Alen Delon kimi evtanaziya ilə ölümü seçən MƏŞHURLAR

Alen Delon kimi evtanaziya ilə ölümü seçən MƏŞHURLARDünya şöhrətli fransız aktyoru 86 yaşlı Alen Delon evtanaziya (sağalmaz xəstəlikdən əziyyət çəkən insanı həyatdan məhrum etmək) edərək həyatını sonlandırmaq qərarına gəlib.

BiG.AZ-ın Lent.az-a istinadla xəbərinə görə, fransız kinosunun əfsanəsi və kinematoqrafiyanın ən yaraşıqlı kişilərindən birinin son illərdə səhhətində problemlər yaranıb və 2019-cu ildə Delon ikiqat insult keçirib.

Evtanaziya xəstənin istəyi və ya əvvəlcədən razılığı ilə həyata keçirilir.

Avstriyalı psixoloq Ziqmund Freyd xərçəngin sağalmaz formasına yoluxduğu üçün evtanaziyaya əl atıb.

Evtanaziyanı qanuniləşdirən ilk ölkə Hollandiya olub. Bu, 1984-cü ildə baş verib.

Uşaqlar üçün evtanaziya 2014-cü ildə Belçikada qanuniləşdirilib.

Bəzi ölkələrdə bu prosedura icazə verilir, Azərbaycanda isə qadağandır. Bir sıra ölkələr passiv evtanaziyaya da icazə verir.

Hansı məşhur insanlar evtanaziyanı seçiblər?

Roqi Viq - hollandiyalı şair və nasir, bir sıra milli ədəbi mükafatların laureatıdır.

2015-ci ildə o, uzun illər depressiyadan əziyyət çəkdiyi, tez-tez psixiatrik xəstəxanaya düşdüyü və üç dəfə intihara cəhd etdiyi üçün evtanaziyanı seçib. Viq öləndə 52 yaşında olub.

Uilyam Patrik Kinsella – kanadalı şair.

Əsərləri əsasında "Arzularının tarlası" və "Aşiq Liberman" filmləri çəkilib. Kinsella ədəbi mükafatlar laureatıdır, Kanada süvari və Britaniya Kolumbiya ordenlərinin mükafatçısıdır.

Kinsella həyatının son illərində fiziki zəiflikdən, tez-tez xəstəliklərdən əziyyət çəkirdi, o həm da qəzaya düşmüşdü, nəticədə kəllə-beyin travması almışdı.

Şair şəkər xəstəliyindən də əziyyət çəkirdi. 81 yaşında, 2016-cı ildə Uilyam Patrik Britaniya Kolumbiyasında qanuni evtanaziya hüququndan istifadə etmək qərarına gəlib.

Anna Mariya Hertrud Şmidt – niderlandlı yazıçı. Anna keşiş ailəsində anadan olmasına baxmayaraq, qatı ateist kimi böyümüşdü.

İkinci Dünya Müharibəsindən sonra Anna Şmidt uşaq kitabları yazmağa başlamışdı.

Hollandiyada onu "Milli ədəbiyyatının kraliçası" və dünyanın ən hazırcavab nənəsi adlandırırlar.

84 yaşı tamam olandan bir gün sonra Anna Mariya Hertrud Şmidt evtanaziya ilə vəfat edib. Amsterdamda dəfn edilib.


BiG.Az
Telegramda izləyin
Şou biznes   Baxılıb: 2530   Tarix: 22 mart 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Emre Kaya pərəstişkarını məhkəməyə verdi

Türkiyəli müğənni Emre Kaya pərəstişkarından şikayətçi olub. Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, buna səbəb isə Cihangir adlı şəxsin intihara təşəbbüs etdiyi anın videosunu sənətçiyə göndərərək, "gözünün qabağında özümü öldürəcəyəm" ismarışını yazması olub. Həmin şəxsdən izaha

17.09.2021 637
.

