"Atamın qavalını satıram" - Xalq artistinin qızı

"Atamın qavalını satıram" - Xalq artistinin qızı"Atamdan yadigar qalan qavalı satıram. Bu söhbət çoxdan var idi, sadəcə efir vasitəsilə deyilməmişdi. Nanə xanım sağ olsun, onun verilişində atam haqda reportaj getdi. Allah kərimdir, bəlkə bir yol açıldı?! Çünki mən bu məsələni ictimailəşdirməmişdim, sadəcə tanış-bilişə demişdim. Mənim başqa yolum yoxdur. Gedib heç kəsə ağız açıb, qapı döyən deyiləm. Heç baxan da yoxdur, kimin qapısını döyüm?! Ona-buna ağız açmaqdansa atamın öz dəfidir də, satıram. Ürəyim gəlməsə də belə satacam. Çox fikirləşib, götür-qoy etmişəm".

Axşam.az xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında Xalq artisti Hacıbaba Hüseynovun qızı Sədaqət Hüseynova bildirib. O daha sonra əlavə edib:

"Qavalı ehtiyac üzündən satıram. Başqa satılmalı heç nəyim yoxdur. Gərək ki, bu qaval satılsın ki, mən bundan sonra həmin vəziyyətdən çıxa bilim. Bu qavalın da gərək fanatı, istəyəni olsun da. Qavalın qiymətini də bilirəm, soruşanlara demişəm. Bir çoxları deyir ki, biz Hacıbabanın çörəyini yeyirik, ondan öyrənmişik. Onlar mənim vəziyyətimi də, maddi durumumu da bilirlər. Bu mənim yaxşı günümdür, bundan da pis vəziyyətdə olmuşam. Hələ bir dəfə soruşmayıblar ki, nə yeyirsən? Nə içirsən? Bəlkə də sənət yoldaşları qavalı satdığımı bilsə məni qınayacaqlar, amma bir adam mənə bu mövzuda söz deməsin.

Kimin mənim aclığımdan, susuzluğumdan xəbəri olub? Bunun heç kəsə aidiyyatı yoxdur! Hələ bir neçə sənət yoldaşlarına da qavalın satılması ilə bağlı məlumat vermişəm. Qavalın satılması məncə xarici ölkədə, məxsusilə də İranda daha yaxşı baş tuta bilər. Çünki burada o qiyməti verməyəcəklər. Mən onu 200-300 manata satmaq istəmirəm ki. Bu qavalın özəlliyi ondan ibarətdir ki, Hacıbabanın qavalıdır. O vaxt istəyirdilər, mən heç satmaq haqda düşünmürdüm. Heç vaxt ağlıma da gəlməzdi ki, atamın əşyasını satacam".

"Atanızın qavalını hansı xanəndəmizin almağını istərdiniz" sualına isə sənətkarın qızı belə cavab verib:

"Çox istərdim ki, bu qaval Mələkxanım Əyyubova, Zabit Nəbizadə, Aqil Məlikova qismət olsun. Atam hər zaman bu xanəndələri çox istəyib. Zabit Nəbizadə hər zaman zəng edib bizi başa çıxır. Atamın doğum və anım günlərində məzarını ziyarət edir. Təəssüf ki, hamıda o vəfa yoxdur" .


BiG.Az
Telegramda izləyin
Şou biznes   Baxılıb: 1594   Tarix: 07 may 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Fahriye Karan üçün 15 dayə dəyişdi

Türkiyəli aktrisa Fahriye Evcen oğlu Karan üçün yenidən dayə axtarışına başlayıb. Axşam.az-a istinadən xəbər verir ki, bu barədə "2.Sayfa" verilişində məlumat verilib. Aparıcıların sözlərinə görə, aktrisa artıq 15-ci dayə ilə də yollarını ayırıb. Qeyd edək ki, Fahriye Evcen bu il "Alparslan"

16.09.2021 2609
.

