Məşhur aktrisa: "Evimi rəfiqəm dağıtdı, bulvarda kolların dibində gecələdim"

Məşhur aktrisa: "Evimi rəfiqəm dağıtdı, bulvarda kolların dibində gecələdim""Həmişə rol alanda çox ciddiləşirəm. Fikrimi-zikrimi həmin rola, obrazın mahiyyətini açıb göstərməyə çalışıram. Hiss etmirəm ki, ya səhnədəyəm, ya da çəkiliş meydançasında. Elə bilirəm ki, bu hadisə mənim başına gəlib, obrazımın yox. Uzun illər Gənc Tamaşaçılar Teatrında çalışmışam, teatrda bir-birindən maraqlı xarakterlərə həyat vermişəm. Hal-hazırda isə "Bir qadın" serialında çəkilirəm. Gənclərlə çalışmağın özü də bir gözəllik, təravətdir".

BiG.AZ xəbər verir ki, bunu moderator.az-a açıqlamasında tanınmış aktrisa Sona Babayeva deyib.

O daha sonra çətin keçən uşaqlıq illərindən danışıb.
"Ata-anamı erkən itirdiyimə görə uşaq evində böyümüşəm. Uşaq evində heç vaxt əziyyət çəkməmişəm, hətta deyərdim ki, ən gözəl illərimi burada yaşamışam. Mənim Ağalarova Bahar adlı bir müdürəm var idi. O özü də çətinliklə böyüdüyündən bizi çox yaxşı başa düşürdü. Biz ona Bahar xanım yox, "anacan" deyirdik. Bir dəfə anasızlığımdan şikayətlənəndə, mənə dedi ki, Soniçka, sən heç kəsə demə ki, sənin anan yoxdur. Mən sənin ananam. 10-cu sinifi bitirəndən sonra sənədlərimi İncəsənət Universitetinə verdim. O vaxt belə idi ki, universitetə daxil olandan sonra sən uşaq evindən çıxmalı idin. Heç kimim də yox idi, hara gedim?! Dərsim 2-ci növbə başlayırdı, dərsdən çıxandan sonra kafedə yemək yeyib, axşam bulvara gəlirdim. Görürdüm ki, insanlar seyrəkləşdi, kolların arasına girib yatırdım. Daha sonra gördüm ki, soyuqlar düşür, çöldə dözə bilmirəm. Gəlib universitetdə uşaqlara dedim ki, mən universitetdən çıxıram. O vaxt bizim kursda məşhur sənətkarlar oxuyurdu. Şahmar Ələkbərov dedi ki, gedək bizdə qal, Həsən Əbluc da dedi ki, gedək bizə. Hərəsində 1 ay qaldım. Daha sonra Ağaxan Salmanlı müəllimin istəyi ilə mənim üçün 1 otaqlı kirayə ev tapdı. Bu günümə, yaşayışıma şükürlər olsun" deyə aktrisa bildirib.

Sona Babayeva şəxsi həyatından da danışıb.

"Sevib ailə həyatı qursam da ailəm rəfiqəm tərəfindən dağıldı. Yoldaşım mənə onunla xəyanət etdi, mən bu xəyanəti götürmədim. Oğlumu tək böyütdüm, toyunu da teatr etdi" deyə sənətkar bildirib.


BiG.Az
Telegramda izləyin
Şou biznes   Baxılıb: 1423   Tarix: 24 aprel 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Gözəllik müsabiqəsinin qalibləri bəlli oldu

Elektra Events Hall"da keçirilən "Miss & Mister Of Azerbaijan 2026" gözəllik müsabiqəsinin qalibləri bəlli oldu. Showmedia xəbər verir ki, münsif heyətininin verdiyi səsə, tamaşaçıların verdiyi səsə və idarə heyətinin verdiyi qərara əsasən "Miss Of Azerbaijan 2026" qalib

31.10.2026 782
.

