"Omikron"un yaratdığı təlaş – ARAŞDIRMA

"Omikron"un yaratdığı təlaş – ARAŞDIRMAİnfeksionist həkim deyir ki, bu gün xəstəliyi ağır keçirənlər, reanimasiya tədbirlərinə ehtiyacı olanların əksəriyyəti vaksinasiya olunmayan şəxslərdir. Əhalinin peyvəndləmədə aktiv iştirakı xəstəliyin ağır gedişlərindən qoruya bilər.

"Omikron" artıq ölkədə təlaş yaratmağa başlayıb. Yoluxanların sayının sağalanları üstələməsi, yoluxma sayının pik həddə qalxması, demək olar ki, hamının evində xəstələrin olması cəmiyyəti narahat edir. Bəs bu şəraitdə nə etməliyik?

Bu barədə "Kaspi" qəzetinin məqaləsində qeyd olunub.

Həkim infeksionist Süleyman Kamilov deyir ki, xəstəliyin kliniki gedişinin əvvəlki ştammlara nisbətən yüngül olması o demək deyil ki, ağırlaşmalara səbəb olmayacaq: "Yeni "omikron" variantından sonra bütün ölkələrdə olduğu kimi Azərbaycanda da yoluxma sayında ciddi artım müşahidə olunur. Yoluxduruculuq qabiliyyəti digərlərindən çox olsa da, xəstəliyin kliniki gedişi əvvəlki ştammlara görə daha yüngüldür. Amma yenə bəzi fərdlərin, xüsusilə, risk qrupunda olanların xəstəliyi ağır keçirmə ehtimalı var. Nəzərə almalıyıq ki, bu variantda təkrar yoluxma nisbəti əvvəlki mutasiyalarla müqayisədə çox yüksəkdir".

Həkim infeksionist vurğulayır ki, virusun yeni və sürətlə yayılan təhlükəli variantlarından qorunmağın ən effektiv yolu vaksinasiyadır: "Əhalinin vaksinasiyada aktiv iştirakı xəstəliyin ağır gedişlərindən qoruya bilər. Bəzən insanlar düşünür ki, vaksinasiya olunanlar xəstəliyə yoluxmamalıdır. Kimsə yoluxanda da vaksinasiyaya qarşı sərt mövqe bildirirlər. İnsanlar bilməlidir ki, peyvənd olunanlar da xəstəliyə yoluxa bilər. Amma bu peyvənd sayəsində xəstəliyi yüngül və ya asimptomatik keçirirlər".

Həmsöhbətimizin sözlərinə görə, reanimasiya tədbirlərinə ehtiyacı olanların əksəriyyəti vaksinasiya olunmayan şəxslərdir: "Peyvəndlənmədə iştirak etmək, 2 dozadan sonra "buster" dozanın icrası xəstəliyə qarşı immun səviyyəsini daha da qüvvətləndirir. Bu gün xəstəliyi ağır keçirənlər, reanimasiya tədbirlərinə ehtiyacı olanların əksəriyyəti vaksinasiya olunmayan şəxslərdir. Stasionar bölümdə vaksin olunanların digərlərinə nisbətən xəstəliyi çox yüngül keçirdiklərini müşahidə etmişəm. Vaksin bütün illərdə infeksion xəstəliklərdən qorumaq və həyat qurtarmaqda ön planda olub. Bu, COVID əleyhinə də əsas silahdır".

İnfeksionist bildirir ki, virusa qalib gəlmək, yoluxma sayında artımların qarşısını almaq üçün vaksinasiya ilə yanaşı, xüsusi karantin rejiminin qaydalarına da ciddi şəkildə riayət olunmalıdır: "Fiziki məsafənin saxlanılması, maskalardan istifadə və əl təmizliyi kimi qaydalar virusun variantından asılı olmayaraq bizi qoruyur. Vaksinasiya və karantin qaydaları xəstəlikdən qorunmağın və normal həyata qayıtmağın yeganə yoludur".

Həkim Elvin Hüseynov deyir ki, insanlar qaydalara əvvəlki kimi əməl etmirlər: "Omikron" variantı aşkarlandığı ölkələrdə "delta" variantını sıxışdırdı. Bu gün aparıcı ştamm "omikron"dur. Azərbaycanda da sürətli artım gözlənilən idi. Çünki "omikron" yuxarı tənəffüs yollarında inkişaf edir, sürətlə artır. Virus yükü artdığına görə də, həddindən artıq yoluxdurucudur. Digər tərəfdən insanlar qaydalara əvvəlki kimi əməl etmirlər. Əsasən də, maskadan istifadə olunmaması, ara məsafəsinin gözlənilməməsi, "lokdaun" tədbirlərinin, demək olar ki, ləğvi, karantin müddətinin aşağı salınması yoluxmaların artmasında rol oynayır".

Həmsöhbətimizin sözlərinə görə, yoluxma yüksək olsa da, təşvişə düşməməliyik: "Əsas narahatedici məqam xroniki xəstəliyi olan insanların yoluxma ehtimalının çox olması və səhiyyə sisteminin yüklənməsi ehtimalıdır. Normal, yanaşı xəstəliyi olmayan cavan insanlarda "omikron" "delta" variantına nisbətən daha yüngül keçir. Ona görə də, bunu təhlükəli, qorxulu hesab etmirəm. Digər tərəfdən, əksəriyyət artıq yoluxub və sürətli peyvəndləmə aparılıb. Zənnimcə, bu variant pandemiyanın sonunu gətirəcək. Çox güman ki, yay aylarına qədər xəstəliyə qalib gələcəyik. Amma qışda tənəffüs yollarının istənilən virus infeksiyasına həssas olduğu bir dönəmdə, karantin tədbirlərinə əməl etmək lazımdır ki, yaşlı və xroniki xəstəliyi olan əhali yoluxmasın. Çünki cavan və yanaşı xəstəliyi olmayan insanda virusun hər hansı ağırlaşmaya səbəb olması ehtimalı aşağıdır".

