Abituriyentlər ən çox hansı fənlərdən sıfır bal TOPLAYIBLAR? - RƏSMİ

Abituriyentlər ən çox hansı fənlərdən sıfır bal TOPLAYIBLAR? - RƏSMİI–IV qruplar üzrə qəbul imtahanlarında iştirak edən abituriyentlərin 22,4%-i (15 171 nəfər) imtahan verdikləri fənlərin ən azı birindən sıfır bal toplayıb.

BiG.AZ-ın məlumatına görə, bu barədə Dövlət İmtahan Mərkəzinin "Abituriyent 12" jurnalında qeyd olunub.

I–IV ixtisas qrupları üzrə qəbul imtahanlarında iştirak edən abituriyentlərin 22,4%-i imtahan verdikləri fənlərin biri və ya bir neçəsi üzrə test suallarına ya cavab verməyib, yaxud da cavabları təhlil aparmadan təsadüfi qaydada seçib.

Belə abituriyentlərin yanlış cavablarının sayı düzgünlərin sayından qat-qat çox olub, nəticədə düzgün cavabların yanlış cavablar nəzərə alınmaqla təshih edilmiş qiyməti sıfırdan kiçik alınıb və qəbul qaydalarına əsasən sıfıra bərabər qəbul olunub. Təəssüf ki, gənclər arasında birtərəfli hazırlıqla ali təhsil müəssisələrinə qəbul olmaq arzusunda olanlar hələ də var. DİM imtahan fənləri üzrə də minimal tələblər qoyub və məhdudiyyətlər tətbiq edirdi. Cari ildə isə imtahan fənləri üzrə heç bir məhdudiyyət tətbiq edilməyib.

DİM şagird və abituriyentlərin nəinki imtahan fənlərinə, həmçinin ümumtəhsil məktəblərində tədris olunan digər fənlərə lazımi diqqət göstərməsinin tərəfdarıdır. Sirr deyil ki, hazırda məktəblərdə yuxarı sinif şagirdlərinin, əsasən, seçdikləri ixtisas qrupuna aid fənlərə üstünlük verməsi, digər fənləri isə heç olmasa proqramın minimum tələbləri səviyyəsində öyrənməməsi, məktəb rəhbərlərinin də bu vəziyyətə göz yumması halları mövcuddur. Məktəb rəhbərləri, eləcə də müəllimlər şagirdlərin bütün fənlər üzrə ən azı minimum proqram həcmində bilik almasına nail olmalı, imtahana düşən fənləri yaxşı bildiklərinə görə digər fənləri lazımınca öyrənməmələrinə güzəşt etməməlidirlər.

I mərhələdə sıfır bal toplayanlar çox azdır. Bunun əsas səbəbi kimi bu mərhələdə II mərhələdən fərqli olaraq qapalı tipli test tapşırıqları üzrə yanlış cavablara görə cərimə tətbiq olunmaması və bu cavabların ümumi bala təsir göstərməməsidir. Nəticədə, abituriyentlər I mərhələdə daha cəsarətli davranırlar və hətta cavablarını bilmədikləri test tapşırıqlarını da cavablandırırlar ki, bu da öz növbəsində təsadüfi şəkildə düzgün cavabların qeyd olunması ehtimalını artırır.

II mərhələdə ana dili, ədəbiyyat və biologiya fənləri üzrə sıfır bal toplayan abituriyentlərin faizi digər fənlərə nisbətən azdır. Sıfır bal toplayanlar ən çox riyaziyyat, fizika və coğrafiya fənləri üzrədir. Bu fənlər üzrə abituriyentlərin nəticələrinin aşağı olması və sıfır bal toplayanların sayının çoxluğu bir sıra məktəblərdə həmin fənlərin tədrisinə, eləcə də bu fənlər üzrə qəbula hazırlıq prosesinə laqeyd münasibətin nəticəsidir.

İstənilən halda, bunun real səbəbləri aydınlaşdırılmalı və həmin fənlərə münasibətin dəyişdirilməsi üçün tədbirlər görülməlidir.

II mərhələdə imtahan fənlərindən sıfır bal toplayan abituriyentlər Azərbaycan bölməsində çoxluq təşkil edir. Rus bölməsi ilə müqayisədə bu bölmə üzrə I və II ixtisas qruplarında bütün fənlər üzrə, III qrupda ana dili və ədəbiyyat, IV qrupda kimya və biologiya fənlərindən sıfır bal toplayanlar nisbətən daha çoxdur.

Məlum olduğu kimi, 2019-cu ildən etibarən müsabiqə şərti kimi imtahan fənləri üzrə heç bir məhdudiyyət qoyulmur. I-IV ixtisas qruplarına daxil olan ixtisaslar üzrə ali təhsil müəssisələrinə qəbul olanlar arasında 5624 nəfərin altı imtahan fənnindən (hər iki mərhələ üzrə birlikdə) heç olmasa biri üzrə nisbi balı 10-dan az olub.

Onlardan 5043 nəfərin yalnız bir, 560 nəfərin iki, 21 nəfərin isə üç imtahan fənni üzrə nisbi balı 10-dan az olub. Ən azı 1 fənn üzrə nisbi balı 10-dan az olan abituriyentlərin 22,32%-i (yalnız 1 fənn üzrə nisbi balı 10-dan az olanların 19,79%-i, 2 fənn üzrə nisbi balı 10-dan az olanların 43,39%, 3 fənn üzrə nisbi balı 10-dan az olanların 66,67%-i) 200-dən az bal toplayıb. I-IV ixtisas qruplarına daxil olan ixtisaslar üzrə ali təhsil müəssisələrinə qəbul olanlar arasında I mərhələdə ana dili fənni üzrə 17, riyaziyyat fənni üzrə 842 və xarici dil fənni üzrə 132 abituriyentin topladığı nisbi balı 10-dan az olub. II mərhələdə ana dili fənni üzrə 35, ədəbiyyat fənni üzrə 30, riyaziyyat fənni üzrə 2353, fizika fənni üzrə 720, kimya fənni üzrə 519, biologiya fənni üzrə 30, tarix fənni üzrə 1 003, coğrafiya fənni üzrə 545 abituriyentin topladığı nisbi balı 10-dan az olub.

