Aktyor olmaq istəmədi, həyat yoldaşı onu tərk etdi...

Aktyor olmaq istəmədi, həyat yoldaşı onu tərk etdi...Bu gün Xalq artisti Rafael Dadaşovun anım günüdür.

BiG.AZ Kulis.az-a istinadən bu münasibətlə mərhum aktyor haqda maraqlı faktları təqdim edir.

Rafael Məlik oğlu Dadaşov 4 yanvar 1946-cı ildə Zaqatala rayonunda aktyor Məlik Dadaşovun və Sofiya Hüseynovanın ailəsində anadan olub. Amma bu ailənin ömrü uzun olmur. Bir müddət Bakıda yaşayan cütlük 1955-ci ildə ayrılmaq qərarına gəlir. Sofiya Hüseynova balaca Rafaeli də götürüb Naxçıvana - doğma teatra qayıdır.

Bəzi mənbələrdə Məlik Dadaşovun Sofiyadan olan oğlu Rafaelə sahib çıxmadığı yazılır. Bu fakt Rafael Dadaşovun verdiyi müsahibələrdə atası haqqında çox danışmaq istəməməsi və anasının onu təkbaşına böyütməsini söyləməsi ilə uyğun gəlir.

Nənəsi aktrisa Xədicə Qazıyevanın himayəsində böyüyən Rafael Dadaşov orta məktəbi bitirəndən sonra Moskvada sirk üzrə rejissorluq fakültəsinə daxil olur. Oranı bitirəndən sonra sirkdə işləməyə başlayır. Rafael Dadaşov valideynlərindən fərqli olaraq aktyor olmaq istəmir. Ancaq iş elə gətirir ki, yenidən Naxçıvana nənəsinin yanına gedib bir müddət orada nazirlikdə işləyir, diktor kimi fəaliyyət göstərir.

Elə həmin ərəfədə rejissor Tofiq Kazımov 1975-ci ildə onu teatra dəvət edib deyir, qurtardın bu qaraçı həyatından? Gəl, gəl teatra, Don Juan rolunu sənə verəcəm. Rafael Dadaşov razılaşır, amma sınaq rolu kimi ifa edəcəyini bildirir. O, Tofiq Kazımova deyir ki, əgər Don Juan rolu alınmasa, həmişəlik teatrdan uzaqlaşacaq. Ancaq həmin rol aktyora uğur gətirir. O, Akademik Milli Dram Teatrının truppasına daxil olur.

Hələ gənclik illərində Azərbaycanın Allen Delonu adını alan aktyor Dram Teatrında "Hamlet", "Heç nədən hay küy", "Cehizsiz qız", "Səhra yuxuları", "Xurşidbanu Natəvan", "Büllur sarayda", "Unuda bilmirəm", "İblis", "Şəhərin yay günləri", "Qılınc və qələm", "Sevgililərin cəhənnəmdə vüsalı", "Sokratı anma gecəsi", "Afət", "Ölülər" tamaşalarında uğurlu rollar ifa edir. Aktyorun səhnədəki son rolu "Müfəttiş" tamaşasındakı Anton Antonoviç Skvoznik-Dmuxanovski obrazı olur.

Bundan başqa Rafael Dadaşov "Ötən ilin son gecəsi", "Mehmanxana sahibəsi", "Səni axtarıram", "Topal Teymur", "Ordan-burdan" kimi televiziya tamaşalarında ona məşhurluq gətirən rollarda çıxış edir.

Aktyorun zəngin səhnə həyatı olsa da, kino həyatı o qədər də geniş olmayıb. O, karyerası boyu "Var olun qızlar", "Yarımçıq qalmış serenada", "Bəxt üzüyü", "Mənim ağ şəhərim" filmlərinə çəkilib. Kinoya çəkilməməsini Rafael Dadaşov müsahibələrinin birində birbaşa rejissor Adil İsgəndərovun adl ilə bağlayır:

"Bu məsələ Adil İskəndərovla Məlik Dadaşovun arasında yaranan çox ciddi mübahisə ilə bağlı idi. Zamanında Məlik Dadaşov Adil İskəndərovun yarasına duz səpmişdi. Görünür Adil müəllim də bunu yaddan çıxarmamış, yeri gəldikcə onun oğluna müəyyən sərhədlər qoyurdu. O, mənim kinoda çəkilməyimə imkan vermədi. "Qaynana" filmində İlqar roluna, "Dəli Kür"də Şamxala, "Mən ki gözəl deyildim"də Məzahirə. "Babək" filmində başqa bir rola çəkilməyə qoymadı. Eldar Quliyev "Var olun qızlar" filminə məni dəvət edəndə sirkdə işləyirdim. Sınaq çəkilişlərinə gələndə mən ona dedim, Eldar müəllim, onsuz da siz məni çəkməyəcəksiniz. O da dedi, niyə belə deyirsən? Dedim, vallah məni nə qədər sınaq çəkilişlərinə dəvət ediblər, ifamı da bəyəniblər, amma filmə gəlib çatanda çəkməyiblər. O, mənə sınaq çəkilişlərinə qarışmamağı məsləhət gördü. Eldar müəllim balaca adam deyildi, atası Tofiq Quliyev isə böyük masştablı sənətkar idi. Ona görə də Adil İskəndərov mənim həmin filmə çəkilməyimə mane ola bilmədi."

Aktyor 80-ci illərin sonunda öz əmisiqızı Sədaqət Dadaşova ilə ailə həyatı qurub. Bu evlilikdən onların üç övladı dünyaya gəlib. Lakin, bir müddət sonra aktyorun xanımı onu tərk edərək evdən gedir və başqa bir insanla ailə qurur. Bu gediş aktyor üçün böyük zərbə olsa da, o, ikinci dəfə heç kimlə ailə həyatı qurmur, ömrünü övladlarını böyütməyə həsr edir.

Rafael Dadaşovun ən çox ifa etmək istədiyi obraz Hamlet olub. Buna isə nail ola bilməyib. O, müsahibələrinin birində bu haqda deyir:

"Mən heç vaxt rejissorlardan rol istəməmişəm. Yeganə Hamlet rolu idi ki, Azərpaşadan istədim, o rolu mənə vermədi. Mən hətta o vaxt teatrın direktoru Həsən Turabovdan da o rola görə xahiş etmişdim. Onlar rolu mənə yox, başqa aktyora verdilər. Düz 9 aydan sonra məni çağırdılar ki, gəl kralı məşq elə. Mən də həmin vaxt "Fedra" tamaşasına hazırlaşırdım. Gəldim teatra və 3 aya həmin rolu hazırladım".

Aktyor Xalq artisti adını çox gec, 60 yaşında alıb. Aktyorun özünün sözlərinə görə onun on yeddi il müddətində ad almamasına o vaxtkı Mədəniyyət naziri Polad Bülbüloğlu mane olub.

Aktyora qarşı uzun illər işlədiyi teatrda da müəyyən haqsızlıqlar olub. Belə ki, teatrda da onun işdən çıxarılması üçün beş nəfər səs verib. Aktyor bu haqda son müsahibəsində deyir:

"Teatrda kimsə özündən seçki uydurub ortalığa çıxarmışdı. Mənim də adımı gizli səsvermə yolu ilə yazıb divara vurmuşdular. Adımı siyahıda görəndə məni ağlamaq tutdu. Heç vaxt ağlıma gəlməzdi ki, dost münasibətində, salam-sağ olum olan adamlar mənim teatrdan çıxmağımı istəsinlər. Onda atam gördü mən pərişanam, məni kənara çəkib dedi:

"Bilirsən niyə o beş nəfər sənin əleyhinə səs verib? Ona görə ki, sən güclüsən və o beş nəfərə mane olursan. Onlar sənin yerini tutmaq istəyir. Sən kədərlənmə, əksinə sevin ki, güclüsən".

Bunu bir dəfə demişəm, yenə də deyirəm: Əgər bu teatr sənətin Vatikanıdırsa, biz buranın kardinallarıyıq".

Ömrünün son illəri artıq çəkidən və ürək xəstəliyindən əziyyət çəkən aktyor 2019-cu il dekabrın 2-də axşam saatlarında ürəyin işemik xəstəliyi, infarktdan sonrakı kardioskleroz və ağciyərlərin xroniki abstruktiv xəstəliyi diaqnozu ilə Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilir. 2020-ci il martın 16-da 74 yaşında vəfat edir.


BiG.Az
Telegramda izləyin
Şou biznes   Baxılıb: 1997   Tarix: 16 mart 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

"Mən hələ də ona eyni sevgi ilə baxıram"

Əməkdar artist Abbas Bağırov doğum günü münasibətilə sosial media hesabında paylaşım edib. Axşam.az xəbər verir ki, sənətçi paylaşımında həyatında qazandığı insanların və yaşadığı gözəl anların onun üçün ən böyük dəyər olduğunu bildirib:. "Həyatımın daha bir ilini geridə qoyuram. İllər keçdikc

29.08.2026 211
.

