Hazal Kayanı tənqid etdi, aktrisaların qəzəbinə uğradı

Hazal Kayanı tənqid etdi, aktrisaların qəzəbinə uğradıTürkiyəli köşə yazarı Ahmet Hakanın "Netflix"də yayımlanan "Pera Palasda gece yarısı" serialında rol alan aktrisa Hazal Kaya haqda fikirləri tənqidlə qarşılanıb.

OLAY yazır ki, sənətçi köşəsində bu fikirlərə yer verib:

"Həddindən artıq cəhdlə təbii olmağa çalışır. Özünü böyük göstərərək yaxşı aktrisa olacağını düşünür. Gözlərində və üzündə ifadə yoxdur. Səhnə nə olursa olsun, ancaq ərköyün qız uşağı kimidir. Aktrisalığında heç bitməyən, tükənməyən sünilik var".

İlk olaraq A.Hakana Hazalın rəfiqəsi, aktrisa Selin Şekerci cavab verib. O, "Bu bazar yenə hərəkətlilik var. Bol hədsizlər peyda olub. Quzum, barı bizim işlərlə reytinq tutma. Biz oturduğumu yerdə sənə niyə nifrət etməyimizin səbəbini deyirik?" sözlərini yazaraq paylaşım edib.

Aktrisa Demet Özdemir isə həmkarıyla bağlı yazılan köşə barədə Tvitterdə "Tənqidin nə olduğunu bilirik, amma əfsuslar olsun ki, təhqirə öyrəşdirə bilməzsiz, normal imiş kimi əməyi heçə sayıb qarşınızdakı insanı kiçildə bilməzsiz. Hörmət edin ki, sizi də hörmətlə qarşılasınlar. Hazal Kaya üçün sıraladığınız 5 maddəni qınayıram. Çox təəssüf!" fikirlərini yazıb.

Tuba Büyüküstün isə İnstaqram "Story"də bu məsələylə bağlı paylaşım edib:

"Niyə Ahmet Hakanı oxumuram? Yazılarında özünü tapa bilmədiyini çox hiss edilir. Tənqid adı altından gizlənmiş hədsizliyə xərcləyəcək vaxtım yoxdur. İllərdir üslub baxımından özünü inkişaf etdirə bilmədiyini düşünürəm.

Hazal Kayanın aktrisalığı ilə bağlı yazısı qarşıma çıxdı. Nifrət? Yox, canım, yanlış sözlərdən istifadə edib. Bəlkə də "Birdman" filmində deyildiyi kimi... Özünü tapa bilməyən insanlar hər şeydə səhv axtaran tənqidçilərdən olurlar".

Hazal Kaya isə Ahmet Hakana bu cavabı verib:

"Zamanda səyahət edib 100 il öncəyə gedən qadın necə təbii ola bilər? Belə bir ssenarini oynayan aktrisa necə həyatın normal axışında imiş kimi, son 100 ildəki uğurlarla kimsəsiz, tənha ayaqda duran azad bir qadın keçmişdə necə yad deyilmiş kimi davrana bilər?Portağalın yuvarlanmağını izlədiyimiz kimi bir ssenarisi yoxdur "Pera Palas"ın, təbii yox, fantastik hekayəsi var. Mən də performansını bu detalları nəzərə alaraq inşa etmişəm. Bəyənməmiş ola bilərsiz, bəzilərinin tənqid ədalətinə dair tərəzisi də xarab olmuş ola bilər, amma tərəziniz sürüşəndə mənə ancaq nifrətdən ibarət rəy verə bilməzsiz! Özü də başqa mövzularda vəzifələrini qorumaq üçün necə susduqlarını gördüklərim bunu heç edə bilməz. Həddiniz deyil!".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 2482   Tarix: 07 mart 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

"Eşref"in ən sadiq əməkdaşı olacaq

"TimBi" şirkətinin istehsalı olan "Eşref Tek" serialında rol alacaq daha bir aktrisanın adı məlum olub. "Qafqazinfo" Türkiyə KİV-ə istinadən xəbər verir ki, layihədə aktrisa Ecem Simge Yurdatapan da rol alacaq. Yurdatapan böyük maraqla gözlənilən serialda "Sude"

22:00 92
.

