Dubay şeyxinin evlilik təklifini rədd etdi: Firuzə İbadovanın bilinməyənləri

Dubay şeyxinin evlilik təklifini rədd etdi: Firuzə İbadovanın bilinməyənləriBu gün Əməkdar artist Firuzə İbadovanın doğum günüdür.

Kulis.az bu münasibətlə onun haqqında maraqlı faktları təqdim edib.

Belə ki, Firuzə İbadova 1954-cü il fevralın 18-də Bakı şəhərində anadan olub. Ailədə iki bacı, iki qardaş olublar. Firuzənin iki yaşı olanda, atası onları tərk edərək başqa bir qadınla ailə qurub. Uşaqları ilə heç vaxt maraqlanmadığından aktrisa heç vaxt atasını bağışlamayıb və müsahibələrində onu heç vaxt görmək istəmədiyini deyib.

Asəf Zeynallı adına Musiqi Texnikumunu bitirib. 1963-ci ildə uşaq yaşlarında səhnəyə gələn müğənninin ilk oxuduğu ansambl Əfsər Cavanşirovun xoru olub.

Uzun illər "Azkonsert"in, "Dan ulduzu" ansamblının, Azərbaycan Dövlət Televiziyasının solisti kimi çalışıb. Firuzə İbadova görkəmli sənətkar Şövkət Ələkbərovanın ilk tələbəsi kimi də tanınır.

Firuzə İbadova "Sevgi bayatıları", "Gözləyirəm yolunu", "Əlvida", "Qəlbimdə qaldı", "Qurban olum", "Bu diyara vuruldum", "Dalğalar" adlı mahnıların bənzərsiz ifaçısı olub.

Gəncliyində çox gözəl olan müğənni erkən ailə həyatı qurub. Bu evlilikdən onun Hülya adlı bir qızı dünyaya gəlib. Ancaq Firuzə xanımın 40 yaşı olanda onun həyat yoldaşı vəfat edir. Bu barədə müsahibələrinin birində deyir:

"Tək olmağa artıq alışmışam. 40 yaşımdan təkəm. Həyat yoldaşım dünyasını erkən dəyişib. Gündüzlər kimsə görməsin deyə gecələr göz yaşı töküb ağlayırdım. Körpəmi sinəmə sıxır, gözləyirdim yuxuya getsin, göz yaşlarımı görməsin. Gənc idim. Ağrı-acını qəlbimdə yaşayırdım. Amma illər ötdükcə övladımla təskinlik tapdım".

Sonralar müğənni ilə ailə qurmaq istəyənlər çox olsa da, o, nədənsə ikinci dəfə heç kimlə həyat yollarını birləşdirməyib. Hətta illər əvvəl televiziya rəhbərlərindən biri onu dəlicəsinə sevib, onunla ailə qurmaq istəyir. Bacısı vasitəsi ilə onunla ailə qurmaq istədiyini bildirir. Lakin xanəndə onun bu təklifini rədd edir.

Firuzə İbadova uzun illər əvvəl həmkarı Cavanşir Məmmədovla duet oxumağa başlayır. Onların birgə duet oxuması, məşhurluq və qazanc gətirsə də, bir çox söz-söhbətə də səbəb olur. Belə ki, çoxları Firuzə xanımla Cavanşir Məmmədovun arasında sevgi macərası olduğunu dilə gətirir. Bu barədə Firuzə xanım heç vaxt açıqlama verməsə də, Cavanşir Məmmədov müsahibələrinin birində onunla sevgili olduğunu deyir:

"Azərbaycana bir daha Firuzə İbadova kimi bir sənətçi gəlməyəcək. Belə sənətçilərin qədrini bilmək gərəkdir. O, yazıq adamdır, amma həm də böyük adamdır. Firuzə xanım, həqiqətən də, peşəkar sənətçi və yaxşı dostdur. Mən ona həm yaxın dost, həm də qardaş olmuşam. Onunla sevgili də olmuşuq. Ümumiyyətlə, vətənə, dosta, qohuma da sevgi bəsləmək gərəkdir".

