Yuxu rejimini nizamlayan 6 tövsiyə

Yuxu rejimini nizamlayan 6 tövsiyəHəyatımızda yaşadığımız maddi-mənəvi problemlər gələcək qayğısı, pozulan sinir sistemimiz bizə yuxunu haram edə bilir. Bəzən səhərə qədər oyaq qalıb, bu düşüncələrdən qurtulmağa çalışırıq. Yatsaq belə, qorxu ilə yerimizdən dik atılırıq. Çünki bu problemlər yuxumuzda da bizdən əl çəkmirlər. Nəticədə ya kabus görürük, ya da yuxusuzluqdan "ölürük".

Bəs bu vəziyyətdən necə qurtula bilərik?

OLAY sizə yuxu probleminizi həll edəcək tövsiyələri təqdim edir.

Birincisi, yatmadan öncə telefondan, şüadan uzaq durun. Sizin üçün çətin ola bilər. Amma bacararsınız! Məsələn, telefonunuzu yataq otağınıza aparmaya bilərsiniz. Bir müddət bunu təkrarlasanız, yuxu rejiminizə də müsbət təsir göstərəcək. Bir də telefonunuzu səssiz rejimə qoymağı da unutmayın.

İkincisi, otağınız tam qaranlıq olmaldır. Ən xırda işıq belə sizi narahat edə bilər. Telefonunuz yanınızdadırsa, onu ya söndürün, ya da üzü üstə yerə qoyun.

Üçüncüsü, əzələlərinizi rahatlaşdırın.

Yuxu probleminin ən əsas səbəblərindən biri bel və sümük ağrılarıdır. Yuxudan əvvəl ağrıyan nahiyələrinizi masaj edin. Ya da yatmazdan öncə çimin. İlıq su da sizi rahatlaşdıracaq.

Dördüncüsü, meditasiya edin.

Ağrılarınız fiziki olduğu kimi, psixoloji də ola bilər. Bir məsələdə stress yaşamısınızsa meditasiya üçün bir neçə dəqiqə vaxt ayırın. Yutubda bu mövzu ilə bağlı videolardan faydalana bilərsiniz.

Rahat yatmaq üçün daha bir tövsiyəmiz də var.

Yuxu saatınız qədər, oyanma vaxtınız da önəmlidir. Yuxu rejiminizi qaydasına salın. Yəni, bir sistem qurun və buna uyğun yatıb-oyanın. Hər gün eyni saatda yuxuya gedib, eyni saatda da oyanmağa çalışın. Bu rejimə həftəsonu da əməl edin.

Son olaraq yuxu probleminizin səbəbini tapmağa çalışın. Bunun üçün bir psixoloqla da danışa bilərsiniz.


BiG.Az
Telegramda izləyin
Şou biznes   Baxılıb: 1482   Tarix: 17 fevral 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Xəstəxanaya yerləşdirilən Xosedən DİQQƏTÇƏKƏN ADDIM - FOTO

Reper Elşad Xose sosial media hesabındakı addımla diqqət çəkib. xəbər verir ki, Xose instaqram səhifəsində bütün şəkillərini silib. O, yalnız 2021-ci ildə paylaşdığı və "Birazdan sükut pozulacaq" şərhli fotosunu saxlayıb. Qeyd edək ki, bir müddət əvvəl "skndl" səhifəsi Elşadın Maştağad

30.08.2026 504
.

8 il sonra eyni serialda çəkiləcəklər

"TRT1" kanalında yayımlanan "Teşkilat" serialına yeni aktyor daxil olacaq. Axşam.az xəbər verir ki, ekran işində Serhat Kılıç rol alacaq. O, layihədə "Yadigar"ı canlandıracaq. Qeyd edək ki, serialın baş rolunu Tolqa Sarıtaş ifa edir. Tolqa və Serhat 8 il əvvəl "Söz"

23.08.2026 326
.

