Bu il itirdiyimiz sənət adamları...

Bu il itirdiyimiz sənət adamları...Artıq sabah yeni il qədəm qoyuruq. Geridə qalan il həm xoş, həm də kədərli günlərlə yadda qaldı.

2021-ci ildə sənət aləmində yaşanan itkiləri təqdim edirik:

Belə ki, yanvarın 4-də Əməkdar incəsənət xadimi, bəstəkar Nailə Mirməmmədli 59 yaşında ürəktutmadan dünyasını dəyişib.

13 yanvar - Əməkdar artist İsmayıl Ələkbərov 81 yaşında koronavirusdan vəfat edib.

10 fevral - Əməkdar artist, aktyor Əlican Əzizov 69 yaşında vəfat edib.

22 fevral – Xalq artisti, müğənni Yalçın Rzazadə uzunsürən xəstəlikdən sonra 74 yaşında vəfat edib.

22 fevral - müğənni Xatun Əliyevanın stilist qardaşı Balaş dünyasını dəyişib.

10 mart - Xalq rəssamı Mirnadir Zeynalov 78 yaşında dünyasını dəyişib.

18 mart - aktyor Ramiz Hüseynzadə 42 yaşında beyin qansızmasından vəfat edib.

21 mart - Xalq artisti, aktyor Ramiz Məmmədov 69 yaşında xərçəng xəstəliyindən vəfat edib.

5 aprel – aktyor Fikrət Məmmədov 65 yaşında dünyasını dəyişib.

5 aprel – Xalq artisti, gitara ifaçısı Rafiq Hüseynov (Rəmiş) uzunsürən xəstəlikdən sonra 76 yaşında dünyasını dəyişib.

8 aprel - Əməkdar incəsənət xadimi, Azərbaycan Televiziyasının rejissoru Məhərrəm Bədirzadə 76 yaşında dünyasını dəyişib.

12 aprel - Əməkdar mədəniyyət işçisi, "İRS" folklor ansamblının rəhbəri Sidqi Mustafayev 73 yaşında vəfat edib.

14 aprel - Azərbaycanın yeganə keçəçi-rəssamı Rauf İsmayılov 63 yaşında koronavirusdan vəfat edib.

14 aprel - qarmon ifaçısı Nəbi Məmmədov 31 yaşında koronavirusdan vəfat edib.

16 aprel – Xalq artisti, kinorejissor Eldar Quliyev 80 yaşında ürəktutmadan vəfat edib.

20 aprel - Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair-dramaturq Ramiq Muxtar 78 yaşında vəfat edib.

21 aprel - aktyor Ələsgər Qurbanəliyev 73 yaşında koronavirusdan dünyasını dəyişib.

26 aprel – Əməkdar artist, müğənni Baloğlan Əşrəfov 69 yaşında koronavirusdan dünyasını dəyişib.

27 aprel - Əməkdar mədəniyyət işçisi, xanəndə Sərdar Əvəzoğlu 62 yaşında koronavirusdan vəfat edib.

4 may – müğənni Aslan Hüseynov 55 yaşında avtomobil qəzasında vəfat edib.

5 may – Xalq şairi, Azərbaycan Yazıçılar Birliyinin (AYB) birinci katibi Fikrət Qoca 85 yaşında dünyasını dəyişib.

7 may – Xalq artisti, aktyor Arif Quliyev 70 yaşında koronavirusdan vəfat edib.

7 may – Xalq şairi Musa Yaqub 83 yaşında uzunsürən xəstəlikdən sonra dünyasını dəyişib.

20 may - Əməkdar artist, rəqqas Qorxmaz Ağababaoğlu Qurbanov 80 yaşında vəfat edib.

21 may – Xalq rəssamı Tahir Salahov 92 yaşında Almaniyada vəfat edib.

28 may – Əməkdar artist, müğənni Zöhrə Abdullayeva 68 yaşında sklerodermiyadan dünyasını dəyişib.

29 may - Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair Əziz Musa 70 yaşında vəfat edib.

2 iyun – aparıcı Şamil Familli ürəktutmadan dünyasını dəyişib.

2 iyun – Əməkdar artist, gitara ifaçısı Emil Həsənov 61 yaşında vəfat edib.

9 iyun – Xalq artisti, rejissor Ramiz Əzizbəyli 72 yaşında koronavirusdan vəfat edib.

12 iyun – aktyor Mehman Məmmədov uzunsürən xəstəlikdən sonra dünyasını dəyişib.

22 iyun – kinorejissor, ssenarist Çingiz Rəsulzadə 49 yaşında dünyasını dəyişib.

