Nahidə Babaşlıya SƏRT REAKSİYA: "Elə düşünən insan ölkədən köçməlidir"

Nahidə Babaşlıya SƏRT REAKSİYA: "Elə düşünən insan ölkədən köçməlidir"Xəbər verdiyimiz kimi, "cover" ifaları ilə tanınan azərbaycanlı gənc ifaçı Nahidə Babaşlı itini avtomobil qəzasında itirdikdən sonra ölkəni tərk edəcəyini bildirib.

Bir də Azərbaycana qayıtmayacağını vurğulayan Nahidənin sosial media hesabında paylaşdığı "Alın mədəniyyətinizi də, mentalitetinizi də, sevginizi də, hörmətinizi də, başınıza çırpın" ifadəsi sosial şəbəkə izləyiciləri tərəfindən birmənalı qarşılanmayıb.

Nahidənin ünvanına "tısbağa qınından çıxdı, qınını bəyənmədi", "gedəndə elə get ki, qayıtmağa üzün olsun", "millətin sayəsində dinlənilib çıxdın ortaya, bu sözlərinlə də düşdün camaatın gözündən", "Bu millətin sayəsində "YouTube"da videoların milyonlarla baxış yığdı, indi bizim milləti bəyənmirsən?" kimi şərhlər yazılıb.

Elə şou-biznes əhli də bu məsələyə səssiz qalmayıb.

Mövzu ilə bağlı Oxu.Az-a açıqlama verən prodüser, ifaçı Mədinə Məlik Nahidəni müəyyən mənada anladığını deyib:

"Mənim də itim var idi, çox sevirdim onu. Onu da sürücü maşınla vurub, qaçmışdı. Bu cəhətdən Nahidəni anlayıram. Ancaq o demək deyil ki, o olsun, ya başqası olsun, belə bir ifadə işlədə bilər. Mən ümid edirəm ki, o bunu əsəbdən, stresdən deyib. "Başınıza çırpın" ifadəsi böyük bir səhvdir. İnsan bəzən emosiyalara qapanıb nələrsə deyir. Mən bilirəm ki, o, peşman olacaq bu sözünə görə. Sən Azərbaycanda böyüyüb, boya-başa çatıb, yaşamısan. Necə demək olar xalqa ki, "başınıza çırpın?", çox təəssüf edirəm".

Məsələ ilə bağlı müğənni Əkbər Əliyev isə açıqlamasında: "Məncə, düz etdi, ölkədən çıxdı, düz addımdır. Bu cür düşünən insan, məncə, ölkədən ümumiyyətlə köçməlidir. Xanımı tanımırdım. "Altın Kelebek" qazandı, "Oskar" qazandı - bunun ümumiyyətlə aidiyyəti yoxdur. Mən bir sənətçi kimi birinci dəfə eşidirəm bu xanım barəsində, bu dəfə də itin sayəsində özünü "tanıtdırdı". Nə deyim, mən ümumiyyətlə çox zaman insanlara təəccüblənmirəm. Yolu açıq olsun o xanımın. Cavandır, indi hamı stres içindədir. Ümidvaram, nə vaxtsa bu sözlərinə görə peşman olacaq", - deyə bildirib.

Nahidə haqqında verdiyimiz suala müğənni Roza Zərgərli: "Ümumiyyətlə, belə fikir səsləndirənlər haqda heç bir fikir bildirmirəm - "no comment", - deyə cavab verib.

Rəvan Qarayev isə həmkarlarından fərqli olaraq Nahidəni tanıdığını, çox tərbiyəli, sakit qız olduğunu deyib:

"Mən düşünürəm ki, emosiyalara qapılaraq deyib, düz söz deyil, düzgün etməyib. Amma bir məsələ var, ola bilər ki, onu konkret insanlara ünvanlayıb. İtini maşın vurub və bu barədə paylaşım edib, itin şəklini paylaşıb. Paylaşandan sonra ola bilər ki, konkret insanlar paylaşımın altına nəsə yazıblar. Bir insan bir canlıya bağlananda, fərq etmir, it olsun, pişik olsun, tutuquşu olsun, onu itirəndə çox böyük əziyyətlər çəkir. Düşünürəm ki, o, konkret beş-altı nəfəri nəzərdə tutub, hansı ki ona şərhlərdə yaxşı bir söz yazmayıblar".

Nadir Qafarzadə isə ümumiyyətlə Nahidə Babaşlını tanımadığını açıqlayıb:

"Mən onu tanımıram, tanımadığım insan haqqında fikir də bildirə bilmərəm. Gündə bir müğənni çıxır, artıq biz çatdırmırıq onları tanımağa".

"Cahan" qrupunun üzvü Cahid Əlibəyov mövzu ilə bağlı açıqlamasında: "Çox üzüldüm bu fikirlərə, çox heyif. Gərək belə etməzdi, heç düzgün deyildi o addımı atmaq. Ola bilər ki, nəsə xətrimizə dəyə bilər. Yenə də bizim Azərbaycan haqqında, Bakı haqqında pis fikir bildirməyimiz çox yanlış addım olar. Evdə valideynlərin səni böyüdür, sevgi verir, əzizləyir, oxudurlar. Bir dəfə sənə əsəbiləşəndə pis valideyn olurlar? Eyni söhbətdir. Əgər Azərbaycanda böyüyüb, Azərbaycanın çörəyini yeyib, suyunu içmişiksə, belə bir ifadə səsləndirmək düzgün deyildi", - deyə qeyd edib.


