Sevginizi hiss etdirməyin 6 yolu
Sevginizi bölüşməkdə və dəyər verdiyiniz insanlara sevildiklərini hiss etdirməkdə uğurlusunuz?
Yoxsa "Onsuz da onu nə qədər sevdiyimi bilir", deyib keçənlərdənsiniz? Amma həmin insan bunu zaman-zaman kiçik jestlərlə xatırlamaq istəyə bilər. Heç gözləmədiyiniz anda sizin üçün hazırlanmış sürprizin yaşatdığı xoşbəxtliyi xatırlayın.
Sevdiklərinizə bunu edən şəxs olmaq istəmirsiniz?
Onlara bu möhtəşəm duyğuları yaşatmaq üçün böyük hədiyyələrə ehtiyacınız yoxdur.
Nə qədər səmimi olsanız, bir o qədər də yaxşıdır.
OLAY-ın sizə tövsiyələri var...
Heç gözləmədikləri anda mesaj göndərin.
Votsapda bir mesaj, kağız üzərində kiçik bir qeyd, bəlkə də səsli ismarıc... Fərq etmir! Əhəmiyyətli olan heç gözləmədikləri anda üzlərində təbəssüm yaradacaq bir neçə cümlə qurmaqdır! Bu, "Bir müddətdir bunu demədiyimi başa düşdüm: Yaxşı ki, varsan" kimi bir-iki xoş söz ola bilər...
Onların sevəcəyi gəzinti planı qurun.
Şəhərə yaxın bir həftə sonu tətili, sevdiyiniz musiqiçinin konsert bileti, maraqla gözlədiyi teatr tamaşasına dəvət... Sevdiyinizi hiss etdirməyin ən sadə yollarından biri sevgiliniz, həyat yoldaşınız, ananız və ya ən yaxın dostunuz üçün xoş bir plan yaratmaqdır. Günün sonunda onu necə sevindirdiyinizi görmək ruhunuzu işıqlandıracaq.
Onlar üçün xüsusi pleylist hazırlayın.
Sevgini ifadə etməyin ən yaxşı yolundan istifadə etməyə nə deyirsiniz? Əlbəttə ki, söhbət musiqidən gedir! Bəyəndiyiniz və onun bəyənəcəyini düşündüyünüz mahnıların xüsusi pleylistini hazırlayın və linki göndərin. Yeni mahnılar kəşf edərkən onun üçün xüsusi hazırladığınız bu qiymətli hədiyyə sevdiyiniz insanın üzündə böyük təbəssümə çevriləcək. Buna dəyər!
Yemək hazırlayın.
Sevdikləriniz üçün gözəl bir yemək hazırlayaraq onları xoşbəxt edin. Dostluğunuza, qardaşlığınıza, sevginizə hədiyyə olacaq bu yemək menyusunu hazırlayarkən onun sevdiyi dadlardan ilham ala bilərsiniz. Əslində, ona bir az da şou əlavə edə bilərsiniz! Öz xüsusi reseptinizi yaratmaq üçün bir neçə ədviyyat və ya dad əlavə edin! Sənətkarın öz əsərini sevdiyinə həsr etdiyi kimi...
Ürəkaçıcı detal: "Səni düşündüm" hədiyyəsi
Bunu kim sevmir? Sevdiyiniz insana nəyin bahasına olursa olsun, onu gördüyünüz anda xatırladan bir şey hədiyyə edin. Kiçik, lakin dəyərli hədiyyənizi "Sənə yaraşacağını düşündüm, sənin olmalıdır, səni xatırlatdı" kimi sevgi dolu cümlələrlə bağışlayın. Gün ərzində fərqli detalla onu düşündüyünüzü görmək o insan üçün ən böyük hədiyyə olacaq!
Onların işini yüngülləşdirərək dəstək olun.
Bəzən sevgini ifadə etməyin ən asan yolu dəstək olmaqdır. Həyat yoldaşınızın evə yorğun gəldiyi bir gündə onun vəzifələrindən birini tamamlayaraq ona verdiyiniz dəyəri göstərə bilərsiniz. Axı fədakarlıq sevginin ən xoş əksidir, elə deyilmi?
BiG.Az
Telegramda izləyin
Maraqlı Baxılıb: 1305 Tarix: 07 mart 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşEvdə Wi-Fi-ınızı necə pulsuz artırmaq olar?