Firuzə İbadovanı sevənlər arasında Dubayın üçüncü şeyxi də olub. Bir dəfə müğənni Dubayda toyda olanda Dubayın üçüncü şeyxi toya qonaq gəlir. Şeyx ona elçi düşür, müğənnilərin musiqiçilərinə deyir ki, onu burada qoyun gedin, onu alıram. İbadovanın duet ortağı, əməkdar artist Cavanşir Məmmədov müğənniyə dəfələrlə elçi düşdüyünü söyləyib:

"Firuzə xanımı çox istəyən olub. Bir dəfə toyda mənə yaxınlaşdılar ki, Firuzə xanımla rəqs edə bilərəm? Dedim ki, olar, təklif et. Deyir ki, mən onu cavan yaşlarımdan sevmişəm. Dedim ki, özünə de. Çox da mədəni adam idi. Qayıtdım ki, vaxtında alardın Firuzə İbadovanı, indi oturardı evində. Əli Mirəliyev də Firuzə İbadovanı sevib. Bunlar yeni mövzular deyil. Firuzə xanımı bütün Azərbaycan sevib".

Müğənni bir çox hərəkətləri ilə gündəmdə olub. 2014-cü ildə Əməkdar artist aclıq aksiyası keçirərək 3 gün ac qalıb. Satdığı torpaq sahəsi hansısa deputat tərəfindən mənimsənildiyindən o, bu addımı atmağa məcbur olub.

Firuzə İbadovanın sözlərinə görə mərhum müğənni, Xalq artisti İlhamə Quliyevanın ona borcu olub. İlhamə xanım rəhmətə gedəndən sonra onun yaxınları məbləğin 3 min manatını geri qaytarsalar da, 4 min dollar borc hələ də qalıb.

Firuzə İbadova bir dəfə müğənni Xatunun verilişində qonaq olanda, kliniki ölüm keçirib. Qəfildən nəfəs ala bilməyən, yerə yıxılan müğənniyə təcili yardım gələnə qədər Xatun süni nəfəs verib. Həkimlər Firuzə xanıma ilkin tibbi yardım göstərəndən sonra onun kliniki ölüm keçirdiyini deyiblər.

Müğəni qızı Hülyaya 17 aprel 2008-ci ildə Bakıda təmtəraqlı toy mərasimi keçirib. Cavid adlı şəxslə ailə quran Hülya bir qızı doğulandan sonra həyat yoldaşından ayrılır. Müğənni qızının yolunda çox əziyyətlər çəkdiyini, hətta ona görə evini də satdığını deyib. Ancaq yenə də qızının evliliyi xilas olmayıb.

Xanəndənin bacısı aktrisa Rəhilə Quliyeva 2006-cı ildə heç kimin gözləmədiyi halda tənha qocaların etibarından sui-istifadə edərək, onları aldadıb mənzillərini ələ keçirməkdə təqsirləndirilir və Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsilə təqsirləndirilərək 9 il azadlıqdan məhrum edilir. Firuzə İbadova həmin vaxtlar bu hadisə haqda danışarkən bildirib:

"Mənim bacımı şərləyiblər. Ona məxsus olan evi və pulu əlindən alıblar. Bacım bir müstəntiqin şərinə düşdü. Amma indi o, bacımdan halallıq istəyir. Yeddi il bacım heç nədən cəza çəkdi. Sonda ədalət yerini tapdı. Müstəntiqin özünü cəzalandırdılar. Bacıma həbs müddətində yaxşı hörmət edirdilər. Digər məhbuslarla yox, öz şəxsi otağında qalırdı. Yaxşı baxırdılar. O, 38 ilin sənətkarı olub. Aktrisa idi. Çox üzüntülü bir həyat yaşadı. Onunla bərabər hamımız yandıq. Onu bu günə salanları görüm ondan da o yana getsinlər. Həm mənim adımı batırdılar, amma tam ləkə yaxa bilmədilər".


BiG.Az
Telegramda izləyin
Şou biznes   Baxılıb: 1372   Tarix: 18 fevral 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Çimnaz Sultanovanın əsl ölüm səbəbi ilə bağlı yeni iddia

Mərhum aktrisa Çimnaz Sultanovanın vəfatı ilə bağlı səsləndirilən fikirlər yenidən müzakirələrə səbəb olub. BİG.AZ -a istinadla xəbər verir ki, psixoloq Samirə Bağırova aktrisanın estetik müdaxilələrə tez-tez müraciət etdiyini iddia edərək onun səhhəti ilə bağlı diqqətçəkən açıqlama verib. Samirə Bağırov

02.11.2026 844
.

