COVID-19-un ən çox rast gəlinən️ fəsadlarından biri

COVID-19-un ən çox rast gəlinən️ fəsadlarından biriYeni növ koronavirus (COVID-19) xəstəliyinin ən çox rast gəlinən️ fəsadlarından biri də uzun müddət davam edən quru öskürəkdir. Bəzi xəstələrin bir neçə ay əvvəl sağalmasına baxmayaraq, onlar quru öskürəkdən xilas ola bilmirlər. Öskürək sağaldıqdan sonra hətta 2 ay da davam edə bilər. Təəssüf ki, bəzi xəstələr özlərini yaxşı hiss edən kimi onlara koronavirusa yoluxduqları dövrdə təyin edilən dərmanlardan imtina edirlər. Əslində isə, dərmanlar həkimin təyin etdiyi müddətədək qəbul edilməlidir. Əks halda, belə xəstələr bir müddət sonra yaranan öskürəkdən xilas ola bilmir və ya digər qalıcı simptomlardan əziyyət çəkirlər. Quru öskürəkdən əziyyət çəkən xəstələrə məsləhət edilir ki, otaqları düzgün havalandırsınlar.

Milli.Az xəbər verir ki, bu barədə həkim Nərgiz Kərimova məlumat verib.

Həkim-mütəxəssis bildirib ki, ev şəraitində inhalyasiya aparatları vasitəsilə quru öskürəyi müalicə etmək olar: "Həkimlər öskürəyin tipinə uyğun inhalyasiya təyin edirlər. Bunun üçün təbii inhalyasiya üsullarından və müxtəlif bitkilərdən də istifadə oluna bilər. Müalicəyə gəldikdə isə, öskürəyin səbəbləri müxtəlif olduğundan hər kəsə eyni üsulla müalicə tövsiyə edilmir. Koronavirusun qalıcı simptomu hesab edilən quru öskürəklə mübarizə aparmaq üçün ev şəraitində xüsusi bitki çaylarından da istifadə etmək olar. Bunun üçün həkim təyinatı mütləqdir. Ümumiyyətlə, ev şəraitində ilk olaraq immun sistemini möhkəmləndirmək lazımdır. Öskürəkdən əziyyət çəkənlər, misal üçün, şəkər xəstəsi olmadıqları halda, südlə balı qarışdıraraq içə bilərlər. Eyni zamanda, bol meyvə-tərəvəz yemək lazımdır. Ən əsası, açıq havada olmaq, tənəffüs hərəkətləri etmək vacibdir".

N.Kərimovanın dediyinə görə, istənilən halda quru öskürəyin səbəbi müəyyən edilməlidir: "Öskürək virus, bakteriya və ya allergik mənşəli ola bilər. Ona görə də, apteklərdə satılan müxtəlif dərman preparatların quru öskürək üçün effektli olub-olmaması dəqiq deyil. Müəyyənləşdirmək üçün həkim müayinəsi vacibdir. Öskürəyin olması hər hansı xəstəliyin mövcudluğundan xəbər verir. Öskürək, həmçinin bir çox xəstəliklərin, eləcə də qripin və hətta onkoloji xəstəliklərin ilk simptomlarından ola bilər. Yəni, ciddi yanaşmaq və müayinəni gecikdirməmək lazımdır".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1281   Tarix: 06 mart 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

"Eşref"in ən sadiq əməkdaşı olacaq

"TimBi" şirkətinin istehsalı olan "Eşref Tek" serialında rol alacaq daha bir aktrisanın adı məlum olub. "Qafqazinfo" Türkiyə KİV-ə istinadən xəbər verir ki, layihədə aktrisa Ecem Simge Yurdatapan da rol alacaq. Yurdatapan böyük maraqla gözlənilən serialda "Sude"

22:00 92
.

Prezident və xanımı Türkiyəyə getdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasının (COP31) Liderlər Sammitində iştirak etmək üçün noyabrın 10-da Türkiyəyə səfərə gedib

19:41 225
.

Avropa İttifaqı Ukraynada hərbi mövcudluğuna dair qərar verdi

Avropa İttifaqı (Aİ) Şurası Ukrayna üçün nəzərdə tutulan hərbi təlim missiyasının (European Union Military Assistance Mission for Ukraine -EUMAM Ukraine) müddətinin uzadılması qərarı fonunda ilk dəfə olaraq bu ölkədə rəsmi hərbi mövcudluğunu reallaşdıracağını bəyan edib. -ın TASS-a istinadən verdiy

18:30 187
.

Süni intellekt tarixin ən qanlı insanlarını AÇIQLADI: Hitler ilk üçlükdə yoxdur

Süni intellekt Grok, hakimiyyəti dövründə ən çox ölüm hadisəsi ilə əlaqəli olan üç insanın adını açıqlayıb. İlon Maskın şirkətinin hazırladığı süni intellekt Grok, bəşər tarixində ən çox ölüm hadisəsinə görə məsuliyyət daşıyan insanların reytinqini tərtib edib. -ın xarici mediaya istinadən məlumatın

22:45 27
.

Düşmən RLS-lərini vuran "Hörmüz" raketi - İranın yeni silahı

İran mütəxəssisləri düşmənin radiolokasiya stansiyalarını (RLS) məhv etmək üçün nəzərdə tutulmuş "Hörmüz" raketini hazırlayıblar. xəbər verir ki, bu barədə "Fars" agentliyinə İslam İnqilabı Keşikçiləri Korpusunun (İran Silahlı Qüvvələrinin elit bölməsi olan SEPAH) Hərbi Hava-Kosmi

17:40 203
.

Zelenski bugünkü görüşdən yazdı

Ukrayna Prezidenti Volodimir Zelenski Ukraynadakı münaqişənin həlli ilə bağlı Əbu-Dabidə keçirilən danışıqların ilk gününün "konstruktiv və olduqca məzmunlu" olduğunu bildirib. "Qafqazinfo" xəbər verir ki, Zelenski bu haqda öz teleqram kanalında yazıb. "Üçtərəfli format konstrukti

21:45 94
.

Trampın İranla bağlı qərarı: Genişmiqyaslı döyüş əməliyyatları bərpa ediləcək?

ABŞ Prezidenti Donald Tramp hazırda İrana qarşı genişmiqyaslı döyüş əməliyyatlarının bərpasına ehtiyac olmadığına qərar verib. TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ-nin dövlət katibi Marko Rubio Fransada "G7" ölkələrinin xarici işlər nazirlərinin görüşünün yekunlarına dair mətbua

20:15 157
.

Hərbi xidmətdən yayınmaq üçün dediyi sözlər başına bəla oldu

Saatlıda hərbi xidətdən boyun qaçıran şəxs altı ay müddətinə azadlıqdan məhrum edilib. -a istinadən xəbər verir ki, 200-ci il təvəllüdlü Gəray Vəlizadə (adı və soyadı şərtidir) barəsində Cinayət Məcəlləsinin 321.1-ci maddəsi ilə cinayət işi başlanıb. Araşdırma zamanı məlum olub ki, G.Vəlizadə 2025-c

21:00 154
.

50-dən çox avtomobilin toqquşduğu qəza

Bolqarıstanda sıx duman səbəbindən 50-dən çox avtomobilin iştirakı ilə baş verən zəncirvari yol qəzasında azı 10 nəfər ölüb, çox sayda insan xəsarət alıb. Bu barədə Bolqarıstan Teleqraf Agentliyi məlumat yayıb. Məlumata görə, qəza Yambol şəhəri yaxınlığında, "Trakiya" avtomagistralında ba

16:00 214
.