Evin bəzi otaqlarında internet zəif işləyirsə və ya bağlantı tez-tez kəsilirsə, dərhal yeni cihaz almağa ehtiyac olmaya bilər. İstifadə etmədiyiniz köhnə router düzgün qurulduqda Wi-Fi şəbəkəsinin əhatəsini genişləndirə bilər. xarici mediaya istinadla xəbər verir ki, mütəxəssislər routerdən əlavə giri
01.11.2026 659 Ofis mebeli seçərkən nələrə diqqət yetirilməlidir ?
Müasir dövrdə ən çox tələb olunan mebellər sırasında ofis mebelləri də var. Ofis mebelləri dedikdə bura müxtəlif mebellər daxildir. ofis kreslosu, ofis divanı, ofis masaları, qeydiyyat şöbəsi üçün masa, müdir kresloları, salon kreslosu, kompüter masası, sənəd dolabı və ofis stol-stulu aiddir. Ofis mebellər
05.11.2026 637 "WhatsApp"da yenilik: profillər BELƏ GÖRÜNƏCƏK - FOTO
"WhatsApp" istifadəçiləri şəxsi profillərinə üz qabığı fotosu əlavə edə biləcəklər. xarici mediaya istinadən xəbər verir ki, yeni funksiya əvvəlcə "Android"in beta versiyasında sınaqdan keçirilib, indi isə "iOS" istifadəçiləri üçün də əlçatan olmağa başlayıb. Yenilik sayəsind
08.11.2026 479 "ChatGPT"nin dərmanlarla bağlı tövsiyəsi daha bir nəfərin həyatına son qoydu
ABŞ-nin Vaşinqton ştatında yaşayan 31 yaşlı Bouen Vanın ailəsi "ChatGPT"nin verdiyi tibbi məsləhətlərin onun ölümünə səbəb olduğu iddiası ilə "OpenAI" şirkətinə qarşı məhkəmə iddiası qaldırıb. xəbər verir ki, iddialara görə, epilepsiyadan əziyyət çəkən Van işini itirdikdən sonra yen
01.11.2026 697 Kişilər və qadınlar üçün ən təhlükəli yaş dövrləri
Alimlər kişilərin və qadınların hansı yaş dövrlərində ciddi xəstəliklərə daha çox həssas ola biləcəyini araşdırıblar. Bildirilir ki, ürək-damar xəstəliklərinin yaranma riski yaşla birlikdə artır və bu proses kişilərlə qadınlarda fərqli xüsusiyyətlər göstərə bilər. xarici mediaya istinadla xəbər veri
01.11.2026 757 İtin ölümünün yaxınlaşdığını göstərən 8 əlamət
İtlər ağrılarını və səhhətlərində yaranan problemləri sahiblərinə sözlə ifadə edə bilmirlər. Buna görə də onların davranışlarında baş verən dəyişikliklərə xüsusi diqqət yetirmək lazımdır. Heyvan yaşlandıqda və ya ağır xəstələndikdə iştahasını itirə, daha çox yata, insanlardan uzaqlaşa və ya əksinə, sahibini
01.11.2026 604 Payızda yatmazdan əvvəl bunları edin - Səhərə gümrah oyanmağın yolları
Payız aylarında havaların soyuması, günlərin qısalması və temperaturun dəyişməsi insan orqanizminə təsirsiz ötüşmür. Bu dövrdə yuxu rejiminə diqqət yetirmək, səhərlər yorğun oyanmamaq və sağlamlığı qorumaq üçün yatmazdan əvvəl bəzi sadə qaydalara əməl etmək tövsiyə olunur. xəbər verir ki, yuxudan əvvə
07.11.2026 276 Gündüz yuxunuz gəlirsə - Bu xəbəri mütləq oxuyun!
ABŞ-də aparılan yeni elmi araşdırma 65 yaş və yuxarı şəxslərdə tez-tez, qeyri-iradi və qısamüddətli gündüz yuxularının demans və yaddaş problemləri riski ilə əlaqəli olduğunu üzə çıxarıb. "Qafqazinfo" xəbər verir ki, "The Journals of Gerontology: Series A" jurnalında dərc olunan tədqiqa
05.11.2026 494 Şabalıd soyarkən çətinliyə son: Küçə satıcılarının gizli fəndı
Qış aylarının vazkeçilməz ləzzəti olan şabalıdı sobada və ya tavada bişirərkən qabığının ətinə yapışması və soyularkən parçalanması çətinlik yaradır. xəbər verir ki, şabalıdların lokum kimi yumşaq bişməsini və qabığının tək bir toxunuşla soyulmasını təmin edən əsas formul qənd imiş. Kəsilmiş şabalıdlar
07.11.2026 335