Odessada həlak olan dörd soydaşımızın nəşinin Azərbaycana gətirilməsi gecikir - YENİLƏNİB

Odessada həlak olan dörd soydaşımızın nəşinin Azərbaycana gətirilməsi gecikir - YENİLƏNİB"Qardaşımın nəşinin nə zaman ailəsinə təhvil veriləcəyi ilə bağlı heç kim məlumat vermir. Neçə gündür deyirdilər ki, Azərbaycana gətiriləcək, amma hələ də xəbər yoxdur".

Bu barədə Oxu.Az-a Ukraynada fevralın 27-də Odessa ərazisində Kuçurqan keçid məntəqəsi yaxınlığında Rusiya ordusunun avtomobili gülləbaran etməsi nəticəsində həyatını itirən Nemət İsmayılovun qardaşı Qaçay İsmayılov məlumat verib.

Onun sözlərinə görə, qardaşının nəşi Moldovadakı xəstəxananın morqunda olub:

"Dünən orda bir nəfər var, məlumatları ondan alırıq. O dedi ki, nəşləri morqdan çıxarıb Moldova sərhədinə aparıblar. Böyük ehtimalla oradan Rumıniyaya keçirəcəklər. Bu gün Rumıniyaya keçsələr, proses bir az sürətlənərdi. Heç kim bizimlə əlaqə saxlayıb, bir dəqiq məlumat vermir. Qardaşımın oğlanlarından biri anası ilə birlikdə artıq Azərbaycana gəlib. Amma yaralı oğlu Süleyman İsmayılov Moldovada xəstəxanadadır. Diz qapağından ağır yaralanıb, hələ 2 ay orda qalmalıdır deyirlər. Heç kim maraqlanmır ki, ailəsi nə vəziyyətdədir. Xarici İşlər Nazirliyindən xahiş edirik, bizə kömək etsinlər. Biz özümüz Gəncə şəhəri Gülüstan qəsəbəsində məskunlaşmışıq. Nəşlər gətirilib ailəsinə təhvil verilsin ki, burada Kəlbəcər qaçqınları üçün Murovdağ adlanan qəbiristanlıq var, orada torpağa tapşıraq".

09:34

Ukraynada fevralın 27-də Odessa ərazisində Kuçurqan keçid məntəqəsi yaxınlığında Rusiya ordusunun avtomobili gülləbaran etməsi nəticəsində ölən dörd soydaşımızın nəşinin Azərbaycana gətirilməsi yubanır.

Bu barədə Oxu.Az-a Kəlbəcərin Təkəqaya kəndinin icra nümayəndəsi Anar Məmmədov məlumat verib.

O bildirib ki, son məlumata əsasən nəşlər artıq morqdan çıxarılıb və Moldova sərhədinə gətirilib:

"Tez-tez əlaqə saxlaya bilmirik. Lakin hələ ki, bizdə olan son məlumat budur".

Xatırladaq ki, Ukraynada fevralın 27-də Odessa ərazisində Kuçurqan keçid məntəqəsi yaxınlığında Rusiya ordusunun avtomobili gülləbaran etməsi nəticəsində dörd nəfər ölüb. Hadisə nəticəsində soydaşlarımız, əslən Kəlbəcərin Təkəqaya kəndindən olan Rəhim Əli oğlu İsmayılov və qardaşı Nemət Əli oğlu İsmayılov, Qabil Rəhim oğlu İsmayılov və Camal Mirzənəsir oğlu Salmanov həlak olublar. Yaralananlar isə Süleyman Nemət oğlu İsmayılov, Tacir Rövşən oğlu Tağıyev və Niyazi Rövşən oğlu Tağıyevdir.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1187   Tarix: 09 mart 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Mobil telefonlar niyə bahalaşır? - İQTİSADÇIDAN AÇIQLAMA

Mobil telefon bazarında qiymət dəyişiklikləri alıcıların diqqətində olan əsas məsələlərdən birinə çevrilib. Yeni modellərin təqdim olunması ilə yanaşı, valyuta məzənnələri, logistika xərcləri, idxal şərtləri və istehsalçıların qiymət siyasəti də smartfonların son satış qiymətinə təsir göstərə bilir

15:45 237
.

