Aşıq Əhlimandan ÜZÜCÜ XƏBƏR - Çox danışmağa icazə verilmir, yaddaşı gedib-gəlir

Aşıq Əhlimandan ÜZÜCÜ XƏBƏR - Çox danışmağa icazə verilmir, yaddaşı gedib-gəlirTanınmış aşıq, Aşıq Əhliman 6 gün əvvəl ürəyindən əməliyyat olunub.

Bu barədə Sonxeber.az-a onun tələbəsi məlumat verib.

O bildirib ki, Aşıq Əhlimanın vəziyyəti çox ağır olsa da, hazırda stabildir:

"Ötən həftənin çərşənbə günü o, "Mərkəzi Klinika"da ürəyindən əməliyyat olunub. Əhliman bəyin vəziyyəti ağır idi. Ürəyində 4 damar dəyişiblər. Düzdür, şükür Allaha, dünəndən bir az yaxşılaşıb, amma həkim hələ çox danışmağa icazə vermir. Pandemiya ilə əlaqədar, görüşə də icazə vermirlər".

Saytımız Aşığın qızı Nəzrin xanımla da əlaqə saxladıqda o da məlumatı təsdiqləyib:

"Bəli, atam 22 fevral 2022-ci il tarixində açıq ürək əməliyyatı keçirib. Vəziyyəti çox pis idi. 11 il əvvəl insult keçirmişdi, indi də ürəyində 4 damar dəyişilib. Atamın immuniteti "sıfır dərəcəsində" idi. Narkozdan sonra yaddaşı gedib-gəlir, məkanı unudur.

Bu gün artıq evə gətirmişik. Müalicəsini ev şəraitində davam etdirəcək. Allah bütün valideynləri qorusun. İstəməzdik, belə olsun, amma nə etmək olar? Atamın sağalmasında əməyi keçən bütün həkim kollektivinə öz ailəmiz adından təşəkkür edirik".


BiG.Az
Telegramda izləyin
Şou biznes   Baxılıb: 6632   Tarix: 28 fevral 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Başkalarının hayatı" da yayımlanmayacaq

"Başkalarının hayatı" serialının da yeni bölümü sabah yayımlanmayacaq. Axşam.az xəbər verir ki, bu qərar reklam gəlirlərinin aşağı olması ilə əlaqədar qəbul edilib. Qeyd edək ki, eyni səbəbdən cümə axşamı "Halef", "Sevdiğim Sensin" və "Muhtemel Aşk" seriallarını

31.10.2026 536
.

"Dərddən şəkərim qalxdı"

Müğənni İbrahim Borçalı səhhəti ilə bağlı açıqlama verib. Axşam.az xəbər verir ki, sənətçi bu barədə "Bəh-bəh" verilişində danışıb. O, şirniyyatı çox sevdiyini, lakin şəkər xəstəliyinə görə ondan uzaq durmağa çalışdığını bildirib:. "Şirniyyatı xoşlayıram. Amma dərddən şəkərim qalxdı deyə

31.10.2026 495
.

39 yaşlı aktyor faciəli şəkildə öldü

Rusiyalı aktyor İvan Skitsan vəfat edib. Axşam.az xəbər verir ki, aktyor 39 yaşında dünyasını dəyişib. Onun ölümünün səbəbi ilə bağlı "Mash" teleqram kanalı məlumat yayıb. Nəşrin iddiasına görə, anadangəlmə qida borusu daralmasından əziyyət çəkən İvan elə bu səbəbdən 10-dan çox əməliyyat keçirib

20:15 0
.

"Qafqaz əsiri"nin ulduzu da "qara siyahı"ya salındı

"Qafqaz əsiri və ya Şurikin yeni macəraları" filmində "Nina" obrazını canlandıran Xalq artisti Natalya Varley Ukrayna kəşfiyyatının məlumat bazasına daxil edilib. Axşam.az xəbər verir ki, buna səbəb kimi onun Rusiyanın hərbi əməliyyatlarına və rusiyalı hərbçilərə dəstək verməsi, Rusiyanı

20:00 0
.

"Kızılcık şerbeti"ndən ayrılır - Foto

"Kızılcık şerbeti" serialında gözlənilməz ayrılıq yaşanacaq. Axşam.az xəbər verir ki, ekran işinə "Lider" obrazını canlandıran Murat Aygen vida edəcək. O, iki bölüm sonra layihədən ayrılacaq. Qeyd edək ki, serialın baş rollarını Seray Kaya və Emre Dinler paylaşır

31.10.2026 487
.

Britni Spirs maddi dəstəyi dayandırdı, keçmiş əri borca düşdü

Müğənni Britni Spirsin keçmiş həyat yoldaşı, rəqqas Kevin Federlayn eks-arvadının maddi dəstəyi dayandırıldıqdan sonra ciddi borc problemi ilə üzləşib. "Page Six" nəşrinə istinadən xəbər verir ki, kredit kartı borcuna görə Federlayn barəsində məhkəmə iddiası qaldırılıb. Nəşrin əldə etdiyi məhkəm

01.11.2026 500
.

"Hürrəm" ilk dəfə Bakıdadır - Video

Türk əsilli almaniyalı aktrisa Məryəm Üzərli Bakıya gəlib. "Qafqazinfo" xəbər verir ki, sosial mediada görüntülər paylaşılıb. O, Azərbaycana ilk dəfə gəldiyini vurğulayıb. "İlk dəfə Bakıya gəlmişəm. İnanılmaz dərəcədə sevincliyəm", - deyə o əlavə edib. Həmin görüntüləri təqdim edirik

04.11.2026 595
.

Bacısı qızının ölümündən danışdı - "Övladları bilmir"

Xalq artisti Məleykə Əsədova bir müddət əvvəl İranda dünyasını dəyişən bacısı qızı Minanın faciəli həyat hekayəsindən danışıb. Axşam.az xəbər verir ki, aktrisa bu barədə "Qonaqcanlı" verilişində söz açıb. M.Əsədova bildirib ki, bacısı 1992-ci ildə ailə qurub və həyat yoldaşı ilə Təbrizdə yaşayıb:

07.11.2026 265
.

Ukrayna Baskov, Kirkorov və Priqojini qara siyahıya saldı

Rusiyanın Xalq artistləri - Nikolay Baskov və Filipp Kirkorov, eləcə də musiqi prodüseri İosif Priqojin Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin məlumat bazasına salınıblar. xəbər verir ki, bu barədə "War&Sanctions" məlumat bazasının portalında dərc olunub. Baza tərtibatçılar

17:20 126
.