Hazırkı Azərbaycan filmlərinin nöqsanları nə ilə bağlıdır? - Aktyor, yoxsa büdcə?
Hazırki Azərbaycan filmləri ilə köhnə filmlərimiz arasında böyük fərqlər var. Müqayisə etsək, indiki filmlərdə çox süniliklərə və bir sıra digər problemlərə rast gəlinir. Bəs görəsən, buna səbəb nədir? Azərbaycan filmlərində hazırda hansı nöqsanlar var?
Mövzuyla bağlı BiG.AZ-a Türkiyənin "Savaşçı" filmində rol alan kinorejissor, ssenarist, aktyor Natiq Axund münasibət bildirib.
Onun sözlərinə görə, film çəkmək böyük vəsait tələb edir və əgər vəsait çox olarsa, iş də uğurlu alınar:
"Öncə bunu qeyd edim ki, istedadlı insanlarımız çoxdur. Adətən deyirlər ki, o vaxt istedadlı insanlar çox idi, amma indi yoxdur. Bununla heç vaxt razılaşmamışam. Hazırda da istər aktyor, istər rejissor kimi bacarıqlı insanlar var. Sadəcə şərait o şərait deyil. Hər şey maddiyyatın üzərində dayanır. Çünki film çəkmək böyük vəsait tələb edir. Əgər vəsait çox olarsa, iş də uğurlu alınar. Mənim arzum odur ki, hər kəs istədiyi büdcəni əldə edə bilsin və istədiyi filmi ərsəyə gətirsin. Təbii ki, söhbət peşəkarlıqdan gedir. İstərdim ki, peşəkar insanlara qapılar açılsın, gözəl işlər ortaya çıxsın.
Bu gün qonşu ölkə Türkiyədə bu, artıq böyük bir biznes təşkil edir. Orada dövlət tərəfindən müəyyən dəstəklərin göstərilməsinə baxmayaraq, şirkətlər də filmə, kinoya sponsor olur. Beləliklə, həmin şirkətlər dövlətə vergidən azad olurlar. Yəni vergi vermək əvəzinə, filmə dəstək olurlar, digər tərəfdən də, bununla sponsor kimi özlərini reklam edirlər. Bu şərait isə ölkə tərəfindən yaradılıb.
Bundan başqa, film gözəl alındıqda onun yetərincə müştərisi olur, ölkədən kənara satılır. Elə seriallar var ki, sezonu bitməmiş artıq başqa bir ölkədə paralel yayımlanır. Bundan başqa, onlarda sonra sponsor, baş sponsorlar olur. Yəni onlarla bizim filmlər arasında bu qədər fərq var. Ona görə onların problemi qalmır. 90 nəfərlik bir qrupda hər kəs öz işini bilir, bir rejissorun 4-5 köməkçisi olur. Söhbət hələ ikinci rejissordan gedir.
Ümumiyyətlə, mən "Savaşçı" filmində çəkilərkən setdə müşahidə etdim: əsas rejissorun heç bir əziyyəti yoxdur, çəkiliş məkanında oturub dincəlir. Ümid edirəm ki, nə vaxtsa bizdə də belə olacaq. Biznes tərəfi inkişaf edərsə, yaxşı büdcə olduqdan sonra uğurlu, yüksək işlər ortaya çıxacaq".
