgin bildirib ki, hər gün 8-9 saat yatır, qlütensiz və laktozasız qidalanır. Müğənn

01.11.2026 510
.

"Kızılcık şerbeti"ndən ayrılır - Foto

"Kızılcık şerbeti" serialında gözlənilməz ayrılıq yaşanacaq. Axşam.az xəbər verir ki, ekran işinə "Lider" obrazını canlandıran Murat Aygen vida edəcək. O, iki bölüm sonra layihədən ayrılacaq. Qeyd edək ki, serialın baş rollarını Seray Kaya və Emre Dinler paylaşır

31.10.2026 489
.

Mənzurə Musayevanı 500 manata toya çağırmaq istədilər

Müğənni Mənzurə Musayeva yarım saatlıq toy çıxışının qiyməti ilə bağlı müzakirələrə səbəb olub. Qaynarinfo xəbər verir ki, müğənni bu günlərdə qatıldığı televiziya proqramlarından birində müzakirə mövzusuna çevrilib. Veriliş zamanı orta məktəbdə müəllim işləyən tamaşaçı canlı yayıma qoşularaq övladlarını

29.10.2026 760
.

"Başkalarının hayatı" da yayımlanmayacaq

"Başkalarının hayatı" serialının da yeni bölümü sabah yayımlanmayacaq. Axşam.az xəbər verir ki, bu qərar reklam gəlirlərinin aşağı olması ilə əlaqədar qəbul edilib. Qeyd edək ki, eyni səbəbdən cümə axşamı "Halef", "Sevdiğim Sensin" və "Muhtemel Aşk" seriallarını

31.10.2026 539
.

Ukrayna Baskov, Kirkorov və Priqojini qara siyahıya saldı

Rusiyanın Xalq artistləri - Nikolay Baskov və Filipp Kirkorov, eləcə də musiqi prodüseri İosif Priqojin Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin məlumat bazasına salınıblar. xəbər verir ki, bu barədə "War&Sanctions" məlumat bazasının portalında dərc olunub. Baza tərtibatçılar

08.11.2026 145
.

Polad Bülbüloğlu bu səbəbdən Tünzalə Ağayevaya təşəkkür etdi

Xalq artisti Tünzalə Ağayeva Azərbaycan musiqisinin əvəzolunmaz sənətkarı, Xalq artisti Polad Bülbüloğlunun "Gəl ey səhər" əsərini ifa edərək ona yeni nəfəs verib. xəbər verir ki, MTV maqazin sözügedən ifa haqqında Polad Bülbüloğlundan özəl açıqlama alıb. Xalq artisti pop ulduza təşəkkürün

06.11.2026 460
.

"Hürrəm" ilk dəfə Bakıdadır - Video

Türk əsilli almaniyalı aktrisa Məryəm Üzərli Bakıya gəlib. "Qafqazinfo" xəbər verir ki, sosial mediada görüntülər paylaşılıb. O, Azərbaycana ilk dəfə gəldiyini vurğulayıb. "İlk dəfə Bakıya gəlmişəm. İnanılmaz dərəcədə sevincliyəm", - deyə o əlavə edib. Həmin görüntüləri təqdim edirik

04.11.2026 602
.

"Sevgi təkbaşına kifayət etmir"

Türkiyəli aktrisa Deniz Baysal boşandıqdan sonra sevgiyə olan münasibətini bölüşüb. Axşam.az xəbər verir ki, aktrisa bu hisslərin zamanla dəyişdiyini bildirib:. "Sevgi dediyimiz anlayışın mənası mənim üçün çox dəyişib. Həyatın və inancın özü sevgidir. Bizim sevgi kimi gördüyümüz şey kimyəvi bi

28.10.2026 871
.