Prezident və xanımı Türkiyəyə getdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasının (COP31) Liderlər Sammitində iştirak etmək üçün noyabrın 10-da Türkiyəyə səfərə gedib

19:41 225
.

Avropa İttifaqı Ukraynada hərbi mövcudluğuna dair qərar verdi

Avropa İttifaqı (Aİ) Şurası Ukrayna üçün nəzərdə tutulan hərbi təlim missiyasının (European Union Military Assistance Mission for Ukraine -EUMAM Ukraine) müddətinin uzadılması qərarı fonunda ilk dəfə olaraq bu ölkədə rəsmi hərbi mövcudluğunu reallaşdıracağını bəyan edib. -ın TASS-a istinadən verdiy

18:30 187
.

Süni intellekt tarixin ən qanlı insanlarını AÇIQLADI: Hitler ilk üçlükdə yoxdur

Süni intellekt Grok, hakimiyyəti dövründə ən çox ölüm hadisəsi ilə əlaqəli olan üç insanın adını açıqlayıb. İlon Maskın şirkətinin hazırladığı süni intellekt Grok, bəşər tarixində ən çox ölüm hadisəsinə görə məsuliyyət daşıyan insanların reytinqini tərtib edib. -ın xarici mediaya istinadən məlumatın

22:45 27
.

Düşmən RLS-lərini vuran "Hörmüz" raketi - İranın yeni silahı

İran mütəxəssisləri düşmənin radiolokasiya stansiyalarını (RLS) məhv etmək üçün nəzərdə tutulmuş "Hörmüz" raketini hazırlayıblar. xəbər verir ki, bu barədə "Fars" agentliyinə İslam İnqilabı Keşikçiləri Korpusunun (İran Silahlı Qüvvələrinin elit bölməsi olan SEPAH) Hərbi Hava-Kosmi

17:40 203
.

Zelenski bugünkü görüşdən yazdı

Ukrayna Prezidenti Volodimir Zelenski Ukraynadakı münaqişənin həlli ilə bağlı Əbu-Dabidə keçirilən danışıqların ilk gününün "konstruktiv və olduqca məzmunlu" olduğunu bildirib. "Qafqazinfo" xəbər verir ki, Zelenski bu haqda öz teleqram kanalında yazıb. "Üçtərəfli format konstrukti

21:45 94
.

Trampın İranla bağlı qərarı: Genişmiqyaslı döyüş əməliyyatları bərpa ediləcək?

ABŞ Prezidenti Donald Tramp hazırda İrana qarşı genişmiqyaslı döyüş əməliyyatlarının bərpasına ehtiyac olmadığına qərar verib. TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ-nin dövlət katibi Marko Rubio Fransada "G7" ölkələrinin xarici işlər nazirlərinin görüşünün yekunlarına dair mətbua

20:15 157
.

Hərbi xidmətdən yayınmaq üçün dediyi sözlər başına bəla oldu

Saatlıda hərbi xidətdən boyun qaçıran şəxs altı ay müddətinə azadlıqdan məhrum edilib. -a istinadən xəbər verir ki, 200-ci il təvəllüdlü Gəray Vəlizadə (adı və soyadı şərtidir) barəsində Cinayət Məcəlləsinin 321.1-ci maddəsi ilə cinayət işi başlanıb. Araşdırma zamanı məlum olub ki, G.Vəlizadə 2025-c

21:00 154
.

50-dən çox avtomobilin toqquşduğu qəza

Bolqarıstanda sıx duman səbəbindən 50-dən çox avtomobilin iştirakı ilə baş verən zəncirvari yol qəzasında azı 10 nəfər ölüb, çox sayda insan xəsarət alıb. Bu barədə Bolqarıstan Teleqraf Agentliyi məlumat yayıb. Məlumata görə, qəza Yambol şəhəri yaxınlığında, "Trakiya" avtomagistralında ba

16:00 214
.