"Qurandan don geyinsən xeyri yoxdur..." - Azərbaycanlı müğənni
"Dünənki mənlə bugünkü mən arasında çox fərq var. Özümü hər gün tərbiyə edirəm. Səbir etməyi öyrənmişəm. Əgər dünən biri yanımda səhv danışırdısa, həddini aşırdısa, masanı başına çevirərdim (etmişəm də). Bu gün susa bilərəm. Çünki insanları yaxşı tanıyıram. Sizi bilərəkdən özünüzdən çıxarmaq və bunu telefona çəkib paylaşa da bilərlər. Səhv edən qalacaq kənarda, doğru, haqlı olacaq günahkar. Bu səbəblərdən diqqətli və səbirli olun".
BiG.AZ Lent.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni Nura Suri sosial şəbəkədə yazıb.
"İnsanların çoxu başqalarının yanında özlərini fərqli göstərməyə çalışdığı halda, mən kiminsə yanında roldan-rola girmək istəmirəm. Amma yenə də özümü hər zaman nəzarətdə saxlayıram. Əvvəllər mübahisə edirdimsə, bu gün sadəcə susub baxıram və insanları gündən-günə daha da yaxşı tanımağı öyrənirəm.
Heç kəsə səhv olduğunu, haqsız danışdığını belə sübut etməyə çalışmıram artıq. Haqsızlığa da susmuram. Sadəcə bəzi insanların fikrinə önəm verməməyi öyrənmişəm. İnsanları yaxşı tanıdıqca da məsafə saxlamağa üstünlük verirəm.
Bizi zatən nə desək də, kənardakı özü kimi görür. Özü nəyə qadirdirsə, bizdə də eynisini görürür. Qurandan don geyinsən xeyri yoxdur - qorxaq qorxaq kimi görəcək, əclaf əclaf kimi. Satqın, əxlaqsız, yaxşı, mərd də eyni. İnsanların sizin haqqınızda nə düşünüb, danışdığını önəm vermədiyiniz gün azad insan olacaqsız, rahatlıq tapacaqsız.
Başqalarından özünüzə qarşı qəbul etmədiyinizi, başqalarına etməməyi öyrənin. Sizə hörmətsiz davranana da hörmətlə yanaşmayın. Sizdən üstün olduğunu sanar, uzaqlaşın elə insanlardan. Məsafə saxlayın, bağlanmayın insanlara. Sizə zərbə vura bilməsinlər deyə heç kəsi və heç nəyi ciddiyə almayın. O zaman nə dedikləri, nə etdikləri vecinizə olmayacaq. Hətta biri sizə yalan danışırsa, üzünə vurmayın, siz də ona eynisini edin. Güzgü olun. Sabah soruşanda ki, niyə belə etdin, deyin bəs sən edəndə yaxşıdır mən edəndə yox?!
Mən arada kirpi kimi oluram, iynələrim sancmaq üçün yox, özümü qorumaq üçündür. Bəzən bilmədən hansısa sözümlə kiminsə qəlbinə dəyirəm, sonra özüm əziyyət çəkirəm. Və o zaman özümə hörmətim artır. Vicdanım var demək ki. Güclü iradəm var, buna görə də özümə hörmətim artır. Çox xoş hissdir özünə dəyər vermək, öz səhvlərini anlayıb, onları bir daha etməmək. Başqalarına yaxşılıq etməkdən də zövq almaq gözəl hissdir, sənə edilən yaxşılığa dəyər vermək də".