19 iyul - Əməkdar mədəniyyət işçisi, Azərbaycan Kinematoqrafçılar İttifaqı sədrinin köməkçisi Zemfira Babayeva uzun sürən xəstəlikdən sonra 66 yaşında vəfat edib.

24 iyul – Xalq artisti, müğənni Səməd Səmədov 74 yaşında koronavirusdan vəfat edib.

14 avqust – Xalq artisti, aktyor Vaqif Əliyev 81 yaşında ürək çatışmazlığından dünyasını dəyişib.

19 avqust - gənc xanəndə Tuqay İsmayılov 35 yaşında vəfat edib.

30 avqust - Azərbaycanın və Rusiyanın Əməkdar artisti Mutay Xadulayev 80 yaşında koronavirusdan dünyasını dəyişib.

31 avqust - Azərbaycanın Əməkdar artisti, RSFSR-in Xalq artisti Tamilla Ağamirova 93 yaşında vəfat edib.

31 avqust - Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair Əhməd Oğuz 59 yaşında vəfat edib.

3 sentyabr - Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzinin direktor müavini, Əməkdar mədəniyyət işçisi Nairə Sadıxova 57 yaşında koronavirusdan dünyasını dəyişib.

3 sentyabr - Xalq rəssamı, heykəltəraş Arif Qazıyev 84 yaşında vəfat edib.

14 sentyabr – Xalq artisti, müğənni Yaqub Zurufçu 65 yaşında koronavirusdan vəfat edib.

15 sentyabr - Əməkdar artist Çiçək Rzayeva 77 yaşında vəfat edib.

16 sentyabr - Əməkdar mədəniyyət işçisi, Naxçıvan Dövlət Filarmoniyasının estrada orkestrinin bədii rəhbəri və baş dirijoru Nizami Məmmədov 74 yaşında vəfat edib.

26 sentyabr - Əməkdar incəsənət xadimi, bəstəkar Adil Bəbirov 87 yaşında Kanadada dünyasını dəyişib.

27 sentyabr – Xalq artisti, əfsanəvi "Qaya" estrada-simfonik orkestrinin yaradıcısı və bədii rəhbəri Teymur Mirzəyev 85 yaşında İsraildə dünyasını dəyişib.

27 sentyabr - Əməkdar rəssam Zaur Kantemirov 79 yaşında koronavirusdan dünyasını dəyişib.

30 sentyabr – müğənni Səyyad Əlizadə 63 yaşında koronavirusdan vəfat edib.

5 oktyabr - Xalq artisti, rejissor Vaqif Şərifov 78 yaşında dünyasını dəyişib.

8 oktyabr – Xalq artisti, rejissor Ağakişi Kazımov 85 yaşında dünyasını dəyişib.

22 oktyabr – Xalq artisti, xanəndə Canəli Əkbərov 81 yaşında dünyasını dəyişib.

8 noyabr - rəssam Abbas Kazımov Rusiyanın Moskva şəhərində 65 yaşında koronavirusdan vəfat edib.

9 noyabr - Əməkdar artist, tarzən Firudin Ələkbərov 100 yaşında ürək çatışmazlığından vəfat edib.

13 noyabr – memar və rəssamı, "Şöhrət", "Şərəf" və "İstiqlal" ordenlərinin sahibi Rasim Əliyev 87 yaşında vəfat edib.

16 noyabr - Ukraynanın Xalq rəssamı, azərbaycanlı heykəltəraş Seyfəddin Qurbanov 59 yaşında koronavirusdan dünyasını dəyişib.

19 noyabr - aparıcı, xalq təbabətinin bilicisi Fikrət Musayev 63 yaşında bağırsaq xərçəngindən dünyasını dəyişib.

26 noyabr - diktor Lyudmila Nəzərli koronavirusdan vəfat edib.

30 noyabr - nağara ifaçısı Gülağa Quliyev 63 yaşında dünyasını dəyişib.

18 dekabr - Naxçıvan MR-in Əməkdar artisti, aktyor Vüsal Rzayev 53 yaşında vəfat edib.

20 dekabr - Əməkdar artist, aktyor Elşən Çarhanlı 59 yaşında vəfat edib.

25 dekabr – mərhum Xalq artisti Eldəniz Zeynalovun aktyor oğlu Məmməd Zeynalov böyrək çatışmazlığı və ağciyər xərçəngi xəstəliklərindən vəfat edib.

