Komada olanda Alim Qasımovu onun yanına niyə çağırdılar? - Müğənni Şəfa haqqında MARAQLI FAKTLAR

Komada olanda Alim Qasımovu onun yanına niyə çağırdılar? - Müğənni Şəfa haqqında MARAQLI FAKTLARBiG.AZ kulis.az-a istinadən gənc yaşda avtomobil qəzasında həyatını itirən müğənni Şəfa Hüseynova haqqında maraqlı faktları təqdim edir.

Şəfa Hüseynova 1975-ci il martın 29-da Qərbi Azərbaycanın Göyçə mahalının Qaraqoyunlu dərəsində müəllim ailəsində anadan olub. 1988-ci ildə ailə Sumqayıt şəhərində məskunlaşıb. 13 yaşlı Şəfa 28 saylı orta məktəbdə təhsil almağa başlayıb. O, ilk dəfə ekranlarda "Sübh şəfəqləri" verlişində görünüb. Türkiyənin Ege Universitetinin filologiya fakültəsinə qəbul olunub. İki ildən sonra isə vətənə qayıdaraq Bakı dövlət universitetində təhsilini davam etdirib.

***

Şəfanın adını ədəbiyyat müəllimi olan atası qoyub. Bu ad isə Vidadi Babanlının romanlarından birinin baş qəhrəmanının adı olub.

Uşaqlıqdan poeziyanı sevən Şəfa əruzu, şeiriyyəti çox yaxşı mənimsəyib. Özü də şeilər yazırmış. Bir dəfə isə toyda mahnı ifa edən Şəfa insanların diqqətini özünə cəlb edir. O gündən sonra o, müğənni kimi fəaliyyət göstərməyə başlayr.

***

Şəfa Hüseynova bir dəfə ailəli olub. Ailəsi onun evlənəcəyi adamla ailə qurmasına qarşı olub. Lakin, o, həmin şəxsi sevdiyini deyərək onunla nigaha girib. Həyat yoldaşı Anar "N-brothers" qrupunun ilk solistlərindən biri olub. Onların evliliyi cəmi üç ay çəkib. Şəfanın qardaşının dediyinə görə ayrılığa səbəb Anarın Şəfaya qarşı başqa qadınlarla xəyanət etməsi və ondan maddi tələblərinin çox olması olub.

Şəfa həyat yoldaşından ayrılsa da onu çox sevib. İfa etdiyi bir çox mahnıları xüsusilə "Geri dön" mahnısını məhz Anar üçün yazıb. Bir dəfə qardaşı onu mətbəxdə keçmiş əri üçün yazılan mahnıya qulaq asıb ağladığı yerdə görüb. Şəfa keçmiş ərini hələ də sevdiyini və mahnını onun üçün yazdığını ağlaya-ağlaya etiraf edib.

***

Həyat yoldaşından, sevdiyi insandan ayrılandan sonra müğənni şəxsi həyatla bağlı hər şeyi unudur. Bütün fikrini sənətinə yönəldir. Onun özü ilə bağlı bircə arzusu olur. Nə zamansa ana olmaq.

Gallery

Şəfanın ən yaxın dostlarından biri müğənni Elton Quliyev olub. Onun sənətə gəlməsində Şəfann çox böyük rolu olsa da, müğənni həyatını itirəndən sonra Elton Şəfanın yaxınları ilə heç zaman əlaqə qurmayıb. Hətta başsağlığı belə verməyib.

***

Müğənni son zamanlar efirlərə çıxmaqdan imtina edirmiş. Daha çox el şənliklərində oxuyurmuş. Bunun əsas səbəbi isə siması ilə bağlı kompleksli olması olub. Burnunu estetik əməliyyat elətdirəndən sonra efirlərə yenidən çıxmağa başlayıb.

2005-ci ilin mart aynda 30 yaşı tamam olan müğənniyə ailəsi təmtəraqlı ad günü keçirtmək istəsə də o, qəti şəkildə etiraz edir və bacısına deyir ki, mən bilirəm ki, bu yaş mənə düşməyəcək, elə 30 yaşımda da dünyadan köçəcəm.

***

Əsasən estrada janrında oxuyan müğənninin ən böyük arzularından biri Alim Qasımovdan dərs almaq olub. Ailm Qasımov onun səsini dinləyəndən sonra dərs verəcəyini bildirib. Bunun üçün çox sevinən Şəfa gündəliyinin ilk səhifəsinə bu günü həyatının ən xöşbəxt günü kimi qeyd edib. Sonralar o, muğam ifa etmyə başlayır, qavalla səhnəyə çıxır.

Bir dəfə isə Mətanət İsgəndərlinin "Tərk edəcəyəm" mahnısına qulaq asaraq buludları qardaşına göstərib deyir. Mən tezliklə bu dünyadan gedəcəm.

***

Atası "Sarıtel" aşıq havasını çox sevdiyindən Şəfa demək olar ki, bütün el şənliklərində bu havanı ifa edirmiş.

O, 2005-ci il dekarbırn 3-də Saatlı rayonuna qohumlarının toyuna ailəsi ilə birgə gedir. Toyda anası ilə də son dəfə şəkil çəkdirir. Geri qayıdanda maşını Şəfanın qardaşı idarə edir və qəza törədir. Həmin vaxtı isə Şəfa başını anasının dizinə qoyub yatıbmış. Onları xəstəxanya çatdırsalar da Şəfanın anası dərhal dünyasını dəyişir. Şəfa isə üç gün komada qalır.