BiG.Az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşSəyyad Əlizadə başqa xəstəxanaya köçürülüb
Səyyad Əlizadə müalicə olunduğu Zığ qəsəbəsində yerləşən modul tipli xəstəxanadan Mərkəzi Gömrük hospitalına köçürülüb. Bu barədə sənətçinin qohumu Razim Qasımov məlumat verib. Qeyd edək ki, müğənni Səyyad Əlizadə bir müddət öncə koronavirusa yoluxub. Hazırda vəziyyəti ağırdır
16.09.2021 2690 Nigar Şabanovanın ailəsindən XOŞ XƏBƏR - FOTO
Əməkdar artist Nigar şabanovanın ailəsindən xoş xəbər var. xəbər verir ki, sənətçinin anası uzun müddətdir ki, beyin qanaması keçirdiyi üçün yataq xəstəsi idi. Nigar sosial media hesabında paylaşım edərək anasının artıq yataqdan ayağa qalxdığını qeyd edib: . "5 aya yaxındır ki, anam beyin qanamas
16.09.2021 7167 Əməkdar artist vəfat etdi - FOTO
Əməkdar artist Çiçək Rzayeva vəfat edib. -ın məlumatına görə, Rzayeva Çiçək Məmmədhüseyn qızı ötən gün 77 yaşında dünyasını dəyişib. Qeyd edək ki, Çiçək Rzayeva 1944-cü ildə Bakıda anadan olub. Onun Azərbaycan arfa sənətində müəllimi Aida Abdullayevadan sonra böyük xidmətləri olub. Çiçək Rzayeva arf
16.09.2021 7387 Fahriye Karan üçün 15 dayə dəyişdi
Türkiyəli aktrisa Fahriye Evcen oğlu Karan üçün yenidən dayə axtarışına başlayıb. Axşam.az-a istinadən xəbər verir ki, bu barədə "2.Sayfa" verilişində məlumat verilib. Aparıcıların sözlərinə görə, aktrisa artıq 15-ci dayə ilə də yollarını ayırıb. Qeyd edək ki, Fahriye Evcen bu il "Alparslan"
16.09.2021 2609 "Çocuklar duymasın"ın 47 yaşlı aktrisası gözəlliyi ilə heyran etdi - FOTO
Türkiyənin tanınmış aktrisası, daha çox "Çocuklar duymasın" teleserialından tanıdığımız aktrisa Pınar Altuğ jurnalın mükafatlandırma mərasimində aparıcı qismində iştirak edib. -a istinadən xəbər verir ki, tədbirdən sonra jurnalistlərlə söhbət edən Altuğa bir junalist "qırmızı geyinmisiniz
16.09.2021 4761 AzTV-nin Ceyranı ad günü etdi - Fotolar
AzTV-nin aparıcısı, uzun illərdir efirdən uzaqlaşan Ceyran Rəhimovanın ad günü olub. Axşam.az-a istinadən xəbər verir ki, o, özəl gününü yaxınları ilə qeyd edib. Ad günündən şəkilləri Xalq artisti Nəzakət Teymurova sosial şəbəkədə paylaşıb. Qeyd edək ki, C.Rəhimova AzTV-dən uzaqlaşdıqdan sonra televiziy
18.09.2021 9970 Orxan Gəncəbayın oğlu evləndi - VİDEO
Bu gün türkiyəli müğənni Orxan Gəncəbayın oğlu Gökhan Gəncəbay ailə həyatı qurub. Axşam.az-a istinadən xəbər verir ki, Gökhan uzun müddətdir eşq yaşadığı Seda Hanla Çırağan Sarayında nikah masasına əyləşib. Cütlüyün xoş günündən görüntülər sosial şəbəkədə yayılıb
16.09.2021 3352 Validə Abbasova Yunanıstanda belə dincəlir - FOTOLAR
"Miss milenium" gözəli Validə Abbasova yay tətilini Yunanıstanda keçirib. Axşam.az-a istinadən xəbər verir ki, keçmiş model gəzinti fotolarını İnstaqramda izləyiciləri ilə bölüşüb. Abbasovanın formada qalması isə izləyicilərinin diqqətini çəkib. Onlar modelə bunla bağlı suallar ünvanlayıblar
17.09.2021 2305 "Kalp yarası"nda yeni aktyor - Foto
Reytinqlərdə ilk sırada yer alan "Kalp yarası" serialına yeni aktyor daxil olub. Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ekran işində Görkem Mertsöz rol alacaq. Aktyor serialda psixoloq obrazına həyat verəcək
17.09.2021 3104