Eldar Mahmudovun əmisi oğlunun pulları müsadirə olundu

Eldar Mahmudovun əmisi oğlunun pulları müsadirə olunduSabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun köməkçisi və əmisi oğlu Vüqar Mahmudovla bağlı məhkəmə qərarı dəyişdirilib.

"Kriminalqafqaz"ın əldə etdiyi məlumata görə, Bakı Apellyasiya Məhkəməsinin qərarına əsasən, onun bank hesabındakı pullar müsadirə edilib.

Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, məhkəmədə dövlət ittihamçısının apellyasiya protesti təmin olunub. Bakı Hərbi Məhkəməsinin 28 noyabr 2019-cu il tarixli hökmü dəyişdirilərək V.Mahmudova məxsus "Kapital bank" hesabında olan pul vəsaitlərinin xüsusi müsadirə cinayət hüquqi tədbiri kimi məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması barədə hökm çıxarılıb.

Qeyd edək ki, Bakı Hərbi Məhkəməsinin hökmü ilə V.Mahmudov 2 il müddətinə azadlıqdan məhrum edilsə də, ittiham olunduğu bir sıra maddələr üzrə ona cəza təyin olunmamışdı. Belə ki, məhkəmə hədə-qorxu ilə tələb etmə, cinayət yoluyla əldə edilmiş vəsaitlərin leqallaşdırılması və əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma ittihamları üzrə ona bəraət vermişdi. Vəzifə saxtakarlığı ittihamı üzrə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyi üçün isə ona cəza təyin olunmamışdı. O, 2 illik müddəti istintaq müddətində həbsdə keçirdiyinə görə, məhkəmə zalından azadlığa buraxılmışdı.

Vüqar Mahmudov MTN-in polkovnik leytenantı olub. Onun adına "Kapital Bank" Sabunçu filialında 127 min manat, həyat yoldaşının adına isə 1,2 milyon manata yaxın vəsait olub.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1007   Tarix: 07 mart 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Mediasiya insanları qarşıdurmadan dialoqa aparan mühüm mexanizmdir" - MEDİATOR TÜRKƏR ƏLİYEVA İLƏ MÜSAHİBƏ

Müasir dövrdə mübahisələrin yalnız məhkəmə müstəvisində deyil, alternativ və daha çevik üsullarla həll edilməsi xüsusi əhəmiyyət daşıyır. Bu baxımdan mediasiya institutu cəmiyyət üçün mühüm mexanizmlərdən birinə çevrilir. Mediasiyanın əsas məqsədi mübahisə edən tərəfləri qarşı-qarşıya qoymaq deyil, onları

10:37 188
.

"Çudo peçka"nın sahibi, Röyanın eks-qaynatası azadlığa çıxdı - 9 il sonra ..!

Xalq artisti Röyanın eks-qaynatası, məşhur "Çudo peçka" şirniyyat mağazaları şəbəkəsinin sahibi Çingiz Cəlilov 9 il sonra azadlığa çıxıb. Qaynarinfo xəbər verir ki, bu barədə jurnalist Ülviyyə Alovlu məlumat yayıb. Çingiz Cəlilov "Bank Standard"ın ovaxtkı İdarə Heyətinin sədri Səli

11:21 328
.

Odlu silahdan yaralanan çoban öldü

Hacıqabul sakini ov tüfəngindən açılan atəş nəticəsində vəfat edib. "Qafqazinfo" xəbər verir ki, hadisə rayonun Udulu kəndində qeydə alınıb. Belə ki, 1995-ci il təvəllüdlü İxtiyar Səmədovun meyiti yaşadığı evdə aşkar edilib. İlkin məlumata görə, adıçəkilən şəxs ov tüfəngindən aldığı xəsarə

17:29 144
.

Saxta Wi-Fi şəbəkələri: Telefonunuz təhlükə ilə üz-üzə qala bilər

"Parkda, kafedə və ya ticarət mərkəzində təklif olunan pulsuz Wi-Fi istifadəçilər üçün rahatlıq yaratsa da, təhlükəsizlik baxımından ev və ya ofis şəbəkəsi qədər etibarlı hesab edilmir. Bunun əsas səbəbi bu şəbəkələrin açıq mühitdə fəaliyyət göstərməsidir. Eyni anda onlarla, bəzən isə yüzlərlə insanı

13:00 198
.

Rusiya gizli şəkildə İrana səsdən sürətli kruiz raket texnologiyasının inkişafında kömək edir

"The Financial Times" qəzetinin çərşənbə günü səhər verdiyi məlumata görə, Rusiya gizli şəkildə İrana səsdən sürətli kruiz raketlərinin hazırlanmasında kömək edir. BİG.AZ The Jerusalem Post-a istinadən xəbər verir ki, ekspertlərin fikrincə, bu raketlər, çox güman ki, gəmi əleyhinə və quru hücumlar

11:10 194
.

Hərbi xidmətə çağırış və ehtiyata buraxılma ilə bağlı - Sərəncam

Vətəndaşların 2026-cı il oktyabrın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırışı və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması həyata keçiriləcək. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama əsasən 2008-c

14:12 203
.

Misli Premyer Liqasında qol "quraqlığı": Son 10 ilin antirekordu yeniləndi

Misli Premyer Liqasının II turu antirekordla əlamətdar olub. Peşəkar Futbol Liqasına (PFL) istinadən xəbər verir ki, baş tutan 6 qarşılaşmada cəmi 5 qol vurulub. Bununla da orta məhsuldarlıq göstəricisi 0.83-ə bərabər olub. "Qəbələ" - "Şamaxı" görüşü qolsuz başa çatıbsa, digər 5 qarşılaşmanı

19:15 103
.

Almaniya Rusiyanın Baş Konsulluğunu bağlayır

Almaniya Rusiyaya qarşı yeni qərarlar qəbul edib. xəbər verir ki, bu barədə "İzvestiya" məlumat yayıb. Bildirilib ki, Almaniya sentyabrın 18-dən etibarən Bonn şəhərindəki Rusiya Baş Konsulluğunun fəaliyyətinə xitam verəcək. Həmçinin Berlində yerləşən Rus Evi ilə bağlı müqavilənin ləğv olunacağ

20:30 49
.

Sabah 32° isti olacaq

Sentyabrın 3-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 19-21 isti, gündü

13:54 156
.