79 yaşlı müğənni gənc qalma sirrini açıqladı

Türkiyəli müğənni Erol Evgin gənc və enerjili qalmasının sirrindən danışıb. Axşam.az xəbər verir ki, 79 yaşlı sənətçi qatıldığı televiziya proqramında sağlam həyat tərzi və gündəlik vərdişləri ilə bağlı açıqlamalar verib. Evgin bildirib ki, hər gün 8-9 saat yatır, qlütensiz və laktozasız qidalanır. Müğənn

01.11.2026 506
.

Engin Altana ağır itki - Foto

Türkiyəli aktyor Engin Altan Düzyatana ağır itki üz verib. Axşam.az xəbər verir ki, aktyorun atası Mevlan Düzyatan 88 yaşında dünyasını dəyişib. Bu barədə aktyor özü sosial media hesabında yazıb. O, atasının sabah İzmirdə dəfn ediləcəyi bildirilib. Qeyd edək ki, Engin Altan Düzyatan sonuncu dəfə "Çö

25.10.2026 940
.

Miss Mister Of Azerbaijan 2026 - Final Gecəsi

Ollin Professional`ın baş sponsorluğu ilə keçirilən Miss Mister Of Azerbaijan 2026 Milli Gözəllik Müsabiqəsinin final gecəsi 28 oktyabr Elektra Events Hall`da baş tutdu. Müsabiqədə münsiflər heyəti, zalda əyləşən tamaşaçılar və idarə heyətinin verdiyi səslərlə qaliblər müəyyən olundur. Layihənin Münsi

03.11.2026 623
.

Səmavi yenidən gündəmdə: "İlahi" adlı yeni mahnısını təqdim etdi

Bir müddət öncə ifası və yaradıcılığı ilə ölkə mediasında geniş müzakirələrə səbəb olan müğənni Səmavi yeni mahnısını dinləyicilərinə təqdim edib. İfaçının yeni layihəsi "İlahi" adlanır. Mahnı artıq "YouTube" platformasında yayımlanıb və Səmavinin yaradıcılığını izləyənlər tərəfində

02.11.2026 690
.

"Mən əməliyyatda olanda bacımın ürəyi gedib"

"Oğlum da, qızım da, bacım da etiraz etdi. Hara gedirdimsə, deyirdilər ki, əməliyyat etdirmə. Amma mən qərar vermişdim, özümü buna hazırlamışdım". Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Mətanət İsgəndərli TMB-də qonaq olarkən deyib. Abdominoplastika əməliyyatı keçirən müğənni həmi

31.10.2026 521
.

Almaxanım yeni GÖRÜNÜŞÜ İLƏ DİQQƏT ÇƏKDİ - FOTOLAR

Heydər Əliyev Fondu, Azərbaycan Dövlət Televiziyası, Mədəniyyət və Turizm Nazirliyi və Mədəniyyət Fondunun birgə təşkil etdiyi VI Muğam Müsabiqəsinin qalibi - Qran Pri mükafatının sahibi Almaxanım Əhmədlidən xəbər var. xəbər verir ki, Almaxanım instaqramda yeni görüntülərini paylaşıb. Onun xeyli çək

01.11.2026 624
.

"Bir səhər əllərini sonuncu dəfə tutdum"

Aparıcı Jalə Həsənli dünyasını dəyişən anası ilə bağlı duyğusal paylaşım edib. Axşam.az xəbər verir ki, aparıcı sosial şəbəkədə anası ilə çəkdirdiyi son fotolardan birini yayımlayaraq onun yoxluğundan yazıb:. "Və bir səhər, 6 il bundan öncə əllərini sonuncu dəfə tutdum, saçlarının qoxusunu sonunc

01.11.2026 535
.

"Qızımın əcnəbi ilə ailə quracağını eşidəndə şoka düşdüm"

Əməkdar artist Bəsti Sevdiyeva qızının xaricdə təhsil alması və ailə həyatı qurması ilə bağlı maraqlı açıqlama verib. Axşam.az xəbər verir ki, müğənni bu barədə "Qonaqcanlı" verilişində danışıb. O bildirib ki, qızı xaricdə təhsil alıb və ailə qurduğu şəxs də onun tələbə yoldaşı olub:. "Qızı

14:00 187
.