Sevda 16 il əvvəl ona qadağan edilən arzusunu gerçəkləşdirəcək

"Sonuncu dəfə 11 il əvvəl tamaşaçılarımla görüşmüşdüm. 2015-ci ildə Yaşıl Teatrda tamaşaçılarımın qarşısına çıxmışdım. Uzun fasilədən sonra yenidən sevənlərimlə görüşmək həyəcanvericidir". Axşam.az xəbər verir ki, bu sözləri müğənni Sevda Yahyayeva deyib. Oktyabrın 17-də solo konsert verməy

22.08.2026 510
.

Şəbnəm Tovuzlunun yeni görünüşü DİQQƏT ÇƏKDİ - FOTO

Müğənni Şəbnəm Tovuzlu görünüşündə etdiyi dəyişikliklə gündəmə gəlib. Sənətçi bu dəfə fərqli makiyaj və saç düzümü ilə seçilib. Onun yeni imici izləyicilərin diqqətindən yayınmayıb. Tovuzlunun görünüşündəki yenilik sosial şəbəkə istifadəçiləri tərəfindən maraqla qarşılanıb. Paylaşıma çoxsaylı şərhlə

29.08.2026 431
.

Kerem Bürsin əməliyyat olundu

Türkiyəli aktyor Kerem Bürsin əməliyyat olunub. Axşam.az xəbər verir ki, o, bu barədə xəstəxanadan paylaşım edib. Sənətçi boyun yırtığından əməliyyat olunub. "Dolu-dolu bir həftəni geridə qoyduq. Şükür edərək və irəliyə doğru addımlayaraq" deyə, Bürsin paylaşımına yazıb

29.08.2026 222
.

Məşhur aktyor bacısının toyuna getmədi - İLGİNC SƏBƏB - VİDEO

Məşhur aktyor Burak Özçivitin bacısı Burçun Özçivit ailə həyatı qurub. xəbər verir ki, toy mərasimi Samsunun Bafra rayonunda keçirilib. Özçivit ailəsinin üzvləri və yaxın dostlarının iştirak etdiyi mərasimdə Burak Özçivit və həyat yoldaşı Fahriye Evcenin olmaması diqqət çəkib. Məlumata görə, Burak Özçivi

30.08.2026 537
.

Niyaməddin Musayevin fotoşopu müzakirə yaratdı

Xalq artisti Niyaməddin Musayevin yeni görüntüləri yayılıb. Axşam.az xəbər verir ki, məclislərdən birində lentə alınan videoda ifaçı da yer alıb. Lakin görüntülərdə fotoşopdan istifadə edilməsi izləyicilərin müzakirəsinə səbəb olub

01.09.2026 413
.

Aygün Kazımovanın ŞOK EDƏN GÖRÜNTÜSÜ YAYILDI - FOTO

Xalq artisti Aygün Kazımovanın illər əvvəl çəkdirdiyi fotosu sosial şəbəkələrdə gündəm olub. xəbər verir ki, pop divanın arxiv görüntüsü izləyicilərin diqqətini çəkib. Fotoya qısa müddətdə çoxsaylı bəyənmə və şərhlər gəlib. Sosial şəbəkə istifadəçiləri Aygün Kazımova ilə bağlı fikirlərini şərh bölməsind

22.08.2026 666
.

Almaxanım HƏYAT YOLDAŞI VƏ ƏKİZLƏRİ İLƏ - YENİ GÖRÜNTÜLƏRİ

Heydər Əliyev Fondu, Azərbaycan Dövlət Televiziyası, Mədəniyyət və Turizm Nazirliyi və Mədəniyyət Fondunun birgə təşkil etdiyi VI Muğam Müsabiqəsinin qalibi - Qran Pri mükafatının sahibi Almaxanım Əhmədlidən xəbər var. xəbər verir ki, sosial mediada Almaxanımın ailəsi ilə fotosu yayımlanıb. Fotoda onu

29.08.2026 505
.