"Atam qaynatama dedi ki, mənim bir qızım var, olar o mənimlə yaşasın?"
"Bizim çox balaca bir ailəmiz var idi. Atam, anam və mən. Evimiz kiçik bir mədəniyyət ocağı olub. Mən atamın əziz-xələfi idim. Onun təbirincə bu sözü deyirəm. Çünki atam həmişə işdən evə gələndə deyirdi ki, mənim əziz xələfim hanı? Niyə qapıya gəlib məni qarşılamadı? Mən də atam içəri girəndə qucağına atılırdım"
BiG.AZ xəbər verir ki, bunu moderator.az-a açıqlamasında xalq artisti Süleyman Ələsgərovun qızı Sevil Ələsgərova bildirib. O daha sonra əlavə edib.
"Mən lap körpə vaxtımdan aktyorların içində böyümüşəm. Atam məni teatra aparırdı, tamaşalara baxardım. Mən ilk tərbiyəmi teatrda sənətkarlardan almışam. Həqiqətən də incəsənət mədəniyyət ocağıdır, onun hər sahəsini mənə atam sevdirib. Atam mənim təhsilimlə çox ciddi məşğul olub. Məni özü məktəbə aparıb özü gətirərdi. Kitaba marağı məndə atam oyatdı. Mənim üçün nə qədər kitablar alardı, deyərdi ki, oxu mənə məzmunu danış. Belə-belə atam məndə dərin bir məhəbbət yaratdı filologiyaya, ədəbiyyatımıza qarşı. 18 il mən öz universitetimdə işlədim. Sonra ailə həyatı qurdum, uşaqlar oldu və mən işimi buraxmalı oldum. Atam dünyasını dəyişəndən sonra onun xatirələrindən bir kitab yazıb, ərsəyə gətirdim. Bir şeyə təəssüf edirəm ki, kaş atam sağlığında bunu görərdi. Kitab yazmağı da mənə yoldaşım təklif etdi. Dedi ki, sənin bu qədər xatirələrin var, kitab yaz mən çap etməyə köməklik edəcəyəm. Yoldaşım atama əsl oğulluq edib. Atam hər zaman deyirdi ki səndən nigaran getmirəm" deyə Sevil Ələsgərova deyib.
Sevil Ələsgərova atasının yaratdığı "Cəbiş müəllim" obrazından da danışıb.
"Elə bil ki, o özünü yaratmışdı Cəbiş müəllimdə. Cəbiş müəllim kimi sadə, hər şeyə inanan, rəhmli bir insan idi. O özünü yaratdığı üçün Cəbiş müəllim obrazı inandırıcı alınmışdı. Düzdü atamdan əvvəl Cəbiş müəllim roluna görə 5-6 aktyor çağırmışdılar, eyni zamanda Rza Təhmasibi də. Həsən Seyidbəyli atama demişdi ki, Süleyman müəllim düzdü biz kino "probaya" çox aktyor çağırmışıq, ancaq Cəbiş müəllimə sən çəkiləcəksən, bu rola səni layiq bilirəm. Demək olar ki, 6-7 aya çəkildi həmin kino. Mən 9-cu yaxud da 8-ci sinifdə oxuyurdum. Oxuduğum məktəbin yanında çəkirdilər, dərsdən qaçardım çəkilişlərə gedib baxardım" deyə müsahibimiz bildirib.
Sevil Ələsgərova atasının yoxluğu ilə hələ də barışmadığını bildirib.
"Bir müddət atam üçün çox nisgilli gəzdim. Elə hara baxırdım atamı görürdüm, çünki vaxtımın çoxunu onunla keçirirdim. Biz bir-birimizə elə bağlanmışdıq ki. Mən gözümü açıb atamı görmüşdüm, atam da həmişə mənim yanımda olub. Ailə həyatı quranda atam qaynatamla danışdı, atam qaynatama dedi ki, mənim bircə qızım var, onu gözümdən uzaqa qoymaq istəmirəm. Olar ki, onlar bizim evdə mənimlə yaşasınlar? Qaynatam başa düşən insan idi, o atamı başa düşdü. Biz həmişə bir evdə, bir yerdə yaşadıq" deyə Sevil Ələsgərova deyib.