27 dekabr - Əməkdar artist Zilli Namazov 70 yaşında dünyasını dəyişib./"Qafqazinfo"


BiG.Az
Telegramda izləyin
Şou biznes   Baxılıb: 3373   Tarix: 30 dekabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Manana formada qalma sirrini açıqladı

Əməkdar artist Manana Çaparidze formada qalma sirrini bölüşüb. Axşam.az xəbər verir ki, müğənni MTV-yə açıqlamasında yeyib-içdiklərinə fikir verdiyini deyib. O bildirib ki, yağlı yeməklərdən uzaq olur:. "Yeməyə çox üstünlük vermirəm. Duyğularla yaşayıram. Sadə, yağsız yeməklər yeyirəm. Hərəkətd

04.04.2026 296
.

​Mustafa Sandal keçmiş arvadına milyonlar ödəyəcək

Məşhur müğənni Mustafa Sandal keçmiş həyat yoldaşı Emina Jahovicə məhkəmədə uduzub. Türkiyə mediasına istinadla xəbər verir ki, İstanbul Məhkəməsi Sandalın 2018-ci ildə yerli məhkəmə instansiyası tərəfindən çıxarılmış qərardakı öhdəlikləri yerinə yetirmədiyini müəyyən edib. Yeni qərara görə, Sandal keçmi

05.04.2026 257
.

Gülşənin geyimi gündəm oldu - Fotolar

Türkiyəli müğənni Gülşən sevənləri ilə görüşüb. İfaçı çıxışlarından birində geyimi ilə gündəm olub. Gecədən fotolar paylaşan Gülşənin tərzi müzakirə yaradıb. İzləyicilər ifaçıya "Bu paltara verdiyin pulla 3 mahnı alardın", "Bu geyimləri ancaq sən belə uyğunlaşdıra bilərdin" kimi şərhlə

29.03.2026 576
.

Dilarə Əliyevanın yeni imici DİQQƏT ÇƏKDİ - TANINMAZ HALDA - VİDEO

Əməkdar artist Dilarə Əliyeva yeni imici ilə diqqət mərkəzinə düşüb. xəbər verir ki, aktrisa və aparıcının son görüntüləri sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Onun fərqli geyim tərzi, yenilənmiş saç düzümü və makiyajı izləyicilər tərəfindən bəyəni ilə qarşılanıb. Paylaşılan fotolarda Dilar

28.03.2026 1029
.

Gülay Zeynallı paylaşımı ilə DİQQƏT ÇƏKDİ - FOTO

Müğənni Gülay Zeynallı sosial mediada paylaşım edib. xəbər verir ki, müğənni instaqram hesabında yeni görüntülərini paylaşıb. Görüntülərdə Gülay zərif görünüşü və gözəlliyi ilə diqqət çəkib. Onun paylaşımımarağa səbəb olub. Həmin fotoları təqdim edirik:

29.03.2026 916
.

"Soyuducumu boş saxlayıram"

Müğənni Nadir Qafarzadə artıq çəki almamaq üçün maraqlı üsula əl atıb. Axşam.az xəbər verir ki, sənətçi bu haqda "Gün ortası" verilişində danışıb. O bildirib ki, bağında qalanda ərzaq almır:. "İndi hər şeyhazır ala bilirsən. Gecə evdə acıram. Soyuducumda heç nə yoxdur. Özüm boş saxlayıram

28.03.2026 372
.

45 yaşlı aktyor evində ölü tapıldı

Cənubi koreyalı aktyor Li Sanq-bo dünyasını dəyişib. Axşam.az xəbər verir ki, narkotik ittihamlarından bəraət aldıqdan sonra ekrana qayıdan 45 yaşlı aktyor evində ölü tapılıb. Onun meyiti ailə üzvlərindən biri tərəfindən evdə aşkarlanıb. Hüquq-mühafizə orqanları hadisədə zorakılıq əlamətlərinin olmadığın

29.03.2026 305
.

Almaxanım Əhmədli GÖRÜNÜŞÜ İLƏ DİQQƏT ÇƏKDİ - YENİ FOTOLAR

Heydər Əliyev Fondu, Azərbaycan Dövlət Televiziyası, Mədəniyyət və Turizm Nazirliyi və Mədəniyyət Fondunun birgə təşkil etdiyi VI Muğam Müsabiqəsinin qalibi - Qran Pri mükafatının sahibi Almaxanım Əhmədli paylaşım edib. xəbər verir ki, Almaxanım instaqramda övladı ilə olan yeni görüntülərini yayımlayıb

05.04.2026 680
.

Ehtiram Hüseynovun qızının toyu oldu

Meyxanaçı Ehtiram Hüseynovun qızının toyu olub. Axşam.az xəbər verir ki, sənətçinin övladının evdən gəlin köçərkən çəkilən videosu sosial şəbəkədə yayılıb. Videoda sənətçinin xanımı ilə birlikdə övladına xeyir-dua verməsi əks olunub. Aytac Vüsal adlı bəylə ailə qurub

30.03.2026 773
.

TOP MP3