Bu il qəbul imtahanlarının II mərhələsində Azərbaycan bölməsi abituriyentlərinin ana dili, riyaziyyat və kimya fənləri istisna olmaqla, digər bütün fənlər üzrə göstəriciləri rus bölməsi abituriyentlərinin göstəricilərindən yüksəkdir. Belə üstünlük özünü biologiya və tarix fənləri üzrə daha qabarıq şəkildə göstərib. I mərhələdə isə bütün fənlər üzrə rus bölməsinin abituriyentlərinin göstəriciləri yüksək olub.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1341   Tarix: 10 iyun 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Aİ-nin 30 milyardlıq planı alınmadı: 16 ölkə qanunu pozdu

Bir sıra Avropa ölkələri 2025-ci ilin sonunadək süni intellektə nəzarət üzrə qurumlar yaratmağa müvəffəq olmayıb. Nəticədə, müvafiq qanunvericiliyin icrası ilə bağlı problemlər yaranıb. xəbər verir ki, bu barədə "Politico" nəşri məlumat yayıb. Məlumata görə, Avropa İttifaqının (Aİ) 27 üzv dövlətində

21:00 1
.

Azərbaycanda məktəb direktoru vəfat etdi

Yardımlıda vəzifəli şəxs vəfat edib. xəbər verir ki, rayonun Bilnə kənd natamam orta məktəbinin direktoru Ələsgər Naib oğlu Əsgərov dünyasını dəyişib. Bakı Dövlət Universitetinin məzunu olan Ə.Əsgərov uzun illər həmin məktəbdə Azərbaycan dili və ədəbiyyat müəllimi kimi çalışıb. Son illərdə isə təhsi

18:00 179
.

Gəncədə "Chevrolet" qəfil alışıb yandı

Gəncədə "Chevrolet" markalı avtomobil yanıb. -ın məlumatına görə, hadisə şəhər ərazisində fəaliyyət göstərən şadlıq saraylarından birinin yaxınlığında qeydə alınıb. Belə ki, vətəndaşa məxsus "Chevrolet" markalı avtomobil anidən alışıb. Nəticədə avtomobilin salonu və mühərrik hissəs

20:34 40
.

İzmirdəki partlayışda ölənlərin sayı artıb

Türkiyənin İzmir vilayətindəki metallurgiya kombinatında baş verən partlayış nəticəsində həlak olanların sayı 16-ya çatıb. -ın "TRT Haber" telekanalına istinadən verdiyi məlumata görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada onun sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin iclasını

20:37 27
.

Azərbaycanda Aliment Fondunun yaradılması niyə ləngiyir?

Bir neçə ildir ki, Azərbaycanda Aliment Fondunun yaradılması ilə bağlı müzakirələr aparılır. Məsələ dəfələrlə Milli Məclisdə qaldırılıb, ekspertlər tərəfindən müxtəlif təkliflər irəli sürülüb, lakin fond hələ yaradılmayıb. Fondun yaradılması hüquqi və sosial baxımdan mühüm əhəmiyyət daşıyır. Belə ki

20:30 52
.

Afinada dəhşətli hadisə: Çamadandan daha bir qadının meyiti tapıldı

Yunanıstanın paytaxtı Afinada yoldan keçən bir nəfər dəhşətli mənzərə ilə qarşılaşıb. Belə ki, o, Aqios Panteleymonas rayonunda yol kənarına atılmış çamadandan kəskin qoxu gəldiyini hiss edib. Hadisə yerinə gələn polis əməkdaşları çamadanı açarkən onun içərisində qadın meyiti aşkar ediblər. xəbər veri

20:40 9
.

"Ukraynanın coğrafiyası artıq dəyişib"

Kremlin sözçüsü Dmitri Peskov Ukraynanın ərazi görünüşünün dəyişdiyini bildirərək cəbhədəki reallıqların bunu təsdiqlədiyini deyib. "Qafqazinfo" xəbər verir ki, Peskov Moskvada jurnalistlərə açıqlamasında Ukrayna ilə bağlı ABŞ-nin vasitəçiliyi ilə Rusiya və Ukrayna arasında Birləşmiş Ərəb Əmirliklərini

16:50 179
.

Mingəçevirdə gənc bıçaqlanıb

Mingəçevir şəhərində bıçaqlanma hadisəsi olub. xəbər verir ki, 199-cu il təvəllüdlü Elgün Rzayev bıçaq xəsarəti ilə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına aparılıb. İlkin məlumata əsasən, onu bıçaqlayan şəxsin 1991-ci il təvəllüdlü Vüsal Kazımlı olduğu deyilir. Faktla bağlı araşdırma başlanılıb

14:10 191
.

Xəzər dənizinin çəkilməsi COP31-də dünya gündəminə çıxarılacaq

"Azərbaycanın COP31 gündəliyindəki əsas mövzular arasında Xəzər dənizinin problemləri də yer alır". "Report"a istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidentinin İqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev COP31 çərçivəsində qurulan Azərbaycan pavilyonunda jurnalistləri

19:45 126
.