"20 il yataq xəstəsi olsan da..." - Hüseyn AĞIR İTKİSİNDƏN yazdı - FOTO

Məşhur klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu sosial media hesabındakı paylaşımı ilə diqqət çəkib. xəbər verir ki, Hüseyn "İnstagram" hesabında bir müddət öncə dünyasını dəyişən anası ilə fotosunu paylaşıb. O, paylaşımına:. 'Sən bizə həm ana həm də ata oldun. Allah səni cənnətlə müjdələsin

16.09.2021 5054
.

Günel yenə İMİCİNİ DƏYİŞDİ - VİDEO/FOTOLAR

Müğənni Günel Zeynalovadan xəbər var. xəbər verir ki, Günel sosial media hesabında yeni fotolar paylaşıb. Fotolarda müğənninin yeni imici izləyicilərin diqqətin çəkib. O, saçlarının rəngində və formasında dəyişiklik edib. İzləyiciləri onun yeni görünüşünü bəyəniblər. Həmin görüntüləri təqdim edirik:

17.09.2021 3949
.

Damla plastik əməliyyatdan sonra - FOTOLAR

Müğənni Damladan xəbər var. xəbər verir ki, Damla buxaq əməliyyatından sonra yeni fotolarını sosial media hesabında paylaşıb. izləyiciləri onun yeni görünüşünü bəyənərək xoş rəylər yazıblar. Həmin fotoları təqdim edirik:

16.09.2021 9193
.

Toydan 3 ay sonra ayrıldılar

Aparıcı Ece Erken 3 ay əvvəl ailə qurduğu Şafak Mahmutyazıcıoğlu ilə ayrılıb. Axşam.az-a istinadən xəbər verir ki, o, birlikdə olan fotolarını sosial şəbəkədən silib. Ece eyni zamanda soyadını da dəyişdirib. İyunda vəkil sevgilisi ilə uzun müddət davam edən münasibətini rəsmiləşdirən Erkenin bu addım

18.09.2021 5366
.

Pandemiyada ikinci restoranını açdı

Aşıq Zülfiyyə pandemiya ərəfəsində biznesini gücləndirib. Axşam.az-a istinadən xəbər verir ki, sənətçi bundan əvvəl yaşadığı binada restoran açmışdı. Bir neçə gün əvvəl isə aşıq yenidən restoran açıb. Onun açılış mərasiminə sənət dostları da qatılıblar. Qeyd edək ki, Zülfiyyə bundan əvvəl daha bir restoranını

17.09.2021 3697
.

Sənubər İsgəndərlidən XOŞ XƏBƏR

Əməkdar artist Sənubər İsgəndərli bu mövsüm tamaşaçıların qarşısına aparıcı kimi çıxacaq. Axşam.az-a istinadən xəbər verir ki, aktrisa "Xəzər TV" ilə anlaşıb. Onun proqramının adı "Sənətdən kənar" adlanır. Bu haqda S.isgəndərli özü məlumat yayıb. Verilişin çəkilişləri bir neçə gündü

17.09.2021 4207
.

Toyunda ürəkdən "hə" deməsi minlərlə baxış sayı topladı - VİDEO

4 ilə yaxındır sevgili olan tanınmış müğənni Ece Seçkin və pilot Çağrı Terlemez cütlüyü özünə toy edib. xəbər verir ki, bu barədə ifaçı instaqram hesabında bildirib. Seçkinin toyda geyindiyi iki fərqli gəlinlik böyük marağa səbəb olub. Bundan başqa, müğənninin nikah mərasimində "Çağrı Terlemezl

16.09.2021 1693
.

Aqil M.Quliyev cinayətdən danışacaq

Rejissor Aqil M.Quliyev də bu mövsüm aparıcılıq edəcək. Axşam.az-a istinadən xəbər verir ki, rejissor "Xəzər TV" ilə işbirliyinə başlayıb. Onun proqramı "Cinayət və cəza" adlanır. Aqil.M.Quliyev cinyyət hadisələrindən bəhs edəcək. Qeyd edək ki, Aqillə yanaşı bu mövsüm Əməkdar artis

18.09.2021 2371
.