"Avroviziya"ya kişi müğənnilərin getməsinin tərəfdarıyam"
"Bir iştirakçını peşəkarlar seçibsə, o, müzakirə olunmur. İstedadlı gəncdir. Onun tərbiyəsini çox bəyənirəm. Bir insan iddialıdırsa, o, nailiyyət əldə etməyəcək. Düşünməlidir ki, nəsə etməliyəm. Tam arxayın olmamlısan ki, hər şey etdim. İnsan deməlidir ki, mən orada göstərəcəyimi hələ heç kim görməyib. Bizim təmsilçimiz məsuliyyətlidir. O, orada bacardığından artığını göstərəcək".
Axşam.az xəbər verir ki, bu sözləri bəstəkar Gövhər Həsənzadə "Avroviziya" təmsilçimiz Nadir Rüstəmli haqda deyib. Bəstəkar bildirib ki, Nadirin istedadına və uğurlu seçim olmasına inanır:
"Hər kəsdən xahiş edirəm ki, o böyük səhnədə Azərbaycanı təmsil edən şəxsdən yer tələb etməyin. Əsas yadda qalmaqdır. Samir Cavadzadə ilə Elnur Hüseynov hələ də yaddaşlardadır. O səhnəyə çıxan iştirakçı artıq qalibdir".
Bəstəkar iştirakçının tənqid edilməsinə də münasibət bildirib:
"Azərbaycanın daxilində sağlam rəqabətə tam açığıq. Bəzən əsəbilik olar, çərçivələri keçərik. Buna icazə verə bilərik. Amma sərhəddən bir addım keçən kimi biz şəxsiyyətin, fərdin müzakirəsinə keçmək düzgün deyil. Bunu başqa ölkə etmir. Bizim hər birimiz o ifaçıdır. Orada heç nə edə bilmirik. İfaçı 1 dəqiqə vaxt tapsa, girəcək sosial şəbəkəyə ki, görsün nə yazılır onun haqqında. O, insandan necə iddia ilə nəsə tələb edə bilərik? Ciddi sistemdir, burada necə proqramlaşır, ondan kənara çıxa bilməzsən".
G.Həsənzadə son illər Azərbaycan təmsilçilərinin "Avroviziya" da yaxşı yer tutmamasına toxunub:
"Əgər biz əmin deyiliksə, dünyada baş verən hadisə, Avropa tamaşaçısının zövqünü tuta bilmirik, orada yaddaqalan nömrə çıxartmalıyıq".
Bəstəkar aparıcı Tural Əsədovun "Avroviziya" üçün kimi namizəd görürsünüz: Tünzalə Ağayeva, Manana Çaparidze, yoxsa Samirə ƏliMəryəm" sualına "Hər zaman "Avroviziya"ya kişi müğənninin getməsinin tərəfdarıyam. Peşəkarlar master-klass göstərir. İstəyərəm ki, peşəkarlar hansısa yubiley tədbirinə getsin, səsvermədə olmasın. Mən peşəkarların "Avroviziya"da çıxışının tərəfdarı deyiləm. Gənclər getsin bu müsabiqəyə" cavabını verib.
