Siyavuş Aslanın oğlundan müraciət: "Mümkünsə qocalar evinə yerləşdirilsin və..."

Siyavuş Aslanın oğlundan müraciət: "Mümkünsə qocalar evinə yerləşdirilsin və...""Mən son 3 ildə, pandemiya başlayan günündən Azərbaycandayam. İşsiz, gücsüz bir həyat tərzi sürürəm. Demək olar ki, mənim də vəziyyətim, sosial durumum eynilə Çingizdə olduğu kimidir. Çox çıxılmaz bir vəziyyətdə, durumdayam. Çingiz efirlərə çıxanda mən ondan dəfələrlə xahiş etmişəm ki, haqqımda danışanda bildirsinki, qardaşımın da vəziyyəti yaxşı deyil. Buna baxmayaraq Çingiz bunları efirdə deməyib və hər dəfə məni Rusiyada yaşayan iş adamı kimi qələmə verib. Mən onun bu yalanını qınamıram. Bizim ikimizi də hamı tanıyır, insanlar bilir ki, Siyavuş Aslanın iki oğlu. Onu da bilirlər ki, Çingiz dələduzdur, bir çox işlərdən, oyunlardan çıxıb, buna görə həbs olunub, heç vaxt heç yerdə işləməyib. 3 ildə mən bir iş tapa bilməmişəm və hər yerə də müraciət etmişəm. Ali təhsilli insanam, inanıram ki, ölkəmizə xeyrim dəyə bilər, çünki mən idarəetmə və dijital marketinq üzrə mütəxəssisəm. Bu sahədə böyük nailiyyətlərim və təcrübəm var. Buna baxmayaraq yaşımla əlaqədar iş tapa bilmirəm. Bu 3 ildə çox yerlərə müraciət etmişəm, amma iş tapa bilməmişəm. Hal-hazırda nə ev kirayəsini verə, nə də uşaqlarımı dolandıra bilirəm. 3 uşaq atasıyam və acınacaqlı bir vəziyyət yaşayıram. Sağ olsunlar dost-tanış, mənə kömək edirlər, hardasa qalıram, yeyib-yatıram. Qazanc əldə edə bilmirəm ki, qardaşıma da kömək edim. İşim-gücüm olsa ilk növbədə küçələrdə gecələyən səfil qardaşıma əl tutub, kömək edərəm".

BiG.AZ xəbər verir ki, bunu moderator.az-a açıqlamasında xalq artisti, sevilən sənətkar Siyavuş Aslanın kiçik oğlu Eldar Aslan qardaşı Çingiz haqda danışarkən bildirib. O, daha sonra qardaşı Çingizə görə aidiyyatı qurumlara müraciət edərək, kömək istəyib.

"Sizin saytınız vasitəsilə başda cənab prezident İlham Əliyev cənablarına, dövlət məmurlarına, iş adamlarına müraciət edirəm və istəyirəm ki, bizi bu yaranmış vəziyyətdən mümkün qədər çıxarsınlar. Müraciətimin bu günkü səbəbi odur ki, mən özümə iş tapana qədər qardaşım Çingiz Aslan mümkünsə ya qocalar evinə, ya da sosial təminatlı bir sığınacaqa daimi yerləşdirilsin və ona gündə 3 dəfə yemək verilsin. Mümkünsə, müvəqqəti olaraq xırda-para xərclərə görə, siqaret almaq üçün və s. ona müəyyən cüzi pensiya təyin olunsun. Müraciətimin səbəbi sırf budur. Ümid edirəm ki, bu işlə bağlı dövlət bizə lazımı köməkliyi göstərəcək. Çünki cənab prezident hər zaman bizim ailəmizlə maraqlanıb, öz münasibətini bildirib. Ondan əvvəl də ulu öndər Heydər Əliyev Siyavuş Aslandan öz qayğısını, diqqətini əsirgəməyib. Güman edirəm ki, o diqqətin, qayğının xatirinə, xalqın Siyavuş Aslana olan sevgisinə xatir bir çıxış yolu tapılar. Təbii ki, mən hər-hansı bir işdə-gücdə olsam, mütləq ki, qardaşıma baxaram. Necə ki, illərdir ona baxmışam, ondan heç bir köməyimi əsirgəməmişəm. Mən oliqarx deyiləm, iş adamı deyiləm. İllərdir zəhmətimlə çalışıb, maaşa baxan adam olmuşam. 22 yaşımdan öz zəhmətimlə çalışmışam. İnşallah iş tapıb, sosial vəziyyətimi yaxşılaşdırandan sonra qardaşıma bütün köməklikləri edəcəyəm" deyə sənətkarın oğlu bildirib.

İnanırıq ki, aidiyyatı qurumlar sənətkarın küçələrdə gecələyən oğluna sahib çıxacaqlar. Sənətkarın oğlu sonda ona ediləcək kömək üçün əlaqə nömrəsinin də saytda yayımlanmasını xahiş edir. 055-791-44-25.