BiG.Az
Telegramda izləyin
Şou biznes   Baxılıb: 3244   Tarix: 27 aprel 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Səyyad Əlizadə ECMO cihazına qoşuldu - YENİLƏNİB

Koronavirusa yoluxan sənətçi Səyyad Əlizadə ECMO cihazına qoşulub. Bu barədə -a onun qohumu Razim Qasımov məlumat verib. O bildirib ki, sənətçinin ağciyərlərinin yalnız 30 faizi çalışır:. "Ciyərlərin 70 %-də buzlu şüşə aşkarlanıb. Müalicəsi davam etdirilir. Süni koma vəziyyətində saxlanılır"

17.09.2021 4147
.

Tünzalə Ağayevanın formada qalma sirri - Fotolar

Xalq artisti Tünzalə Ağayeva son günlər görünüşündəki dəyişikliklərlə gündəmə gəlir. Axşam.az xəbər verir ki, müğənni əvvəlcə sarı saçlarını tünd rəngə boyadı. Daha sonra isə onların düz görünüşünü buruqlu düzümlə əvəzləyib. T.Ağayeva eyni zamanda cəsarətli geyimləri ilə də gündəmdən düşmür. İfaçı İnstaqramı

17.09.2021 2993
.

Yusif Mustafayev: "260 manat pensiya alıram, buna da şükür"

"Toy yox, düyün yox, bütün günü evdəyəm. Çalışıram ki, evdən bayıra çıxmayım. Bəladan qorunmağın yolu ancaq budur". Bunu Qaynarinfo-ya açıqlamasında Əməkdar artist Yusif Mustafayev deyib. Müğənni yaşı ilə əlaqədar toylara az dəvət aldığını bildirib:. "Məhərrəmlikdən əvvəl bir-iki toy

16.09.2021 2063
.

Əməkdar artistdən şok açıqlama: "Oğlan adı ilə mənlə danışırdı…" - VİDEO

Əməkdar artist Gülüstan Əliyeva açılaması ilə diqqət çəkib. -a istinadən xəbər verir ki, "Onun sirri" proqramına qonaq olan sənətçi, məşhur prodüserlərdən birinin oğlan adı ilə ona tez-tez zəng vuraraq telefonla danışdığını bildirib:. "Mənə tez-tez zəng edirdi. Oğlan adı ilə danışırdı

16.09.2021 4875
.

Türkiyədə yaşayan azərbaycanlı aktrisa AİLƏSİ İLƏ - FOTOLAR

Ailə qurandan sonra Türkiyədə yaşamağa başlayan aktrisa Cəmilə Tağızadədən xəbər var. xəbər verir ki, aktrisa instaqram hesabında yeni fotolarını paylaşıb. Fotolarda onun həyat yoldaşı Murad Təmiz və oğlu da yer alıb. Onun paylaşımı izləyicilərin marağına səbəb olub. Fotolara çoxsaylı bəyəni gəlib. Qey

18.09.2021 4262
.

Damla plastik əməliyyatdan sonra - FOTOLAR

Müğənni Damladan xəbər var. xəbər verir ki, Damla buxaq əməliyyatından sonra yeni fotolarını sosial media hesabında paylaşıb. izləyiciləri onun yeni görünüşünü bəyənərək xoş rəylər yazıblar. Həmin fotoları təqdim edirik:

16.09.2021 9193
.

İlin ən gözəl qadını seçildi

"Glamour Magazine" jurnalında dərc olunan məqalədə ilin ən gözəl qadınının adı açıqlanıb. Axşam.az-a istinadən xəbər verir ki, bu ada türkiyəli aktrisa Hande Erçel layiq görülüb. Qeyd edək ki, aktrisa sonuncu dəfə "Sen çal kapımı" serialında baş rolu canlandırıb

17.09.2021 8355
.

Ayrıldıqdan 1 ay sonra yeni sevgili tapdı

Türkiyəli sosyal medya fenomeni Danla Bilic dünyanın öndə gələn kosmetik vasitələrini və ətirlərini ölkəyə gətirən şirkətin idarə heyətinin üzvü Yusuf Enginlə eşq yaşayır. Axşam.az türk mediasına istinadən xəbər verir ki, cütlük ötən gecə müğənni Ece Seçkinin toyundan sonra "Gizli qalsın" adl

16.09.2021 2059
.

Gülay Zeynallı koronavirusa yoluxdu: "7 gün sistem qoşdular"

Müğənni Gülay Zeynallı koronavirusa yoluxub. BİG.AZ xəbər verir ki, bu haqda ifaçı özü bildirib. Sənətçi xəstəliyi çox da ağır keçirmədiyini və tez zamanda əvvəlki sağlığına qovuşduğunu deyib:. "Bəziləri deyir ki, çoxlu dərmanlar əbul etdim amma xeyri olmadı. Açığı məndə belə olmadı. 7 gün davaml

18.09.2021 4164
.