Həyat yoldaşından ayrı qalan Nadir ağladı

Həyat yoldaşından ayrı qalan Nadir ağladı"Bizim ailədə qız olmayıb. Harada qız görürdüm, gözüm yaşarırdı. Arzulayırdım mənimdə qızım olsun belə geyindirərdim, nazını çəkərdim. Allah vermədi".

BiG.AZ Axşam.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni Nadir Qafarzadə "Söhbət musiqidən gedir" proqramında deyib. Sənətçi bir neçə ay əvvəl evləndirdiyi oğlu Loğmandan danışıb. Nadir gəlini ilə münasibətindən söz açıb:

"İndi ailəmizə gələn Əntiqəmiz mənim qızımdır. Ona gəlinim, Əntiqə demirəm. Ona "qızım" deyirəm. O isə mənə "Nadir müəllim" deyir. Xoşdur... Deyirəm, əsas həyat yoldaşını sev. O qədər razıyam ki, hər gün iki dəfə zəng edir. Yoldaşım Moskvada Əzizin (ikinci oğlu - red.) yanındadır. Evdə təkəm, istəmirəm yük olam. Zəng edir ki, yemək yeməmişik, sizi gözləyirik. Deyirəm, narahat olmayın, getmirəm".

Nadir nəvəsi üçün aldığı qızıl əmzikdən söz açıb:

"Yoldaşımla xaricə gedəndə həmişə uşaq mağazalarına giririk. Nəsə alırdıq, həvəsimiz var. Bilirsiz, evdə nə qədər uşaq paltarı var? Qızıl əmziyi də 10 il əvvəl almışıq. Qismət olsun...

Oğullarımın heç biri mənə kömək etməyib, istəmirəm də... İçimdə gənclik var, bütün çətinlikləri özüm atlayıram. Gəlib hansısa bir pillədə varamsa, Allahıma minnətdaram. Güclü insanam, sınmaqdan qorxmuram.

Təşəkkür görməyən insanam. Bunu görməyəndə həyatdan küsürsən. Səhər yuxudan oyananda hamı deyir, Allahım, mənə ruzi ver. Mən deyirəm ki, Allahım, mənim canımı al. Axı yaxşılıq edirəm, qarşılığını ala bilmirəm".

Həyat yoldaşı Sevincdən bir müddətdir uzaq qalan Nadir "Yeri görünür. O gün deyirəm, Sevinc necə yerin görünür sənin" sözlərini söyləyib və ağlayıb.


BiG.Az
Telegramda izləyin
Şou biznes   Baxılıb: 2312   Tarix: 15 mart 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Qohumlarım baxır, etməyin" - Görünüşünü tənqid edənlərə əsəbiləşdi

Aktrisa Xuraman Əlizadə sosial şəbəkədə ünvanına yazılan tənqidlərə əsəbiləşib. Axşam.az xəbər verir ki, sənətçi canlı yayım zamanı görünüşü ilə bağlı yazılan mənfi rəylərə münasibət bildirib. O, bəzi insanların qadınların xarici görünüşünü tənqid etməsini sərt şəkildə qınayıb. "Qohumum, tanışı

29.08.2026 214
.

Sevda 16 il əvvəl ona qadağan edilən arzusunu gerçəkləşdirəcək

"Sonuncu dəfə 11 il əvvəl tamaşaçılarımla görüşmüşdüm. 2015-ci ildə Yaşıl Teatrda tamaşaçılarımın qarşısına çıxmışdım. Uzun fasilədən sonra yenidən sevənlərimlə görüşmək həyəcanvericidir". Axşam.az xəbər verir ki, bu sözləri müğənni Sevda Yahyayeva deyib. Oktyabrın 17-də solo konsert verməy

22.08.2026 505
.

Kerem Bürsin əməliyyat olundu

Türkiyəli aktyor Kerem Bürsin əməliyyat olunub. Axşam.az xəbər verir ki, o, bu barədə xəstəxanadan paylaşım edib. Sənətçi boyun yırtığından əməliyyat olunub. "Dolu-dolu bir həftəni geridə qoyduq. Şükür edərək və irəliyə doğru addımlayaraq" deyə, Bürsin paylaşımına yazıb

29.08.2026 215
.

Nəzrin qızı ilə foto paylaşdı

Bloger Nəzrin Nəcəfova qızı ilə foto paylaşıb. Axşam.az xəbər verir ki, Nəzrin övladı ilə çəkdiridiyi şəklə "anasının həyatı" qısa şərhini yazıb. Qeyd edək ki, Xalq artisti Mələkxanım Eyubovanın qızı olan Nəzrin müğənni Mərdan Kazımovla ailəlidir

20.08.2026 575
.

Kamil Zeynallı: "Elədiyim hərəkəti də bilməmişdim, çox peşman oluram..."

Tanınmış fitnes məşqçisi Kamil Zeynallı keçmişi ilə bağlı etirafı ilə diqqət çəkib. İdmançı vaxtilə törətdiyi əməldən peşman olduğunu və həbsdə olduğu dövrün həyatında dönüş nöqtəsinə çevrildiyini bildirib. Kamil Zeynallı bıçaqlanma hadisəsi ilə bağlı həbs olunduğunu xatırladıb:. "Başıma çox işlə

22.08.2026 596
.

"Allahım, qızımı sənə əmanət edirəm, onu qoru"

Əməkdar artist Aybəniz Haşımova bloger qızı Aynişan Quliyeva ilə bağlı paylaşım edib. Axşam.az xəbər verir ki, ifaçı qızı ilə yayımladığı fotoya bunları yazıb:. "Şükür olsun sənə, Rəbbim. Hər zaman məni eşidirsən, heç kimin yanında utandırmırsan. Qarşıma çıxan insanlara az da olsa kömək edə bilməyi

28.08.2026 421
.

"Mən heç səni unutmadım"

Aktyor Elşən Orucov mərhum həmkarı və dostu Azər Baxşəliyevi yad edib. Axşam.az xəbər verir ki, sənətçi onunla birlikdə çəkdirdiyi görüntülərdən video hazırlayaraq sosial şəbəkə hesabında paylaşıb. Elşən videonu "Mən heç səni unutmadım" sözləri ilə yayımlayıb. Qeyd edək ki, Azər Baxşəliye

22.08.2026 345
.

"Tərcüməçi" filminin aktyoru Maykl Rayt vəfat etdi

"Tərcüməçi" ("The Interpreter") və "Şuqar Hill" ("Sugar Hill", 1993) filmlərindəki rolları ilə tanınan ABŞ-li aktyor Maykl Rayt 70 yaşında vəfat edib. xəbər verir ki, bu barədə aktyorun ailəsi TMZ portalına məlumat verib. Rayt avqustun 19-da Los-Ancelesdə vəfa

23.08.2026 278
.

Məşhur aktyor bacısının toyuna getmədi - İLGİNC SƏBƏB - VİDEO

Məşhur aktyor Burak Özçivitin bacısı Burçun Özçivit ailə həyatı qurub. xəbər verir ki, toy mərasimi Samsunun Bafra rayonunda keçirilib. Özçivit ailəsinin üzvləri və yaxın dostlarının iştirak etdiyi mərasimdə Burak Özçivit və həyat yoldaşı Fahriye Evcenin olmaması diqqət çəkib. Məlumata görə, Burak Özçivi

30.08.2026 521
.