"Atamın sözündən çıxa bilmədim, bir dəfə toya getdim, çıxanda gördüm ki..."
"Bəzən deyirlər ki, sənət adamları dükan-bazara getmir. Məndə əksinədir. Bütün xanımlar kimi bazarlığımı edirəm, insanlarla da görüşürəm. Məni istəyənlər çoxdur. Böyük əksəriyyət yaxınlaşıb deyir ki, nəvəmin, qızımın adını səndən sonra qoymuşam. Bu adı ilk mən daşımışam. İlyas müəllim bu adı bir hadisədən təsirlənərək yaradıb və mənə verib. Ona görə də bu adın bütün müəlliflik hüquqları məndədir. Çox tələb etdim ki, adlarını dəyişsinlər. Dəyişmədilər, ona görə də mən öz adımı İlkşəbnəm deyə dəyişdim. Bu mənim rəsmi adımdır"
BiG.AZ xəbər verir ki, bunu moderator.az-a açıqlamasında əməkdar artist Şəbnəm Tapdıq deyib. O daha sonra əlavə edib.
"Bütün günü işlə məşğulam. Baba Vəziroğlunun, Leyla Əliyevanın sözlərinə gözəl bir mahnı oxumuşam. "Zaman" adlı mahnı artıq efirlərdə səslənir. Mənim yaradıcılığım bundan ibarətdir. Hazırda Hidayət Orucovun sözlərinə mahnılar yazıram. Mən hər zaman başımı aşağı salıb öz işlərimlə məşğul olmuşam, heç kimlə işim olmayıb. Əl işləri, sırğalar, boyunbağılar da hazırlayıram. Paltar da tikirəm, toxuyuram. Atam İlyas Tapdığın biblioqrafiyası, monoqrafiyası üzərində işləyirəm. Bir əlimdə məşğuliyyətdir, bir əlimdə də kitab. Hələ ki, missiyamı tam yerinə yetirməmişəm" deyə müğənni bildirib.
Şəbnəm Tapdıq toylara getməməsinin səbəblərindən də danışıb.
"Mənim repertuarım, dünyagörüşüm fərqlidir. Bir neçə dillərdə danışıram, ifalar edirəm. Mən konsertlərdə oxuya bilərəm, toylarda yox. Mən ciddi konsert müğənnisiyəm. Bir dəfə atama dedilər ki, qızın toy məclisinə gəlsin. Onun sözündən çıxa bilmədim, getdim. Toydan çıxanda gördüm ki, mənə qonorar veriblər. Açıb baxanda gördüm ki, qonorar həddindən artıq çoxdur. Atam dedi ki, bu pulun hamısını götürmə, yarıdan çoxunu qaytar. Toya gedənlərə də pis baxmıram, hamı qazanc üçün toylara gedir. Allah onların ruzisini versin" deyə müğənni bildirib.
BiG.Az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş41 yaşlı Nigar Camal görünüşü ilə heyran etdi - VİDEO
Müğənni Nigar Camal sosial şəbəkədə yeni paylaşım edib. xəbər verir ki, sənətçi instaqram hesabında idmanla məşğul olduğu görüntülərini yayımlayıb. 41 yaşlı müğənni fit və qüsursuz bədən qurluşu ilə diqqət çəkib. Camalın bu görüntüləri izləyiciləri tərəfindən maraq və rəğbətlə qarşılanıb
16.09.2021 6043 AzTV-nin Ceyranı ad günü etdi - Fotolar
AzTV-nin aparıcısı, uzun illərdir efirdən uzaqlaşan Ceyran Rəhimovanın ad günü olub. Axşam.az-a istinadən xəbər verir ki, o, özəl gününü yaxınları ilə qeyd edib. Ad günündən şəkilləri Xalq artisti Nəzakət Teymurova sosial şəbəkədə paylaşıb. Qeyd edək ki, C.Rəhimova AzTV-dən uzaqlaşdıqdan sonra televiziy
18.09.2021 9970 Toyunda ürəkdən "hə" deməsi minlərlə baxış sayı topladı - VİDEO
4 ilə yaxındır sevgili olan tanınmış müğənni Ece Seçkin və pilot Çağrı Terlemez cütlüyü özünə toy edib. xəbər verir ki, bu barədə ifaçı instaqram hesabında bildirib. Seçkinin toyda geyindiyi iki fərqli gəlinlik böyük marağa səbəb olub. Bundan başqa, müğənninin nikah mərasimində "Çağrı Terlemezl
16.09.2021 1693 Aqil M.Quliyev cinayətdən danışacaq
Rejissor Aqil M.Quliyev də bu mövsüm aparıcılıq edəcək. Axşam.az-a istinadən xəbər verir ki, rejissor "Xəzər TV" ilə işbirliyinə başlayıb. Onun proqramı "Cinayət və cəza" adlanır. Aqil.M.Quliyev cinyyət hadisələrindən bəhs edəcək. Qeyd edək ki, Aqillə yanaşı bu mövsüm Əməkdar artis
18.09.2021 2371 Ayrıldıqdan 1 ay sonra yeni sevgili tapdı
Türkiyəli sosyal medya fenomeni Danla Bilic dünyanın öndə gələn kosmetik vasitələrini və ətirlərini ölkəyə gətirən şirkətin idarə heyətinin üzvü Yusuf Enginlə eşq yaşayır. Axşam.az türk mediasına istinadən xəbər verir ki, cütlük ötən gecə müğənni Ece Seçkinin toyundan sonra "Gizli qalsın" adl
16.09.2021 2059 Tünzalə Ağayevanın formada qalma sirri - Fotolar
Xalq artisti Tünzalə Ağayeva son günlər görünüşündəki dəyişikliklərlə gündəmə gəlir. Axşam.az xəbər verir ki, müğənni əvvəlcə sarı saçlarını tünd rəngə boyadı. Daha sonra isə onların düz görünüşünü buruqlu düzümlə əvəzləyib. T.Ağayeva eyni zamanda cəsarətli geyimləri ilə də gündəmdən düşmür. İfaçı İnstaqramı
17.09.2021 2993 Səyyad Əlizadə ECMO cihazına qoşuldu - YENİLƏNİB
Koronavirusa yoluxan sənətçi Səyyad Əlizadə ECMO cihazına qoşulub. Bu barədə -a onun qohumu Razim Qasımov məlumat verib. O bildirib ki, sənətçinin ağciyərlərinin yalnız 30 faizi çalışır:. "Ciyərlərin 70 %-də buzlu şüşə aşkarlanıb. Müalicəsi davam etdirilir. Süni koma vəziyyətində saxlanılır"
17.09.2021 4147 Koronavirus bəlası sənət adamları arasında - Kimlər peyvənd olunub?
Son günlər bir neçə yerli sənət adamının koronavirusa yoluxma xəbəri medianın gündəminə çevrildi. Bütün dünyanı cənginə alan bu xəstəliyə yoluxub sağalanları görsək də, çox təəssüf ki, gözlənilməz şəkildə həyatını itirən sənətkarlar da oldu. Belə bir məqamda həmin sənətçilərin xəstəlikdən öncə peyvən
16.09.2021 1870 Xəyanət iddialarını yalanladı
Türkiyəli aktrisa Bensu Soral həyat yoldaşı Hakan Başla münasibətlərinin soyuq olması ilə bağlı xəbərlərə münasibət bildirib. Axşam.az-a istinadən xəbər verir ki, aktrisa xəyanət iddialarını yalanlayıb:. "Çətin bir dönəmdən keçirik, küsülü deyilik. Bu məsələnin 3-cü şəxslə heç bir əlaqəsi yoxdur"
17.09.2021 2431