Məşhur Fransa nəşrində Azərbaycanın inkişafı ilə bağlı məqalə dərc olunub

Məşhur Fransa nəşrində Azərbaycanın inkişafı ilə bağlı məqalə dərc olunubFransanın müsəlman icmasında böyük nüfuza malik olan "Musulmans en France" nəşrində "Azərbaycan: siyasi sabitliyin iqtisadi inkişafın təməli olduğu ölkə" adlı məqalə dərc olunub.

Məqalədə Azərbaycanın Avropa ilə Asiyanı birləşdirən iki yol şəbəkəsi də daxil olmaqla dünya standartlarına cavab verən yollara malik olduğu xüsusi vurğulanır.

Bu gün Azərbaycanın siyasət, iqtisadiyyat, multikulturalizm sahəsində uğurları beynəlxalq birlik tərəfindən qəbul edilir, müxtəlif ölkələrin mətbuatında isə bu barədə məqalələr dərc olunur. Məsələn, bu yaxınlarda Fransanın müsəlman icmasında böyük nüfuza malik olan "Musulmans en France" nəşrində ölkəmizlə bağlı məqalə dərc edilib. İslam dünyasının geosiyası məsələləri üzrə ixtisaslaşan islamşünas Karim İfrak son məqaləsində Azərbaycanın xüsusilə iqtisadiyyat sahəsində əldə etdiyi nailiyyətlərdən bəhs edib.

Mövzu ilə bağlı "Kaspi" qəzetinin yazısını təqdim edirik:

Küllərindən doğulan ölkə

K.İfrak məlumat verir ki, əhalisinin əksəriyyəti müsəlman olan Azərbaycan multikultural, çoxmillətli, çoxdinli və çoxdilli ölkədir: "1991-ci ildə Sovet İttifaqının dağılmasından sonra müstəqilliyini bərpa edən ölkə o vaxt siyasi, iqtisadi, sosial və təhlükəsizlik sahələrində problemlərlə üzləşib".

Yazar qeyd edir ki, Ermənistan bu vəziyyətdən istifadə edərək 1990-cı illərin əvvəllərində Azərbaycan ərazisinin 20%-ni işğal etmişdi: "Amma BMT Təhlükəsizlik Şurası çoxsaylı qətnamələrlə (822, 853, 874 və 884) bu işğalı pisləyib, Azərbaycanın suverenliyini, ərazi bütövlüyünü və sərhədlərinin toxunulmazlığını təsdiqləyib. Üstəlik, BMT Təhlükəsizlik Şurası işğalçı qüvvələrin Azərbaycanın bir zamanlar işğal altında olmuş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edib".

Müəllifin sözlərinə görə, bütün çətinliklərə rəğmən, Azərbaycan dövləti milyonlarla vətəndaşının sosial rifahının yaxşılaşdırılmasına və ölkədə təhlükəsizliyin təmin edilməsinə nail olub: "Məsələn, 2007-ci ilin birinci rübündə Azərbaycanın ümumdaxili məhsulu 41,7% artıb. Güman ki, bu, bütün dünya ölkələri arasında ən yüksək göstərici olub".

K.İfrak vurğulayır ki, bir çox ekspertlər Azərbaycanı iqtisadiyyat sahəsində əldə etdiyi uğurlara görə "Qafqaz pələngi" adlandırıb.

Avropa ilə Asiyanı birləşdirən yol şəbəkələri

"Azərbaycan Avropa ilə Asiyanı birləşdirən iki yol şəbəkəsi daxil olmaqla, dünya standartlarına cavab verən yollara malikdir. Bu ölkə avtomobil və dəmir yolları şəbəkələrinin inkişafı, beynəlxalq standartlara cavab verən hava limanlarının açılması və güclü ticarət donanmasının yaradılması üçün ciddi çalışıb", - deyə Karim İfrak vurğulayıb. Onun sözlərinə görə, Azərbaycan BMT və Avropa Şurası daxil olmaqla, 40-dan çox beynəlxalq təşkilatın üzvüdür: "Azərbaycan BMT-nin rəsmən tanıdığı 193 ölkədən 170-i ilə diplomatik əlaqələr qurub. Şübhəsiz ki, bu gün "Qafqazın incisi" adlandırılan Azərbaycanın inkişafında neft gəlirləri vacib amil olub. Amma bu, ölkənin inkişafında yeganə amil deyil. Bunu Azərbaycanla neft ixracı ilə məşğul olan digər ölkələrin müqayisəsi sübuta yetirir".