"Allahım, qızımı sənə əmanət edirəm, onu qoru"

Əməkdar artist Aybəniz Haşımova bloger qızı Aynişan Quliyeva ilə bağlı paylaşım edib. Axşam.az xəbər verir ki, ifaçı qızı ilə yayımladığı fotoya bunları yazıb:. "Şükür olsun sənə, Rəbbim. Hər zaman məni eşidirsən, heç kimin yanında utandırmırsan. Qarşıma çıxan insanlara az da olsa kömək edə bilməyi

28.08.2026 421
.

"Ajda Pekkanın stilisti saçlarımı məhv etdi"

Aparıcı Xoşqədəm Hidayətqızı Türkiyədə qarşılaşdığı hadisə ilə bağlı sosial mediada şərh bildirib. Axşam.az-ın məlumatına görə, aparıcı türkiyəli müğənni Ajda Pekkanın stilistinin saçlarını yandırdığını açıqlayıb:. "Oxşar hissi keçən il yaşadım və davam edir. Üç il qulluq etdim, proqram zamanı dah

18.08.2026 516
.

"Yalı çapkını"nın ulduzlarının övladı olacaq

Türkiyəli aktrisa Beril Pozamla aktyor həyat yoldaşı Ersin Arıcının övladı olacaq. Axşam.az xəbər verir ki, bu barədə aktrisa özü açıqlama yayıb. Qeyd edək ki, cütlük "Yalı çapkını" serialında tanış olub. Beril və Ersin iki ildir evlidir

19.08.2026 685
.

"Mənim dayağım, həyat yoldaşım" - Foto

Əməkdar artist Rəşidə Rəşid həyat yoldaşı, jurnalist və publisist Kamil Şahverdinin fotosunu sosial şəbəkədə paylaşıb. Axşam.az xəbər verir ki, sənətçi paylaşımında həyat yoldaşı haqqında xoş sözlər yazıb və onu həyatının dayağı adlandırıb:. "Bu, mənim həyat yoldaşımdır. Hansı ki, bütün ömrü boy

29.08.2026 255
.

Aysun İsmayılova: "Əgər bir qadın ‘2-ci dəfə sevirəm’ deyirsə, demək birinci kişidə problem var"

Müğənni Aysun İsmayılova sosial şəbəkə paylaşımı ilə diqqət çəkib. xəbər verir ki, sənətçi qadınların münasibətləri və ikinci dəfə sevgi yaşaması ilə bağlı fikirlərini bölüşüb. Onun səsləndirdiyi fikirlər izləyicilər arasında müzakirələrə səbəb olub. "Əgər bir qadın 'ikinci dəfə sevirəm'

23.08.2026 439
.

"Qohumlarım baxır, etməyin" - Görünüşünü tənqid edənlərə əsəbiləşdi

Aktrisa Xuraman Əlizadə sosial şəbəkədə ünvanına yazılan tənqidlərə əsəbiləşib. Axşam.az xəbər verir ki, sənətçi canlı yayım zamanı görünüşü ilə bağlı yazılan mənfi rəylərə münasibət bildirib. O, bəzi insanların qadınların xarici görünüşünü tənqid etməsini sərt şəkildə qınayıb. "Qohumum, tanışı

29.08.2026 214
.

Sevda 16 il əvvəl ona qadağan edilən arzusunu gerçəkləşdirəcək

"Sonuncu dəfə 11 il əvvəl tamaşaçılarımla görüşmüşdüm. 2015-ci ildə Yaşıl Teatrda tamaşaçılarımın qarşısına çıxmışdım. Uzun fasilədən sonra yenidən sevənlərimlə görüşmək həyəcanvericidir". Axşam.az xəbər verir ki, bu sözləri müğənni Sevda Yahyayeva deyib. Oktyabrın 17-də solo konsert verməy

22.08.2026 505
.

"BTS" üzvünün hesabını sındıran şəxsə 20 il həbs

Cənubi Koreyanın Seul şəhərində məhkəmə məşhur "BTS" qrupunun üzvü Çonqukun hesabını sındıraraq onun vəsaitlərini oğurlamağa çalışan şəxsi 20 il müddətinə azadlıqdan məhrum edib. Axşam.az xəbər verir ki, məhkum Çun soyadlı Çin vətəndaşıdır. O, dələduzluq və informasiya şəbəkələri ilə bağl

22.08.2026 288
.