Siyavuş Aslanın oğlundan müraciət: "Mümkünsə qocalar evinə yerləşdirilsin və..."Siyavuş Aslanın oğlundan müraciət: "Mümkünsə qocalar evinə yerləşdirilsin və..."Siyavuş Aslanın oğlundan müraciət: "Mümkünsə qocalar evinə yerləşdirilsin və..."


BiG.Az
Telegramda izləyin
Şou biznes   Baxılıb: 1557   Tarix: 02 may 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Fahriye Karan üçün 15 dayə dəyişdi

Türkiyəli aktrisa Fahriye Evcen oğlu Karan üçün yenidən dayə axtarışına başlayıb. Axşam.az-a istinadən xəbər verir ki, bu barədə "2.Sayfa" verilişində məlumat verilib. Aparıcıların sözlərinə görə, aktrisa artıq 15-ci dayə ilə də yollarını ayırıb. Qeyd edək ki, Fahriye Evcen bu il "Alparslan"

16.09.2021 2609
.

"20 il yataq xəstəsi olsan da..." - Hüseyn AĞIR İTKİSİNDƏN yazdı - FOTO

Məşhur klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu sosial media hesabındakı paylaşımı ilə diqqət çəkib. xəbər verir ki, Hüseyn "İnstagram" hesabında bir müddət öncə dünyasını dəyişən anası ilə fotosunu paylaşıb. O, paylaşımına:. 'Sən bizə həm ana həm də ata oldun. Allah səni cənnətlə müjdələsin

16.09.2021 5054
.

Günel yenə İMİCİNİ DƏYİŞDİ - VİDEO/FOTOLAR

Müğənni Günel Zeynalovadan xəbər var. xəbər verir ki, Günel sosial media hesabında yeni fotolar paylaşıb. Fotolarda müğənninin yeni imici izləyicilərin diqqətin çəkib. O, saçlarının rəngində və formasında dəyişiklik edib. İzləyiciləri onun yeni görünüşünü bəyəniblər. Həmin görüntüləri təqdim edirik:

17.09.2021 3949
.

Damla plastik əməliyyatdan sonra - FOTOLAR

Müğənni Damladan xəbər var. xəbər verir ki, Damla buxaq əməliyyatından sonra yeni fotolarını sosial media hesabında paylaşıb. izləyiciləri onun yeni görünüşünü bəyənərək xoş rəylər yazıblar. Həmin fotoları təqdim edirik:

16.09.2021 9193
.

Toydan 3 ay sonra ayrıldılar

Aparıcı Ece Erken 3 ay əvvəl ailə qurduğu Şafak Mahmutyazıcıoğlu ilə ayrılıb. Axşam.az-a istinadən xəbər verir ki, o, birlikdə olan fotolarını sosial şəbəkədən silib. Ece eyni zamanda soyadını da dəyişdirib. İyunda vəkil sevgilisi ilə uzun müddət davam edən münasibətini rəsmiləşdirən Erkenin bu addım

18.09.2021 5366
.

Pandemiyada ikinci restoranını açdı

Aşıq Zülfiyyə pandemiya ərəfəsində biznesini gücləndirib. Axşam.az-a istinadən xəbər verir ki, sənətçi bundan əvvəl yaşadığı binada restoran açmışdı. Bir neçə gün əvvəl isə aşıq yenidən restoran açıb. Onun açılış mərasiminə sənət dostları da qatılıblar. Qeyd edək ki, Zülfiyyə bundan əvvəl daha bir restoranını

17.09.2021 3697
.

Sənubər İsgəndərlidən XOŞ XƏBƏR

Əməkdar artist Sənubər İsgəndərli bu mövsüm tamaşaçıların qarşısına aparıcı kimi çıxacaq. Axşam.az-a istinadən xəbər verir ki, aktrisa "Xəzər TV" ilə anlaşıb. Onun proqramının adı "Sənətdən kənar" adlanır. Bu haqda S.isgəndərli özü məlumat yayıb. Verilişin çəkilişləri bir neçə gündü

17.09.2021 4207
.

Toyunda ürəkdən "hə" deməsi minlərlə baxış sayı topladı - VİDEO

4 ilə yaxındır sevgili olan tanınmış müğənni Ece Seçkin və pilot Çağrı Terlemez cütlüyü özünə toy edib. xəbər verir ki, bu barədə ifaçı instaqram hesabında bildirib. Seçkinin toyda geyindiyi iki fərqli gəlinlik böyük marağa səbəb olub. Bundan başqa, müğənninin nikah mərasimində "Çağrı Terlemezl

16.09.2021 1693
.

Aqil M.Quliyev cinayətdən danışacaq

Rejissor Aqil M.Quliyev də bu mövsüm aparıcılıq edəcək. Axşam.az-a istinadən xəbər verir ki, rejissor "Xəzər TV" ilə işbirliyinə başlayıb. Onun proqramı "Cinayət və cəza" adlanır. Aqil.M.Quliyev cinyyət hadisələrindən bəhs edəcək. Qeyd edək ki, Aqillə yanaşı bu mövsüm Əməkdar artis

18.09.2021 2371
.