"Bütün dünya bizim toyumuzdan danışacaq"

Sosial şəbəkə fenomeni Şeyma Subaşının misirli sevgilisi Mohammed Alsaloussi ilə evlilik planlarından danışıb. Axşam.az-a istinadən xəbər verir ki, Şeyma hazırda hər hansı tarix müəyyən etmədiklərini açıqlayıb: . "Bir gün mənə dedi ki, elə bir toy edəcəyəm ki, bütün dünya bir il boyunca bizim haqqımızd

16.09.2021 2225
.

Özcan Dəniz hakim qarşısına çıxdı

Keçmiş həyat yoldaşı Feyza Aktana şiddət göstərməsi səbəbi ilə məhkəməlik olan türkiyəli aktyor Özcan Dəniz hakim qarşısına çıxıb. Axşam.az-a istinadən xəbər verir ki, 1 il 6 ay həbsi tələb olunan aktyor Feyza Aktanın yalan dediyini bildirib:. "Övladımın qəyyumluğunu istədiyim üçün məni çətin vəziyyət

16.09.2021 1271
.

Səyyad Əlizadə ECMO cihazına qoşuldu - YENİLƏNİB

Koronavirusa yoluxan sənətçi Səyyad Əlizadə ECMO cihazına qoşulub. Bu barədə -a onun qohumu Razim Qasımov məlumat verib. O bildirib ki, sənətçinin ağciyərlərinin yalnız 30 faizi çalışır:. "Ciyərlərin 70 %-də buzlu şüşə aşkarlanıb. Müalicəsi davam etdirilir. Süni koma vəziyyətində saxlanılır"

17.09.2021 4147
.

"Bu missiyam da tamamlandı" - Afaq Gəncəli

"16 il. Əlvida, Azad Azərbaycan. Hər kəsin yolu açıq olsun. Mənim də rolum bu kanalda bura qədər idi". Axşam.az-a istinadən xəbər verir ki, bu sözləri aparıcı Afaq Gəncəli bildirib. Artıq "Xəzər TV"də yeni işə bağlayan Afaq xatirələrini bölüşüb:. "Kitab kimi yaşayıram, hər səhifəmd

16.09.2021 1999
.

Koronavirus bəlası sənət adamları arasında - Kimlər peyvənd olunub?

Son günlər bir neçə yerli sənət adamının koronavirusa yoluxma xəbəri medianın gündəminə çevrildi. Bütün dünyanı cənginə alan bu xəstəliyə yoluxub sağalanları görsək də, çox təəssüf ki, gözlənilməz şəkildə həyatını itirən sənətkarlar da oldu. Belə bir məqamda həmin sənətçilərin xəstəlikdən öncə peyvən

16.09.2021 1870
.

"Kalp yarası"nda yeni aktyor - Foto

Reytinqlərdə ilk sırada yer alan "Kalp yarası" serialına yeni aktyor daxil olub. Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ekran işində Görkem Mertsöz rol alacaq. Aktyor serialda psixoloq obrazına həyat verəcək

17.09.2021 3104
.

"O səs Türkiyə"nin münsifləri açıqlandı

Türkiyənin məşhur aparıcısı, TV 8-in rəhbəri Acun Ilıcalı "O səs Türkiyə"nin yeni mövsümdəki münsiflərini açıqlayıb. xəbər verir ki, münsif kürsüsündə Ebru Gündeş, Oğuzhan Koç, Bəyazid Öztürk və Murad Boz əyləşəcək. Qeyd edək ki, yarışmanın çəkilişlərinə noyabrda başlanılacaq

15.09.2021 2403
.

İlin ən gözəl qadını seçildi

"Glamour Magazine" jurnalında dərc olunan məqalədə ilin ən gözəl qadınının adı açıqlanıb. Axşam.az-a istinadən xəbər verir ki, bu ada türkiyəli aktrisa Hande Erçel layiq görülüb. Qeyd edək ki, aktrisa sonuncu dəfə "Sen çal kapımı" serialında baş rolu canlandırıb

17.09.2021 8355
.