"Kişilərə baxanda xanım sənətçilərin söz-söhbəti daha çox yayılır"

"Kişilərə baxanda xanım sənətçilərin söz-söhbəti daha çox yayılır"BiG.AZ Əməkdar artist, sevilən xanəndə Almaz Orucovanın moderator.az-a müsahibəsini təqdim edir.

- Almaz xanım, hal-hazırda bir çox sənətçilərin fəaliyyətlərində durğunluq var. Bir az pulsuzluq, həvəsdən düşmələr. Sizin sənət fəaliyyətiniz nə yerdədir?

- Mən deyərdim ki, biz bir az durğunluqdan çıxmışıq. Qismən də olsa karonavirusu unutmuşuq. Həm maddi cəhətdən, həm də mənəvi cəhətdən az da olsa yüksəlmişik. Artıq bir müddətdir işə başlamışıq. Bildiyiniz kimi mən Azərbaycan Dövlət Filarmoniyasında çalışıram, orada çox böyük işlər gedir. Kollektivimizi çox sevirəm. Filarmoniyada 1-2 ay öncə Fikrət Əmirovun yaradıcılıq gecəsi keçirildi, orada iştirak etdik. Bizdə tədbirlər dayanmır, bilirsiniz ki, orada bir çox kollektivlər fəaliyyət göstərir. Bundan əlavə iki mahnı yazdırmışam. Yalandan deyə bilmərəm ki, fəaliyyətimdə durğunluq var.

- Səsi olmayan, sənətdən bixəbər olan müğənnilər çox vaxt efirlərdə villalarını, evlərini göstərməklə məşğuldurlar. Bu kimi hallardan uzaq olan bir neçə nadir sənətçidən birisiniz. Ümumiyyətlə belə halları necə qarşılayırsınız?

- Hər bir insanın keçmişi bu gün atdığı addıma böyük bir təkandır. Ailəmiz və orta məktəb illərində aldığımız tərbiyə bizi sabaha, gələcəyə yönəldir. O ki, qaldı dəbdəbəli evə... Uşaqlıqdan çox dəbdəbəli evdə yaşamamışam, amma ziyalı bir nəslin övladı olmuşam. Nəslimizdə iki Riyaziyyat Elmləri doktoru olub. Atam sürücü, anam tibb bacısı idi. Sadə, amma gözəl yaşamışıq. Gözəl dəbdəbəli, iki mərtəbəli evimiz olmasa da bağımız, gözəl təsərrüfatımız olub. Bir insanın yaşayışı üçün nə lazımdırsa hər şeyimiz var idi. Bu gün də dəbdəbəli evdə yaşamıram. Vallah heç kimin dəbdəbəli evinə həsrətlə baxıb deməmişəm ki, kaş məndə də olardı. Bəzi hallarda istəməsəm də verilişin formatına uyğun olaraq evimdə çəkilişlər olub. Amma çəkilişdə söhbət ancaq musiqidən gedib, evdən, villadan yox. Kimin dəbdəbəli evi, maşını varsa özünə qismət olsun. Onlar yəqin uşaqlıqda görməyiblər, arzusunda olublar deyə istəyirlər ki, dəbdəbəli evlərdə yaşasınlar.

- Almaz xanım, xanım sənətçilərin qabağa getməsi, daha çox uğur qazanıb, məşhur olması niyə hər zaman çətin olub?

- Kişi sənətçilərə baxanda xanım sənətçilərin sözü-söhbəti daha çox yayılır. Amma deməzdim ki, xanım sənətçilərimiz kişi sənətçilərimizə nisbətdə geri qalıblar. Əslində bu kişi və qadına bağlı olacaq bir şey deyil. Bu şans və şanssızlıq ola bilər. Mən qadınlarımızı daha şanslı və üstün sayardım.

- Hər hansısa şəxsi problemininizə görə istəmisinizmi sənətinizi yarımçıq qoyasınız?

- Mən bu sənətə öz istəyimdən də daha çox anamın istəyi ilə gəlmişəm. Anamın, xalalarımın, dayımın gözəl səsi olub. Anam müsabiqəyə gəlib, qalib olub, amma əmiləri onun oxumasına razı olmayıblar. Anam həyata keçməyən arzusunu məndə görüb, müğənni olmağımı istədi. Mən orta məktəbdə Zəngilan Rayon Mədəniyyət evində iştirak edirdim, anam məni istiqamətləndirirdi. Düzdür, mən bir az həvəssizliyimdən sənətdən ayrı düşdüm, sonra yenidən geri qayıtdım. Bu sənəti çox sevirəm.

- Həyat qələmi əlinizdə olsaydı, nə yazardınız?

-Qələm mənim əlimdə olsaydı nələr dəyişərdi, nələr?! Təbii ki, məndən asılı olsaydı, çox şeyləri yenidən yaşamaq istərdim. Həyatımda çox şeylərin dəyişilməyini istərdim. Hər kəs bu həyatdan bir təcrübə yığır. İnsanlar verdikləri qərarlara görə sonradan peşman olurlar. Birinci qərarı yox, ikinci qərarı versən də əgər şanssızlıq varsa, hər ikisində səni yaxalayacaq. Həyatda 100 faiz xoşbəxtlik, bütövlük yoxdur. Qələm məndə olsaydı, uşaqlıq illərimi, doğma ocağımızı, valideynlərimlə birlikdə yaşadığım illəri heç nəyə dəyişməzdim. Bəzən düşünürəm ki, valideynlərimə az vaxt ayırmışam.

- Yaşadığınız hər hansısa hadisəyə görə özünüzü qınamısınız?