***

Hadisə yerinə çatan Şəfanın digər ailə üzvləri onun üzərindəki zinyət əşyalarının elə hadisə yerindəcə oğurlandığının şahidi olurlar.

Şəfa komada olanda ailə üzvləri Alim Qasımovdan xahiş ediblər ki, son dəfə onu ziyarət etsin, bəlkə Şəfa öz kumirini görüb komadan ayılar. Alim müəllim onların sözünü yerə salmayıb xəstəxanaya Şəfanın yanına getsə də müğənni komadan ayılmır və anasının üç mərasimi günü 30 yaşında xəstəxanada vəfat edir.


BiG.Az
Telegramda izləyin
Şou biznes   Baxılıb: 6953   Tarix: 05 dekabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

AzTV-nin Ceyranı ad günü etdi - Fotolar

AzTV-nin aparıcısı, uzun illərdir efirdən uzaqlaşan Ceyran Rəhimovanın ad günü olub. Axşam.az-a istinadən xəbər verir ki, o, özəl gününü yaxınları ilə qeyd edib. Ad günündən şəkilləri Xalq artisti Nəzakət Teymurova sosial şəbəkədə paylaşıb. Qeyd edək ki, C.Rəhimova AzTV-dən uzaqlaşdıqdan sonra televiziy

18.09.2021 9970
.

Afət Fərmanqızı qısa "şortik"də DİQQƏT ÇƏKDİ - FOTOLAR

Müğənni Afət Fərmanqızı istirahətə yollanıb. xəbər verir ki, müğənni istirahətindən sosial media hesabında paylaşımlar edib. Paylaşdığı fotolarda Afətin qısa şortikdə olması diqqətdən yayınmayıb. Həmin fotoları təqdim edirik:

16.09.2021 7310
.

"O səs Türkiyə"nin münsifləri açıqlandı

Türkiyənin məşhur aparıcısı, TV 8-in rəhbəri Acun Ilıcalı "O səs Türkiyə"nin yeni mövsümdəki münsiflərini açıqlayıb. xəbər verir ki, münsif kürsüsündə Ebru Gündeş, Oğuzhan Koç, Bəyazid Öztürk və Murad Boz əyləşəcək. Qeyd edək ki, yarışmanın çəkilişlərinə noyabrda başlanılacaq

15.09.2021 2403
.

"Həmin Xalq artistlərinə pullar vermişəm"

Əməkdar artist Qorxmaz Əlili bir çox Xalq artistinə maddi yardım etdiyini deyib. Axşam.az xəbər verir ki, aktyor "Onun sirri" verilişində maraqlı açıqlama verib. O bildirib ki, bir çox sənət adamının hesabına pullar köçürüb:. "Artistlərin ağır vəziyyəti idi. Xeyriyyə konsertinə başladım

16.09.2021 1964
.

Günel yenə İMİCİNİ DƏYİŞDİ - VİDEO/FOTOLAR

Müğənni Günel Zeynalovadan xəbər var. xəbər verir ki, Günel sosial media hesabında yeni fotolar paylaşıb. Fotolarda müğənninin yeni imici izləyicilərin diqqətin çəkib. O, saçlarının rəngində və formasında dəyişiklik edib. İzləyiciləri onun yeni görünüşünü bəyəniblər. Həmin görüntüləri təqdim edirik:

17.09.2021 3949
.

"Kalp yarası"nda yeni aktyor - Foto

Reytinqlərdə ilk sırada yer alan "Kalp yarası" serialına yeni aktyor daxil olub. Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ekran işində Görkem Mertsöz rol alacaq. Aktyor serialda psixoloq obrazına həyat verəcək

17.09.2021 3104
.

"Bu missiyam da tamamlandı" - Afaq Gəncəli

"16 il. Əlvida, Azad Azərbaycan. Hər kəsin yolu açıq olsun. Mənim də rolum bu kanalda bura qədər idi". Axşam.az-a istinadən xəbər verir ki, bu sözləri aparıcı Afaq Gəncəli bildirib. Artıq "Xəzər TV"də yeni işə bağlayan Afaq xatirələrini bölüşüb:. "Kitab kimi yaşayıram, hər səhifəmd

16.09.2021 1999
.

Plastik əməliyyat elətdirən Xəyalədən YENİ FOTOLAR

Aktrisa Xəyalə Quliyeva sosial mediada paylaşım edib. xəbər verir ki, aktrisa instaqram hesabında yeni fotolarını izləyiciləri ilə bölüşüb. Onun paylaşımına çoxsaylı təriflər, bəyəni gəlib. Qeyd edək ki, aktrisa bədənşəkilləndirmə edib, artıq çəkidən xilas olub. O, eyni zamanda buxaq hissəsini də kəsdirib

18.09.2021 5899
.

"Bütün dünya bizim toyumuzdan danışacaq"

Sosial şəbəkə fenomeni Şeyma Subaşının misirli sevgilisi Mohammed Alsaloussi ilə evlilik planlarından danışıb. Axşam.az-a istinadən xəbər verir ki, Şeyma hazırda hər hansı tarix müəyyən etmədiklərini açıqlayıb: . "Bir gün mənə dedi ki, elə bir toy edəcəyəm ki, bütün dünya bir il boyunca bizim haqqımızd

16.09.2021 2225
.