Həyatda görsəz, tanımazsız... - FOTOLAR

Həyatda görsəz, tanımazsız... - FOTOLARSon zamanlar məşhur olan "FaceApp" proqramı sayəsində "Həyatda görsəm, tanımaram" ifadəsini çox səsləndiririk. Çünki hər kəs, ən çox da xanımlar fotolarını bu proqram vasitəsilə dəyişir, üzlərində bir xeyli dəyişiklik edirlər. Nəticədə real görüntüləri ilə sosial şəbəkə paylaşımları arasında "dağlar qədər" fərq olur.

Elə bizim şou-biznes nümayəndələri də "FaceApp"dan tez-tez istifadə edir, bəzən isə bunu ifrat həddə çatdırırlar.

BiG.AZ OLAY-a istinadən "FaceApp"sevər məşhurların siyahısını təqdim edir.

Həyatda görsəz, tanımazsız... - FOTOLARƏvvəlcə Xalq artisti Məleykə Əsədovanın adını qeyd edək. Məleykə xanım özünü elə dəyişir ki, fotoşop olduğunu görməmək mümkün deyil. Hətta görməsində qüsur olan insanlar belə fotoda "FaceApp"dan istifadə olunduğunu anlayır. Təbii ki, Məleykə xanım real həyatda da gözəldir, amma proqram onu tamam başqa qadın edir. O, hətta ürəyi açıqlıq edib fotoşopunu öz sənət dostları ilə də paylaşır. Məsələn, Nadir Qafarzadənin oğlu Loğmanın toyundan həmkarları Nüşabə Ələsgərli və Təranə Qumralla paylaşdığı fotoda hər üç xanım da "FaceApp"lı idi.

Həyatda görsəz, tanımazsız... - FOTOLARXalq artisti Aygün Kazımova da zaman-zaman paylaşımlarında sözügedən proqramdan istifadə edir. Hətta onun demək olar hər paylaşımında az da olsa, "FaceApp"ın izləri görünür.

Həyatda görsəz, tanımazsız... - FOTOLARHəyatda görsəz, tanımazsız... - FOTOLARÖtən il çətin günlər yaşayan Xalq artisti Nazpəri Dostəliyeva gec-gec də olsa, fotolarını izləyiciləri ilə bölüşür. Sənətçinin digər həmkarları kimi müxtəlif fotoşop proqramlarından istifadə etməsi diqqətdən qaçmır.

Həyatda görsəz, tanımazsız... - FOTOLARHəyatda görsəz, tanımazsız... - FOTOLARƏməkdar artist Könül Kərimova da fotoşopun nemətlərindən yararlanan sənətçilərdəndir. O, bir müddət əvvəl göy libasda paylaşdığı foto ilə gündəmə bomba kimi düşdü. Hamı Kərimovanın çox dəyişdiyini, hətta gənclik illərindəkindən belə cavan göründüyünü söylədi. Çoxları bunun estetik əməliyyatla ola biləcəyini düşünsə də, əslində Könülün sirri "FaceApp" idi. Buna sübut isə onun zaman-zaman yayılan makiyajsız görüntüləridir.

Həyatda görsəz, tanımazsız... - FOTOLARHəyatda görsəz, tanımazsız... - FOTOLARƏməkdar artist Aybəniz Haşımova nəinki yeni fotolarında, hətta köhnələrdə də "FaceApp"dan istifadə edir. Onun arxiv şəkillərindəki makiyajları, gözlərin böyüyüb parıldaması, dodaqların boya ilə rənglənməsi proqramdan istifadə etdiyinin bariz nümunəsidir. Hətta sənətçi ötən günlərdə paylaşdığı mərhum anasının köhnə şəklində belə fotoşopdan istifadə etmişdi.

Həyatda görsəz, tanımazsız... - FOTOLARHəyatda görsəz, tanımazsız... - FOTOLAR"FaceApp" müğənni Nazənin Salayevanın instaqramından da təsirsiz ötüşməyib. O da bir çox şəklini fotoşopdan istifadə edərək paylaşır.

Həyatda görsəz, tanımazsız... - FOTOLARMüğənni Xatirə İslam da "Şopsuz bir günümüz olmasın" deyənlərdəndir. İfaçı demək olar hər şəklini düzəliş olunmuş şəkildə paylaşır. Qaşlar daha da yuxarı qaldırılır, dodaq ölçüsü böyüdülür, burun düzləşdirilir və parlaqlıq verilir.

Həyatda görsəz, tanımazsız... - FOTOLARMüğənni Təranə Qumral da fotoşoplu məşhurlardan biridir. Bu ifaçımız da tez-tez sözügedən proqramdan istifadə edərək foto paylaşır.

Həyatda görsəz, tanımazsız... - FOTOLARTanınmış aparıcı Afaq Gəncəli də daim efektli, "şop"lu fotoları ilə diqqət çəkir. O da digərləri kimi "FaceApp"dan tez-tez istifadə edir.

Həyatda görsəz, tanımazsız... - FOTOLARSiyahıda ilk sıralarda yazılmalı olanı, sona saxladıq. O fotoşopları ilə ən çox gündəmə gələn məşhurlardandır. Bəlkə də səhifəsində sadə, düzəliş olunmamış fotosunu görə bilməzsiniz. Söhbət hər şəkildə bir başqa insan, hər paylaşımda fərqli qadın görkəmi alan tanınmış aparıcı Nanə Ağamalıyevadan gedir. Onunla bağlı tez-tez fotoşop xəbərlərini oxuyursunuz. Çünki Nanə və "FaceApp"ı bir-birindən ayrı hesab etmək olmur.

