"Kaş, ağıllı yol seçərdim!" – Arzum illər sonra danışdı

"Kaş, ağıllı yol seçərdim!" – Arzum illər sonra danışdı"Azəri Star"da iştirakı ilə tanındıqdan sonra uzun illər ictimaiyyətdən uzaqlaşan müğənni Arzum Xəlilova OLAY-ın suallarını cavablandırıb.

Bir zamanlar "Qara-qara", "Bluetooth", "Lava", "Optimist", "Milyonların Arzusu" kimi mahnılarla populyarlaşan Arzumla müsahibəni təqdim edirik:

- Əvvəlcə, onu bilmək istərdik ki, Türkiyədə həyatınız necə keçir? Hansı şəhərdə yaşayırsız? Nə işlə məşğul olursuz?

- 10 ildir İstanbuldayam. Analıq məzuniyyətim uzun çəkdi. Qızımın böyümə dövrünün dadını çıxarıram. Özümlə hələ yeni-yeni məşğul olmağa başlamışam. Burada nə işlə məşğulam? Ana olmamışdan öncə kiçik bir biznes qurmuşdum. O da mənə mane olmur, çox vaxtımı almır. Amma hələ də musiqi damarımdan axır.

İstanbulda yaşamaq mənim üçün daha çox kənara çəkilmə dövrüdür. O da hələki... Bu dövrdə isə heç bir musiqi layihəsi etməmişəm.

- Evlisiz, bir qız övladınız var. Sevgi o qədər güclü oldu ki, yaradıcılığınızın pik vaxtında hər şeyi atıb getdiz?

- Doğrudur, yaradıcılığımızın pik vaxtına az qalmışdı. Amma ruhən səfərim yeni başlayırdı. O dövrdə sürətlə dəyişən fikirlər və istəklərim var idi. Başqa bir ölkə və mədəniyyət zehnimi daha fərqli çalışmağa vadar etdi. Bu dönəmdə mənə başqa heç nə maraqlı deyildi. Saatlarla düşünmək, gəzmək, idman etmək, film izləmək, kitab oxumağın yerini heç bir TV, radio, konsert verə bilmirdi. Ruhumun arxasınca getmişdim. Sevgi sonrakı söhbətlərdir.

- Maraqlıdır, həyat yoldaşınızla necə tanış olmusuz?

- Həyat yoldaşımla spiker sahəsi ilə bağlı danışıq kursunda tanış olmuşuq. 4 aylıq dostluqdan sonra ürəyini mənə açdı. Zamanla ona olan sevgim artdı. Ayrıldıq, barışdıq! Yenə ayrılıb barışdıq. Axırda evləndik!

- Orada heç səhnə fəaliyyəti ilə məşğul olmaq istəmirsiz?

- Artıq hər şeyimi, işimi istədiyim kimi qurmuşam. Həyat fəlsəfəmlə barışmışam. Sadəcə olaraq həyatımda musiqi əskikdir. Ona da artıq ruhən başlamışam. Türkiyədə heç bir şansdan istifadə etmədim. Amma belə bir arzum var, yəqin ki, bu gündən sonra arzularıma fokuslanacam.

- Səhnəni atıb Türkiyədə ailə quran, yaşayan sənətçilərimiz var. Onlarla əlaqə varmı? Və yaxud Bakıdakı şou-biznes üzvləri ilə əlaqəniz yenə varmı?

- Şou-bizneslə əlaqəm heç vaxt olmayıb, çünki sakitliyi sevirəm. Hər zaman məsafəli və hörmətli olmuşam. Bu, məndə heç vaxt dəyişməyəcək. Yenə başlasam, eynisi olacaq. Yəni, ruhən evimdə, fiziki olaraq şou-biznesdə!

- Heç keçmiş kadrlarınızı, kliplərinizi izləyirsiz? Baxan zaman nə hisslər keçirirsiz?

- Öz kliplərimə baxanda deyirəm ki, hələ də arzularım yarı yolda qalıb. Arzularım isə mənim kimliyimdir. Natamam hisslər keçirirəm.

