İradə İbrahimovadan ÜZÜCÜ XƏBƏR

İradə İbrahimovadan ÜZÜCÜ XƏBƏRMüğənni İradə İbrahimovadan xəbər var.

BiG.AZ xəbər verir ki, İradə koronavirusa yoluxub. O, bu barədə sosial media hesabında paylaşım edib:

"Özümü tanıdığım ilk günden bəri "məsafə""siz"siz bir günüm olmadı.Məsafə mənim qalxanım,bir parçam oldu. Covidlə bərabər təkrar məsafə saxladıqlarım,geri çəkildiyim,yaxınıma yaxınlaşdırmadıqlarım da oldu. Covidə gəlincə gəldiyi kimi gedəcəyini bilirəm.Yaradan yaratdığı kimi yox da edəcək.Hələki vəzifə başında olduğunu da ,bizləri tərbiyyə etdiyini,öyrətməyə çalışdığını da bilirəm.Duam,hər nə öyrətməyə gəlibsə başa düşərik,öyrənərik.Can aldığı,nəfəssiz qoyduğu vaxtlarda belə mənə dəyib-dolaşmadı.Bunun üçün mən də çox əmək verdim açığı.Yanıma yaxınlaşmamağı üçün çox səy göstərdim,amma olmadı. Ölümdən qorxduğum üçün deyil əlbəttə. Mən həmişə ölməkdən yox,öldürməkdən,pis bir işə səbəb olmaqdan,insanların yaşam sevinclərini əllərindən almaqdan qorxmuşam.Vəlhasil günlərdir evin ən "pozitiv"i olaraq sevdiklərimdən uzaq,otağıma bağlı şəkildə "neqativ"ə dönəcəyim günləri sayıram. Bağlı qapının arxasından həyatın davam etdiyinin şahidi olmaq məni həm sevindirir həm də düşündürür…Demək mən yox ikən də həyat mənsiz öz axarında,gözəl bir şəkildə davam edir.
Bu arada "yaxşıyam,narahat olmayın!"deməyi unutmuşam. Yatıb-qalxıb şükür etdiyim bir baxıcım var ki,sayəsində rahat keçirirəm. Bu səhər bir qızıma,bir də oğluma baxdım ve inşallah ataları kimi olarlar deyə dualar etdim. İnsanlıq uşağlarımıza balaca vaxtlarından öyrədilməlidir. Fərqi yoxdur istər qadın,istər kişi olsun vicdanlı,xoş görülü,mərhəmətli olmaq,əl uzatmaq insan olmaqla,insanlıqla əlaqəlidir. Səhər yeməyində günortanı,günorta da axşamı soruşan,uşağların dərsləri,işinin,mənim,evin yükünü alıb kürəyinə daşıyan canım həyat yoldaşım. Mən səndən çox razıyam,Allah da səndən razı olsun!Ürəyimdən xəstəlikdə,sağlıqda,yaxşı gündə,pis gündə deyərək illər öncə söz verdiyimiz günə,şahidlərinə salam olsun demək gəldi. Qabaqcadan xoş diləkləriniz,dualarınız üçün hər birinizə çox təşəkkür edirəm. Nə xoş mənə ki,dualarınızla,xoş diləklərinizlə geyinib-keçinəcəm.Yaxşı ki,varsınız! Sağlıq!Sağlıq!Sağlıq!Hər şeyin başı sağlıqdır!Gerisi təfərrüat."


BiG.Az
Telegramda izləyin
Şou biznes   Baxılıb: 13858   Tarix: 24 yanvar 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Mən əməliyyatda olanda bacımın ürəyi gedib"

"Oğlum da, qızım da, bacım da etiraz etdi. Hara gedirdimsə, deyirdilər ki, əməliyyat etdirmə. Amma mən qərar vermişdim, özümü buna hazırlamışdım". Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Mətanət İsgəndərli TMB-də qonaq olarkən deyib. Abdominoplastika əməliyyatı keçirən müğənni həmi

31.10.2026 525
.