Həyatda görsəz, tanımazsız... - FOTOLARHəyatda görsəz, tanımazsız... - FOTOLAR


BiG.Az
Telegramda izləyin
Şou biznes   Baxılıb: 5794   Tarix: 12 yanvar 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Əməkdar artist vəfat etdi - FOTO

Əməkdar artist Çiçək Rzayeva vəfat edib. -ın məlumatına görə, Rzayeva Çiçək Məmmədhüseyn qızı ötən gün 77 yaşında dünyasını dəyişib. Qeyd edək ki, Çiçək Rzayeva 1944-cü ildə Bakıda anadan olub. Onun Azərbaycan arfa sənətində müəllimi Aida Abdullayevadan sonra böyük xidmətləri olub. Çiçək Rzayeva arf

16.09.2021 7387
.

41 yaşlı Nigar Camal görünüşü ilə heyran etdi - VİDEO

Müğənni Nigar Camal sosial şəbəkədə yeni paylaşım edib. xəbər verir ki, sənətçi instaqram hesabında idmanla məşğul olduğu görüntülərini yayımlayıb. 41 yaşlı müğənni fit və qüsursuz bədən qurluşu ilə diqqət çəkib. Camalın bu görüntüləri izləyiciləri tərəfindən maraq və rəğbətlə qarşılanıb

16.09.2021 6043
.

Səyyad Əlizadə ECMO cihazına qoşuldu - YENİLƏNİB

Koronavirusa yoluxan sənətçi Səyyad Əlizadə ECMO cihazına qoşulub. Bu barədə -a onun qohumu Razim Qasımov məlumat verib. O bildirib ki, sənətçinin ağciyərlərinin yalnız 30 faizi çalışır:. "Ciyərlərin 70 %-də buzlu şüşə aşkarlanıb. Müalicəsi davam etdirilir. Süni koma vəziyyətində saxlanılır"

17.09.2021 4147
.

Fahriye Karan üçün 15 dayə dəyişdi

Türkiyəli aktrisa Fahriye Evcen oğlu Karan üçün yenidən dayə axtarışına başlayıb. Axşam.az-a istinadən xəbər verir ki, bu barədə "2.Sayfa" verilişində məlumat verilib. Aparıcıların sözlərinə görə, aktrisa artıq 15-ci dayə ilə də yollarını ayırıb. Qeyd edək ki, Fahriye Evcen bu il "Alparslan"

16.09.2021 2609
.

Günel yenə İMİCİNİ DƏYİŞDİ - VİDEO/FOTOLAR

Müğənni Günel Zeynalovadan xəbər var. xəbər verir ki, Günel sosial media hesabında yeni fotolar paylaşıb. Fotolarda müğənninin yeni imici izləyicilərin diqqətin çəkib. O, saçlarının rəngində və formasında dəyişiklik edib. İzləyiciləri onun yeni görünüşünü bəyəniblər. Həmin görüntüləri təqdim edirik:

17.09.2021 3949
.

Beyonsun 500 milyonluq özəl günü - Fotolar

Amerikalı məşhur müğənni Beyons yeni yaşını lüks yaxtasında həyat yoldaşı Cey-Z və övladları ilə birlikdə qeyd edib. Axşam.az xarici mediaya istinadən xəbər verir ki, ifaçının 40 yaşı tamam olub. O, 500 milyon dollarlıq yaxta ilə səyahətə yollanaraq özəl gününü qeyd edib. Kirayəsi həftəlik 4 milyon dollar

16.09.2021 2230
.

"Çocuklar duymasın"ın 47 yaşlı aktrisası gözəlliyi ilə heyran etdi - FOTO

Türkiyənin tanınmış aktrisası, daha çox "Çocuklar duymasın" teleserialından tanıdığımız aktrisa Pınar Altuğ jurnalın mükafatlandırma mərasimində aparıcı qismində iştirak edib. -a istinadən xəbər verir ki, tədbirdən sonra jurnalistlərlə söhbət edən Altuğa bir junalist "qırmızı geyinmisiniz

16.09.2021 4761
.

Orxan Gəncəbayın oğlu evləndi - VİDEO

Bu gün türkiyəli müğənni Orxan Gəncəbayın oğlu Gökhan Gəncəbay ailə həyatı qurub. Axşam.az-a istinadən xəbər verir ki, Gökhan uzun müddətdir eşq yaşadığı Seda Hanla Çırağan Sarayında nikah masasına əyləşib. Cütlüyün xoş günündən görüntülər sosial şəbəkədə yayılıb

16.09.2021 3352
.

Koronavirus bəlası sənət adamları arasında - Kimlər peyvənd olunub?

Son günlər bir neçə yerli sənət adamının koronavirusa yoluxma xəbəri medianın gündəminə çevrildi. Bütün dünyanı cənginə alan bu xəstəliyə yoluxub sağalanları görsək də, çox təəssüf ki, gözlənilməz şəkildə həyatını itirən sənətkarlar da oldu. Belə bir məqamda həmin sənətçilərin xəstəlikdən öncə peyvən

16.09.2021 1870
.