Altı dəfə ərə gedən Seda Sayan neçə il evli qalıb? - FOTO
Xəbər verildiyi kimi, Türkiyənin tanınmış müğənnisi Seda Sayan aparıcısı olduğu "Sabahın sultanı" verilişində solist olan Çağlar Öktenin evlilik təklifinə "Hə" deyib.
BiG.AZ-ın Lent.az-a istinadla məlumatına görə, özündən 25 yaş kiçik musiqiçi ilə nikah masasına oturacağını açıqlayan 59 yaşlı sənətçi "Uşağımın atası (Oğulcan Engin) istisna olmaqla, qalan evliliklərimi saymıram", sözləri ilə yenidən gündəmə gəlib.
"Yaş fərqi önəmli deyil"
Ötən günlərdə '2. Səhifə" proqramının canlı yayımına telefonla qoşulan Seda Sayandan sevgilisi ilə arasında 25 yaş fərq olması məsələsinə belə cavab verib: "Yaş fərqinə aludə olanlara deyirəm; biz bunun fərqində deyilik, onlar da olmasınlar. Sevginin yaşı yoxdur. Ağıl yaşda deyil başdadır. Qarşımda sevgi duyduğum bir kişi var. Başqalarının 70 sevgilisi var, danışılmır, sən altı ərə dəgə gedirsən, danışılır. Bu, bizim vecimizə də deyil".
Evlilik təklifinin necə gəldiyini izah edən müğənni isə bunları deyib: "Çağlar məni evlənməyə razı salmadı, mən onu razı saldım. Heç gözləmədiyim bir anda, Sevgililər günündə evlilik təklifi aldım. Çağların bu hərəkəti məni həm təəccübləndirdi, həm də duyğulandırdı. Ona görə də "sonsuza qədər "hə" dedim. Fevralın 14-də onun yanına getdim. Gecə bitəndə hamı getdi. Həmin gecə Çağlar diz çökərək evlilik təklifi etdi".
Proqram ortağı Çağlar Ökten ilə may ayında nikah bağlamağa hazırlaşan müğənni yeddinci evliliyindən əvvəl verdiyi açıqlamalarla diqqət çəkib və keçmiş münasibətləri də gündəmə gəlib.
Keçmiş futbolçu Sinan Engin və Seda Sayan 1990-cı ildə ailə qurub, eyni ildə Oğulcan adını verdikləri oğulları dünyaya gəlib.
Məşhur cütlük 1995-ci ildə boşanıb.
Müğənninin Rıdvan Kılıç, Soner Yapcacık, Tuncay Kıratlı və Gökhan Şükürlə evliliyi bir ildən sonra bitib. Onur Şanla 2 il evli olan müğənninin Sinan Enginlə evliliyi isə 5 il sürüb.

BiG.Az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşMiss Mister Of Azerbaijan 2026 - Final Gecəsi
Ollin Professional`ın baş sponsorluğu ilə keçirilən Miss Mister Of Azerbaijan 2026 Milli Gözəllik Müsabiqəsinin final gecəsi 28 oktyabr Elektra Events Hall`da baş tutdu. Müsabiqədə münsiflər heyəti, zalda əyləşən tamaşaçılar və idarə heyətinin verdiyi səslərlə qaliblər müəyyən olundur. Layihənin Münsi
03.11.2026 625 Murad Adıgözəlzadə və Ayselin qızı - VİDEO
"Avroviziya" təmsilçilərimizdən olan Aysel Teymurzadə qızı Leyla ilə bağlı paylaşım edib. Bizim.Media xəbər verir ki, müğənni övladının rəqs festivalındakı çıxışını sosial şəbəkə hesabında yayımlayıb. İfaçı qızının görüntüsünə "Mənim sevgim, Leyla" şərhini yazıb. Qeyd edək ki, Ayse
07.11.2026 505 "Mən əməliyyatda olanda bacımın ürəyi gedib"
"Oğlum da, qızım da, bacım da etiraz etdi. Hara gedirdimsə, deyirdilər ki, əməliyyat etdirmə. Amma mən qərar vermişdim, özümü buna hazırlamışdım". Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Mətanət İsgəndərli TMB-də qonaq olarkən deyib. Abdominoplastika əməliyyatı keçirən müğənni həmi
31.10.2026 522 "Dərddən şəkərim qalxdı"
Müğənni İbrahim Borçalı səhhəti ilə bağlı açıqlama verib. Axşam.az xəbər verir ki, sənətçi bu barədə "Bəh-bəh" verilişində danışıb. O, şirniyyatı çox sevdiyini, lakin şəkər xəstəliyinə görə ondan uzaq durmağa çalışdığını bildirib:. "Şirniyyatı xoşlayıram. Amma dərddən şəkərim qalxdı deyə
31.10.2026 495 Zaur və Günaydan Zəfər Günü ilə bağlı təbrik - VİDEO
Tanınmış teleaparıcılar Zaur və Günay Baxşəliyevlər 8 Noyabr - Zəfər Günü münasibətilə paylaşım ediblər. BİG.AZ xəbər verir ki, cütlük sosial şəbəkə hesablarında video paylaşaraq Azərbaycanın şanlı Zəfər Gününü təbrik edib. Azərbaycanın tarixi Qələbəsinə həsr olunan görüntülərdə aparıcılar Zəfər Gününü
07.11.2026 226 39 yaşlı aktyor faciəli şəkildə öldü
Rusiyalı aktyor İvan Skitsan vəfat edib. Axşam.az xəbər verir ki, aktyor 39 yaşında dünyasını dəyişib. Onun ölümünün səbəbi ilə bağlı "Mash" teleqram kanalı məlumat yayıb. Nəşrin iddiasına görə, anadangəlmə qida borusu daralmasından əziyyət çəkən İvan elə bu səbəbdən 10-dan çox əməliyyat keçirib
20:15 0 "Qafqaz əsiri"nin ulduzu da "qara siyahı"ya salındı
"Qafqaz əsiri və ya Şurikin yeni macəraları" filmində "Nina" obrazını canlandıran Xalq artisti Natalya Varley Ukrayna kəşfiyyatının məlumat bazasına daxil edilib. Axşam.az xəbər verir ki, buna səbəb kimi onun Rusiyanın hərbi əməliyyatlarına və rusiyalı hərbçilərə dəstək verməsi, Rusiyanı
20:00 0 Gözəllik müsabiqəsinin qalibləri bəlli oldu
Elektra Events Hall"da keçirilən "Miss & Mister Of Azerbaijan 2026" gözəllik müsabiqəsinin qalibləri bəlli oldu. Showmedia xəbər verir ki, münsif heyətininin verdiyi səsə, tamaşaçıların verdiyi səsə və idarə heyətinin verdiyi qərara əsasən "Miss Of Azerbaijan 2026" qalib
31.10.2026 783 Rejissor ayrıldı, aktyorlardan endirim istənildi
Baş rollarını Hazal Subaşı və Birkan Sokullunun paylaşacağı "Evlat" serialında dəyişikliyi olub. Axşam.az xəbər verir ki, çəkilişləri hələ başlamayan serialdan rejissor Neslihan Yeşilyurt ayrılıb. Onu bu vəzifədə Çağatay Tosun əvəzləyib. Bundan başqa, "ATV"də yayımlanacaq serialı
07.11.2026 223