BiG.Az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşAtası ilə fotosunu paylaşıb bunları yazdı
Xalq artisti Mələkxanım Eyubovanın bloger qızı Nəzrin Nəcəfova atası ilə bağlı paylaşım edib. Axşam.az xəbər verir ki, o, atası Xosrov Nəcəfovla çəkdirdiyi fotosunu izləyiciləri ilə bölüşüb. Nəzrin paylaşımına "Ürəyimdir, canım atam" şərhini yazıb. Qeyd edək ki, M.Eyubova və X.Nəcəfovun 4 övlad
01.11.2026 839 Nailə İslamzadədən danışan Çingiz Abdullayev: "40 il əvvəl atam sevirdi, indi mən..."
Xalq yazıçısı Çingiz Abdullayev etirafı ilə diqqət çəkib. xəbər verir ki, "Qonaqcanlı" verilişinə dəvət olunan yazıçı Əməkdar artist Nailə İslamzadəyə olan rəğbətindən danışıb. "40 il əvvəl Nailə xanımı atam sevirdi, indi də mən sevirəm. Onu görəndə inanmadım ki, necə belə yaxşı qalıb
03.11.2026 661 Böyük qızı Xalq artisti ilə fotosunu paylaşıb bunları yazdı
Qızı Hökumə Xalq artisti Mələkxanım Eyubova ilə bağlı paylaşım edib. Axşam.az xəbər verir ki, o, anası ilə fotosunu yayımlayaraq bunları yazıb:. "Ana, ad günün mübarək! Sənə möhkəm cansağlığı, uzun ömür, xoşbəxtlik və əmin-amanlıq arzulayıram. Hər gün sənə sevinc, təbəssüm və istilik bəxş etsin
08.11.2026 184 Murad Adıgözəlzadə və Ayselin qızı - VİDEO
"Avroviziya" təmsilçilərimizdən olan Aysel Teymurzadə qızı Leyla ilə bağlı paylaşım edib. Bizim.Media xəbər verir ki, müğənni övladının rəqs festivalındakı çıxışını sosial şəbəkə hesabında yayımlayıb. İfaçı qızının görüntüsünə "Mənim sevgim, Leyla" şərhini yazıb. Qeyd edək ki, Ayse
07.11.2026 511 Anasının evində əşyalara əl vurulmasını qoymur
Aparıcı Kamilə Babayeva bir müddət əvvəl vəfat edən anasının evindən görüntülər paylaşıb. Axşam.az xəbər verir ki, aparıcı anasının yoxluğundan sonra evdəki əşyaların yerini dəyişmədiyini bildirib. O, anasının sağlığında hər şeyi necə qoyubsa, elə də saxladığını qeyd edib. K.Babayeva anasının eyvanda
07.11.2026 384 79 yaşlı müğənni gənc qalma sirrini açıqladı
Türkiyəli müğənni Erol Evgin gənc və enerjili qalmasının sirrindən danışıb. Axşam.az xəbər verir ki, 79 yaşlı sənətçi qatıldığı televiziya proqramında sağlam həyat tərzi və gündəlik vərdişləri ilə bağlı açıqlamalar verib. Evgin bildirib ki, hər gün 8-9 saat yatır, qlütensiz və laktozasız qidalanır. Müğənn
01.11.2026 509 Xoşqədəm TANINMAZ HALDA - FOTO
Aparıcı Xoşqədəm Baxşəliyeva sosial mediada paylaşımı ilə diqqət çəkib. xəbər verir ki, o, şəxsi "Instagram" hesabında yeni görüntülərini paylaşıb. Fotoda aparıcının çəki alması və dəyişimi diqqətdən qaçmayıb. Onun paylaşımı marağa səbəb olub. Həmin fotoları təqdim edirik:
08.11.2026 467 Miss Mister Of Azerbaijan 2026 - Final Gecəsi
Ollin Professional`ın baş sponsorluğu ilə keçirilən Miss Mister Of Azerbaijan 2026 Milli Gözəllik Müsabiqəsinin final gecəsi 28 oktyabr Elektra Events Hall`da baş tutdu. Müsabiqədə münsiflər heyəti, zalda əyləşən tamaşaçılar və idarə heyətinin verdiyi səslərlə qaliblər müəyyən olundur. Layihənin Münsi
03.11.2026 630 Britni Spirs maddi dəstəyi dayandırdı, keçmiş əri borca düşdü
Müğənni Britni Spirsin keçmiş həyat yoldaşı, rəqqas Kevin Federlayn eks-arvadının maddi dəstəyi dayandırıldıqdan sonra ciddi borc problemi ilə üzləşib. "Page Six" nəşrinə istinadən xəbər verir ki, kredit kartı borcuna görə Federlayn barəsində məhkəmə iddiası qaldırılıb. Nəşrin əldə etdiyi məhkəm
01.11.2026 506