"Tunar getsin arvadına qadağa qoysun" - VİDEO

"Tunar getsin arvadına qadağa qoysun" - VİDEOMüğənni Günel Zeynalova 23 ildən sonra İstanbulda səhnə almağa başlayıb. OLAY da Güneli səhnəöncəsi söhbətə tutub, müsahibə gerçəkləşdirib.

- Neçə vaxtdır Türkiyə mediasında yalnız konsertlərinizlə gündəmə gəlirsiz.

- Bir burnumu əməliyyat etdirdim, anasını satım ki, hamı dedi, özünü başdan-ayağa dəyişdirmisən. Tək mən estetik etdirməmişəm ki? Bunu bütün dünya edir. Burun əməliyyatını ev xanımları da edir. Bu, mənim ikinci əməliyyatım idi. Birinci əməliyyatım uğursuz idi, nəfəs almaqda çətinlik çəkirdim. Səhnə adamıyam, niyə də ikinci əməliyyatım olmasın? Gedirəm Nişantaşına, maqazinçilər gəlir ki, ay Günel, nə oldu? Bunu yayımlamaqları mənim üçün pis şeydir. Düzgün bir nüansa toxundun. Mənim üçün səhnədə olmaq, sənətimi icra etməklə gündəmdə olmaq yaxşıdır. Şəxsi həyatımdan tut estetikimə qədər danışdılar. Mənim səsimdən danışsınlar ki, 23 ildir Azərbaycanı İstanbulda təmsil edirəm.

- Deyirlər, Türkiyədə də monopoliya var. Sezen Aksu başqalarının yolunu kəsir...

- Sezen Aksunun mənimlə heç bir problemi yoxdur. O mahnıları milyonlarla insanın dilində olan, ideallaşmış bir qadındır. Ondan öncə Ajda Pekkan da var, burada boş-boş işlərlə məşğul olmurlar. Ajdadan, Sezendən sonrakı bəzi sənətçilər var, onlar da mənə maraqlı deyil. Öz yolumda davam edirəm.

- Haqqınızda xeyli xəbərlər çıxır, hərdən Tunar əsəbiləşib, sizə qadağa qoymur?

- Tunar mənə qadağa qoymur. Mənə niyə qadağa qoysun ki? Getsin arvadına qadağa qoysun. Sadəcə qardaş atadan sonra bacının həyatında xüsusi yer tutur. Sən ona hörmət etdiyin üçün onun dediklərini edirsən. Bir libas geyinirəm, qardaş olaraq qeyrətimi çəkdiyi üçün xoşuna gəlmir, tez paltarımı düzəldirəm. Səhnə adamıyam, görür ki, elə bir insan deyiləm. Sənətini düzgün şəkildə icra edirəm. Mənə qarışmır, indi öz ailəsi ilə məşğuldur. Burdan bir də dedim ki, heç nə deməsin.

- Ananızla oxşarlığınız xeyli müzakirə edildi...

- Anam buğa bürcüdür. Mənim də yüksələnim Buğadır. İnadkarlığım yüksək səviyyədədir. Saçlarımı qaraltmışam, anama çox oxşayıram. Makyaj etməyəndə, anamın gənclik fotolarına baxanda bənzədiyimi görürəm. Anam deyir, sənə baxanda səksənirəm ki, bu qızı haradasa görmüşəm. Mənə estetikli deyənlər anama baxıb utansın.

- Tək estetikinizlə yox, bahalı geyimlərinizlə də gündəmə gəlirsiz...

- Bahalı geyimlərim, ayaqqabılarım var. Bunu hər zaman dilə gətirmək olmaz. Onu alan da var, almayan da. Bir şeyi bəyənirəmsə, özümə yaraşdırıramsa, 1 lirə də olsa, geyinərəm. O mənimlə dəyərlənər. Düşünmürəm ki, çox bahalıdırsa, çox gözəl bir şeydir. Bunlara diqqət etmirəm. Başqa biri ilə çalışmıram. Geyimlərimi çox bəyənirlər. Geyindiklərimi Elnur Həsənova göndərirəm, deyir ki, çox gözəldir. O da bəyənirsə, nə deyə bilərəm?

- Bir ara restoranınız vardı, hazırda vəziyyət nə yerdədir?