Prioritet istiqamət – iqtisadiyyatın şaxələndirilməsi

K.İfrak vurğulayır ki, Azərbaycan iqtisadiyyatını şaxələndirib və xarici ölkələrə investisiyalar qoyub: "O, ölkə iqtisadiyyatının dayanıqlı inkişafını təmin etmək məqsədilə hər il Şimali və Cənubi Amerika, Asiya, Avropa və Yaxın Şərq ölkələrinə azı 2 milyard dollar sərmayə yatırır. Amma 2015-2016-cı illərdə prioritet istiqamət ölkə iqtisadiyyatının şaxələndirilməsi olub. Nəticədə bir çox beynəlxalq şirkətlər burada fəaliyyət göstərməyə dəvət olunub. Məsələn, hazırda Azərbaycanda bu Cənubi Qafqaz ölkəsi ilə yaxın münasibətləri ilə seçilən Almaniyanın 177 şirkəti fəaliyyət göstərir. Müqayisə üçün qeyd edək ki, Azərbaycanda Fransanın təxminən 40 şirkəti çalışır".

Müəllifin sözlərinə görə, Azərbaycan çoxlu sayda xarici investorun cəlb edilməsi üçün biznes mühitinin yaxşılaşdırılmasının əhəmiyyətini anlayıb və bununla bağlı addımlar atıb: "Bu addımlar öz bəhrəsini verib. O, Dünya İqtisadi Forumunun 2014-2015-ci illər üçün Qlobal Rəqabətlilik İndeksində 144 ölkə arasında 33-cü yerdə qərarlaşıb".

Müəllif məlumat verib ki, Dünya Bankının 2019-cu il üçün nüfuzlu "Doing Business" hesabatında isə Azərbaycan 190 ölkə arasında 25-ci sırada yer alıb.

Müsbət beynəlxalq imic

Azərbaycan Dövlət Neft Fondunun fəaliyyətindən bəhs edən müəllif xatırladıb ki, fond Şərqi Avropa və MDB ölkələrinin dövlət təşkilatları arasında "BMT-nin Dövlət Qulluğu Mükafatı"na layiq görülən birinci dövlət qurumudur. Onun sözlərinə görə, Dövlət Neft Fondu 2018-ci ildə "Linaburq-Maduel şəffaflıq indeksi"ndə birinci yerdə qərarlaşmışdı.

"Beləliklə, Azərbaycan müsbət beynəlxalq imici sayəsində hər zaman beynəlxalq şirkətləri cəlb edib. Hazırda ABŞ, Böyük Britaniya, Almaniya, Avstriya, İtaliya, İsveçrə, Belçika, Norveç, İsveç, Yaponiya və bir çox başqa ölkələrin şirkətləri Azərbaycanda fəaliyyət göstərir. Qeyd etdiyimiz kimi, təkcə Fransanın təxminən 40 şirkəti bu ölkədə özünü təsdiqləyib. "Alstom", "Danone", "Lafarge", "Société Générale" və "Suez" kimi şirkətləri nümunə göstərmək olar. Üstəlik, Fransanın "Total" şirkəti Bakı-Tbilisi-Ceyhan beynəlxalq konsorsiumunda 5%-lik paya sahibdir", - deyə K.İfrak qeyd edib.

Müəllif əlavə edib ki, "Total" şirkəti hazırda "Abşeron" qaz yatağının işlənilməsinə hazırlaşır: "Bundan əlavə, şirkət böyük investisiyanın ehtiyac duyulduğu "Babək" və "Ümid" qaz yataqlarının işlənməsi ilə bağlı da müzakirələr aparır".