- Düşünürsüz ki, o vaxt səhnəni atmasaydız, indi öz yerini tutan bir sənətçi olacaqdız?

- Yer tutmaq kimi dərdim olmayıb. Əgər məndə nəsə varsa, yenə dolaşıb gəlib öz yerini tutacaq. Bu qayğı heç vaxt məndə olmayıb.

- Sizi "Azəri Star"dan kəşf etdik. Bəzən oradakı pərdəarxası məqamlardan danışırlar, seçimlərin heç də biz düşünüdüyümüz kimi şəffaf keçmədiyini iddia edirlər. Əslində vəziyyət necə idi?

- Elə bir gündəmim və fikirlərim olmayıb. Nədir, nə deyil, artıq maraqlı gəlmir. Bu söhbətlər artıq ölüb. Onun yerini gözəl xatirələr alıb. Bu barədə pozitiv düşünürəm.

- Əksər səhnəni atan ifaçılar geri qayıtmaq istəmir. Yaxud qayıdanlar da əvvəlki populyarlığını qazanmırlar. Çoxu bu arenanı "çirkabxana" adlandırır və rəqabətin iyrənc formada aparıldığını düşünürlər.

- Qatılıram. Mən qayıtmaqdan əl çəkmişəm. Amma bir şeyə özümü inandırmışam ki, heç vaxt şou-biznesdə olmayacam. Sadəcə içimdəki əsərləri ortaya çıxarmaq istəyirəm. Nə qazanılan pula, nə də rəqabətə xərclənməyə dəyməz. Sən özün yaşa! Rəqabətin pul, sənətlə heç bir əlqaəsi yoxdu. Bunu insanlar, yaşadığımız sistemin oyunları yaradıb.

Mən həyatımda heç bir neqativ yaşanmayıb, sadəcə geri baxanda özfəaliyyətin dozası bir az artıq oldu. Onu da uşaqlığıma yazıram. Kaş bir az peşəkar insanlarla çalışardım. Heç olmasa, yaxşı prodüserim, məsləhətçim olaydı. Özüm üçün daha ağıllı yol seçərdim.

- Sizinlə birgə qardaşınız da səhnə fəaliyyətinə başladı. "Next" qrupunda ifa edirdi. O da gözdən itdi. İndi nə fəaliyyətlə məşğuldur?

- Qardaşım cəmi bir illik şou-biznesdə əyləndi. Sonra da universiteti bitən kimi öz iş həyatına başladı.

Son olaraq qeyd edim ki, mən bilmirəm bu illər ərzində nə dedi-qodular oldu. Oxuma tərzimə gülməli şərhlər də verildi. Amma deyə bilərəm ki, bir mövzu insandan insana ötürüləndə dəfələrcə şəkil dəyişdirir. Məsələn, sənəti atdım, ona görə ki, yoruldum. Bu sözü deyən zaman hər kəs bir yerə yozacaq, bir don geyindirəcək və 50 rəy veriləcək. Ortaya olmayan bir hekayə çıxacaq. Bu səbəbdən də ancaq oturub özüm haqqında deyilənləri film kimi izləyirəm.

Mənim haqqımda danışılanları izləyib əylənirəm də! Bu illər ərzində belə hal az olmayıb.


BiG.Az
Telegramda izləyin
Şou biznes   Baxılıb: 7483   Tarix: 16 fevral 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Çimnaz Sultanovanın əsl ölüm səbəbi ilə bağlı yeni iddia

Mərhum aktrisa Çimnaz Sultanovanın vəfatı ilə bağlı səsləndirilən fikirlər yenidən müzakirələrə səbəb olub. BİG.AZ -a istinadla xəbər verir ki, psixoloq Samirə Bağırova aktrisanın estetik müdaxilələrə tez-tez müraciət etdiyini iddia edərək onun səhhəti ilə bağlı diqqətçəkən açıqlama verib. Samirə Bağırov

02.11.2026 844
.