- O mövzu çoxdan bağlanıb. İstəyirəm İstanbulda Azərbaycan mətbəxini açaq. Burada yeməklərimiz sevilir. Atamla anam başlarında duracaq. Hamı deyir ki, Rəhman əmi, restoran aç, gələk. Biznesim yoxdur. Amma studiya açmaq istəyirəm.

- Nə vaxtsa, Azərbaycana dönmək niyyətiniz var?

- Azərbaycana dönməyi düşünmürəm. 23 ildir burada yaşayıram. Evim, dostlarım, çevrəm hamısı buradadır. Bakıda da əhatəm var. Uşaqlıq dostlarımla hələ də görüşürəm. Maksimum 1 ay gəlib qalıram. Qohumları, tanışları ziyarət edirəm.

- Bu aralar hamı Ağdama, Şuşaya gedir. Siz necə? Getmək istəyirsiz?

- Bir tərəfimiz Şuşa, bir tərəfimiz Ağdamdır. İksinə də getmək istəyirəm. Ora gedənləri hərdən qısqanıram. Yəqin gələn ilə getmiş olaram.

- Son zamanlar "Z nəsli" anlayışı yaranıb. Bu barədə fikirləriniz nələrdir?

- Z nəsli deyə bir şey var. Onları anlamağa çalışıram. Trep oxuyurlar, 2-3 kəlimə ilə söhbət edirlər. Bu, partlayır. 1 aya bunların 129 milyon baxışını görəndə mən şok oluram ki, bu adamın səsi yoxdur, görkəmi yoxdur, amma bu, "tutur"? Necə olur? Hərdən deyirəm ki, mən də belə "duzsuz" mahnılar oxuyacam, görüm nə olur? Sonra deyirəm ki, 23 ilimi vermişəm ki, belə mahnı oxuyum? Deyirəm, Gülü, sən öz yolunla davam elə! Bu bir keçid dövrüdür. Bu dövrdən sonra...

- Bizi daha bərbad günlər gözləyir

- Yox, heç elə düşünmürəm. Yaxşı da... Bu qədər də xarab etməyək (gülür). Çox gözəl bir dövrə keçəcək. Dəyərlilər, var olanlar bəlli olacaq.

- Bizim "Z nəsli" müğənnilərdən kimi bəyənirsiz?

- Hissi çox sevirəm. Mən onu uşaqlıqdan tanıyıram. Birlikdə çəkilişimiz də var. Mənə dedi ki, eyni proqramda olmuşuq, məni xatırlamalısan. Rep oxumaq çətindir. Onun yolu var, oradan davam edir. Mən onun kimi oxuya bilmərəm. Türkiyədə inanılmaz çox dinlənilir və sevilir.

- İbrahim Tatlıseslə sizi sonuncu dəfə İdonun toyunda gördük. Münasibətiniz necədir?

- İbrahim bəylə görüşürük. İdoyla birlikdə böyümüşük. Onun toyunda görüşdük. Mən gələndə o, süd içirdi. Birlikdə böyüdük, zaman keçdi. Dedim böyük oğlan oldun, evləndin. İbrahim bəy hər zaman gözəl sözlərini deyir, dəstəyini əsirgəmir. Onu səhnəmə dəvət edəcəyəm.

- Bəs, nə yaxşı indiyədək İbrahim Tatlıseslə duet oxumamısız?

- Ona dedim ki, sizinlə duet oxumaq istəyirəm. Mənə dedi ki, sənin buna ehtiyacın yoxdur. Sənin səsin var. Niyə mənimlə özünü təsdiq edəsən ki? Sən Azəri qızı Günel kimi tanınırsan. Amma İbrahim bəy mənim üçün bek-vokal oxuyub. İbrahim bəy kimə bek-vokal oxuyub indiyə kimi? Heç kimə! Sibel Can da deyib duet oxuyaq, ona da "yox" deyib. Sibel Canla oxumayandan sonra, mən kiməm ki?