BiG.Az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş"Sevgi təkbaşına kifayət etmir"
Türkiyəli aktrisa Deniz Baysal boşandıqdan sonra sevgiyə olan münasibətini bölüşüb. Axşam.az xəbər verir ki, aktrisa bu hisslərin zamanla dəyişdiyini bildirib:. "Sevgi dediyimiz anlayışın mənası mənim üçün çox dəyişib. Həyatın və inancın özü sevgidir. Bizim sevgi kimi gördüyümüz şey kimyəvi bi
28.10.2026 839 "Mən əməliyyatda olanda bacımın ürəyi gedib"
"Oğlum da, qızım da, bacım da etiraz etdi. Hara gedirdimsə, deyirdilər ki, əməliyyat etdirmə. Amma mən qərar vermişdim, özümü buna hazırlamışdım". Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Mətanət İsgəndərli TMB-də qonaq olarkən deyib. Abdominoplastika əməliyyatı keçirən müğənni həmi
31.10.2026 522 Bu foto Flora Kərimovanı təsirləndirdi
Xalq artisti Flora Kərimova ailəsi ilə bağlı maraqlı paylaşım edib. Axşam.az xəbər verir ki, sənətçi qızı Zümrüd və oğlu Oktay ilə süni intellekt vasitəsilə hazırlanan fotosunu izləyiciləri ilə bölüşərk bunları yazıb:. "Oğlum, qızım və mən. Süni zəka ilə hazırlanan heç bir şeyi sevməsəm də, bu rəsmd
31.10.2026 493 Ukrayna Baskov, Kirkorov və Priqojini qara siyahıya saldı
Rusiyanın Xalq artistləri - Nikolay Baskov və Filipp Kirkorov, eləcə də musiqi prodüseri İosif Priqojin Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin məlumat bazasına salınıblar. xəbər verir ki, bu barədə "War&Sanctions" məlumat bazasının portalında dərc olunub. Baza tərtibatçılar
17:20 126 "Taksi sürücüləri ilə dostlaşmışam, evlərinə qonaq da gedirəm"
"Elə taksi sürücüləri var ki, onlarla evli kimiyəm. Hətta birinin evinə qonaq da getmişəm. Xaçmazda olanda zəng vurdum ki, gəlirəm. Getdim, gördüm ki, bizə gözəl süfrə açıblar". Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Elza Seyidcahan "Kəşfet" proqramında danışıb. Avtomobilini
07.11.2026 240 Çimnaz Sultanovanın əsl ölüm səbəbi ilə bağlı yeni iddia
Mərhum aktrisa Çimnaz Sultanovanın vəfatı ilə bağlı səsləndirilən fikirlər yenidən müzakirələrə səbəb olub. BİG.AZ -a istinadla xəbər verir ki, psixoloq Samirə Bağırova aktrisanın estetik müdaxilələrə tez-tez müraciət etdiyini iddia edərək onun səhhəti ilə bağlı diqqətçəkən açıqlama verib. Samirə Bağırov
02.11.2026 844 Nailə İslamzadədən danışan Çingiz Abdullayev: "40 il əvvəl atam sevirdi, indi mən..."
Xalq yazıçısı Çingiz Abdullayev etirafı ilə diqqət çəkib. xəbər verir ki, "Qonaqcanlı" verilişinə dəvət olunan yazıçı Əməkdar artist Nailə İslamzadəyə olan rəğbətindən danışıb. "40 il əvvəl Nailə xanımı atam sevirdi, indi də mən sevirəm. Onu görəndə inanmadım ki, necə belə yaxşı qalıb
03.11.2026 656 Röyanın evindəki bu otaq DİQQƏT ÇƏKDİ - VİDEO
Xalq artisti Röya Ayxanın evindən yayılan görüntülər sosial şəbəkələrdə maraqla qarşılanıb. xəbər verir ki, pop ulduzun dəbdəbəli villasından paylaşdığı kadrlarda makiyaj üçün xüsusi olaraq ayrılmış otaq izləyicilərin diqqətini çəkib. Müğənninin şəxsi istifadəsi üçün nəzərdə tutulan bu məkanın görünüş
10:45 210 Rəqsanədən qızı Aysunla bağlı ETİRAF: "Ona zəng etməyə utanıram"
Müğənni Rəqsanə İsmayılova qızı Aysun İsmayılova ilə bağlı səmimi və diqqətçəkən açıqlamalar verib. Müğənni qatıldığı televiziya proqramında həbsxanada keçirdiyi günlərdən danışıb. Sənətçi həmin dövrdə qızı Aysunun onun üçün çəkdiyi əziyyətlərə görə hələ də utandığını etiraf edib. Rəqsanə İsmayılov
00:04 459