Kirkorov Puqaçova və Qalkini müdafiə etdi - "Sizə bu haqqı kim verib?"

Kirkorov Puqaçova və Qalkini müdafiə etdi - "Sizə bu haqqı kim verib?"Rusiyanın Xalq artisti Filipp Kirkorov Ukraynaya qarşı aparılan müharibə fonunda ölkəni tərk edən həmkarlarını müdafiə edib.

Axşam.az xəbər verir ki, bu barədə o, instaqram hesabında videomüraciət yayımlayıb. Flipp bir müddət əvvəl "RT" telekanalının rəhbəri Marqarita Simonyanı Xalq artisti Alla Puqaçova və həyat yoldaşı, şoumen Maksim Qalkin haqqında işlətdiyi ifadələrə görə tənqid edib:

"Marqarita Simonya televiziya verilişlərinin birində həmkarlarım: Maksim Qalkin və Alla Puqaçova haqqında çox qərəzli danışıb. Nə üçün? Bir insanı və onun ailəsini açıq şəkildə təhqir etməyə necə şam tutmaq olar? Alla və Maksimin uşaqları sizə necə baxmalıdır? Onlar öz vətənlərinə necə baxmalıdırlar? Harada valideynlərə belə qışqırırlar? İnsanları ictimaiyyət qarşısında alçaltmağa necə cəsarət edirsiniz? Sizə bu haqqı kim verib? Marqarita, siz ölkəmizdə fəaliyyət göstərən media orqanlarından birinin baş redaktorusunuz. Sizin ixtilaf salmağa haqqınız yoxdur. Siz jurnalistsiniz, bazarda çirkin şayiələr və dedi-qodular yayan ədəbsiz yaşlı qadın deyilsiniz".

Bundan başqa, Flipp insanları belə bir şəraitdə parçalanmaq əvəzinə bir olmağa çağırıb:

"Getdikcə bir-birinə qarşı artan daxili aqressiyaya diqqət yetirirəm. Fikirləşin: axı bizim Qərbin, belə deyək, "tərəfdaşlarımızın" istədiyi məhz budur. Daxili çəkişmələri qızışdırmaq. Biz çoxmillətli xalqıq. İndi isə bütün bunlara razı olmayan insanların damğalanmasını görəndə, alternativ baxış bucağı olan, fərqli baxışlı, amma sadəcə olaraq qorxan insanları incidiləndə kədərlənirəm. Siz, cadugər ovçular, yalnız daxili çatları daha da gücləndirirsiniz. Axı bu üsullarla mübarizə apardığınız insanlar kimi olursunuz".

İfaçı sonda sənətçilərin vətənlərinə qayıtmasına şərait yaratmaq, onların həyatını çətinləşdirməmək lazım olduğunu vurğulayıb.

Qeyd edək ki, artıq fevralın sonundan Rusiyanı tərk edərək İsrailə gedən Alla və Maksimin bu ölkənin pasportunu almağa, burada işləməyə və övladlarının burada təhsil almasına çalışır.


BiG.Az
Telegramda izləyin
Şou biznes   Baxılıb: 1072   Tarix: 02 may 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Səyyad Əlizadə ECMO cihazına qoşuldu - YENİLƏNİB

Koronavirusa yoluxan sənətçi Səyyad Əlizadə ECMO cihazına qoşulub. Bu barədə -a onun qohumu Razim Qasımov məlumat verib. O bildirib ki, sənətçinin ağciyərlərinin yalnız 30 faizi çalışır:. "Ciyərlərin 70 %-də buzlu şüşə aşkarlanıb. Müalicəsi davam etdirilir. Süni koma vəziyyətində saxlanılır"

17.09.2021 4147
.