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) açıqlayıb ki, "omikron" xüsusilə peyvənd olunmuşlarda, "delta" ilə müqayisədə daha təhlükəsiz görünsə də, bu, onun mülayim kateqoriyalara aid edilməsi demək deyil: "Əvvəlki variantlar kimi, "omikron" da insanların xəstəxanaya yerləşdirilməsinə səbəb olur, öldürür. Əslində, yoluxmaların dalğası o qədər böyük və sürətlidir ki, bütün dünyada sağlamlıq sistemlərini sıxışdırır. Ona görə də, qaydalara ciddi şəkildə riayət etmək lazımdır".


BiG.Az
Telegramda izləyin
Şou biznes   Baxılıb: 1422   Tarix: 06 fevral 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Səyyad Əlizadə başqa xəstəxanaya köçürülüb

Səyyad Əlizadə müalicə olunduğu Zığ qəsəbəsində yerləşən modul tipli xəstəxanadan Mərkəzi Gömrük hospitalına köçürülüb. Bu barədə sənətçinin qohumu Razim Qasımov məlumat verib. Qeyd edək ki, müğənni Səyyad Əlizadə bir müddət öncə koronavirusa yoluxub. Hazırda vəziyyəti ağırdır

16.09.2021 2690
.

Nigar Şabanovanın ailəsindən XOŞ XƏBƏR - FOTO

Əməkdar artist Nigar şabanovanın ailəsindən xoş xəbər var. xəbər verir ki, sənətçinin anası uzun müddətdir ki, beyin qanaması keçirdiyi üçün yataq xəstəsi idi. Nigar sosial media hesabında paylaşım edərək anasının artıq yataqdan ayağa qalxdığını qeyd edib: . "5 aya yaxındır ki, anam beyin qanamas

16.09.2021 7167
.

Əməkdar artist vəfat etdi - FOTO

Əməkdar artist Çiçək Rzayeva vəfat edib. -ın məlumatına görə, Rzayeva Çiçək Məmmədhüseyn qızı ötən gün 77 yaşında dünyasını dəyişib. Qeyd edək ki, Çiçək Rzayeva 1944-cü ildə Bakıda anadan olub. Onun Azərbaycan arfa sənətində müəllimi Aida Abdullayevadan sonra böyük xidmətləri olub. Çiçək Rzayeva arf

16.09.2021 7387
.

Fahriye Karan üçün 15 dayə dəyişdi

Türkiyəli aktrisa Fahriye Evcen oğlu Karan üçün yenidən dayə axtarışına başlayıb. Axşam.az-a istinadən xəbər verir ki, bu barədə "2.Sayfa" verilişində məlumat verilib. Aparıcıların sözlərinə görə, aktrisa artıq 15-ci dayə ilə də yollarını ayırıb. Qeyd edək ki, Fahriye Evcen bu il "Alparslan"

16.09.2021 2609
.

"Çocuklar duymasın"ın 47 yaşlı aktrisası gözəlliyi ilə heyran etdi - FOTO

Türkiyənin tanınmış aktrisası, daha çox "Çocuklar duymasın" teleserialından tanıdığımız aktrisa Pınar Altuğ jurnalın mükafatlandırma mərasimində aparıcı qismində iştirak edib. -a istinadən xəbər verir ki, tədbirdən sonra jurnalistlərlə söhbət edən Altuğa bir junalist "qırmızı geyinmisiniz

16.09.2021 4761
.

AzTV-nin Ceyranı ad günü etdi - Fotolar

AzTV-nin aparıcısı, uzun illərdir efirdən uzaqlaşan Ceyran Rəhimovanın ad günü olub. Axşam.az-a istinadən xəbər verir ki, o, özəl gününü yaxınları ilə qeyd edib. Ad günündən şəkilləri Xalq artisti Nəzakət Teymurova sosial şəbəkədə paylaşıb. Qeyd edək ki, C.Rəhimova AzTV-dən uzaqlaşdıqdan sonra televiziy

18.09.2021 9970
.

Orxan Gəncəbayın oğlu evləndi - VİDEO

Bu gün türkiyəli müğənni Orxan Gəncəbayın oğlu Gökhan Gəncəbay ailə həyatı qurub. Axşam.az-a istinadən xəbər verir ki, Gökhan uzun müddətdir eşq yaşadığı Seda Hanla Çırağan Sarayında nikah masasına əyləşib. Cütlüyün xoş günündən görüntülər sosial şəbəkədə yayılıb

16.09.2021 3352
.

Validə Abbasova Yunanıstanda belə dincəlir - FOTOLAR

"Miss milenium" gözəli Validə Abbasova yay tətilini Yunanıstanda keçirib. Axşam.az-a istinadən xəbər verir ki, keçmiş model gəzinti fotolarını İnstaqramda izləyiciləri ilə bölüşüb. Abbasovanın formada qalması isə izləyicilərinin diqqətini çəkib. Onlar modelə bunla bağlı suallar ünvanlayıblar

17.09.2021 2305
.

"Kalp yarası"nda yeni aktyor - Foto

Reytinqlərdə ilk sırada yer alan "Kalp yarası" serialına yeni aktyor daxil olub. Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ekran işində Görkem Mertsöz rol alacaq. Aktyor serialda psixoloq obrazına həyat verəcək

17.09.2021 3104
.