- Əlbəttə! Bu gün oturub fikirləşəndə çox elə şeylər var. Həyatımızda bəzən elə şeylər olur ki, bizdən asılı olmur. Düzdür, bəzi şeylər öz əlimizdədir, amma taleyi biz seçmirik. Biz bəzən ağlımızla yox, hisslərimizlə düşünürük.

- Almaz Orucovanı bu gün yaşadan nədir?

- Təbii ki, məni bu gün daha çox yaşadan ilk növbədə yeganə övladımdır. Allah sevdiklərimizi, yaxınlarımızı qorusun. Müəyyən yaşdan sonra bu sualı kimə ünvanlasanız əlbəttə ki, onu yaşadan səbəb kimi övladını misal gətirəcək. Həyat rənglidir, maraqlıdır. Onu sevsən, o da səni sevəcək.


BiG.Az
Telegramda izləyin
Şou biznes   Baxılıb: 1402   Tarix: 30 dekabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Bu da Pərvinin MAKİYAJSIZ HALI - FOTOLAR

Aktrisa Pərvin Abıyevadan xəbər var. xəbər verir ki, aktrisa "Instagram" hesabında canlı yayımda olub. Canlı yayım zamanı Pərvin makiyajsız və saçları dağınıq halda görünüb. İzləyiciləri onun bu halını bəyənməyib. Həmin fotoları təqdim edirik:

16.09.2021 4042
.

Plastik əməliyyat elətdirən Xəyalədən YENİ FOTOLAR

Aktrisa Xəyalə Quliyeva sosial mediada paylaşım edib. xəbər verir ki, aktrisa instaqram hesabında yeni fotolarını izləyiciləri ilə bölüşüb. Onun paylaşımına çoxsaylı təriflər, bəyəni gəlib. Qeyd edək ki, aktrisa bədənşəkilləndirmə edib, artıq çəkidən xilas olub. O, eyni zamanda buxaq hissəsini də kəsdirib

18.09.2021 5899
.

Orxan Gəncəbayın oğlu evləndi - VİDEO

Bu gün türkiyəli müğənni Orxan Gəncəbayın oğlu Gökhan Gəncəbay ailə həyatı qurub. Axşam.az-a istinadən xəbər verir ki, Gökhan uzun müddətdir eşq yaşadığı Seda Hanla Çırağan Sarayında nikah masasına əyləşib. Cütlüyün xoş günündən görüntülər sosial şəbəkədə yayılıb

16.09.2021 3352
.

Hacı Nuranla bu fotosunu paylaşdı, gündəm oldu

Tanınmış klarnet ifaçısı Hüseyn Məhəmmədoğlunun Hacı Nuran ilə paylaşdığı foto böyük maraqla qarşılanıb. -a istinadən xəbər verir ki, o Hacı Nuranla foto çəkdirərkən üzünü bağlayıb. Klarnet ifaçısı fotonu bu başlıqla paylaşıb: "Diqqət! Diqqət!. Əziz Dostlarım, Hacı Nuranın 4-cu dalğasi başlayıb

17.09.2021 7467
.

AzTV-nin Ceyranı ad günü etdi - Fotolar

AzTV-nin aparıcısı, uzun illərdir efirdən uzaqlaşan Ceyran Rəhimovanın ad günü olub. Axşam.az-a istinadən xəbər verir ki, o, özəl gününü yaxınları ilə qeyd edib. Ad günündən şəkilləri Xalq artisti Nəzakət Teymurova sosial şəbəkədə paylaşıb. Qeyd edək ki, C.Rəhimova AzTV-dən uzaqlaşdıqdan sonra televiziy

18.09.2021 9970
.

Fahriye Karan üçün 15 dayə dəyişdi

Türkiyəli aktrisa Fahriye Evcen oğlu Karan üçün yenidən dayə axtarışına başlayıb. Axşam.az-a istinadən xəbər verir ki, bu barədə "2.Sayfa" verilişində məlumat verilib. Aparıcıların sözlərinə görə, aktrisa artıq 15-ci dayə ilə də yollarını ayırıb. Qeyd edək ki, Fahriye Evcen bu il "Alparslan"

16.09.2021 2609
.

Pandemiyada ikinci restoranını açdı

Aşıq Zülfiyyə pandemiya ərəfəsində biznesini gücləndirib. Axşam.az-a istinadən xəbər verir ki, sənətçi bundan əvvəl yaşadığı binada restoran açmışdı. Bir neçə gün əvvəl isə aşıq yenidən restoran açıb. Onun açılış mərasiminə sənət dostları da qatılıblar. Qeyd edək ki, Zülfiyyə bundan əvvəl daha bir restoranını

17.09.2021 3697
.

Serenaya görə Umutu sildi

Aktrisa Melisa Şenols keçmiş sevgilisi iş adamı Umut Evirgeni instaqramda izləmədən çıxarıb. Axşam.az-a istinadən xəbər verir ki, buna səbəb cütlük ayrıldıqdan sonra Umutun aktrisa Serenay Sarıkaya ilə eşq yaşaması iddiaları olub. O, bütün birlikdə çəkdirdikləri fotoları da hesabından silib. Umut is

17.09.2021 2293
.

"Vüqarın ölüm səbəbiylə bağlı ekspertiza tələb edəcəyəm"

Mərhum meyxanaçı Vüqar Biləcərinin sevgilisi Samirə Nail Kəmərlinin "Youtube" layihəsinin qonağı olub. Axşam.az-a istinadən xəbər verir ki, Samirə sənətçi ilə bağlı bəzi məqamları açıb. O bildirib ki, Vüqar ömrünün son illərində anası üçün pis olub:. "Vüqarın yanında "ana" söz

17.09.2021 5564
.