Azərbaycanda nəşi tapılmayan polkovnikə şəhid statusu verildi - RƏSMİ
14 il əvvəl döyüş təyyarəsinin qəzaya uğraması nəticəsində həyatını itirən pilot polkovnik-leytenant Fəxrəddin Əsgərova 14 ildən sonra şəhidlik statusu verilib.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən (SHXÇDX) Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, şəhidlik statusu ilə bağlı sənədlər F.Əsgərovun ailəsinə təqdim olunub.
Qeyd edək ki, 29 yanvar 2008-ci ildə Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus MiQ-29 döyüş təyyarəsi təlim uçuşu zamanı qəzaya uğrayıb.
Qəza nəticəsində təyyarəni idarə edən hər iki pilot - polkovnik-leytenant Fəxrəddin Əsgərov və kapitan Əfqan Aslanov həlak olub. Ə.Aslanovun cəsədi bir neçə gün sonra dənizdən aşkarlansa da, F. Əsgərovun nəşi tapılmayıb.
O, 31 yaşında ikən polkovnik-leytenant rütbəsinə yüksəlib.
Dövründə keçirilən hərbi paradların təşkilində yüksək fəallıq göstərmiş, Azərbaycan bayrağını Vətən səmasına çəkən ilk pilotlarımızdan olub. Həmin dövrün ən çox uçuş saatı olan pilotu olub.
Xidmət müddətində 24 iyun 2003-cü il tarixdə Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin fərmanı ilə "Hərbi xidmətlərə görə" medalı, 25 iyun 2006-cı il tarixdə Azərbaycan Respublikası Prezidentinin adından, Azərbaycan Respublikası Müdafiə nazirinin əmri ilə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif olunub.
Fəxrəddin Əsgərovun geriyə iki övladı qalıb.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 2445 Tarix: 09 mart 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşTerrorçular əsgərlərə qarşı dronlar atdıqdan sonra İsrail ordusu Hizbullahın infrastrukturuna zərbələr endirib
İsrail ordusunun verdiyi məlumata görə, terrorçuların Əli əl-Taher silsiləsində əməliyyat keçirən əsgərlərə iki partlayıcı dron atmasından sonra İsrail Müdafiə Qüvvələri çərşənbə günü Livanın cənubundakı Nəbatiyyə yaxınlığındakı Hizbullah infrastrukturuna zərbələr endirib. BİG.AZ The Jerusalem Post-
10:33 230 "Poz-Qazan" oyunları avqustda 15 milyon manata yaxın uduş qazandırıb
Ölkənin qanuni lotereya təşkilatçısı və idman mərc oyunları operatoru "Azərlotereya"nın bir-birindən maraqlı "Poz-Qazan" oyunları qazandırmağa davam edir. Avqustda "Poz-Qazan" oyunlarında ümumilikdə 3 052 864 ədəd uduşlu bilet olub. Bu biletlər üzrə ödənilən ümumi uduş məbləğ
13:13 159 Məryəm Üzərlinin makiyajsız halı - Foto
Məşhur aktrisa Məryəm Üzərli sosail media hesabında paylaşım edib. Axşam.az xəbər verir ki, aktrisa makiyajsız fotosunu izləyiciləri ilə bölüşüb. Qeyd edək ki, Məryəm sonuncu dəfə həmkarı Halit Ergençlə "İmrozda bahar" filminə çəkilib
16:57 140 Yeni tədris ili üzrə I sinfə elektron qəbul sentyabrın 3-də başa çatacaq
Mayın 6-dan etibarən həyata keçirilən 2026-2027-ci tədris ili üzrə uşaqların I sinfə elektron qəbulu prosesi 3 sentyabr saat 18:00-da başa çatacaq. Bu barədə BİG.AZ-a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən (MÜTDA) məlumat verilib. Qeyd edilib ki, bu günədək 124 mindən artıq uşağın birinc
10:51 158 "Çudo peçka"nın sahibi, Röyanın eks-qaynatası azadlığa çıxdı - 9 il sonra ..!
Xalq artisti Röyanın eks-qaynatası, məşhur "Çudo peçka" şirniyyat mağazaları şəbəkəsinin sahibi Çingiz Cəlilov 9 il sonra azadlığa çıxıb. Qaynarinfo xəbər verir ki, bu barədə jurnalist Ülviyyə Alovlu məlumat yayıb. Çingiz Cəlilov "Bank Standard"ın ovaxtkı İdarə Heyətinin sədri Səli
11:21 286 Futbolun lideri müəyyən olundu: Messi və Ronaldo müqayisəsi belə BİTDİ
Teleaparıcı Pirs Morqan Kriştiano Ronaldo ilə Lionel Messi arasında kimin daha yaxşı olması ilə bağlı mübahisənin 41 yaşlı portuqaliyalının xeyrinə həll olunduğunu bildirib. xəbər verir ki, o, bu barədə özünün sosial şəbəkə hesabında paylaşım edib. Teleaparıcı Messi və Ronaldonun milli komandalarda vurduqlar
19:00 1 Kreml açıqladı: Putin Ermənistanın Aİ-yə üzvlüyü məsələsini müzakirə edəcək
Rusiya Prezidenti Vladimir Putin Bişkekdə Ermənistanın Baş naziri Nikol Paşinyanla qarşıdakı görüşündə ölkənin Avropa İttifaqına (Aİ) üzvlüyü ilə bağlı referendum məsələsini müzakirə edəcək. xəbər verir ki, RİA Novosti-nin məlumatına görə, bunu Kremlin sözçüsü Dmitri Peskov bildirib. Rusiya liderini
11:20 184 11,1 milyard manat investisiya, cəmi 1,4 faiz artım: Sərmayələr niyə iqtisadiyyatı sürətləndirmir? - İQTİSADÇIDAN AÇIQLAMA
Azərbaycanda investisiyaların həcmi artır, lakin iqtisadi artım bu dinamikanı tam əks etdirmir. 2026-cı ilin yanvar-iyul aylarında ölkə iqtisadiyyatının əsas kapitalına 11,1 milyard manatdan çox vəsait yatırılıb. Sərmayələrin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 10,7 faiz artsa da, ÜDM-də artı
11:39 262 "İşçi qüvvəsinin ixracı" məşğulluq probleminin həllidir, yoxsa problemin ölkədən çıxarılması?
Dövlət Məşğulluq Agentliyinin rəsmi saytında Azərbaycan vətəndaşlarına Türkiyədə yaşlı və xəstə insanlara baxıcı, Sloveniyada isə fəhlə və digər işlər təklif olunur. Bu istiqamətdə həyata keçirilən layihənin "Azərbaycandan işçi qüvvəsinin ixracı" adlandırılması isə xüsusilə diqqət çəkir. Əlbəttə
13:10 211