Sabah 32° isti olacaq

Sentyabrın 3-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 19-21 isti, gündü

13:54 130
.

Prezident qəbul keçirdi - Fotolar

Azərbaycan Prezidenti İlham Əliyev bu gün Birləşmiş Millətlər Təşkilatının (BMT) Azərbaycanda yeni təyin olunmuş rezident əlaqələndiricisi Dmitri Şlapaçenkonu qəbul edib. "Qafqazinfo" xəbər verir ki, Dmitri Şlapaçenko etimadnaməsini dövlət başçısına təqdim edib. Ölkəmizlə BMT arasında əlaqələr

14:58 138
.

"Poz-Qazan" oyunları avqustda 15 milyon manata yaxın uduş qazandırıb

Ölkənin qanuni lotereya təşkilatçısı və idman mərc oyunları operatoru "Azərlotereya"nın bir-birindən maraqlı "Poz-Qazan" oyunları qazandırmağa davam edir. Avqustda "Poz-Qazan" oyunlarında ümumilikdə 3 052 864 ədəd uduşlu bilet olub. Bu biletlər üzrə ödənilən ümumi uduş məbləğ

13:13 159
.

YouTuber TIR-ın altında gizlənib ölkədən qaçmaq istədi

Türkiyədə barəsində ölkədən çıxış qadağası olan YouTuber Arif Kocabıyık qeyri-adi üsulla Bolqarıstana keçməyə çalışarkən saxlanılıb. xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Kapıkule Sərhəd-Keçid Məntəqəsində baş verib. Gömrük əməkdaşları Bolqarıstana getmək üçün sərhədə gələn TIR-da yoxlama apararkə

18:45 3
.

Misli Premyer Liqasında qol "quraqlığı": Son 10 ilin antirekordu yeniləndi

Misli Premyer Liqasının II turu antirekordla əlamətdar olub. Peşəkar Futbol Liqasına (PFL) istinadən xəbər verir ki, baş tutan 6 qarşılaşmada cəmi 5 qol vurulub. Bununla da orta məhsuldarlıq göstəricisi 0.83-ə bərabər olub. "Qəbələ" - "Şamaxı" görüşü qolsuz başa çatıbsa, digər 5 qarşılaşmanı

19:15 1
.

Rumıniya açıqladı: Rusiyanın NATO-ya hücum etmək planı yoxdur

Rusiyanın NATO-ya hücum etmək planı yoxdur. xəbər verir ki, bunu Rumıniyanın müdafiə naziri vəzifəsini icra edən Radu Miruşa Digi24-ə müsahibəsində bildirib. Nazir qeyd edib ki, Rusiyanın NATO-ya üzv hər hansı ölkəyə hücum etmək niyyətində olduğuna inanmır. "Rusiyanın heç bir NATO ölkəsinə hücu

11:46 135
.

Əmək müqaviləsində dəyişiklik necə rəsmiləşdirilməlidir?

"Əmək müqaviləsinin məzmunu Əmək Məcəlləsinin 43-cü maddəsi ilə tənzimlənir. Bu normaya əsasən, əmək müqaviləsinin məzmunu və quruluşu qanunvericiliyin tələblərinə əməl edilməklə tərəflərin razılığı əsasında müəyyən edilir. Məcəllədə başqa hal nəzərdə tutulmayıbsa, əmək müqaviləsinin şərtləri birtərəfl

11:10 150
.

"Təndir hamamı"nın məlumat lövhəsini söküblər?

Bakının Mərkəzi Parkında yerləşən və "Təndir hamamı" kimi tanınan XIX əsrə aid memarlıq abidəsinin, eləcə də yaxınlığındakı qədim su quyusunun məlumat lövhələrinin yoxa çıxdığı bildirilir. "Qafqazinfo" xəbər verir ki, bu barədə "Bakı Gündəlyi" məlumat yayıb. Paylaşılan fotolarda

15:34 141
.