Aysel SƏFƏRZADƏ
BiG.Az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşHacı Nuranla bu fotosunu paylaşdı, gündəm oldu
Tanınmış klarnet ifaçısı Hüseyn Məhəmmədoğlunun Hacı Nuran ilə paylaşdığı foto böyük maraqla qarşılanıb. -a istinadən xəbər verir ki, o Hacı Nuranla foto çəkdirərkən üzünü bağlayıb. Klarnet ifaçısı fotonu bu başlıqla paylaşıb: "Diqqət! Diqqət!. Əziz Dostlarım, Hacı Nuranın 4-cu dalğasi başlayıb
17.09.2021 7467 Toyunda ürəkdən "hə" deməsi minlərlə baxış sayı topladı - VİDEO
4 ilə yaxındır sevgili olan tanınmış müğənni Ece Seçkin və pilot Çağrı Terlemez cütlüyü özünə toy edib. xəbər verir ki, bu barədə ifaçı instaqram hesabında bildirib. Seçkinin toyda geyindiyi iki fərqli gəlinlik böyük marağa səbəb olub. Bundan başqa, müğənninin nikah mərasimində "Çağrı Terlemezl
16.09.2021 1693 Zamiqin oğlunun ad günündən - FOTO
Müğənni Zamiq Hüseynovun oğlu Zeynin 2 yaşı tamam olub. Axşam.az-a istinadən xəbər verir ki, sənətçi övladı ilə obyektiv qarşısına keçib. Zamiq birlikdə çəkdirdikləri şəkilləri izləyiciləri ilə bölüşüb. İfaçı paylaşımına "Sən nə böyük sevgisən. Ad günün mübarək, əziz oğlum" qısa şərhini yazı
18.09.2021 5961 "O səs Türkiyə"nin münsifləri açıqlandı
Türkiyənin məşhur aparıcısı, TV 8-in rəhbəri Acun Ilıcalı "O səs Türkiyə"nin yeni mövsümdəki münsiflərini açıqlayıb. xəbər verir ki, münsif kürsüsündə Ebru Gündeş, Oğuzhan Koç, Bəyazid Öztürk və Murad Boz əyləşəcək. Qeyd edək ki, yarışmanın çəkilişlərinə noyabrda başlanılacaq
15.09.2021 2403 "Ata tərəfim Azərbaycandandır" - Acun Ilıcalı
"TV 8"in rəhbəri, aparıcı Acun Ilıcalı "Müge ve Gülşen’le 2.Sayfa" proqramının qonağı olub. Axşam.az-a istinadən xəbər verir ki, aparıcılar Acuna gənc qalmasının sirrini soruşublar. O, isə söhbət zamanı ata tərəfinin Azərbaycan köklü olduğunu deyib. Acun bildirib ki, gənc qalmasını
16.09.2021 2120 Koronavirus bəlası sənət adamları arasında - Kimlər peyvənd olunub?
Son günlər bir neçə yerli sənət adamının koronavirusa yoluxma xəbəri medianın gündəminə çevrildi. Bütün dünyanı cənginə alan bu xəstəliyə yoluxub sağalanları görsək də, çox təəssüf ki, gözlənilməz şəkildə həyatını itirən sənətkarlar da oldu. Belə bir məqamda həmin sənətçilərin xəstəlikdən öncə peyvən
16.09.2021 1870 Türkan Şoray son görünüşü ilə GÜNDƏM OLDU - FOTO
Türkiyə kinosunun ulduzu Türkan Şoray 76 yaşını tamamlayıb. Aktrisanın 20 kilo arıqlayaraq əvvəlki formasına qayıtması diqqətdən yayınmayıb. Onun fransız üsulu ilə (üzün saplarla dartılması) arıqlaması da bildirilir. Qatıldığı bir məclisdə cazibədar aktrisanı görənlər heyrətlərini gizlədə bilməyiblər
18.09.2021 4536 Afət Fərmanqızı qısa "şortik"də DİQQƏT ÇƏKDİ - FOTOLAR
Müğənni Afət Fərmanqızı istirahətə yollanıb. xəbər verir ki, müğənni istirahətindən sosial media hesabında paylaşımlar edib. Paylaşdığı fotolarda Afətin qısa şortikdə olması diqqətdən yayınmayıb. Həmin fotoları təqdim edirik:
16.09.2021 7310 Əməkdar artist vəfat etdi - FOTO
Əməkdar artist Çiçək Rzayeva vəfat edib. -ın məlumatına görə, Rzayeva Çiçək Məmmədhüseyn qızı ötən gün 77 yaşında dünyasını dəyişib. Qeyd edək ki, Çiçək Rzayeva 1944-cü ildə Bakıda anadan olub. Onun Azərbaycan arfa sənətində müəllimi Aida Abdullayevadan sonra böyük xidmətləri olub. Çiçək Rzayeva arf
16.09.2021 7387