Dörd azərbaycanlının öldürülməsinin təfərrüatı: "Gözümün qabağında vurdular" - VİDEO

Dörd azərbaycanlının öldürülməsinin təfərrüatı: "Gözümün qabağında vurdular" - VİDEOUkraynada öldürülən dörd azərbaycanlının cəsədi həmin ərazidəki morqa yerləşdirilib. Əslən Kəlbəcərdən olan qohumların nəşləri yaxın günlərdə Azərbaycana gətiriləcək.

BiG.AZ-ın "Xəzər Xəbər"ə istinadən məlumata görə, onlar Rusiyanın hərbi müdaxiləsi ilə Ukraynada başlayan müharibənin od-alovundan qurtulmaq üçün ölkədən çıxmaq istəyiblər, ancaq ölüm onları Moldova sərhədində yaxalayıb.

Uzun müddətdir ki, Ukraynada yaşayan Kəlbəcər rayonunun Təkəqaya kəndinin sakinləri - 46 yaşlı Nemət İsmayılov və 56 yaşlı Rəhim İsmayılov qardaşları, eləcə də Rəhim İsmayılovun 27 yaşlı oğlu Qabil İsmayılov və bacısının oğlu 25 yaşlı Camal Salmanov fevralın 27-də Ukraynadan Moldovaya keçərkən Kuçurqan adlanan keçid məntəqəsində naməlum şəxslər tərəfindən atəşə tutulublar. Həmin vaxt orada olan bacıları Yaxşı Məmmədova deyir ki, sərhədi keçməyə çalışan insanlara kimin və niyə atəş açdığını hələ də başa düşə bilmir:

"Onda elə başa düşdüm ki, dünya dağıldı. Düşündüm ki, göydən nəsə gəldi. Hamı bir anlıq başını tutdu. Başımı qaldıranda gördüm ki, heç biri yoxdur. Hamısı yan-yana düzülmüşdü. Həmin meyitləri özüm götürdüm. Hamısını gözümün qabağında vurdular".

Vurulanlardan 3-ü yerindəcə, biri isə sonradan xəstəxanada dünyasını dəyişib. Yaxşı Məmmədova sağ qalan digər qohumu ilə Moldovadan keçərək Azərbaycana gəlib. Onun həyat yoldaşı isə meyitləri gətirmək üçün hazırda orada gözləyir.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1635   Tarix: 09 mart 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Mobil telefonlar niyə bahalaşır? - İQTİSADÇIDAN AÇIQLAMA

Mobil telefon bazarında qiymət dəyişiklikləri alıcıların diqqətində olan əsas məsələlərdən birinə çevrilib. Yeni modellərin təqdim olunması ilə yanaşı, valyuta məzənnələri, logistika xərcləri, idxal şərtləri və istehsalçıların qiymət siyasəti də smartfonların son satış qiymətinə təsir göstərə bilir

15:45 237
.

Sabah 32° isti olacaq

Sentyabrın 3-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 19-21 isti, gündü

13:54 130
.

Prezident qəbul keçirdi - Fotolar

Azərbaycan Prezidenti İlham Əliyev bu gün Birləşmiş Millətlər Təşkilatının (BMT) Azərbaycanda yeni təyin olunmuş rezident əlaqələndiricisi Dmitri Şlapaçenkonu qəbul edib. "Qafqazinfo" xəbər verir ki, Dmitri Şlapaçenko etimadnaməsini dövlət başçısına təqdim edib. Ölkəmizlə BMT arasında əlaqələr

14:58 138
.

"Poz-Qazan" oyunları avqustda 15 milyon manata yaxın uduş qazandırıb

Ölkənin qanuni lotereya təşkilatçısı və idman mərc oyunları operatoru "Azərlotereya"nın bir-birindən maraqlı "Poz-Qazan" oyunları qazandırmağa davam edir. Avqustda "Poz-Qazan" oyunlarında ümumilikdə 3 052 864 ədəd uduşlu bilet olub. Bu biletlər üzrə ödənilən ümumi uduş məbləğ

13:13 159
.

YouTuber TIR-ın altında gizlənib ölkədən qaçmaq istədi

Türkiyədə barəsində ölkədən çıxış qadağası olan YouTuber Arif Kocabıyık qeyri-adi üsulla Bolqarıstana keçməyə çalışarkən saxlanılıb. xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Kapıkule Sərhəd-Keçid Məntəqəsində baş verib. Gömrük əməkdaşları Bolqarıstana getmək üçün sərhədə gələn TIR-da yoxlama apararkə

18:45 3
.

Misli Premyer Liqasında qol "quraqlığı": Son 10 ilin antirekordu yeniləndi

Misli Premyer Liqasının II turu antirekordla əlamətdar olub. Peşəkar Futbol Liqasına (PFL) istinadən xəbər verir ki, baş tutan 6 qarşılaşmada cəmi 5 qol vurulub. Bununla da orta məhsuldarlıq göstəricisi 0.83-ə bərabər olub. "Qəbələ" - "Şamaxı" görüşü qolsuz başa çatıbsa, digər 5 qarşılaşmanı

19:15 1
.

Rumıniya açıqladı: Rusiyanın NATO-ya hücum etmək planı yoxdur

Rusiyanın NATO-ya hücum etmək planı yoxdur. xəbər verir ki, bunu Rumıniyanın müdafiə naziri vəzifəsini icra edən Radu Miruşa Digi24-ə müsahibəsində bildirib. Nazir qeyd edib ki, Rusiyanın NATO-ya üzv hər hansı ölkəyə hücum etmək niyyətində olduğuna inanmır. "Rusiyanın heç bir NATO ölkəsinə hücu

11:46 135
.

Əmək müqaviləsində dəyişiklik necə rəsmiləşdirilməlidir?

"Əmək müqaviləsinin məzmunu Əmək Məcəlləsinin 43-cü maddəsi ilə tənzimlənir. Bu normaya əsasən, əmək müqaviləsinin məzmunu və quruluşu qanunvericiliyin tələblərinə əməl edilməklə tərəflərin razılığı əsasında müəyyən edilir. Məcəllədə başqa hal nəzərdə tutulmayıbsa, əmək müqaviləsinin şərtləri birtərəfl

11:10 150
.

"Təndir hamamı"nın məlumat lövhəsini söküblər?

Bakının Mərkəzi Parkında yerləşən və "Təndir hamamı" kimi tanınan XIX əsrə aid memarlıq abidəsinin, eləcə də yaxınlığındakı qədim su quyusunun məlumat lövhələrinin yoxa çıxdığı bildirilir. "Qafqazinfo" xəbər verir ki, bu barədə "Bakı Gündəlyi" məlumat yayıb. Paylaşılan fotolarda

15:34 141
.