Zaur və Günaydan Zəfər Günü ilə bağlı təbrik - VİDEO

Tanınmış teleaparıcılar Zaur və Günay Baxşəliyevlər 8 Noyabr - Zəfər Günü münasibətilə paylaşım ediblər. BİG.AZ xəbər verir ki, cütlük sosial şəbəkə hesablarında video paylaşaraq Azərbaycanın şanlı Zəfər Gününü təbrik edib. Azərbaycanın tarixi Qələbəsinə həsr olunan görüntülərdə aparıcılar Zəfər Gününü

07.11.2026 226
.

Firəngiz Mütəllimova bu səbəbdən AİLƏ QURA BİLMƏYİB

Xalq artisti Firəngiz Mütəllimova "Görüş yeri" verilişində şəxsi həyatı ilə bağlı açıqlama verib. BİG.AZ Axşam.az-a istinadla xəbər verir ki, sənətçi ailə həyatı qura bilməməsinin səbəbindən danışıb:. "Mən gənc qız idim. Ailə həyatı qura bilmədim. Niyə? Çünki elə düşünürdüm ki, hamı "Sən

31.10.2026 767
.

"Bir səhər əllərini sonuncu dəfə tutdum"

Aparıcı Jalə Həsənli dünyasını dəyişən anası ilə bağlı duyğusal paylaşım edib. Axşam.az xəbər verir ki, aparıcı sosial şəbəkədə anası ilə çəkdirdiyi son fotolardan birini yayımlayaraq onun yoxluğundan yazıb:. "Və bir səhər, 6 il bundan öncə əllərini sonuncu dəfə tutdum, saçlarının qoxusunu sonunc

01.11.2026 538
.

"Ən bahalı müğənnisən, sənin yerinə utandım"

"Sənin yerinə utandım. Ayıbdır. Abbas Bağırov "Rolls-Royce", ən yeni "BMW"dən düşməlidir. Azərbaycanın ən bahalı müğənnisidir. Simiclik edirsiniz. Həyat sənə bir dəfə verilib, xərclə". Axşam.az xəbər verir ki, bu sözləri radio aparıcısı Rəvan Bağırov "Manpası"

30.10.2026 904
.

Nailə İslamzadədən danışan Çingiz Abdullayev: "40 il əvvəl atam sevirdi, indi mən..."

Xalq yazıçısı Çingiz Abdullayev etirafı ilə diqqət çəkib. xəbər verir ki, "Qonaqcanlı" verilişinə dəvət olunan yazıçı Əməkdar artist Nailə İslamzadəyə olan rəğbətindən danışıb. "40 il əvvəl Nailə xanımı atam sevirdi, indi də mən sevirəm. Onu görəndə inanmadım ki, necə belə yaxşı qalıb

03.11.2026 656
.

Anasının evində əşyalara əl vurulmasını qoymur

Aparıcı Kamilə Babayeva bir müddət əvvəl vəfat edən anasının evindən görüntülər paylaşıb. Axşam.az xəbər verir ki, aparıcı anasının yoxluğundan sonra evdəki əşyaların yerini dəyişmədiyini bildirib. O, anasının sağlığında hər şeyi necə qoyubsa, elə də saxladığını qeyd edib. K.Babayeva anasının eyvanda

07.11.2026 381
.

Gözəllik müsabiqəsinin qalibləri bəlli oldu

Elektra Events Hall"da keçirilən "Miss & Mister Of Azerbaijan 2026" gözəllik müsabiqəsinin qalibləri bəlli oldu. Showmedia xəbər verir ki, münsif heyətininin verdiyi səsə, tamaşaçıların verdiyi səsə və idarə heyətinin verdiyi qərara əsasən "Miss Of Azerbaijan 2026" qalib

31.10.2026 783
.

Miss Mister Of Azerbaijan 2026 - Final Gecəsi

Ollin Professional`ın baş sponsorluğu ilə keçirilən Miss Mister Of Azerbaijan 2026 Milli Gözəllik Müsabiqəsinin final gecəsi 28 oktyabr Elektra Events Hall`da baş tutdu. Müsabiqədə münsiflər heyəti, zalda əyləşən tamaşaçılar və idarə heyətinin verdiyi səslərlə qaliblər müəyyən olundur. Layihənin Münsi

03.11.2026 625
.