Zaur və Günaydan Zəfər Günü ilə bağlı təbrik - VİDEO

Tanınmış teleaparıcılar Zaur və Günay Baxşəliyevlər 8 Noyabr - Zəfər Günü münasibətilə paylaşım ediblər. BİG.AZ xəbər verir ki, cütlük sosial şəbəkə hesablarında video paylaşaraq Azərbaycanın şanlı Zəfər Gününü təbrik edib. Azərbaycanın tarixi Qələbəsinə həsr olunan görüntülərdə aparıcılar Zəfər Gününü

07.11.2026 226
.

Firəngiz Mütəllimova bu səbəbdən AİLƏ QURA BİLMƏYİB

Xalq artisti Firəngiz Mütəllimova "Görüş yeri" verilişində şəxsi həyatı ilə bağlı açıqlama verib. BİG.AZ Axşam.az-a istinadla xəbər verir ki, sənətçi ailə həyatı qura bilməməsinin səbəbindən danışıb:. "Mən gənc qız idim. Ailə həyatı qura bilmədim. Niyə? Çünki elə düşünürdüm ki, hamı "Sən

31.10.2026 767
.

"Bir səhər əllərini sonuncu dəfə tutdum"

Aparıcı Jalə Həsənli dünyasını dəyişən anası ilə bağlı duyğusal paylaşım edib. Axşam.az xəbər verir ki, aparıcı sosial şəbəkədə anası ilə çəkdirdiyi son fotolardan birini yayımlayaraq onun yoxluğundan yazıb:. "Və bir səhər, 6 il bundan öncə əllərini sonuncu dəfə tutdum, saçlarının qoxusunu sonunc

01.11.2026 538
.

"Ən bahalı müğənnisən, sənin yerinə utandım"

"Sənin yerinə utandım. Ayıbdır. Abbas Bağırov "Rolls-Royce", ən yeni "BMW"dən düşməlidir. Azərbaycanın ən bahalı müğənnisidir. Simiclik edirsiniz. Həyat sənə bir dəfə verilib, xərclə". Axşam.az xəbər verir ki, bu sözləri radio aparıcısı Rəvan Bağırov "Manpası"

30.10.2026 904
.

Nailə İslamzadədən danışan Çingiz Abdullayev: "40 il əvvəl atam sevirdi, indi mən..."

Xalq yazıçısı Çingiz Abdullayev etirafı ilə diqqət çəkib. xəbər verir ki, "Qonaqcanlı" verilişinə dəvət olunan yazıçı Əməkdar artist Nailə İslamzadəyə olan rəğbətindən danışıb. "40 il əvvəl Nailə xanımı atam sevirdi, indi də mən sevirəm. Onu görəndə inanmadım ki, necə belə yaxşı qalıb

03.11.2026 656
.

Anasının evində əşyalara əl vurulmasını qoymur

Aparıcı Kamilə Babayeva bir müddət əvvəl vəfat edən anasının evindən görüntülər paylaşıb. Axşam.az xəbər verir ki, aparıcı anasının yoxluğundan sonra evdəki əşyaların yerini dəyişmədiyini bildirib. O, anasının sağlığında hər şeyi necə qoyubsa, elə də saxladığını qeyd edib. K.Babayeva anasının eyvanda

07.11.2026 381
.

Gözəllik müsabiqəsinin qalibləri bəlli oldu

Elektra Events Hall"da keçirilən "Miss & Mister Of Azerbaijan 2026" gözəllik müsabiqəsinin qalibləri bəlli oldu. Showmedia xəbər verir ki, münsif heyətininin verdiyi səsə, tamaşaçıların verdiyi səsə və idarə heyətinin verdiyi qərara əsasən "Miss Of Azerbaijan 2026" qalib

31.10.2026 783
.

Miss Mister Of Azerbaijan 2026 - Final Gecəsi

Ollin Professional`ın baş sponsorluğu ilə keçirilən Miss Mister Of Azerbaijan 2026 Milli Gözəllik Müsabiqəsinin final gecəsi 28 oktyabr Elektra Events Hall`da baş tutdu. Müsabiqədə münsiflər heyəti, zalda əyləşən tamaşaçılar və idarə heyətinin verdiyi səslərlə qaliblər müəyyən olundur. Layihənin Münsi

03.11.2026 625
.