Müəllif sonda vurğulayır ki, enerji resursları ilə zəngin olan Azərbaycan ilk növbədə insan resursları ilə zəngindir: "Azərbaycan qədim tarixini unutmadan hər gün tərəqqiyə doğru irəliləyir".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 752   Tarix: 29 may 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

İtaliya istifadəçilərin foto və videolarına razılıq olmadan girişə görə "Meta"nı 805 milyon avro cərimələyib

İtaliyanın Fərdi Məlumatların Mühafizəsi İdarəsi "Android" istifadəçilərinin foto və videolarına onların razılığı və xəbərdarlığı olmadan giriş əldə etdiyinə görə "Meta"nı 805 milyon avro ($887 mln) cərimələyib. "Report" xəbər verir ki, bu barədə "Reuters" tənzimləyicini

12:30 99
.

Ağstafada sursatın partlaması nəticəsində həlak olan şəxsin fotosu

Ağstafada sursatın partlaması nəticəsində 1986-cı il təvəllüdlü Rəsul Şahin oğlu İbrahimov həlak olub. sözügedən şəxsin fotosunu əldə edib:

22:07 0
.

Azərbaycanda tərəvəz istehsalının 4 illik proqnozları açıqlanıb

Gələn il Azərbaycanda tərəvəz istehsalının 1 milyon 800 min tona çatacağı proqnozlaşdırılır. "Report" xəbər verir ki, bu, 2027-ci ilin dövlət büdcəsi zərfinin layihəsində öz əksini tapıb. Bildirilib ki, bu, 2026-cı il üçün müəyyənləşdirilmiş proqnozla müqayisədə 7,9 % azdır. 2028 ci ildə

14:30 0
.

Rəşad Məcidə ağır itki

Tanınmış jurnalist, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcidə ağır itki üz verib. xəbər verir ki, onun anası Yavər xanım vəfat edib. O, 86 yaşında dünyasını dəyişib. Mərhum bu gün Ağcabədi rayonunda dəfn olunacaq

11:46 143
.

Konfet kişinin ağzında partladı, öldü

Hindistanın Madhya-Pradeş ştatında kişi tanışının verdiyi şirniyyatı yeyərkən ağzında baş verən partlayış nəticəsində həyatını itirib. xarici KİV-ə istinadla bildirir ki, hadisə kişi axşam yeməyindən sonra tonqalın yanında oturarkən baş verib. Bu zaman ona yaxınlaşan tanışı söhbət əsnasında şirniyya

13:40 0
.

ABŞ aviasiyasında xaosa səbəb olan nasazlığın təfərrüatı açıqlandı

ABŞ-də yüzminlərlə sərnişinin səfərinə təsir edən kütləvi aviasiya sistemləri nasazlığı Federal Aviasiya Administrasiyasının (FAA) köhnəlmiş telekommunikasiya şəbəkəsinin həddindən artıq yüklənməsi nəticəsində baş verib. Buna Arkanzas və Texas ştatlarında yerləşən radar obyektlərindəki marşrutlaşdırıcıla

20:15 0
.

Macarıstanın Baş naziri şantaj və məişət zorakılığında ittiham olunub

Macarıstanın keçmiş ədliyyə naziri Yudit Varqanın keçmiş həyat yoldaşı, Baş nazir Peter Madyarın təhdidləri ilə bağlı ifadəsindən sonra ona qarşı şantaj və məişət zorakılığı şübhəsi ilə iki cinayət ərizəsi verilib. "Report" xəbər verir ki, bu barədə "Magyar Nemzet" nəşri məlumat yayıb

19:30 0
.

Yataqxanada meyiti tapılan tələbənin ölümü: ATU-dan açıqlama gəldi - Foto

Azərbaycan Tibb Universiteti ötən gün yataqxanada meyiti tapılan Elvira Eyyubova ilə bağlı açıqlama yayıb. xəbər verir ki, universitetin açıqlamasında deyilir:. "Azərbaycan Tibb Universitetinin I Müalicə-profilaktika fakültəsinin II kurs tələbəsi Elvira Eyyubova gözlənilmədən vəfat edib. Universite

17:14 0
.

Cənubi Koreyanın XİN başçısı Çinin güclənməsindən narahat olmamağa çağırıb

Cənubi Koreya Çinin güclənməsindən əsassız şəkildə narahat olmamalı və ya onun imkanlarını kiçiltməməlidir. "Report" xəbər verir ki, bu barədə "Reuters" Cənubi Koreyanın xarici işlər naziri Ço Hyonun bəyanatına istinadən məlumat yayıb. "Çinə hazırkı səfərim zamanı bir daha əmi

11:15 125
.