Ölkəni tərk etdilər - "Burada yaşamaq mümkün deyil"

Ölkəni tərk etdilər - "Burada yaşamaq mümkün deyil"Fevralın 24-dən etibarən Ukraynaya qarşı keçirdiyi hərbi əməliyyatlardan sonra Rusiyanın ölkə daxilində də sanksiyalar tətbiq etməsi bir çox məşhurun buranı tərk etməsinə səbəb olub.

BiG.AZ axşam.az-a istinadən xəbər verir ki, siyahıya bu dəfə rusiyalı kino tənqidçi Anton Dolin, aktrisa Çulpan Xamatova və şair, aktrisa Vera Polozkova əlavə olunub. Onlar Rusiyadan çıxdıqlarını sosial media hesabları vasitəsi ilə bildiriblər.

Anton hazırda Latviyada olduğunu açıqlayıb. O, teleqram hesabında bu sözləri yazıb:

"Ağzını bağladıqları bir məmləkət, doğma olsa da yaşamaq mümkün deyil. Xüsusən də yeganə vasitəsi söz olan insan üçün. Ukraynada insanların öldürüldüyü bir vaxtda insanların planlarını müzakirə etməyə, filmlərə baxmağa, premyeralara getməyə davam etdiyi Moskvanın havasında nəfəs ala bilmədim".

Müharibə əleyhinə olanlardan biri də aktrisa Çulpan Xamatovadır. O, hətta Rusiya prezidentinə məktub ünvanlayaraq bu müharibənin sonlandırılmasını xahiş edib. "Zakuliska" teleqram kanalı aktrisa Çulpan Xamatovanın da ölkədən getməsi barədə məlumat yayıb.

Aktrisa Vera Polozkova isə Rusiyanı tərk etdiyini bu sözlərlə elan edib:

"Uçduq. Çox acı bir həftə idi. Doğum günündə dostlarımı yığıb onlarla vidalaşmaq çox ağrılı idi, çünki seçim qalmamışdı. Mənim ölkəmdə nə siyasət, nə jurnalistika, nə də fəaliyyət göstərən hüquqi institut var. Amma dövlət xalqla bərabər deyil. Mənim xalqım üçün qərar verən insanlar qanunsuz hakimiyyətdədirlər: on ildir ki, ədalətli seçkilər keçirilmir. Ona görə də onların yeganə silahı yalandır. İnanıram ki, bu həmişə belə olmayacaq".

Qeyd edək ki, bundan əvvəl bir neçə teleqram kanalı Alla Puqaçova, Maksim Qalkin, Renata Litvinovanın Rusiyanı tərk etdiyi barədə məlumat yayıb. Həmçinin rejissor Kantemir Balaqov da Rusiyanı tərk etdiyini bildirib.


BiG.Az
Telegramda izləyin
Şou biznes   Baxılıb: 1328   Tarix: 08 mart 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Maykl Cekson ölümündən 17 il sonra 140 milyon dollar qazandırıb

2009-cu ildə vəfat edən əfsanəvi müğənni Maykl Cekson ölümündən 17 il sonra da dünyanın ən çox gəlir gətirən məşhurları sırasında yer alıb. Axşam.az xəbər verir ki, "Forbes" jurnalının 2026-cı il reytinqinə əsasən, sənətçinin mirası 140 milyon dollar gəlir əldə edib. Bu göstərici ilə Mayk

04.11.2026 497
.

"Qızımın əcnəbi ilə ailə quracağını eşidəndə şoka düşdüm"

Əməkdar artist Bəsti Sevdiyeva qızının xaricdə təhsil alması və ailə həyatı qurması ilə bağlı maraqlı açıqlama verib. Axşam.az xəbər verir ki, müğənni bu barədə "Qonaqcanlı" verilişində danışıb. O bildirib ki, qızı xaricdə təhsil alıb və ailə qurduğu şəxs də onun tələbə yoldaşı olub:. "Qızı

14:00 192
.

Zaur və Günaydan Zəfər Günü ilə bağlı təbrik - VİDEO

Tanınmış teleaparıcılar Zaur və Günay Baxşəliyevlər 8 Noyabr - Zəfər Günü münasibətilə paylaşım ediblər. BİG.AZ xəbər verir ki, cütlük sosial şəbəkə hesablarında video paylaşaraq Azərbaycanın şanlı Zəfər Gününü təbrik edib. Azərbaycanın tarixi Qələbəsinə həsr olunan görüntülərdə aparıcılar Zəfər Gününü

07.11.2026 226
.

Anasının evində əşyalara əl vurulmasını qoymur

Aparıcı Kamilə Babayeva bir müddət əvvəl vəfat edən anasının evindən görüntülər paylaşıb. Axşam.az xəbər verir ki, aparıcı anasının yoxluğundan sonra evdəki əşyaların yerini dəyişmədiyini bildirib. O, anasının sağlığında hər şeyi necə qoyubsa, elə də saxladığını qeyd edib. K.Babayeva anasının eyvanda

07.11.2026 381
.

Bacısı qızının ölümündən danışdı - "Övladları bilmir"

Xalq artisti Məleykə Əsədova bir müddət əvvəl İranda dünyasını dəyişən bacısı qızı Minanın faciəli həyat hekayəsindən danışıb. Axşam.az xəbər verir ki, aktrisa bu barədə "Qonaqcanlı" verilişində söz açıb. M.Əsədova bildirib ki, bacısı 1992-ci ildə ailə qurub və həyat yoldaşı ilə Təbrizdə yaşayıb:

07.11.2026 265
.

"Mən əməliyyatda olanda bacımın ürəyi gedib"

"Oğlum da, qızım da, bacım da etiraz etdi. Hara gedirdimsə, deyirdilər ki, əməliyyat etdirmə. Amma mən qərar vermişdim, özümü buna hazırlamışdım". Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Mətanət İsgəndərli TMB-də qonaq olarkən deyib. Abdominoplastika əməliyyatı keçirən müğənni həmi

31.10.2026 522
.

Rəqsanədən qızı Aysunla bağlı ETİRAF: "Ona zəng etməyə utanıram"

Müğənni Rəqsanə İsmayılova qızı Aysun İsmayılova ilə bağlı səmimi və diqqətçəkən açıqlamalar verib. Müğənni qatıldığı televiziya proqramında həbsxanada keçirdiyi günlərdən danışıb. Sənətçi həmin dövrdə qızı Aysunun onun üçün çəkdiyi əziyyətlərə görə hələ də utandığını etiraf edib. Rəqsanə İsmayılov

00:04 459
.

Böyük qızı Xalq artisti ilə fotosunu paylaşıb bunları yazdı

Qızı Hökumə Xalq artisti Mələkxanım Eyubova ilə bağlı paylaşım edib. Axşam.az xəbər verir ki, o, anası ilə fotosunu yayımlayaraq bunları yazıb:. "Ana, ad günün mübarək! Sənə möhkəm cansağlığı, uzun ömür, xoşbəxtlik və əmin-amanlıq arzulayıram. Hər gün sənə sevinc, təbəssüm və istilik bəxş etsin

12:10 169
.

"Avroviziya 2027" ilə bağlı ilk detallar açıqlandı

"Avroviziya" mahnı müsabiqəsinin 2027-ci ildə keçiriləcək yarışmasında iştirak edəcək ölkələrin siyahısı açıqlanıb. Axşam.az xəbər verir ki, Avropa Yayım Birliyi (EBU) müsabiqədə 36 ölkənin ictimai yayımçısının iştirakını təsdiqləyib. Təmsilçilər gələn ilin mayında Bolqarıstanın Burqas şəhərind

28.10.2026 684
.