39 yaşlı aktyor faciəli şəkildə öldü

Rusiyalı aktyor İvan Skitsan vəfat edib. Axşam.az xəbər verir ki, aktyor 39 yaşında dünyasını dəyişib. Onun ölümünün səbəbi ilə bağlı "Mash" teleqram kanalı məlumat yayıb. Nəşrin iddiasına görə, anadangəlmə qida borusu daralmasından əziyyət çəkən İvan elə bu səbəbdən 10-dan çox əməliyyat keçirib

20:15 152
.

Rəqsanədən qızı Aysunla bağlı ETİRAF: "Ona zəng etməyə utanıram"

Müğənni Rəqsanə İsmayılova qızı Aysun İsmayılova ilə bağlı səmimi və diqqətçəkən açıqlamalar verib. Müğənni qatıldığı televiziya proqramında həbsxanada keçirdiyi günlərdən danışıb. Sənətçi həmin dövrdə qızı Aysunun onun üçün çəkdiyi əziyyətlərə görə hələ də utandığını etiraf edib. Rəqsanə İsmayılov

00:04 483
.

Konsertindən 1,3 milyard qazanaraq rekorda imza atdı

Kanadalı müğənni The Weeknd solo ifaçılar arasında konsert turundan əldə olunan gəlirə görə dünya rekordunu qırıb. Onun "After Hours Til Dawn" adlı qastrol səfəri bütün zamanların ən çox gəlir gətirən solo turu olub. Axşam.az xəbər verir ki, bu barədə "Variety" nəşri konsertləri

07.11.2026 223
.

Corcinanın qısqanclığı Ronaldoya 100 milyon dollara başa gəldi

Ulduz futbolçu Kriştiano Ronaldonun özəl təyyarəsində çalışan qadın pilotu işdən çıxardığı iddia olunur. Bu qərarın arxasında isə həyat yoldaşı Corcina Rodrigesin dayandığı bildirilir. xəbər verir ki, Ronaldonun təyyarəsində pilot kimi çalışan Sofiya Vens adlı qadınla futbolçu arasındakı yaxın münasibə

03.11.2026 809
.

"Taksi sürücüləri ilə dostlaşmışam, evlərinə qonaq da gedirəm"

"Elə taksi sürücüləri var ki, onlarla evli kimiyəm. Hətta birinin evinə qonaq da getmişəm. Xaçmazda olanda zəng vurdum ki, gəlirəm. Getdim, gördüm ki, bizə gözəl süfrə açıblar". Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Elza Seyidcahan "Kəşfet" proqramında danışıb. Avtomobilini

07.11.2026 247
.

"Bir səhər əllərini sonuncu dəfə tutdum"

Aparıcı Jalə Həsənli dünyasını dəyişən anası ilə bağlı duyğusal paylaşım edib. Axşam.az xəbər verir ki, aparıcı sosial şəbəkədə anası ilə çəkdirdiyi son fotolardan birini yayımlayaraq onun yoxluğundan yazıb:. "Və bir səhər, 6 il bundan öncə əllərini sonuncu dəfə tutdum, saçlarının qoxusunu sonunc

01.11.2026 540
.

Atası ilə fotosunu paylaşıb bunları yazdı

Xalq artisti Mələkxanım Eyubovanın bloger qızı Nəzrin Nəcəfova atası ilə bağlı paylaşım edib. Axşam.az xəbər verir ki, o, atası Xosrov Nəcəfovla çəkdirdiyi fotosunu izləyiciləri ilə bölüşüb. Nəzrin paylaşımına "Ürəyimdir, canım atam" şərhini yazıb. Qeyd edək ki, M.Eyubova və X.Nəcəfovun 4 övlad

01.11.2026 838
.

"Ən bahalı müğənnisən, sənin yerinə utandım"

"Sənin yerinə utandım. Ayıbdır. Abbas Bağırov "Rolls-Royce", ən yeni "BMW"dən düşməlidir. Azərbaycanın ən bahalı müğənnisidir. Simiclik edirsiniz. Həyat sənə bir dəfə verilib, xərclə". Axşam.az xəbər verir ki, bu sözləri radio aparıcısı Rəvan Bağırov "Manpası"

30.10.2026 905
.