Tünzalə Ağayevanın formada qalma sirri - Fotolar

Xalq artisti Tünzalə Ağayeva son günlər görünüşündəki dəyişikliklərlə gündəmə gəlir. Axşam.az xəbər verir ki, müğənni əvvəlcə sarı saçlarını tünd rəngə boyadı. Daha sonra isə onların düz görünüşünü buruqlu düzümlə əvəzləyib. T.Ağayeva eyni zamanda cəsarətli geyimləri ilə də gündəmdən düşmür. İfaçı İnstaqramı

17.09.2021 2993
.

Yusif Mustafayev: "260 manat pensiya alıram, buna da şükür"

"Toy yox, düyün yox, bütün günü evdəyəm. Çalışıram ki, evdən bayıra çıxmayım. Bəladan qorunmağın yolu ancaq budur". Bunu Qaynarinfo-ya açıqlamasında Əməkdar artist Yusif Mustafayev deyib. Müğənni yaşı ilə əlaqədar toylara az dəvət aldığını bildirib:. "Məhərrəmlikdən əvvəl bir-iki toy

16.09.2021 2063
.

Əməkdar artistdən şok açıqlama: "Oğlan adı ilə mənlə danışırdı…" - VİDEO

Əməkdar artist Gülüstan Əliyeva açılaması ilə diqqət çəkib. -a istinadən xəbər verir ki, "Onun sirri" proqramına qonaq olan sənətçi, məşhur prodüserlərdən birinin oğlan adı ilə ona tez-tez zəng vuraraq telefonla danışdığını bildirib:. "Mənə tez-tez zəng edirdi. Oğlan adı ilə danışırdı

16.09.2021 4875
.

Türkiyədə yaşayan azərbaycanlı aktrisa AİLƏSİ İLƏ - FOTOLAR

Ailə qurandan sonra Türkiyədə yaşamağa başlayan aktrisa Cəmilə Tağızadədən xəbər var. xəbər verir ki, aktrisa instaqram hesabında yeni fotolarını paylaşıb. Fotolarda onun həyat yoldaşı Murad Təmiz və oğlu da yer alıb. Onun paylaşımı izləyicilərin marağına səbəb olub. Fotolara çoxsaylı bəyəni gəlib. Qey

18.09.2021 4262
.

Damla plastik əməliyyatdan sonra - FOTOLAR

Müğənni Damladan xəbər var. xəbər verir ki, Damla buxaq əməliyyatından sonra yeni fotolarını sosial media hesabında paylaşıb. izləyiciləri onun yeni görünüşünü bəyənərək xoş rəylər yazıblar. Həmin fotoları təqdim edirik:

16.09.2021 9193
.

İlin ən gözəl qadını seçildi

"Glamour Magazine" jurnalında dərc olunan məqalədə ilin ən gözəl qadınının adı açıqlanıb. Axşam.az-a istinadən xəbər verir ki, bu ada türkiyəli aktrisa Hande Erçel layiq görülüb. Qeyd edək ki, aktrisa sonuncu dəfə "Sen çal kapımı" serialında baş rolu canlandırıb

17.09.2021 8355
.

Ayrıldıqdan 1 ay sonra yeni sevgili tapdı

Türkiyəli sosyal medya fenomeni Danla Bilic dünyanın öndə gələn kosmetik vasitələrini və ətirlərini ölkəyə gətirən şirkətin idarə heyətinin üzvü Yusuf Enginlə eşq yaşayır. Axşam.az türk mediasına istinadən xəbər verir ki, cütlük ötən gecə müğənni Ece Seçkinin toyundan sonra "Gizli qalsın" adl

16.09.2021 2059
.

Gülay Zeynallı koronavirusa yoluxdu: "7 gün sistem qoşdular"

Müğənni Gülay Zeynallı koronavirusa yoluxub. BİG.AZ xəbər verir ki, bu haqda ifaçı özü bildirib. Sənətçi xəstəliyi çox da ağır keçirmədiyini və tez zamanda əvvəlki sağlığına qovuşduğunu deyib:. "Bəziləri deyir ki, çoxlu dərmanlar əbul etdim amma xeyri olmadı. Açığı məndə belə olmadı. 7 gün davaml

18.09.2021 4164
.