- "Azəri" sözünü dediz, ağlıma gəldi. Bəzən hansısa türk "Ben azerileri çok seviyorum", yaxud bizi əzizləyən başqa bir cümlə işlədəndə, əzizlənməyə yox, "azəri" kəlməsinə ilişən adamlar olur. "Azəri" yox, "Azərbaycan türkü" deyə... Adam sənə sevgisini bildirir, sən isə illərdir qəlibləşmiş kəlməyə görə onda səhv tutursan. Bu məsələyə necə baxırsız?

- Biz hamımız türkük. Niyə bir-birinə qarışdırırıq ki? "Orada "Azəri" demə" deyirlər. Mən 23 ildir "Azəri Günel" kimi tanınıram, nə deyim, deyim ki, yox, "Azərbaycan türkü Günel"? Bilirsiz, bu nədən irəli gəlir? Qısqanclıq, paxıllıq, nədənsə səhv tutmaq istəyi. Bunları buraxın, 22-ci əsrə keçmişik, bu şeylər keçib. Bir-birimizlə mehriban olaq. Məni bezdiriblər, Pərviz, qoy, dərdim açılıb, deyim. Sən niyə azərbaycanca danışmırsan, türkcə danışırsan? Birincisi, İstanbulda yaşayıram, ikincisi, Türkiyə və Azərbaycanı ayırmadığım üçün sözlərə fikir vermirəm. Yeri gələndə Ağdam ləhcəsində də danışıram. Amma səhnə mədəniyyəti deyilən bir şey var axı, sən orada "gələjəm", "gedəjəm" deyə bilməzsən. Onu yumşaldıb demək lazımdır. İnstaqramda rəy silməkdən bezdim. "Yenə azərbaycanca danışmırsan, türkcə danışırsan, unutmusan..." – hə, unutmuşam! "Papam"ın bir sözü var, eləmişəm, yaxşı eləmişəm!

Azərbaycan mənim canım, ciyərim, vətənimdir, hər gedəndə, qayıdanda fəxarət hissi duyuram. Mənə paxıllıq edənlər tanımayanlardır. Onları başa düşmürəm. Məni tanıyırsan, ay bala? Nə vaxt oturub mənimlə çay içmisən? Gəl, bir çay iç, sonra de ki, filan hərəkətinə görə Güneli sevmədim. Sevməyə bilər, rənglər və zövqlər müzakirə edilmir. Gərək qiymət verəsən. Mən də Azərbaycandan bunu gözləyirəm.

Hansısa xarici gələndə (türkləri nəzərdə tutmuram ) onu yuxarı qaldırırsız, amma özümüzünkülərə bunu etmirsiz. Hərdən deyirlər ki, fəxri ad almağa layiqsən. Deyirəm ki, ad almaq artıq o qədər başqa cür olub ki, o şəkildə istəmirəm. İnşallah Prezidentimiz, dəyərli xanımı ilə birlikdə məni o mükafata layiq görsün. Onlardan mükafat alım, o mənim üçün dəyərlidir. Ad almağa ehtiyac yoxdur, mənə desinlər ki, çox təşəkkür edirik ki, sən 23 ildir "Azəri qızı Günel" adıyla orada tanınırsan və "Biz iki dövlət, bir millətik" mahnısını oxuyursan. Bu, mənim üçün böyük bir şərəfdir.

- Səhnə fəaliyyətinizdə uğurlar. İnşallah arzularınıza çatarsız. Sizi yormayaq və səhnənizə yola salaq. Müsahibə üçün təşəkkür edirik.

Sizə uğurlar diləyirəm. OLAY olaraq neçə illərinizi qeyd edək. Bir yaşınızı keçirərsiz, gəlib mahnılar oxuyub əylənərik. Yeni ildə də "Uluorta" restoranda olacağıq. Azərbaycandan gəlib dinləmək istəyənlər buyura bilər.


BiG.Az
Telegramda izləyin
Şou biznes   Baxılıb: 55205   Tarix: 11 dekabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"O səs Türkiyə"nin münsifləri açıqlandı

Türkiyənin məşhur aparıcısı, TV 8-in rəhbəri Acun Ilıcalı "O səs Türkiyə"nin yeni mövsümdəki münsiflərini açıqlayıb. xəbər verir ki, münsif kürsüsündə Ebru Gündeş, Oğuzhan Koç, Bəyazid Öztürk və Murad Boz əyləşəcək. Qeyd edək ki, yarışmanın çəkilişlərinə noyabrda başlanılacaq

15.09.2021 2403
.

Bu da Pərvinin MAKİYAJSIZ HALI - FOTOLAR

Aktrisa Pərvin Abıyevadan xəbər var. xəbər verir ki, aktrisa "Instagram" hesabında canlı yayımda olub. Canlı yayım zamanı Pərvin makiyajsız və saçları dağınıq halda görünüb. İzləyiciləri onun bu halını bəyənməyib. Həmin fotoları təqdim edirik:

16.09.2021 4042
.

Sənubər İsgəndərlidən XOŞ XƏBƏR

Əməkdar artist Sənubər İsgəndərli bu mövsüm tamaşaçıların qarşısına aparıcı kimi çıxacaq. Axşam.az-a istinadən xəbər verir ki, aktrisa "Xəzər TV" ilə anlaşıb. Onun proqramının adı "Sənətdən kənar" adlanır. Bu haqda S.isgəndərli özü məlumat yayıb. Verilişin çəkilişləri bir neçə gündü

17.09.2021 4207
.

Türkan Şoray son görünüşü ilə GÜNDƏM OLDU - FOTO

Türkiyə kinosunun ulduzu Türkan Şoray 76 yaşını tamamlayıb. Aktrisanın 20 kilo arıqlayaraq əvvəlki formasına qayıtması diqqətdən yayınmayıb. Onun fransız üsulu ilə (üzün saplarla dartılması) arıqlaması da bildirilir. Qatıldığı bir məclisdə cazibədar aktrisanı görənlər heyrətlərini gizlədə bilməyiblər

18.09.2021 4536
.

Əməkdar artistdən şok açıqlama: "Oğlan adı ilə mənlə danışırdı…" - VİDEO

Əməkdar artist Gülüstan Əliyeva açılaması ilə diqqət çəkib. -a istinadən xəbər verir ki, "Onun sirri" proqramına qonaq olan sənətçi, məşhur prodüserlərdən birinin oğlan adı ilə ona tez-tez zəng vuraraq telefonla danışdığını bildirib:. "Mənə tez-tez zəng edirdi. Oğlan adı ilə danışırdı

16.09.2021 4875
.

Damla plastik əməliyyatdan sonra - FOTOLAR

Müğənni Damladan xəbər var. xəbər verir ki, Damla buxaq əməliyyatından sonra yeni fotolarını sosial media hesabında paylaşıb. izləyiciləri onun yeni görünüşünü bəyənərək xoş rəylər yazıblar. Həmin fotoları təqdim edirik:

16.09.2021 9193
.

"Polislər bizi mühasirəyə alıb, şöbəyə apardı"

"Yaxşı maşınım, gəlirim, evim, yaşayışım var. Çox yaxşı yaşayıram. Pulunu yaxşı şeylərə xərcləməsən, heç vaxt yerinə gəlməyəcək. Mən də yaxşı şeylərə, xeyriyyəyə xərcləyirəm. Eləsi olur ki, pulu var, amma xeyriyyəçilik etmir. Kimsə yaxşılığa xərcləmirsə, canına xərcləyəcək". Axşam.az xəbə

16.09.2021 3763
.

Bu səhnənin "Aşkı memnu"dan oğurlandığı iddia edildi

"Kanal D"də yayımlanan "Camdaki kız" serialı yenidən izləyicilərin tənqidlərinə tuş gəlib. Axşam.az-a istinadən xəbər verir ki, ekran işində baş rol ifaçılarından Nur Sürerin yeni ailə həyatı quran qızı ilə kürəkəninin ilk gecələrini yan evdən binoklla izləməsi bəyənilməyib. İzləyicilə

17.09.2021 4785
.

"Vüqarın ölüm səbəbiylə bağlı ekspertiza tələb edəcəyəm"

Mərhum meyxanaçı Vüqar Biləcərinin sevgilisi Samirə Nail Kəmərlinin "Youtube" layihəsinin qonağı olub. Axşam.az-a istinadən xəbər verir ki, Samirə sənətçi ilə bağlı bəzi məqamları açıb. O bildirib ki, Vüqar ömrünün son illərində anası üçün pis olub:. "Vüqarın yanında "ana" söz

17.09.2021 5564
.